Dinlər, dini kitablar. Dini bayramlar
və ayinlər. Dini yer və zaman
C.Məmmədquluzadə yaradıcılığında "din xadimlərinin
tənqidi, nəhayət, dini dünyagörüşün tənqidinə çevrildi".
164
, İslam
dininin hər cür xırda təzahür vasitə və üsullarını, dini adətləri və
ayinləri ardıcıl ifşa edən ədib bəzən sanki bu "xırdaçılıq"dan
bezmiş, bunların bir çoxunun həlledici olmadığını, təbii şəkildə
sıradan çıxacağını düşünmüşdür: "Çadra da gedəcək işinə,
papaq da gedəcək işinə, ərəb hərfləri də gedəcək işinə, hələ
ərəbin özü də gedəcək işinə..." (379) Ədib belələrini əsl
məsələnin yanında "kiçik məsələ" hesab edir və çox doğru ola-
raq deyirdi: "Bəs məgər çadrasız oruc tutmaq olmaz? Latın
hərfləri işlədə-işlədə namaz qılmaq olmaz? Şapka qoyanlar
məgər imam təziyəsinə gedib ağlamırlar? Bəs molla və məscidə
nə deyirsən? Sən məscidi və minbəri sağ və salamat buraxmaq
164
Й.М.Ялийев, эюстярилян мягаля, сящ.41.
305
istəyirsən?" (380) Bu suallara cavabı yazıçı özü belə verirdi:
"...əsl mətləb
rişədədir
; çünki qalan kiçik məsələlər həmin rişəyə
bağlıdır: əlifba, çadra, papaq, əmmamə, əba, nəleyn, yaşıl
qurşaq, qüsl, təharət, nəcasət, imamət, ziyarət, ticarət və
müxtəsər, yenə minlərcə bu qəbil müzəxrəfat, mövhumat və ax-
maqlıqhat!" (379) "Sən gərək məsələni
rişədən
başlayasan; əgər
rişə bərk və möhkəm olsa, ağac möhkəm duracaq və qanad-
budağını darasan da yenə axırda onlar dübarə pöhrələnib təzələ-
nəcəklər". "...əgər rişəni baltalayıb, ona zəfər yetirə bilsək, qol-
qanad onsuz da öz-özünə quruyub məhv olacaq". (380) Belə-
liklə, görkəmli satira ustası min cür mövhumat və yalanın,
uydurma və müzəxrəfatın səbəbini islam dinində görür və bu
dini qollu-budaqlı bir ağaca bənzədərək göstərirdi ki, bu ağacın
qol-budağını daramaqla yox, kökünü, rişəsini, əsasını
baltalamaqla dini, fanatizmi, avamlıq və cəhaləti aradan qal-
dırmaq olar.
Dinlərin yaranma səbəblərindən birini - hakimiyyət uğrunda
mübarizə məsələsini ön plana çəkən ədib bir mollanın dili ilə
deyir: "Əgər peyğəmbərlər danışdıqları söz haqq və həqiqət olsa
idi, o vədə cəmi peyğəmbərlər həmin haqq sözün üstə cəm
olardılar və dəxi yüz yetmiş iki din və ayin yaratmazdılar və
peyğəmbərlərdən sonra da gələn imam və müctəhidlər bir-biri ilə
səltənət üstə qovğa edib boğuşublar". (143) Burada ədibin
tənqid hədəfi son dərəcə genişlənir, yer üzündəki bütün dinlərin
və ayinlərin eyni bir əsasla - hakimiyyət uğrunda mübarizə ilə
bağlı olduğu göstərilir. "Sülhi-əbədi" felyetonunda ədib yenə
müxtəlif dinlərə sataşır, sülhün, barışığın dünya miqyasında guya
iki yol ilə baş tuta biləcəyini və bunlardan birinin guya vahid bir
dinə gəlməkdən ibarət olduğunu göstərir. Belə bir vahid din kimi,
ədib "tərəfgirlik" edərək, "pak olan islam dinini" təklif edir və ki-
nayə ilə yazır: "Əgər kürreyi-ərzin namüsəlman qövmləri mənim
bu təklifimi qəbul eləməsələr (ola bilər də ki, eləməyələr), onda
da labüddür ki, millətlər qeyri bir vahid dinə gələlər: ya İsa
peyğəmbərin dininə, ya Musanın, ya Buddanın və yaxud sair
bütpərəst ayininin, yaxud yeni "beynəlxalq" din olan bəhayi
dinini qəbul eləyələr". (321) İkinci yolu dinsizlikdə görən ədib
"bir dindar kimi" "nəuzü-billah" deyərək yazır: "...bir dəqiqəliyə
306
belə mülahizə eləyək: yer üzündə heç bir din yoxdur; yəni cəmi
millətlər dinsizdir; yəni bu millətlərin heç birini cənnət və
cəhənnəm ilə aldadan keşiş və mollalar və xaxamlar yoxdur və
habelə nə kafir var, nə iman əhli var, nə sünnü, nə şiə, nə xaç-
pərəst, nə bütpərəst, nə erməni Qriqoryan, nə ortodoks, nə rus,
nə müsəlman, nə kilsə və nə məscid, nəuzü-billah, nə isna əşəri,
nə şafeyi, nə həmbəli, hənəfi, babi, malakan, pirqun, şeyx,
dərviş, ilan-qurbağa və bu növ zir-zibil (üzr istəyirik)!" (321)
Başqa bir felyetonda oxuyuruq: "Yenə həzrət rəsul belə
buyurubdur ki, "dünyada hər bir şeyin üzü var və islam dininin
üzü namazdır, bəs namazı öz vaxtında əda ediniz ki, gözəl
dininizin üzü zişt və qəbih olmasın" (Ax, belə gözəl dinə fəda
olum!)" (147)
"Din söhbətləri" felyetonunda din məsələsi dolayı yolla si-
yasətlə əlaqələndirilir. Müəllifi "heyrətə gətirən" budur ki, ağayi
Mirzə Hüseyn Tuti həzrətləri "pak və müqəddəs islam dinini
dinlərin bərgüzidələrindən hesab etdiyi" halda, nə səbəbə
"birdən-birə, nagahan, oturduğu yerdə və heç bir kəs ondan
soruşmadığı bir halda, atəşpərəst dinini vətəndaşların nəzərinə
çəkir?" (216) Ədib bunun səbəbini belə izah edir: "Tehran
hökuməti Azərbaycan məmurlarının cəmini farslaşdırsa da, türk
(Azərbaycan - Q.K.) dilini Təbriz idarələrində qadağan eləsə də,
azərbaycanlılar gərək fəxr eləsin ki, fars millətinin Zərdüşt kimi
tarixi bir yadigarı var". (216)
"Cəmdək" felyetonu - babiliyin ifşasına və bu dinin
müsəlmanlar arasında asanlıqla yayıla bilmə səbəblərinin izahına
həsr olunmuşdur: "...görəsən, bu babi dini ki, ortalığa salıblar, bu
gözəl dini, görəsən, bəs nə səbəbə keçəl-küçəl və tiryaki
müsəlmanlardan başqa qeyri-millətlər qəbul etmədilər; məsələn,
dünyada nə bir nəfər erməni babisi var, nə gürcülərdən babiliyi
qəbul edəni eşidərsən, nə rus, alman, firəng, ingilis, amerika".
