paleolit, mezolit, neolit, eneolit dövrlərinə aid
arxeoloji
materiallarla tanış olmuş, Azərbaycan arxeoloji düşərgələrindən əl-
də edilmiş materiallar barədə məruzələr etmişdir. Kitab 2004-cü
ildə nəşr olunub. Müəllif birgə görülmüş işin nəticələri barədə mə-
lumat verə bilərdi. Lakin, nədənsə, həmin dövrün üzərindən bir növ
sükutla keçilir.
Budur, müəllif Böyük Qafqaz ərazisində – Cənubi Osetiyanın
Çav rayonunda 6 təbəqəli Kudaro mağara mədəniyyəti barədə yazır:
«Kudaro I mağarasının çöküntülərində 6 təbəqə qeydə alınmışdır. I
təbəqədən tunc və eneolit, II təbəqədən - mezolit, III və IV təbə-
qədən mustye, V təbəqədən isə aşel mədəniyyətinə aid maddi mə-
dəniyyət qalıqları aşkar olunmuşdur». (103) III təbəqəyə daha çox
diqqət yetirilməli idi, əslində isə, boşdur. Kudaro I-in yaxınlığındakı
Kudaro III mağarası haqqında oxuyuruq: uzunluğu 130, eni 2 – 6,
hündürlüyü 1 – 5 metr olan bu düşərgənin çöküntülərində 7 təbəqə
66
vardır – «…I təbəqədən orta əsrlər, II təbəqədən mezolit, III – IV
təbəqə(lər)dən mustye, V – VI təbəqələrdən isə aşel mədəniyyə-
tinə aid maddi mədəniyyət nümunələri aşkar edilmişdir».(103) Hər
iki sitatda III təbəqə boşdur və IV ilə birləşdirilmişdir. Əslində isə,
bu dövrdə insanın insan kimi təşəkkülünə, dilin yaranmasına xüsusi
fikir vermək lazım idi. Bunun vacibliyi müəllifin özünə də yaxşı mə-
lumdur: «Azərbaycanda yuxarı paleolitin yaxşı öyrənilməməsinə
baxmayaraq, göstərmək lazımdır ki, mustye ilə son paleolit arasın-
dakı hədd xüsusilə vacib və mühüm hədd kimi qiymətləndi-
rilməlidir. Bu zaman, təxminən 30 – 35 min il bundan əvvəl müasir
tipli insan – Homo Sapiens («dərrakəli insan») meydana gəl-
mişdir. «Dərrakəli insan» neantrop (yeni insan) da adlandırılır».
(143)
Mezoliti (XII-IX minilliklər) neolit, VII minillikdə neoliti eneolit
dövrü əvəz etmişdir. Eneolit mis-daş dövrüdür. Toxa əkinçiliyinin bu
dövrdə yarandığı güman edilir. V minillikdən tunc dövrü başlayır.
Tunc dövrü e.ə. I minilliyin əvvəlinə qədər davam etmişdir. Tunc
dövrünü II minilliyin sonu, I minilliyin əvvəllərində dəmir dövrü əvəz
etmişdir. Dəmir dövrünün bəzi mənbələrdə e.ə. 1-ci minilliyin
əvvəlindən bizim 1-ci minilliyin əvvəlinə kimi davam etdiyi göstərilir,
Əsədulla müəllim isə dəmir dövrünü e.ə.X – VII yüzilliklər arası (3 –
4 yüz il) hesab edir.
Müəllif tunc dövrünü məhsuldar qüvvələrin sürətlə inkişafı, cə-
miyyətdə, ictimai münasibətlərdə əsaslı dəyişikliklər dövrü kimi sə-
ciyyələndirir – bu, doğrudur. Lakin sinifli cəmiyyətin və dövlətin mey-
dana çıxması barədə fikirlər təminedici deyildir və müəllif bu sahədə
İqrar Əliyevin yanlış konsepsiyasından bir addım da irəli gedə bil-
məmişdir. Bunun üçün müəllifin öz qeydlərinə diqqət yetirək.
«Artıq mustye dövründə sürü münasibətləri arxada qalmış,
ibtidai icma quruluşu (nəsli cəmiyyət) təşəkkül tapmış,
kommunalistik münasibətlər qərarlaşmışdır».(140) «Güman etmək
olar ki, mustye dövrü yeni ictimai təşkilatın – tayfanın yaranması
zamanı olmuşdur… Bu birliyin əsas tərkib hissəsini böyük kollektiv
təşkil edirdi».(140) 100 min il əvvəldən (mustye dövründən)
ibtidai icma quruluşu yaranmış, tayfa münasibətləri formalaşmışdır.
