Baburnamə 3


CAMDAKI QIZILBAŞ VƏ ÖZBƏK



Yüklə 5,03 Mb.
Pdf görüntüsü
səhifə41/46
tarix03.02.2017
ölçüsü5,03 Mb.
#7294
1   ...   38   39   40   41   42   43   44   45   46

 

CAMDAKI QIZILBAŞ VƏ ÖZBƏK 

SAVAŞININ ŞAHİDİNİN SÖYLƏDİKLƏRİ 

 

Çərşənbə axşamı günü, ayın on altısında [=29 dekabr] qızılbaş ilə 



özbək savaşında olan Div Sultanın adamı gəldi və bu bilgiləri verdi: Cam və 

Xırgird civarında aşura günü türkmənlər ilə özbəklər arasında səf hərbi olur. 

Sabahd an günortaya qədər vuruşurlar. Özbəklərin üç yüz min olduğunu 

söylədi, türkmənlər qırx-əlli min adammış, qaraltısını yüz min təxmin etdi. 

Lakin özbəklər öz adamlarını yüz beş min olaraq göstərirlər. 

Qızılbaşlar rum tərzində arabalar, zərbzən və tüfəngəndazla dəstə-dəs-

tə özlərini örtüb vuruşurlar. İki min araba və altı min tüfəngəndaz var imiş. 

Şahzadə və Cüha Sultan iyirmi min yaxşı igidlə birlikdə arabaların qurduğu 

sipərin içində durur, digər bəyləri isə arabaların dışında sağ  və sol qolları 

(354b) nizamlayır. Özbəklər gələndə dışandakı adamları məğlub edib vura- 

vura sürür, arxadan mühasirəyə alıb dəvə  və sursatı  ələ keçirirlər. Axırda 

arabaların içindəkilər zənciri açıb dışarı  çıxırlar. Burada müdhiş bir savaş 

olur. Özbəklər üç dəfə dönərək hücum edirlər. Tanrı təalanın inayəti ilə qı-

zılbaşlar özbəkləri məğlub edirlər. 

Küçüm xan, Übeyd xan və Əbu Səid Sultan başda olmaq üzrə doqquz 

sultan  əsir düşür.  Əbu Səid Sultan həyatda imiş; digər səkkiz sultan ölür. 

Übeyd Sultanın başını tapa bilmirlər, amma bədənini tapırlar. Özbəkdən əlli 

min və türkməndən isə iyirmi min adam tələf olur. 

Həmin gün on altı günlük müddətlə Cunepura getmiş olan Qiyasəddin 

Qurçu gəldi. Sultan Cüneyd və adamları Haridə əsgər sövq etmişlər, bu üz-

dən zamanında yetişə bilməzlərmiş. Sultan Cüneyd ağızdan bunları söylə-

miş:  şükür ki, tanrı inayəti ilə bu tərəflərdə padşahın iştirakını vacıb qılan 

bir iş görünmür. Mirzə gəlsə və bu civardakı sultan, xan və əmirlərə Mirzə 

ilə birlikdə hərəkət etmələri fərman olsa, ümid edilir ki, bütün işlər asanlıqla 

gerçəkləşəcəkdir. (355a) 

Gərçi Sultan Cüneyddən belə bir cavab gəldi, lakin kafir Sanka müha-

ribəsindən sonra Molla Məhəmməd Məzhəb də Benqala elçi göndərilmişdi 



BABURNAMƏ 

 

373



və bugün-sabah gələcəyini söyləyirdilər. Onun xəbərini də gözlədik. 

Cümə günü, ayın on doqquzunda [=l yanvar 1529] məcun yeyib bir 

neçə yaxın dostla xəlvətxanada otururdum, Molla Məhəmməd Məzhəb, ax-

şam vaxtı, ki şənbə gecəsidir, gəlib mülazimət etdi. O tərəfdəki vəziyyəti 

bir-bir soruşub öyrəndik: benqallar bizə itaət edir və bizə tərəfdardırlar. 