(357) Ədib bunun səbəbini zəifləmiş bədənə mikrobların asan-
lıqla daraşa bilməsi qanunauyğunluğu ilə izah edir və bunu təbii
bir qanun hesab edərək rişxəndlə Darvinin nəzəriyyəsi ilə
əlaqələndirir: "Bu - təbiətin bir qanunudur ki, Darvin ona həyat
mübarizəsi və eyni zamanda "babilik" adı qoyur. Hər kəs
Darvinin kitabını əlinə alıb oxusa, orada xah təbiət tarixindən və
307
xah babi və bəhayilikdən çox nüktələr anlaya bilər". (358) Ədib
başqa bir felyetonunda yenə babilikdən və bəhayilikdən danışır:
"Yer üzündə dinlərin ən əlası babilikdir. Ancaq heyif ola ki, şura
əsrində yaşayanlar bu gözəl dinin qədrini bilmədilər" (444) -
deyə babilik və bəhayiliyin Bakıda rövnəq tapa bilmədiyini, yalnız
Maştağa dairəsində müəyyən dərəcədə dirçələ bildiyini eyhamla
qeyd edir və məsxərə ilə sözünə davam edərək yazır ki,
bəhayilərin mübəlliğləri Ərdəbilə köçmək fikrindədir, çünki
"Ərdəbil qanacaqda və axirət maarifində Bakıdan çox qabaqdır
(Maştağanı çıxandan sonra)". (444)
Ədibin sovet dövrü felyetonlarından gətirdiyimiz bu
misallarda, demək olar ki, dini dünyagörüşü ilə bağlı olan bütün
məfhumlara və onların adlarına rast gəlirik. Misallardan
göründüyü kimi, "yüz yetmiş iki din" (
pak olan
islam dini, İsa
peyğəmbərin dini - xaçpərəstlik, Musa peyğəmbərin dini,
Buddanın dini, bütpərəst ayini, yeni "beynəlxalq" din olan bəhayi
dini, babilik, Zərdüşt dini - atəşbazlıq...
), islam dini və müsəl-
manlıqla bağlı olan təriqətlər, məzhəblər və onların nüma-
yəndələri
(sünnü, şiə, şafeyi, həmbəli, hənəfi, ortodoks, erməni
Qriqoryan...)
, ruhani silsiləsi və müxtəlif dinlərə qulluq edən
şəxslər (
peyğəmbər, imam, müctəhid, keşiş, molla, xaxam, isna
əşəri - on iki imam, kafir, iman əhli, rus, müsəlman, babi, şeyx,
dərviş...
), dini əşya, məkan və adətlər (
çadra, papaq, əmmamə,
əba, nəleyn, yaşıl qurşaq, ərəb hərfləri, kilsə, məscid, cənnət,
cəhənnəm, minbər, qüsl, təharət, nəcasət, imamət, ziyarət,
ticarət, oruc tutmaq, namaz qılmaq, imam təziyəsində ağ-
lamaq...
) və sair bu kimi məfhumların ifadəçiləri böyük ustalıqla
bir yerə cəmləşdirilmiş, küll halında satirik ifşa obyektinə çevril-
mişdir. İslam dinini ədib bəzən kinayə ilə
gözəl islam dini, ata-
baba imanı,
babiliyi
dinlərin ən əlası
adlandırmış,
atəşpərəst dini
– zərdüşt ayini - atəşbazlıq
kimi sinonim vasitələrdən istifadə
etmişdir. Qeyd etməliyik ki, yuxarıda rast gəldiyimiz
ərəb
hərfləri, ərəbin özü
birləşmələrində zahirən ədibin ifrat mövqeyi
görünə bilər. Əslində isə ədib burada zəhmətkeş ərəbləri deyil,
islamı qılınc gücünə təbliğ edənləri nəzərdə tutduğu kimi, dini
təsirlərin qalmasında "allah hürufatı" hesab olunan ərəb
əlifbasının rolunu da yaddan çıxarmamışdır.
Rus
sözünü ədib
308
müsəlman
sözünə müqabil bir söz kimi işlətmişdir ki, buradan da
xristian
və
müsəlman
məfhumlarının nəzərdə tutulduğu aydın
olur. Satirik yazıçı
təharət, nəcasət, imamət, ziyarət, ticarət
sözlərini sadalayaraq, fikrini "yenə minlərcə bu qəbil müzəxrəfat,
mövhumat" sözləri ilə bitirməyib, bu cərgəyə
-at
şəkilçili
axmaqlıq
sözünü də əlavə etməklə, ümumiyyətlə, ərəb mənşəli
bu cür bütün məfhumlara və onların ifadəçilərinə nifrət
bəslədiyini qüvvətli şəkildə ifadə edə bilmişdir. "Nəcasət"lə
"imamət"in qeydsiz-şərtsiz bir cərgəyə qoyulması "imamət"in
gözdən salınması, öz müqəddəsliyini itirməsinə xidmət edir".