Bu, doğrudur və bu həqiqətin heç kəsə ziyanı yoxdur. Lakin həmin
bu ibtidai icma quruluşu nə vaxt dağılmış, sinifli cəmiyyət və dövlət
67
nə vaxt meydana çıxmışdır – bu məsələdə hansı millətin xeyrinə isə
həqiqət təhrif olunur. Müəllif Azərbaycanda tunc dövrünün sonunu
ibtidai icma quruluşunun zəiflədiyi bir mərhələ kimi qeyd edir
(hətta dağıldığı yox, zəiflədiyi dövr kimi!). Budur, X – VII yüzil-
likləri əhatə edən dəmir dövrü haqqında yazır: «Dəmirin yayılması
ilə bəşəriyyətin xeyli hissəsi ibtidai icma quruluşunun son
mərhələsinə keçmiş və ilk sinifli cəmiyyət yaranmağa başlamışdır».
(118-119) Və yenə: «Azərbaycanda dəmir dövrü mülki
bərabərsizliyin dərinləşməsi, ibtidai icma quruluşunun dağılması və
tayfa ittifaqlarının yaranması ilə xarakterizə olunur».(119) «Son
Tunc və Dəmir dövrünün əvvəlində ilk sinifli cəmiyyət və dövlət
meydana çıxır».(127) Azərbaycanın antik dövr mənzərəsinə də nə-
zər salaraq yazmışdır: «Antik Qəbələ şəhəri Azərbaycanın ərazi-
sində meydana çıxmış
ən qədim dövlət olan Albaniyanın
(fərqləndirmə bizimdir –
Q.K
.) V əsrin ortalarına qədər paytaxtı ol-
muşdur».(122) Ön Asiyada üçüncü minilliyin əvvəllərində (e.ə.
XXVIII əsr) Şumer dövləti, akkadlar, kutilər, lullular, kassitlər və
heç Manna, Midiya da nəzərə alınmır, Azərbaycanın ən qədim
dövləti Albaniya sayılır. Kutilərin e.ə. III minillikdə bizə çatan 50
illik dövlət sülaləsi və 100 il Şumeri idarə etməsi, kassitlərin
İkiçayarasındakı 500 illik hakimiyyəti (e.ə. II minillik), lulluların
Urmiya gölündən Fars körfəzinə qədər yayılmış hakimiyyəti yada
salınmır. «…eramızın IV – V əsrlərində Qafqaz Albaniyasının iqti-
sadi, ictimai və mədəni həyatında yeni bir mərhələ başlamışdır. Bu
vaxtdan başlayaraq Albaniyada yeni iqtisadi-ictimai formasiya olan
feodalizm təşəkkülü, xristianlığın dövlət dininə çevrilməsi, yerli
əlifbanın kəşfi, bir sıra yeni orta əsr şəhərlərinin meydana çıxaraq
formalaşması prosesi başlanır».(122) Dəmir dövründə quldarlıq və
dövlət yaranıb, eramızın IV–V əsrlərində feodalizm. Cəmi 7-8 yüz il
sonra feodalizmə keçilib. İbtidai icma quruluşu isə 120 min ilə
qədər davam edib.
Təbii ki, bunlar məntiqsizdir və Azərbaycanda cəmiyyət tarixi-
nin MEA-nın buraxdığı «Azərbaycan tarixi»ndə (1-ci cild, 1998)
olduğu kimi, azı 2000 illik təhrifinə səbəb olur, Azərbaycanda sinifli
cəmiyyətin və dövlətin tarixini 2000 il «cavanlaşdırır». Beləliklə, ulu
əcdadlarımızın son xidmətləri bir sıra əsərlərdə olduğu kimi, bu
əsərdə də düzgün qiymətləndirilmir. Onların uzun inkişaf yolu
68
keçərək, yüksək bilik və təcrübə toplayaraq dövlət yaratmaları
qiymətləndirilmir, kimlərinsə mənafeyi naminə əcdadlarımızın iki
minillik xidməti üzərinə qara pərdə çəkilmiş olur.