Bazar günü [=3 yanvar] türk və hind əmirlərini xəlvətxanaya çağıraraq 

danışıb məsləhətləşdik. Bu sözlər ortaya atıldı: benqallara elçi göndərərək 

onların bizə itaət etdiklərini və  tərəfdar olduqlarını öyrəndik. Benqala get-

mək faydasızdır; çünki oranın civarında  əsgərin işinə yarayacaq xəzinə 

yoxdur. Qərb tərəfində isə bəzi yerlər vardır ki, həm yaxındır, həm də xəzi-

nələri vardır. 

Malı vafir, eli kafir, yol yavuq,  

Şərq sarı gər iraqdır, ol yavuq. 

Axırda buna qərar verildi: mən qərb tərəfinə gedəcəyəm, yolumuz ya-

xın olduğu üçün bir neçə gün burada qalıb şərq tərəfindən arxayın olduqdan 

sonra (355 b) oraya yola düşəcəyəm. 

Qiyasəddin Qurçuya iyirmi gün müddət verərək Qanq çayının digər 

tərəfindəki bütün sultan, xan və  əmirlərin  əsgərini  ətrafına yığaraq bu asi-

lərin üstünə yürümələrini bildirən fərmanlarla birlikdə təkrar Purab əmirlə-

rinə qasid kimi göndərildi. Bu fərmanları oraya götürəcək, sonra da oradan 

xəbər alıb vaxtında gəlib bizə yetişəcəkdi.  

 

BƏLUCLARIN ÜSTÜNƏ YÜRÜŞ 

 

O günlərdə bəluclarm gəlib bəzi yerləri yağmaladıqları haqqında Mə-



həmmədi Göyəldaşdan ərzi-hal gəldi. Bu işi Çin Teymur Sultana tapşıraraq 

Sihrind və Samanənin o tərəfində olan Adil Sultan, Sultan Məhəmməd Dul-

day, Xosrov Göyəldaş, Məhəmməd Əli Cəng-Cəng, Əbdüləziz Miraxur, Se-

yid Əli, Vəli Qızıl, Qaraca, Həlahil, Aşiq Bəkavul, Şeyx Əli, Kəttə, Gücür 

xan, Həsən Əli Səvadi kimi komandanların Cin-Teymur Sultanın ətrafında 

yığılaraq altı aylıq sursatla bəluclarm üstünə yürümələri, bu zaman hamının  

Cin-Teymur Sultanın bütün əmirlərinə tabe olması haqqında fərmanları gö-

türməklə də Əbdülqaffar Tavaçıya həvalə olundu. 

Verilən qərara görə, o, bu fərmanları öncə Çin Teymur Sultana götü-

rəcək və ondan sonra adı  çəkilən bəylərə  (356 a) göstərəcəkdi. Bunların 

hamısının əsgərləri ilə birlikdə Çin Teymur Sultan tərəfindən təyin olunacaq 

toplanma yerinə  gəlmələrini təmin edəcəkdi.  Əbdülqaffar özü də  səfərdə 

onlarla birlikdə olacaq və hər hansı bir adamda süstlük və səhlənkarlıq görsə 

bizə bildirəcəkdi, qüsur göstərənlər dərəcə və rütbələri alınaraq özləri vila-

yət və pərgənələrindən uzaqlaşdırılacaqdı. 

Bu fərmanları verib ağızdan söylənəcək sözləri də söyləyərək Əbdül-



Zəhirəddin Məhəmməd BABUR  

 

 



374

qaffarı yola saldıq. 

Bazar gecəsi, ayın iyirmi səkkizində [=8 yanvar] saat üç pəhər və altı 

geri olanda Cundan keçərək Dulpurdakı Baği-Nilüfərə hərəkət etdik. Bazar 

günü, üçüncü pəhərə doğru bağa gəldik. Bağın ətrafında və civarında özləri-

nə bina və bağlar saldırmaları üçün bəy və elçilərə yer və yurd təyin edildi. 