165
Keşiş və mollalardan başlayaraq böyük bir silsilə təşkil edən şar-
latan sarıqlıların adları ilə yanaşı, "ilan-qurbağa və bu növ zir-
zibil" sözlərinin qeyd edilməsi bəs deyilmiş kimi, mötərizədə "üzr
istəyirik" ifadəsini də işlətməsi Molla Nəsrəddin lətifələrindəki
sillə ilə vurub, sonra üzr istəmək əhvalatını yada salır. Lakin
Mirzə Cəlilin üslubu daha kəskindir. Əgər lətifədə sillə bilmədən
vurulursa, ədib bilə-bilə ilişdirir və sonra da mötərizəarası ifadə
ilə tənqid obyektini daha amansız təhqir etmiş olur.
Dinin və din xadimlərinin ifşasına həsr olunmuş felyetonlarda
şəriət
(42),
pak etiqad
(53),
təriqət
(193),
məzhəb
(191) və s. kimi
dini sözlər və ifadələr satira dilində məcazi, kinayəli dil vasitələrinə
çevrilmişdir.
Felyetonlarda dini kitablardan, xüsusən "Quran"dan tez-tez
bəhs olunmuş, Məhəmməd peyğəmbərin islam dininə dair qanun
şəklində söylədiyi fikirlərin məcmusundan ibarət olan
müsəlmanların bu müqəddəs kitabından bir sıra sitatlar
gətirilməklə bəzi məsələlərin izahı həmin sitatların, müxtəlif ayə
və surələrin təkzibi üzərində qurulmuşdur. "Quran" o qədər
çoxişlənən sözdür ki, hətta çox vaxt ümumi isim kimi dərk
olunur
166
. Şərq xalqlarını cəhalət qaranlığında saxlamaqda
165
Я.Щцсейнов. Ъялил Мяммядгулузадянин фелйетонларында
сяняткарлыг мясяляляри. "Азярбайъан", 1965, 11,
№ сящ.138.
166
Цмуми исим кими, "Гуран" сюзц яксярян ъцзлярин, сурялярин
вя щятта бязян айялярин явязиндя дя ишлядилмишдир.
309
"Quran"ın mühüm rolu olduğunu göstərən ədib onun ayrı-ayrı
ehkamlarının ifşasına daha çox qüvvə sərf etmişdir. "Quran" sö-
zünə və onun perifrazlarına bir neçə felyetonda rast gəlmək olur.
"Heyif olsun" felyetonunda: "Xoşa o günlərə ki, körpə
uşaqlarımız dərsə gedən günü siftəsi
quranı
açırdılar
qabaqlarına..." (85) "Şura qadınları" felyetonunda: "...haman yox
olan cənab allah tərəfindən bir neçə
müqəddəs kitablar
nazil
olubdur ki, onların ən axırıncısı
qurani-şərifdir
". (294) "...götürək
fürqani-kərimin
qadınlar barəsində danışan "surətül-nisa"
səhifələrini". (294) "Din söhbətləri" felyetonunda: "...xudavəndi-
aləm öz
müshəfi-şərifində
buyurubdur...", "Məgər eşitməyibsiniz
ki, bari-pərvərdigar
fürqani-məcidində
buyurubdur..." (297) "Əsa-
tiri-əvvəlin" felyetonunda: "...
qurani-mübarək
ayati-gövhər misali-
ni eşidəndə Əbuləhəb büsbütün inanmadı"; "..min üç yüz il bun-
dan qabaq qaranlıq Mədinənin cahil əhalisi indiki əsrimizin
içərişəhərlilərinə nisbətən gör nə dərəcədə azadfikir idilər ki, Mə-
həmməd peyğəmbərin qabağına çıxıb onun
quranını "əsatiri-
əvvəlin"
adlandırdılar". (302) "Leylətül-qədr" felyetonunda:
"...həqqi-taala öz
qurani-kərimində
buyurubdur..." (336)
"Qədəğən etmək" felyetonunda: "Necə ki
qurani-mübində
müəy-
yən ayeyi-kərimə nazil olublar..." (338) "Qiyamət" felyetonunda:
"...allah-taala öz nazil etdiyi
məshəfi-şərifində
belə azğın qadınlar
barəsində nələr, nə fitvalar təyin edibdir..."; "
fürqani-kərimin
bəqərə surəsində zikr olunubdur ərəb dilində..."; "cənab allah
bunu öz
fürqani-məcidində
xəbər veribdir". "Ondan ötrü xəbər
verməyibdir ki, dabanı çatdaq kəndli zəhmətkeş qadınlar qurultay
məclislərində hazır olub,
xudavəndi-aləmin ehkamını
tənqid
edələr", "...xudavəndi-aləm cəllə cəllahu genə öz mübarək kitabı-
nın əhzab surəsində xəbər veribdir ki, mənim
ehkamım
dünya -
durduqca baqidirlər". (310-312) "Zeynəb" felyetonunda:
"
...fürqani-kərimin
"əhzab" surəsində dərc olunubdur..." (345)
"Darvin"çilik və kommunistlər" felyetonunda: "Bəs
müqəddəs
kitabları
hara tullayaq?" (348) "Qisas" felyetonunda: "İslamın
müqəddəs kitabında
yazılıb ki, qisas şərən qanuni bir
qərardaddır". (436)
Ədibin böyüklüyü ondadır ki, əgər üslubi-satirik məqsəd
daşımırsa, təkrara yol vermir. Elə buna görə də felyetonlarda
310
"Quran"ın əlavə ifadəçiləri az hallarda təkrarən işlədilmişdir.