Əsərdə «Azərbaycan xalqının təşəkkül tarixinin mərhələləri»
başlığı altında müəllif xalqımızın inkişaf və təşəkkül mərhələlərini
izah etməyə çalışmışdır. Lakin burada, əslində, əvvəlki hissələrdə
verilən fikirlər xülasə edilmişdir. Əsas fikir bundan ibarətdir ki, Azər-
baycan ərazisində aparılan arxeoloji tədqiqatlar əsasında bəşər tari-
xinin keçdiyi bütün dövrlərə aid zəngin maddi materiallar tapılıb
tədqiq olunmuşdur. Müəllif doğru deyir ki, etnogenez probleminin
elmi tədqiqində arxeoloji və antropoloji materiallara əsaslanmaq
lazımdır. «Bəzi tarixçilər xalqımızın mənşəyi barədə yanlış fikirdədir»
(126) deyilsə də, bu yanlış fikrin nədən ibarət olduğu və hansı
konsepsiyanın nəzərdə tutulduğu bilinmir. Arxeoloji materiallara
əsaslanmağı təkrar-təkrar qeyd edərək, nəhayət, müəllif «…xalqın
yaranması, inkişaf etməsi və formalaşması prosesini tədqiq edərkən
bizə aşağıda qeyd olunan tarixi dövrlərin xüsusiyyətlərinin öyrə-
nilməsi vacibdir» deyə aşağıdakıları qeyd etmişdir: 1.Qədim Daş
dövrünün inkişaf xüsusiyyətləri; 2.Orta və Yeni Daş dövründə
meydana çıxan qəbilə və tayfalar; 3.Tunc dövrünüun maddi
mədəniyyət qalıqları; 4.İlk sinifli cəmiyyətin və dövlətin meydana
çıxması.
Lakin bunların heç biri «xalq» anlayışının izahına aid deyildir.
Bunlar xalqa qədərki inkişaf mərhələlərinə aiddir.
Müəllif çox düzgün bir nəticəyə gəlmişdir: «…maddi mədəniy-
yət nümunələri burada (Azərbaycan ərazilərində –
Q.K
.) yaşayıb-
yaradan insanların yerli olduğunu və bu ərazidə formalaşdıqlarını
söyləməyə imkan verir».(128) Lakin bu əhali kimlərdən ibarət idi,
məlum deyil. Xülasə, bu başlıq altında Azərbaycan xalqının hansı
etnoslar əsasında və nə vaxt təşəkkül tapdığı barədə heç nə
deyilmir. Əslində, belə bir məqsəd qarşıya qoyulmamışdır da.
«Qarabağ ərazisində müəyyən olunmuş quruçay, aşel, mustye,
üst paleolit, mezolit, neolit və tunc dövrünün arxeoloji mədəniyyətləri
bu diyarın qədim sivilizasiya mərkəzi olduğunu söyləməyə əsas ver-
mişdir».(161) Bunlar çox yaxşıdır. Arxeoloji materialların şərhi də çox
gözəldir və Yer kürəsi arxeoloji mədəniyyətinə müəllifin çox yaxşı bə-
ləd olduğunu göstərir. Odur ki ilk sakinlərin inkişaf yolunu xalqın in-
69
kişaf tarixini saxtalaşdıran mövcud zərərli konsepsiyaya uymadan
obyektiv şəkildə yekunlaşdırmaq əsərin qiymətini qat-qat artırardı.
Onsuz da arxeoloji mədəniyyət oxucuya həqiqəti deyir və müəllif ar-
xeoloji mədəniyyətin tədqiqi ilə bağlı qarşıya qoyduğu məqsədə
uğurla nail olmuşdur. Əsərdəki böyük xərc tələb edən illüstrativ mate-
riallar da müəllif fikrinin təsdiqi baxımından qiymətlidir.
Tapıntılar materialist dünyagörüşünün gerçəkliyini bir daha sü-
but edir.
15.04.2005
70
HOMERİN POEMALARI
VƏ
«KİTABİ-DƏDƏ QORQUD»
Şifahi söhbətlərdə və bir sıra yazılarda Homerin «Odisseya»
əsərindəki Təpəgözlə «Kitabi-Dədə Qorqud»dakı Təpəgöz arasında
bir yaxınlıq olduğu söylənilir. Əsərləri diqqətlə nəzərdən keçirmə-
dikdə bu cür söhbətlərin təsadüfi oxşarlığa əsaslandığı, əfsanəvi
olduğu və təpəgözlər arasında heç bir əlaqə olmadığı düşünülür.