Cümə axşamı günü cəmadiyüləvvəl ayının üçündə [=14 yanvar] bağın 

cənub-qərb tərəfində hamam üçün bir yer seçdik. Hamam tikiləcək yeri dü-

zəltdtilər. Bu düzəldilmiş yerdə hamamın təməlini qoyduqdan sonra hama-

mın inşa edilməsini və bir otağında bir hövzi-kəbir tikilməsini əmr etdim. 

O gün Xəlifə Aqradan Qazı Ciya ilə Bir-Sing Divin ərzi-hallarını (356 

b) göndərmişdi: Beharı İskəndərin oğlu Mahmud zəbt etmişdi. Bu xəbər gə-

lincə qoşun çəkmək niyyətilə ertəsi cümə günü, altıncı geridə Bağı- Nilufər-

dən atlanaraq axşam üstü Aqraya gəldik. Məhəmməd Zaman Mirzə də Dul-

pura gedirmiş, yolda bizə rast gəldi. Cin Teymur Sultan da o gün Agraya 

gəlmişdi. 

Şənbə günü, bəylər məsləhətə dəvət edildi və cümə axşamı günü, ayın 

onunda [=21 yanvar] Puraba doğru hərəkətə keçilməsinə qərar verildi. 

Həmin şənbə günü Kabildən məktub və xəbər gəldi: Hümayun o tərəf-

dəki əsgəri yığıb Sultan Veysi də yanına alaraq qırx-əlli minə yaxın adamla 

Səmərqəndin üzərinə  hərəkətə keçmişdi. Termizdən yürüyüb Qabadiyanı 

alan Tursun Məhəmməd Sultan kömək istəmişdi. Hümayun da Tülək Göyəl-

daş ilə Mir Hurdu izdihamlı bir qüvvə və mövcud moğollarla birlikdə Tur-

sun Sultana yardıma göndərmiş, sonra, özü də arxasından hərəkət etmişdi.  

 

BABUR ŞƏRQ SƏFƏRİNƏ HAZIRLAŞIR 

 

Cümə axşamı günü, cəmadiyüləvvəl ayının onunda [=21 yanvar] 



üçüncü geridən sonra Puraba getmək üzərə yola çıxıb Cəlisir kəndindən bir 

az yuxarıda (357a) Cundan gəmiylə keçərək Bağı-Zərəfşana gəldim. 

Tuğ, nağara, axır və bütün əsgərin bağın qarşısına, suyun digər tərəfi-

nə enmələri və hüzura çıxacaq adamların suyu gəmiylə keçərək gəlmələri 

əmr edildi. 

Şənbə günü benqal elçisi İsmayıl Mita benqalların hədiyyələrini gəti-

rib Hindistan tərzində mülazimət etdi. Bir ox atımı yerə qədər gəlib sayğıla-

rını ərz etdikdən sonra geri döndü. Sir-muyinə dedikləri xələti geydirib gə-

tirdilər. Bizim tərzdə üç dəfə yükünərək gəlib Nüsrət şahın ərzi-halını verdi 

və gətirdiyi hədiyyələri təqdim edib geri qayıtdı. 

Bazar ertəsi günü Xoca Əbdülhaq gəldi, gəmiylə sudan keçərək Xoca-

nın çadırına gedib mülazimət etdim. Çərşənbə axşamı günü də Həsən Çələbi 

gəlib mülazimət etdi. 

Əsgərin hazırlıqlarını tamamlamaq üzrə bir neçə gün çarbağda qaldıq. 



BABURNAMƏ 

 

375



Cümə axşamı günü, ayın on yeddisində [=27 yanvar] üçüncü geridən sonra 

oradan qalxıb atlandıq. Mən gəmiylə  hərəkət etdim. Aqradan yeddi küruh 

məsafədə yerləşən Ənvar kəndinə endik. 