Qurani-şərif, qurani-mübarək, qurani-kərim, qurani-mübin
birləşmələri şərəfli, mübarək, möhtərəm və aydın, aşkar
mənalarında
şərif, mübarək, kərim, mübin
sözləri ilə
quran
sözünün əlaqəsi əsasında əmələ gəlmişdir; "fürqan" quranın ikinci
adı hesab olunur; "müshəf" də kitab, quran mənasındadır. Lakin
bu sözlər də təklikdə deyil, hörmətli, möhtərəm mənalarında
kərim
, şərəfli, mübarək, müqəddəs mənalarında
şərif
, əzəmətli,
görkəmli mənasında
məcid
sözü ilə izafət birləşməsi tərkibindədir.
Əvvəlinci, ilkin uydurma, əsatir mənasında
əsatiri-əvvəlin
bir-
ləşməsi islam dinini qəbul etməyənlərin dilində işlədilmişdir.
Xuda-
vəndi-aləmin ehkamı, müqəddəs kitab, mübarək kitab
birləşmələri, haqqında danışdığımız anlayışı dolayı yolla ifadə edir.
Ədib "molla" olduğu və həmişə mollaların tərəfində "durduğu"
üçün "yox olan cənab allah tərəfindən nazil olmuş" "Quran"ı
həmişə "ehtiram"la xatırlamış, çox vaxt
quran
sözünün əvəzinə
din xadimlərinin və dini kitabların dilindən gələn yüksək, dəbdəbəli
ifadələr işlətmişdir.
"Molla Nəsrəddin"in məqalə-felyetonlarında "Quran"a
münasibət eyni dərəcədə başqa dini kitablara da aiddir. Məsələn,
"Rişə" felyetonunda "islamı yığ çuvala" "və bu çuvalın ağzını
qatma ilə bərk-bərk bağla, apar tulla zibil dərəsinə" (380) -
deyən ədib belə bir çuvala Davud peyğəmbərin nəğmələrindən
ibarət olan "Zəbur"u, xristianlığın etiqadına görə İsa
peyğəmbərin kitabı olub müqəddəs hesab edilən "İncil"i, Musa
peyğəmbərin yəhudilər üçün müqəddəs olan "Tövrat"ını və
başqa dini kitabları da doldurmağı məsləhət görür.
* * *
Məhərrəmlik təziyədarlığını təntənəli və dəbdəbəli keçirmək,
təziyənin təsirini artırmaq məqsədi ilə sinə və zəncir vurmaq, baş
yarmaq, ələmdarlıq, başa saman və torpaq səpmək, şəbih
çıxartmaq, at bəzəmək, tuğ gəzdirmək və başqa bu kimi ayinlərin,
adətlərin icrasına çoxlu vəsait və böyük vaxt sərf olunduğunu
167
hər
167
.
Г у л а м М я м м я д л и Классик Азярбайъан ядябиййатында
,
, 1958,
.22.
атеизм мотивляри Бакы
сящ
311
il müşahidə edən ədib "qəlbsiz aləmin qəlbi, ruhsuz qaydaların ruhu
və xalq üçün tiryək"
168
sayılan dinin mürtəce qanun-qaydalarının,
imam təziyəsi, orucluq və qurban bayramı kimi adət-ənənələrin
amansız düşməni olmuşdur.
C.Məmmədquluzadə məhərrəmliyin baş yarmaq, sinə vurmaq
kimi adətlərini əsl vəhşilik hesab edir və "Məhərrəmlik" felyetonunda
yazırdı: "...ancaq vəhşi adam öz başını və döşünü yaralar; ancaq dəli
və divanə küçələrə düşüb əlinə bir dəyənək alar və nərə təpə-təpə
dünyavü aləmi öz nadanlığına tamaşaçı qərar verər". (69) Görkəmli
ədib "məhərrəmlik büsatı"nın, "məhərrəmül-həram büsatları"nın
mənşəyini iki ərəbin "portfel davası" ilə izah edir və göstərir ki,
bunlar bir sıra adamların əlində var-dövlət toplamaq mənbəyidir.
Ədib belə adamları
təziyə podratçısı
(304),
məhərrəmlik podratçısı
(304) adlandırmış, belələrinin ixtisası "imam təziyəsinin "yubiley"
bayramını icarəyə götürmək" olduğundan məhərrəmlik büsatı ilə bir
mənada
məhərrəmlik ticarəti
(305) kimi daha çox mal-dövlət
toplamaq məsələsinə işarə edən ifadədən də istifadə etmişdir.
Məhərrəmlik büsatında baş yarmaq, sinə vurmaq kimi
adətlərin ifşasına felyetonlarda geniş yer verildiyindən bu prosesin
təşkili, icrası, icra vasitələri və nəticəsi rəngarəng satira vasitələri ilə
ifadə olunmuşdur:
zəncir qayırtdırmaq
(238),
xəncər itiləmək
(238),
ağköynəklərin qanını silmək üçün dəsmal hazırlamaq
(238),
qara geyinmək
(239),
matəm saxlamaq
(239),
baş çapmaq
(114),
baş yarmaq
(124),
ağköynək olub qan tökmək
(238),
qanla qəltan
eləmək
(206),
şaxsey getmək
(15),
dəstə tutmaq
(40),
kuçələrdə
şaxsey təpmək
(238),
anqıra-anqıra şəhəri dolanmaq
(305),
sinə
vurmaq
(41),
özünə huri və qılman qazanmaq
(239) və s.
Sinəzən
(86),
ağköynək
(145),
dəstəbaşçıs
ı (41),
şaxsey
dəstələri
(238),
təziyədar
(60) - təziyənin icraçılarıdır;
aşura
qətlgahı
(145) təziyənin keçirildiyi yer mənasındadır.