Necə ola bilər? Homerin əsərləri 3300 il əvvəlin hadisələrini əhatə
edir, bizim «Dədə Qorqud»un isə «uzağı» 1500 yaşı var. Odur ki
müqayisə ağla batmır.
«Dədə Qorqud»a bələdik. Hadisələri bilirik. Homeri isə ya
oxumuruq, ya da alayarımçıq oxuyub macəralarla əylənirik,
qurtarıb bir tərəfə atırıq. Diqqətlə oxuyanları isə, görünür, bu cəhət
maraqlandırmayıb.
Yaşdan əlavə, bu əsərlərin ruhən yaxın olduğunu görməyə
mane olan başqa cəhətlər də vardır: Homerin əsərləri çoxallahlılıq
dövrünün məhsuludur, əsərdə bütün hadisələrin törədiciləri Zevs
və onun arvadı Hera başda olmaqla Olimp allahlarıdır; «Dədə Qor-
qud»da isə təkalllahlılıqdır və heç Homerin ağlına da gəlməyən is-
lam dini, islam allahı və türk Tanrısıdır.
Təəssürat belədir ki, Homerin qəhrəmanları uzaq bir ərazinin
sakinləridir, tamam başqa dil və din daşıyıcılarına – hindavropalılara
məxsus yunanlardır, «Dədə Qorqud»un qəhrəmanları bütün türklər
də deyil, bir tayfadır, oğuzlardır, vaxtilə bizim indiki Azərbaycan res-
publikası ərazisində yaşamış, bəlkə də dünyanı dolaşıb gəlmiş bir
tayfadır. Homerdə qəbilələr ittifaqıdır, «Dədə Qorqud»da iri Oğuz
tayfası gözə görünür. Yunanıstan haradadır - Azərbaycan harada?
Həm də saxta tarixçilərimizin iddia etdikləri kimi, bizim ölkəmizdə
hələ elmin, ədəbiyyatın, türkün, türk dilinin, türk yazı sənətinin
olmadığı bir dövrdə bu əlaqələr necə yarana bilərdi?..
Faktlar göstərir ki, bu suallar Azərbaycan tarixinin qeyri-elmi,
qeyri-obyektiv tədqiqindən irəli gələn suallardır. Heç bir elmi əsası
yoxdur və biz yuxarıda həmin təfəkkürün doğurduğu sualları qeyd
etmişik. Dastan azı Homerin yaşıdıdır, türklər, türk dili, türk
71
mədəniyyəti, türk ədəbiyyatı isə bəlkə yunanlardan çox qədimdir.
Və yenə faktlar göstərir ki, Troya müharibələri dövründə türklərlə
yunanlar arasında indikindən qat-qat yaxın əlaqə olmuş, onlar çox
vaxt birgə yaşamış, yaxın əlaqə və münasibətdə olmuşlar.
Amma Homerin əsərləri nə qədər müdrik əsərlərdir! Nə qədər
müasirdir! Nə qədər dərkolunan və maraqlıdır! Homerin poemaları
ilə onun qədər müdrik olan «Dədə Qorqud» arasında o qədər ruhi
yaxınlıq var ki, bunu bu əsərlərə ayıq gözlə baxan heç kəs inkar
edə bilməz…
Homerin öz dövrü, zamanı və onun bəhs etdiyi hadisələrin
zamanı haqqında müxtəlif fikirlər vardır. Bu cəhətdən alman alimi
M.Rimşneyderin fikirləri maraqlıdır. Müəllif göstərir ki, Homeri
oxuduqda adama elə gəlir ki, şair Krit-Miken dövründən danışır.
Homerin əsərləri isə bu dövrdən 500 il sonra meydana çıxmışdır.
Yüksək inkişaf etmiş Krit və Miken mədəniyyəti daxili ziddiyyətlər
əsasında e.ə. XII əsrdə – əhalinin məskunlaşdığı dövrdə məhv ol-
muşdur. Və sonra unudulmuşdur. Əgər biz indi Krit-Miken dövrü
mədəniyyəti haqqında bir şey biliriksə, o, ədəbi mənbələrə, folklora
görə deyil, yeraltı qazıntılara əsaslanır.
Homerin söylədiyi hadisələr həqiqətdə Miken dövrünə aiddir.