Bazar günü özbək elçilərinə qayıtmaları üçün izin verdim. Küçüm xa-

nın elçisi Əmin (357 b) Mirzəyə kəmərli bir xəncər, altın dibalı bir yelək və 

yetmiş min təngə ehsan edildi. Əbu Səid Sultanın adamı Molla Tağayiyə və 

Mehriban xanım ilə oğlu Polad Sultanın adamlarına düyməli yeləklər və qu-

maş xələtlər geydirildi. Bunlara da vəziyyətlərinə görə pul ehsan olundu.  

Ertəsi gün, Xoca Əbdülhaqın Aqrada qalması, özbək xan və sultanları-

nın göndərdiyi Xoca Yəhyanın nəvəsi Xoca Kəlanın isə Səmərqəndə getmə-

si üçün izin verildi. 

Hümayunun oğlunun doğulmasını və Kamranın evlənməsini təbrik et-

mək üçün on min şahruxi hədiyyə ilə birlikdə Mirzə Təbrizi və Mirzə bəy 

Tağayi göndərildi. Hər iki Mirzəyə də öz geydiyim paltar və bağladığım kə-

mər göndərildi. Hindu Molla Behişti vasitəsilə dəyərli daşlarla işlənmiş kə-

mərli bir xəncər, yenə  dəyərli daşlarla işlənmiş davat, sədəflə  işlənmiş bir 

qutu, öz geydiyim qısa bir paltar, qurşaq, Baburi xəttinin müfrədatı  və bu 

yazıyla yazılmış qitələr göndərildi. Hümayuna Hindistana gələndən bəri 

yazdığım şeirlər və tərcümələr göndərildi. Hindal ilə Xoca Kəlana da tərcü-

mələr və şeirlər göndərildi. Kamrana da Mirzə bəy Tağayi vasitəsilə tərcü-

mə, Hindistana gələndən bəri söylənən şeirlər və Baburi xəttilə yazılan mək-

tub örnəkləri göndərildi. 

Çərşənbə axşamı günü Kabilə gedəcək adamlara məktublar yazılaraq 

izin verildikdən sonra Molla Qasım, Ustad Şah Məhəmməd Səngtraş, Mirək, 

Mir Qiyas, (358 a) Mir Səngtraş və Şah Baba Bildara Aqra və Dulpurda ti-

kiləcək binalara dair izahatlar verilərək bu işlər onlara tapşırıldı  və getmələ-

rinə izin verildi. 

İlk pəhər yaxınlaşmışdı ki, Ənvardan atlandıq. Günorta sonuna doğru 

Çəndvarın bir küruhunda yerləşən Əbapur adlı kəndə endik. 

Cümə axşamı axşamı Əbdülmüluk Qurçunu Həsən Çələbiylə birlikdə 

şahın [Şahzadə  Təhmasib] yanına, [İbrahim] Çapıq isə özbək elçiləri ilə 

birlikdə xanların və sultanların yanlarına göndərildi. Gecənin bitməsinə dörd 

geri qala Əbapurdan qalxıb dan ağararkən gəlib Çəndvar qarşısından gəmiyə 

mindim. Axşam üstü Rabiri önündə gəmidən çıxıb ordugaha gəldim. Ordu 

Fəthpura enmişdi. 

Fəthpurda bir gün qalıb şənbə günü səhər vaxtı abdəst alıb atlanaraq 

sabah namazını Rabirinin yaxınında camaatlə qıldıq. Mövlana Mahmud Fə-

rabi imamdı. Günəş doğarkən Rabirinin böyük dirsəyinin aşağısından gəmi-

yə mindik. O gün tərkib xəttilə yazmaq istədiyim tərcümə üçün on bir sətrlik 

bir mistar cızdım. O gün vəlilərin sözlərindən könlümə bir ilham doldu. 