Təziyə
(15),
ağanın təziyəsi
(273),
seyyidüş-şühədanın matəmi
(237),
mahi-məhərrəmin müsibəti
(238),
ərbəin
(qırx, imamın qırxı) və
s. əsasən, eyni mənanın ifadəçiləridir. Bütün bunları
dindarlıq
oyunbazlıqları
(425),
məhərrəmlik oyunbazlıqları
(143)
168
. , . .
,
, 1958,
.31.
К М а р к с Ф Е н э е л с Дин щаггында Бакы
сящ
312
adlandıran ədib 1929-cu ildə yazdığı bir felyetonda başqa bir
maraqlı sözdən istifadə edir: "...bu il məhərrəmlik büsatı keçmiş
illərə nisbətən bir balaca istədi m ı q q ı l d a s ı n". (424)
Mıqqıl-
damaq
feli daha çox qoyun, keçi ilə bağlı olub, onların aydın
fərqlənən qırıq-qırıq mələmə tərzini ifadə edir. Ədib bu sözün va-
sitəsilə bildirmək istəyir ki, keçmiş illərə nisbətən məhərrəmlik
büsatında kiçik bir canlanmanın baş verməsi xəstədə "axır
nəfəsdən qabaq bir müvəqqəti tərpəniş" kimi bir şeydir.
Məhərrəmlik büsatı tədricən zəifləsə də, tamamilə sıradan
çıxmamışdı və sanki ictimai həyatda, məişətdə əmələ gələn
böyük yeniliklər bəzilərinə əsla təsir etmirdi. Belələrini nəzərə
alan ədib həmin ildə yazdığı başqa bir felyetonda "dindarların
mövqeyindən" çıxış edərək, rəməzan büsatını təsvir etdikdən
sonra deyirdi: "Hələ bu təkcə rəməzandır, bəs qalan
təkliflərimiz?
Məhərrəmül-həram ayının əmalı
, yəni
şaxsey-
vaxsey, təziyə, təkyə, imam şəbehi, Qasım otağı, Şimr şəbehi,
məscid, qəndab, növhə, sinəzən, baş yarmaq, döş cırmaq, qıfıl
taxmaq, mağallaq aşmaq, ağlamaq?.".
(402) "Molla Nəsrəddin"
son nəfəsinədək məhərrəmlik büsatı ilə mübarizədən əl çəkmirdi.
* * *
Jurnalın tənqid obyektinə daxil olan köhnə dini
büsatlardan biri də orucluq bayramı idi. Ədib bir sıra
felyetonlarında bu məsələyə toxunmuşdur. Dünya-aləm bir-
birinə dəysə də, bəzi müsəlman bəndələrə əsla təfavüt
eləmədiyini qeyz ilə göstərən ədib 1929-cu ildə "Heç vecinə
deyil" felyetonunda yazırdı:
"Sən götür, məsələn,
orucluğu
. Yoxsa sən bu
rəməzan
dəstgahını
asanmı sanırsan? Əgər asan sanırsansa, elə də sənin
müsəlmançılıqdan əsla xəbərin yoxdur.
Oruc, namaz, əhya, iftar, obaşdanlıq, bikə-ya allah, ya əliyyü ya
əzim.
Düz otuz gün bilmirəm dünyada nə var, nə yox.." (402)
Orucluğun insanı necə kütləşdirdiyi, ictimai-siyasi həyatdan
necə müdhiş şəkildə ayırdığı burada çox yaxşı ifadə olunmuşdur.
Ədibin felyetonlarında nəzərə çarpan mühüm xüsusiyyətlərdən
birisinə - eyni zamanda bir neçə hədəfə qarşı satira atəşindən
313
istifadə hallarına orucluqla bağlı felyetonlarda da rast gəlirik.
Məsələn, "Müəllim" felyetonunda orucluq məsələsindən istifadə
edilərək Bakının Azərbaycan dilini bilməyən maarif müdirləri,
"Qərardad" (1925) felyetonunda dini ayinlərin icrasına güzəştə
gedən zəhmət komissarı, "Oruc yeyənlərin və oruc tutanların
hesabı" (1927)
felyetonunda köhnəpərəstlər, məşədilər,
kərbəlayılar, fala baxanlar, tas quranlar, "Oruc tutanlar və oruc tut-
mayanların hesabı" (1928) felyetonunda tiryaki və qumarbazlarla,
savadsız, çarşablı müsəlman qadınları ilə, məşədi və kərbəlayılarla
yanaşı, bəzi məsul işçilər, tək-tək komsomolçular da tənqid
olunur. "Orucluq" (1924) felyetonunda isə oruc tutmağın mənasız
bir iş olduğunu, zərərini bilə-bilə bəzi intelligentlərin dindarlardan,
din xadimlərindən ehtiyat etdiklərini, bir molla və ya hacı
gördükdə papiroslarını yana-yana ciblərinə soxduqlarını, adi suyu
belə gizli içdiklərini göstərən ədib, bir tərəfdən də, İran irticasına
sataşır: "...əgər biz Təbriz və Tehranda olsaq, gərək ehtiyat edək
ki, hökumət bizi oruc yemək üstə həbsə alacaq". (99)
Felyetonlarda orucluq bayramına tez-tez toxunulduğundan,
şübhəsiz, rəngarəng ifadə vasitələrindən istifadə edilmişdir.
Başqa məsələlərdə olduğu kimi, orucluqdan danışarkən də ədib
özünü dindarlarla, oruc-namaz sahibləri ilə "bir cərgədə" qoyur,
ona görə də orucluğa yazıçının mənfi münasibəti satiranın
ümumi ruhundan aydın olur. Bu səbəbdən də ədib çox vaxt
ruhani təbəqə nümayəndələrinin təntənəli ifadə vasitələrinə
müraciət edir. Məsələn, felyetonlarda
orucluq
(57),
oruc bayramı
(103) kimi adi, ümumişlək ifadə vasitələrinə nisbətən,
mahi-
mübarək, mübarək rəməzan, eydi-mübarəki-rəməzan
(474),
eydi-
rəməzanül-mübarək
(473),
eydi-şərifi-rəməzan
(473),
eydi-fitr
(103),
eydi-şərifi-fitr
(131),
rəməzanül-mübarək cəlalı
(17) və s.
birləşmələr daha yüksək satirik keyfiyyətə malikdir.