Lakin həmin dövrü Homer dövrü adlandırmaq olmaz. Necə ki
Hötenin «Faust»unda orta əsr hadisələrindən bəhs olunduğunu
nəzərə alaraq həmin dövrü «Höte dövrü» adlandırmaq olmaz. (16,4)
M.Rimşneyder Homerin yaşadığı dövr haqqında yazır: «Tam
aydın şəkildə müəyyən edilmişdir ki, Homer nə e.ə.IX əsrdə, nə də
hətta e.ə. VIII əsrdə yaşaya bilərdi… O, arxeologiyada
«orientalizasiya» adlanan dövrə mənsubdur və onun yaradıcılığını
nə bu dövrdən xeyli əvvələ, nə də bu dövrdən xeyli sonraya aid et-
mək olar». (16,3-4) Müəllif bir qədər sonra həmin dövrü belə səciy-
yələndirmişdir: Bu dövrdən danışılarkən «Əslində, Şərqi təqlidə cəhd
olunduğu dövrdən deyil, əksinə,
oykumen
(yunanlar onlara məlum
olan bütün məskun dünyanı belə adlandırırdılar) üçün xarakterik
olan macəralar, kəşflər dövrü, ruhi-mənəvi azadlıq dövrü dünyaya
münasibətindən söhbət gedir ki, onun mərkəzi sözün həqiqi məna-
sında heç də Şərqdə yerləşmirdi, Aralıq dənizində – onun Şərq sahil-
lərində yerləşirdi. Əgər biz e.ə.750-ci ildən 600-cü ilə qədərki
dövrü «Homer» dövrü adlandırırıqsa, yalnız ona görə yox ki,
72
Homer həmin dövrdə yaşamışdır, ona görə ki bu dövr vahid bir dövr
təşkil edir…» (16,4)
Yəni müəllif demək istəyir ki, Homer öz əsərlərini həmin
əsərlərdə bəhs olunan hadisələrdən 500 il sonra qələmə almışdır
və bu dövr elə bir dövr idi ki, hələ Şərq öz zəngin mədəniyyəti ilə
Qərbi təsiri altına ala bilməmişdi və bütün qəbilələrin, tayfaların
ətraf aləmi özünə məxsus dərketmə imkanları mövcud idi.
Ola bilər. Lakin əhali o qədər tez-tez yerdəyişmələrə məruz
qalır və müxtəlif etnoslar qarışıq halda yaşayırdılar ki, eyni mif və
hadisələri asanlıqla bir-birinə ötürə bilirdilər.
M.Rimşneyder «Homer dövrü»nü xarakterizə edərək yenə
yazmışdır: «Homer dövrü» özünəməxsusluğu ilə ona minnətdardır
ki, e.ə.XII əsrin əvvəlində Xett imperiyasının dağılması dövründən
Ön Asiyada faktik olaraq elə bir böyük dövlət mövcud olmamışdır
ki, başqa xalqların həyatına həlledici təsir edə bilsin. Çoxsaylı
balaca dövlətlər hər cür xarici himayədarlıq olmadan yaşaya
bilirdilər». (16, 5) Dövrün bu düzgün xarakteristikasını biz həm
Troya dövrü etnoslarının yaşadığı mərhələyə, həm də oğuzların
«Kitabi-Dədə Qorqud»dakı zamanına aid edə bilərik. Hər iki
əsərdən aydın olur ki, həqiqətdə də elə bir güclü istilaçı
hegemon dövlət yoxdur və bir-biri ilə vuruşan etnoslar, əsasən,
eyni gücdə olan qəbilələr birliyindən ibarətdir.
«Kitabi-Dədə Qorqud»u oxuduqca fikrimizi ifadə edə
bilməsək də, daim belə bir daxili düşüncə ilə yaşamışıq ki,
hadisələrin cərəyan etdiyi dövr necə dövrdür? Ətrafda nə fars var,
nə ərəb var, nə erməni. Elə bir güclü dövlət müşahidə olunmur ki,
fikirləşəsən ki, oğuzlar üçün qorxuludur. Sanki, elə bir dünyadır ki,
yer üzündə yalnız oğuzlar var və bir də qüvvə etibarilə onlara az-
çox bərabər olan müxtəlif qəbilələr. Bu, həqiqətdə də dastandan
alınan əsas təəssüratdır və zaman etibarilə M.Rimşneyderin təsvir
etdiyi dövrə tam uyğundur. Deməli, dastanın üzərində işləyənlər,
onu zamana uyğunlaşdıranlar ictimai quruluşu dəyişə bilməmiş,
zamanın əsas səciyyəsini olduğu kimi saxlamağa məcbur olmuşlar.