C.Məmmədquluzadə bəzi felyetonlarında oruc tutanlarla
oruc tutmayanları müqayisə etdiyindən antonim səciyyəli sözlər
və söz birləşmələri silsiləsi əmələ gəlir:
orucağız - orucyeyən
(burada birinci tərəfə sinonim kimi:
oruc-namaz əhli
),
orucağızlar
məhləsi - orucyeyənlər məhləsi, oruc tutmaq - orucunu yemək,
möminlər tərəfindən orucun bərk-bərk tutulmağı - belə
314
həyasızlıqla, yəni bəistilani-rus, belə "naxalni" orucun yeyilməyi
("Eydi-rəməzan" felyetonu) və s.
Dini ayin və adətləri satiranın amansız dili ilə qırmanclayan
böyük mütəfəkkir qurban bayramı kimi bir ayini nəzərdən qaçıra
bilməzdi.
Rəqayib
(131),
eydi-əzha
(371) kimi rəsmi dini
terminoloji vasitələrlə yanaşı,
qurban bayramı
(130),
qurban
büsatı
(351),
İsmayıl yadigarı
(351) və s. Azərbaycan dili
qaydaları əsasında qurulmuş ifadələr də ümumi satirik fonda
satira vasitələri kimi çıxış edir.
Yazıçı xristian bayramlarını da unutmamış, müxtəlif dinlərə
aid ayinlərə eyni dərəcədə mənfi münasibətdə olmuşdur: "Söz
yox ki, burada
pasxa-masxa, qurban-murban
bir bəhanədir, ...bu
qədər yeyib-içməyin allah məhəbbətinə nə dəxli var?" (409)
Ədib pasxabaz insanları qarınqululuqda, "xeyir işlərdən" kənar
durmaqda təqsirləndirirdi.
Dindarlıq oyunbazlıqlarının tənqid olunduğu felyetonlarda
ibadət
(204),
əzan
(332),
moizə
(109),
bəyanat
(350),
intibahnamə
(26),
növhə
(70),
qəsəmnamə
(309),
tövhid
(114),
nübüvvət
(114),
qunut
(352) və s. dini və ya dini don geydirilmiş
sözlərə rast gəlirik.
İbadət
sözünü
lotuluq
(204) sözünə sinonim
kimi işlədən ədib,
ibadət etmək
felinə müvafiq olaraq,
şeytanət
etmək
(469) felini düzəldib işlətmişdir.
Moizə
(möizə) sözü
əsasən məlum mənasında - islam ruhanilərinin minbərdən
söylədikləri nitq, öyüd, nəsihət mənasındadır:
dindarlıq moizəsi
(124),
qazıların moizələri
(25),
mollaların yalan moizələri və bə-
yanatları
(350) və s. Bu sonuncu misalda
bəyanat sözü
"yalan
dini məlumat", "yalan moizə" mənasındadır. "Ar olsun"
felyetonunda
intibahnamə
sözü "dini dəvətlər", "dini çağırış"
mənası ifadə edir. Ədib qeyri-dini terminləri dini çalarda işlədə
bildiyi kimi, dini terminlərə də tamamilə əks məna verə bilmişdir.
Məsələn,
münacat
sözü "allaha dua etmə" mənasında
işlədilməklə yanaşı ("müəzzin başladı münacat etməyə"), müsbət
mənada, "xeyirli və əhəmiyyətli söhbət" mənasında da
işlədilmişdir:
qadın azadlığı və qadın xoşbəxtliyi kimi münacat.
"Tövhid" felyetonunda
tövhid
sözü, demək olar ki, "allahın
birliyinə inanma" mənasına zidd bir mənada başa düşülür.
315
Dini ayinlər və adətlərlə əlaqədar:
şəbihbazlıq
(285),
Haris
şəbihi
(35),
Haris rolu
(35),
Zülcənah və Haris bəzəmək
(35),
Qasım otağı bəzəmək
(239),
Bitdili fırıldağı
(472),
axşam azanı
(332),
müsəlla
(140),
müsəllaya çıxmaq
(452),
moizə eləmək
(24),
mərsiyə oxumaq
(25),
növhə demək
(285),
münacat etmək
(337),
qunut oxumaq
(352),
müsəlmanlığını yerinə yetirmək
(91),
istiğfar
eləmək
(124),
məsələ elətdirmək
(126),
təsbih çevirmək
(249),
salavat çöndərmək
(361),
fala baxmaq
(254),
burun püfləmək
(254),
səcdəyə getmək
(376),
qisas almaq
("islam dininin
təqazalarından biri") (436),
vacibi və sünnəti əmalı
(360) və s. söz,
ifadə və birləşmələr də Mirzə Cəlilin satira dilində mühüm rola ma-
likdir.
Felyetonlarda
ziyarət
(27),
dua
(29),
namaz
(111),
surə
(312),
ayə
(294),
siğə
(43),
cənnət
(53) sözləri dini terminoloji
vahidlər kimi daha çox nəzəri cəlb edir.
Ziyarət
və
səfər
sözləri yaxın mənalı olduğu kimi,
həcc
ziyarəti
(343),
çahardəh məsum ziyarəti
(109),
həcc səfəri
(109),
Kərbəla səfəri
(26),
mübarək müsafirət
(27),
müqəddəs yol
(27)
birləşmələri də məqsəd ümumiliyi etibarilə yaxınmənalıdır;
ziyarətə
getmək - ölülərin mübarək sümüklərini torbaya doldurub mübarək
Ərəbistana daşımaq
(25) birləşmələrindən ikincisi daha güclü
kinayə məzmununa malikdir.