Bu dövrü bir qədər geniş şəkildə X.Xəlilli də əsasən düzgün səciy-
yələndirmişdir: «Beləliklə, e.ə.II minilliyin ikinci yarısı - I minilliyin
ilk yüzillikləri hərbi demokratiya mərhələsində Azərbaycan
oğuzlarının etnokonsolidasiyası prosesində xalq kimi təşəkkülünün
73
ilkin mərhələsində bu dövrü tərənnüm edən «Dədə Qorqud kitabı»
ilə Azərbaycan oğuznamələrinin yaranması başa çatır, etnososial
inkişafın nəticəsi olaraq oğuzların həyatında etnonim dəyişməsi baş
verir.
Oğuz
etnonimindən
Alban
özünüadlandırmasına keçid
prosesi başlayır.
Alban
etnoniminin inkişafda olduğu dastanlarda
aydın ifadə olunmuşdur.
Alpan
adı
oğuz
adının sinonimii kimi
işlənir. Qazan xan «Alpanlar başı» adlandırılır». (24,21)
Yunanların daimi yaşadığı ərazi bizə məlumdur. Bəs türk-
oğuzlar haqqında nə demək olar?
Əvvələn, burada bir şeyi birdəfəlik nəzərə almaq lazımdır
ki, «Kitabi-Dədə Qorqud»un Səlcuq oğuzları ilə heç bir əlaqəsi
yoxdur. Səlcuqlar türklərin bir qolu kimi, bu dastan haqqında,
qədim bir türk eposu kimi, məlumata malik ola bilərdilər. Ən
ibtidai məntiqsizlikdir ki, sərkərdə Səlcuqun başçılığı ilə
yaranmış bir türk toplumu – tayfası gəlib az vaxt ərzində bütün
şimali və cənubi Azərbaycanı türkləşdirib keçsin Anadoluya.
İkinci məntiqsizlik o olardı ki, madam Səlcuqun dəstəsi
Anadoluya keçmiş və oranı əbədi türk yurduna çevirmişsə, nə
üçün dastanda oğuzların yerləşmə parametrləri Azərbaycan
əraziləri üzərinə düşür? Deməli, bunlar ibtidai düşüncənin
məhsuludur.
Səlcuqlar dastan yaradan oğuzlar deyil. Dastanı yaradanlar
Azərbaycanın qədim əhalisi olan, ən azı ilkin mərhələlərdə
yunanların qonşuluğundan şərqə doğru yayılmış oğuzlardır. Orta
Asiyada «Dədə Qorqud» yarana bilməzdi. Onun Homer poemaları
ilə bütün uyğunluqları Ön Asiya – Azərbaycan hüdudları ilə bağlıdır.
Bunu bizdən 50-60 il əvvəl Ə.Dəmirçizadə də qeyd etmişdir. (17,
104) V.V.Bartold aydın şəkildə yazmışdır: «Qorqud adı ilə bağlı
olan epik silsilənin Qafqaz mühitindən kənarda yarandığını təsəvvür
etmək çətindir. (22,126)
Eposun tarixi də çox qədimdir və ilkin formalaşmanın ən azı
M.Rimşneyderin təsvir etdiyi dövrə düşdüyünü inamla söyləmək
olar. Dastanın müqəddiməsinin XV əsrdə yazıya köçürülərkən
əlavə edildiyi barədə fikirlər vardır. (16,5) Bunlar göstərir ki, dastanı
yazıya yenidən köçürən şəxs onu islam dini ilə bağlamağa çalışdığı
kimi, peyğəmbərlə də əlaqələndirmək istəmişdir: Rəsul əlehissəlam
74
zamanına yaqın Bayat boyından Qorqut ata diyərlər, bir ər qopdı».
(18,31)
Araşdırmalar göstərir ki, dastanın aparıcı şəxsiyyətlərindən biri
olan Qorqud obrazı türk təfəkküründə daha qədim tarixə malikdir.
Qorqud çox qədim bir mifoloji obrazdır.
Əli Sultanlı Dədə Qorqud haqqında xalq arasında mövcud
olan belə bir əfsanəni xatırladır:
Dədə Qorqud aydın, bərraq gözlü divin qızından dünyaya
gəlmişdir. Boyu altı arşın imiş. Gənc yaşlarında qopuz və tambur
çalmağı öyrənmiş imiş. O, xanların məsləhətçisi olmuş, dörd yüz il
yaşamışdır.