Zəvvar
(27),
çavuş
(71),
çavuş səsi
(168),
ziyarət dəstgahı
(343) kimi sözlər və birləşmələr ziyarətə
hazırlıq və onun təşkili ilə bağlıdır.
Dua
sözü
iltimasi-dua
(27),
duanın bərəkətindən
(14) kimi
modal xarakterli birləşmələr tərkibində də özünü göstərir, lakin bu
söz daha çox dua növlərini bildirən birləşmələrin daxilində
işlədilmişdir:
gecə duası
(332),
bayram duası
(189),
mahi-
rəməzanül-mübarəkin yomiyyə duaları
(333) və s.
Axund Molla
Məhəmmədin və Fazil Şeyx Cəfərin bir nüsxə duası
(139)
birləşmələrində isə artıq yazılı duadan söhbət gedir və dua yaz-
maqla xalqı aldatmaq oyunbazlığı tənqid edilir.
Namaz qılmaq
(124) -
namazlarını əda etmək
(147)
sinonimlərindən başqa, digər hallarda
namaz
sözü namazın növlərini
göstərən ismi birləşmələrin tərkibinə daxildir;
fitr namazı
(131),
zöhr
namazı
(131),
meyit namazı
(111),
on yeddi rükət yomiyyə namazı
(312),
min rükət nafilə namazı
(312),
bistü yekküm, ruz dəhhum,
316
bist-seyyum gecələrinin altı yüz otuz altı rükət namazı (313), min-
min rükət sünnəti namazlar
(313) və s.
Felyetonlarda quranın
bəqərə
(313),
ixlas
(314),
əhzab
(345),
rum
(350) və
nisa
(350) surələrinin adlarına rast gəlirik.
Çox vaxt ədib həmin surələrdən gətirdiyi ayələrin təkzibi yolu ilə
fikrini sübut edir və belə hallarda
quran ayələri
(249),
ayeyi-
kərimə
(315),
ayeyi-mübarək
(312) birləşmələrindən istifadə
edərək, özünü bu ayələri "rəhbər tutan" şəxs kimi göstərir.
Siğəbazlıq
(382),
halal siğə
(43),
mübarək siğə
(43),
siğəyi-
mütə
(382),
siğə-mütə məsarifi
(109) kimi söz və birləşmələr
şiələrin müvəqqəti evlənmə mərasimlərinin ifşası ilə bağlı
epizodlarda işlənmişdir.
Felyetonlarda
behişt
və
cənnət
sözləri sinonim olduğu kimi,
cənnət vədəsi
(389),
cənnət eşqinin ləzzəti
(389),
cənnətin
qəbzini mollalardan yalvarıb istəmək
(270),
behişt məşqinə
düşmək
(168),
behişti satın almaq
(280),
ruzi-rizvan həvəsi
(33),
axirət mənfəəti
(58),
axirət axtarmaq
(34),
axirətdə qılman
axtarmaq
(397),
huri həvəsinə salmaq
(128),
huri və qılmanlara
sahiblənmək
(239),
firdövsün kövsər suyu
(53),
behişt əhlinin
xörəkləri
(92) və sair yaxın mənalı satirik ifadə vasitələri də
vardır.
Qeyd etdiyimiz terminoloji söz və ifadələrdən əlavə, ədibin
satira dilində bir sıra başqa dini sözlər və birləşmələr də vardır.
Bunları aşağıdakı qruplara ayrımaq olar:
1. Dini əşya adları:
möhür, zəncir, kilsə xaçı, cəhənnəm odu
və
s.
2. Dini məkan bildirən söz və birləşmələr:
a)
bu dünya
(114),
dari-fəna
(155),
beş günlük dünya
(296) və
s.
169
b)
həmişəlik dünya
(226),
o dünya
(436),
dari-bəqa
(155),
axirət
(114),
üqba
(114),
ruh aləmində
(248),
aləmi-zərrdə
(248),
huri vətəni
(53) kimi məcazi birləşmələr, antonimlik təşkil
edən
cənnət
(
cənnəti-illiyin
, 336,
behişt
, 29,
müsəlman
169
Защирян бунлара бянзяйян «
»
Молла Нясряддин дцнйасы (145)
,
,
.
журналын истигамяти рущу идейасы мянасындадыр
317
behiştinin lojası
, 80) -
cəhənnəm
(
duzəx
, 146,
yeddinci duzəx
,
147) sözləri də mövhumi məkan məzmununa malikdir.
c)
Kəbeyi-şərifə
(343),
Ətəbati-aliyət
(368),
Xorasan
(71),
Məşhədi-müqəddəs
(71),
Kərbəlayi-müəlla
(71),
pak olan
vətənim İran
(248)
(müqəddəs vilayət, mübarək torpaq,
285,
pak islam torpaqları
, 27,
Pəhləvan kimi bir şəriət mədəni
, 190),
Beytülmüqəddəs
(Yerusəlim, 437),
Şamxor torpağı
(472);
ç)
Bitdili ziyarətgahı
(471),
bizim dılğır Bibiheybət
ziyarətgahı
(308),
müqəddəs ziyarətgahlar
(24);
d)
müsəlman aləmi
(42),
islam aləmi
(93),
pak islam torpaqları
(27),
dinlər vətəni
(124),
islam məmləkətlərində
(128),
pak olan islam
məmləkətləri
(190),
müqəddəs məmləkətlər
(201),
behiştliklər
(dindar ölkələr, 201);
e)
məscid
(68)
(məscid adında bir bekarxana, lotuxana,
(390,
dükan
, 292),
Təzəpir məscidi
(79), ərdəbillilər məscidi
(114),
xaçpərəst kilsəsi
(382),
orucağızlar məhləsi
(475),
Təzəpir məhləsi
(15),
müsəlman məhəllələri
(25),
müsəlman
küçələri
(15),
Quba meydanı
(46).