Dədə Qorqud ölümdən qaçarmış.O, bir gün yuxuda
yerqazanlara rast gəlir. Soruşur ki: «Bu yeri nə üçün qazırsınız?»
«Müqəddəs Qorqud üçün qazırıq» - deyirlər. O, qəbirqazanlardan
qaçır, Yer kürəsinin mərkəzinə enir. Qaranlıq dünyaya gəlib çıxır.
Su üstündə yaşamaq qərarına gəlir. Su üstünə xalça salır və orada
100 ilə qədər qopuzunu çalır. Lakin ölüm ondan əl çəkmir, ilan
şəklində suya girib xalçaya dırmaşır, Dədə Qorqudu çalıb öldürür.
(15,8-9)
Biz bu əfsanəni oxuyan kimi, «Gilqamış» dastanı, Gilqamışın
başına gələnlər – onun ölməzlik çiçəyi əldə etməsi, lakin həmin çi-
çəyi ilanın oğurlaması, Gilqamışın arzusuna çata bilməməsi
yadımıza düşdü. Və sonra gördük ki, bu düşüncə ilə hələ 25-30 il
əvvəllər görkəmli alimimiz Mirəli Seyidov yaşamışdır.
M.Seyidov qeyd edir ki, boylardakı Qorqud «daha əskilərlə
bağlıdır və özgə dünyanın – mifik aləmin nümayəndəsidir».
(19,135) Və yenə deyir: «Qorqut Ata türkdilli xalqların mifoloji
təfəkkürlə yaşadıqları çağın mifik obrazıdır». (19, 136) Müəllif
Qorqut
sözünü
qor-qut
şəklində iki kökə ayırmış, «xoşbəxt, uğurlu
od» mənasında izah etmişdir.(19,136) «Qut» sözünü də mifoloji
təfəkkürlə bağlamışdır: «Qut - türkdilli xalqların ən əski inamları ilə
bağlıdır. Bu inam öz kökləri ilə ibtidai qəbilə quruluşu insanlarının
təfəkkürü ilə səsləşir». (9,139)
M,Seyidov eyni əfsanənin qazax xalqı arasında da olduğunu,
musiqişünas Əhməd Jubanov tərəfindən qeydə alındığını göstərir.
Bu əfsanəyə əsasən, 20 yaşında olarkən ağ paltarlı bir nəfər
Qorquda yuxuda bildirir ki, o yalnız 40 il yaşayacaqdır. Bunu eşidən
75
Qorqud öz sevimli dəvəsi Jelmayaya (Yelmaya) minib dünyanı
gəzir, qəbirqazanlara sual verir və eyni cavabı alır, Sır-Dərya
üzərində yaşayıb qopuz çalır, lakin bir dəfə yorğun olduğundan ani
mürgüləyərkən ölüm ilan cildinə girib onu çalır və öldürür. (20,230-
231; 19, 189-190)
M.Seyidov əfsanəni verərək qədim şumer dastanını xatırladır və
yazır: «Gilqamış»da Gilqamışın dostu öləndən sonra «o çox
kədərlənir» və ölməzliyin, əbədiliyin çarəsini tapmaq üçün ölkələr
gəzir, başına min bir hadisə gəlir və nəhayət, o, insanları həmişə
cavan saxlayan, ölməzləşdirən «sehrkar» bir bitki tapır. İgid,
qəhrəman sevinir ki, həmin bitkini «öz xalqıma» verəcəyəm, onlar
yeyəcək və həmişə cavan olacaqlar. Lakin onun başısoyuqluğundan
bitki nə Gilqamışa, nə də onun sevdiyi xalqına qismət olur. Qəhrə-
man çayda çimərkən ilan gəlib həmin bitkini yeyir və guya elə buna
görə də ildə bir dəfə dərisini dəyişib cavanlaşır». (19,190)
Bu əfsanə hər bir xalqın özündə də doğula bilər, heç bir təsirin
nəticəsi olmaya da bilər. Lakin əfsanəni daşıyanların zaman etibarilə
eyni dövrlərin məhsulu olduğunu da pərdələyə bilməz. Odur ki bizim
Dədə Qorqudun çox uzaqların, qəbilələr dövrünün yadigarı olduğuna
şübhə yeri qoymur. Bunu da nəzərə almaq lazımdır ki, biz «Dədə
Qorqud» deyərkən bütün Dədə Qorqud boylarının eyni tarixə malik