3. Dini zaman bildirənlər:
a)
ruzi-qiyamət
(146),
ruzi-məhşər
(297),
keşişlər və
mollalar əsrində
(246),
mizan-tərəzi qurulanda
(91);
170
b)
moizə əsnasında
(35),
əsnayi-moizə
(181),
namaz
vaxtı
(116),
yomiyyə namazının beş vaxtı
(131),
iftar vaxtı
(332),
bu orucağız vaxtımda
(332);
c)
mahi-məhərrəm
(115),
məhərrəm, səfər və rəbiyəl-
axır, məhərrəmül-həram ayı
(15),
məhərrəmül-həram günləri
(35),
məhərrəmlik günləri
(24);
rəməzan ayı
(130),
eydi-
rəməzanül-mübarəkin əziz günündə
(473),
eydi-şərifi-
rəməzanın səadətli saatında
(473),
mahi-mübarəkin 29 günü
ərzində
(473),
mahi-mübarəki-rəməzanın o gözəl günlərində
(474),
səfər ayının 28-ci günü
(79);
aşura günü
(41),
ruzi-
aşura
(283),
müəzzəm gün
(283),
ərbəin günləri
(15),
170
Защирян бунлара бянзяйян
-
Сури Исрафилин чалындыьы
эцндя -
"
", "
бирляшмяси Совет щакимиййяти илляриндя ингилабдан
"
.
сонра мяналарындадыр
318
bistü-həştüm
(79),
leylətül-qədr
(336),
rəğayib günü
(103),
nimeyi-şəban
(58).
C.Məmmədquluzadə hər cür dini təzahürlərə qarşı
amansız olmuş və kəskin mübarizə aparmışdır. Ömrünün
sonlarında baş verən "Bitdili fırıldağı" onu daha çox
qəzəbləndirmiş və o bu münasibətlə yazdığı felyetonlardan
birini "Torpaq" (1930) adlandırmışdır. Ədib burada dini
ayinləri və adətləri "min cürə və milyon cürə fırıldaq və mü-
zəxrəfat, bijlik, təzvir" adlandırır, ruhani təbəqə
nümayəndələrini ilan və qurbağa ilə bir cərgədə qoyur,
kinayə ilə göstərir ki, əgər biz Xorasan, Əshabi-kəhf, Ətəbati-
aliyat
171
və Şamxor torpaqlarını coğrafi və tarixi
laboratoriyada analiz etsək, bunların bir mənbədən olduğunu
görərirk: "Bu torpaqların xasiyyəti budur ki, buraları nə ək,
nə sula, axırda görəcəksən ki, buradan hasil olan bitkilər
ibarətdir bundan: allah, peyğəmbər, imam, müctəhid, şeyx,
İmam Cümə, təharət, izaləyi-nəcasət, şəkkiyyat, nəzir, səbr,
cadu, rəml, təbiri-xab, möcüz, meyit namazı, cənazəni ziya-
rətgahlara göndərmək, qüsl, üsuliddin, füruiddin, təvəlla,
təbərra və min cürə və milyon cürə fırıldaq və müzəxrəfat,
bijlik, təzvir, molla, mərsiyəxan, əməleyi-mövta, hacı,
kəlbayı, ilan və qurbağa..." (472) Ədib belə torpaqları "dü-
zəltmək" üçün "mürur-dühur ilə" iş görmək lazım olduğunu,
əhalini mövhumat bataqlığından tədricən çıxarmağın
mümkün olduğunu da doğru qeyd edirdi.
«Molla Nəsrəddin» jurnalının ideya-siyasi istiqamətini
öyrənmək, Mirzə Cəlilin ictimai-siyasi məsələlərə
münasibətini aydınlaşdırmaq üçün onun bədii dili,
felyetonlarının ictimai-siyasi və dini leksikası zəngin və qiy-
mətli material verir. Bəşəri fikirlərin publisistika dilində
ifadəsinə görə C.Məmmədquluzadə dünya ədəbiyyatında ən
171
"
-
"
Ятябати алийат мцсялманларын мцгяддяс йерляринин
(
,
,
,
,
.)
Мяккя Мядиня Кярбяла Хорасан Няъяф вя с цмумиляшдириъи
,
,
,
ады олса да ядиб бурада ясасян Мяккя вя Мядиняни нязярдя
.
тутмушдур
319
böyük satiriklərlə yanaşı durur. O, satira vasitələrinə, satirik
üslubuna görə orijinal olmuş və belə də qalır. Böyük satira
ustasının sözdən istifadə məharəti, hamının istifadə etdiyi
"adi" söz və ifadələrə qeyri-adi satirik don geydirə bilməsi,
sözün, ifadənin, birləşmənin mənasını təbəssüm, gülüş,
eyham, istehza və sarkazm ilə dolğunlaşdıra bilməsi yazıçının
böyük sənətkarlıq qüdrəti ilə bağlıdır. Sovet dövrü
felyetonlarının verdiyi zəngin materialdan aydın olur ki,
böyük sənətkar terminoloji sözlərlə yanaşı, ümumi
ünsiyyətdə məcazilik çalarına malik olmayan bir sıra
birləşmələri də tutarlı satira vasitələrinə çevirə bilmişdir.
Nəzərdən keçirdiyimiz dil faktları Mirzə Cəlilin
sənətkarlıq qüdrətini, misilsiz satira ustası olduğunu bir daha
təsdiq edir; həm də aydın olur ki, sarsılmaz iradə sahibi
köhnəliklə, öz dövrünü başa vurmaqda olan dünya ilə gərgin
mübarizə aparmış, yüksək estetik keyfiyyətə malik olan sənət
dili, obrazlı və orijinal ifadə tərzi ilə dini, fanatizmi, bütün
köhnə və yaramaz idarəçiliyi nifrətlə damğalamışdır.
Dostları ilə paylaş: |