olduğunu iddia etmirik. «Ümumiyyətlə, Dədə Qorqudun şəxsiyyəti
əsatirlər pərdəsi altında şübhələşmişdir. Hər halda, bu dumanlı
pərdə arxasında qədim Azərbaycan qəbilələrinin qüvvətli bir ozanı
yaşamaqdadır».(15,10) Və «deyilənlərdən belə nəticə çıxarmaq olur
ki, Dədə Qorqud dastanın ilk yaradıcısıdır. Onun ilk nüvəsini,
nəğmələrin rüşeymini o qoşub söyləmişdir». (15,11)
Belə bir fikir də tam ağlabatandır ki, «Dədə Qorqud» oğuzları
e.ə. III minillikdə Akkad dövlətində 100 il hökmranlıq etmiş
kutilərdir. Kutilərin nəsli isə sonralar oğuz adlanmışlar. «Dədə
Qorqud» dastanlarını yaradan və bu qəhrəmanlıq eposunda mədh
olunan oğuzlar elə həmin Azərbaycan oğuzlarıdır. Həm də bu
Azərbaycan oğuzları müstəqil etnik birlik kimi çıxış edirlər. Onların
qəbilə ictimai münasibətlərinə və hərbi demokratiyaya əsaslanan
müstəqil dövlətləri vardır. «Kitabi-Dədə Qorqud»dakı Azərbaycan
oğuzlarının nə Manna, nə də Midiya dövlətləri, nə Əhəmənilərin və
Makedoniyalı İskəndərin hakimiyyətləri, nə Atropatena və Alban
76
dövlətləri, nə Azərbaycan Parfiya rəqabəti, nə Sasanilərin işğalları,
nə də ərəb istilaları haqqında təsəvvürləri vardır». (23)
Məsələ burasındadır ki, Homerin poemalarının meydana
çıxma zamanı ilə bizim «Kitabi-Dədə Qorqud»un zamanı
arasında böyük yaxınlıq olduğu kimi, bu əsərlərin sosial-ictimai
məzmununda, quruluş və kompozisiyasında, əsərlərdəki
hadisələrin əlaqələndirilməsində də böyük uyğunluqlar vardır.
Bu əsərlərdə (Homerin poemalarında və bizim dastanda) tədqiq
edilməli, öyrənilməli məsələlər çoxdur. Lakin bu yazıda bizi maraqlan-
dıran əsas məsələ əsərlərin ümumi süjeti ilə bağlı uyğun və oxşar cə-
hətlərdir, onları müqayisəli şəkildə üzə çıxarmaq və onların köklərini,
nədən irəli gəldiklərini, təsadüfi olub-olmadıqlarını araşdırmaqdır. Axı,
doğrudan da, bunlar zahirən «uzaq yerlərin» və «bir-birindən uzaq
dövrlərin» məhsuludur. Lakin faktlar elədir ki, müqayisə etməmək
qeyri-mümkündür.
Hələlik Ə.Sultanlının əsəri istisna olmaqla, kimin tərəfindənsə
belə bir müqayisənin aparılıb-aparılmadığını da bilmirik.
Əli Sultanlı dastanın geniş təhlilini vermiş, ictimai-siyasi məzmu-
nu, quruluşu, dili, boylarda dini görüşlər, oğuzların təsərrüfatı və s.
haqqında maraqlı fikirlər söyləmişdir. O, dastanın yaranma tarixinin
qədim olduğunu göstərərək yazmışdır: «Dədə Qorqud» dastanının
məzmunu, əks etdirdiyi ictimai şərait və bir sıra şəkli vasitələri göstə-
rir ki, əvvəla, onun bədii nüvəsi və ilk yaranma tarixi ərəb istilasın-
dan çox-çox əvvəl başlamış, bədii şəkildə formalaşması isə həmin ke-
çid dövrünə təsadüf etmişdir. Dastanda ifadə edilən dünyagörüşləri,
insan duyğuları, milli ənənələr, surətlərin mənəviyyatı, bütpərəstliyin
üstünlük qazanan ünsürləri əsəri ərəb istilasından qabaqkı tarixlə
möhkəm bağlayırsa, ağ sapla tikilmiş bəzi yamaqları əsəri keçid döv-
rünə gətirib çıxarır.
Əsərin öz məzmunundan da göründüyü kimi,
Dostları ilə paylaş: |