Rabiri pərgənələrindən olan Cakin adlı pərgənənin qarşısında gəmiləri 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



376

sahilə çəkib o axşam gəmidə qaldıq. Oradan da sabahdan bir az əvvəl (358 



b) gəmiləri hərəkətə keçirib bu arada sabah namazını qıldıq. 

Mən gəmidə ikən Sultan Məhəmməd Bəxşi yanıma Xoca Kəlanın ada-

mı olan Şəmsəddin Məhəmmədi gətirdi. Məktubdan və sözlərindən Kabildə-

ki vəziyyəti tam olaraq öyrəndim. Mehdi Xoca da mən gəmidə ikən gəldi. 

Günortadan bir az əvvəl Ətavənin önündəki çayın digər tərəfində olan 

bağa çıxaraq Cunda qüsl edib günorta namazını qıldım. Namaz qılınan yer-

dən bir az Ətavə tərəfinə gələrək həmin bağın ağaclarının kölgəsində çaya 

baxan bir təpə üstündə oturub igidlərin çalıb-oxumasını dinlədik. Mehdi Xo-

canın ikram etdiyi yeməyi burada yedik. Axşam üstü çayı keçib yatsı vaxtı 

ordugaha gəldim. 

Əsgərin yığılması  və  Şəmsəddin Məhəmməd vasitəsilə Kabildəkilərə 

məktublar yazılması üçün o yurdda iki-üç gün qaldıq. 

Çərşənbə günü, cəmadiyüləvvəl ayının sonuncu günü [=9 fevral] Əta-

vədən hərəkət edib səkkiz küruh getdikdən sonra Muri və Edusəyə endik. 

Kabilə gedəcək məktubların qalanlarından bəziləri orada yazıldı. Hü-

mayuna göndərilən məktubun məzmunu bu idi: əgər indilik uğraşacaq bir iş 

yoxsa, oğurluğun və çapulçuluğun qarşısı alınmalı, heç kimin asayişi poz-

masına yol verilməməli, (359 a) Kabil vilayətini xassə mülkünə daxil  etdi-

yim üçün uşaqlardan heç kim ona tamah salmamalıdır. Sonra Hindalı da ça-

ğırmışdım. Bundan başqa, Kamranın şahzadə ilə yaxşı münasibətlər qurma-

ğa çalışması, Multan vilayətinin ona ehsan edildiyi, Kabil vilayətinin xassə  

mülkü elan oldunğu, ailəmlə saray ağırlıqlarının buraya gəlməsi yazılmışdı. 



 

XOCA KƏLANA MƏKTUB 

 

Bəzi keyfiyyətlər isə Xoca Kəlana yazılan məktubdan bəlli olacağı 

üçün o məktubun bir surətini olduğu kimi burada verirəm: 

«Xoca Kəlana salam dedikdən sonra söz budur: Şəmsəddin Məhəm-

məd biz Ətavədə ikən gəldi. Vəziyyəti öyrəndim. O tərəflərə getmək arzusu 

sonsuzdur. Hindistan işləri də yoluna girməkdədir. Ulu tanrıdan diləyirəm ki, 

buranın işi tanrı təalanın inayətilə tezliklə sona çatsın. Bu iş bitdikdən sonra 

Allah nəsib etsə  dərhal hərəkət edəcəyim. O vilayətlərin gözəlliyini insan 

necə unuda bilər? Xüsusilə  də belə tövbəli olunca, qovun və üzüm kimi 

məşru zövqləri insan ağlından necə çıxara bilər? Bugünlərdə bir qovun gə-

tirmişdilər, kəsib yeyəndə mənə çox təsir etdi. Az qala ağlayacaqdım. 

Kabilin heç cür zəbt və rəbt altına alına bilmədiyi (359 b) yazılmışdı. 

Axırda könül bunda qərar buldu: əgər bir vilayətdə yeddi-səkkiz hakim olsa, 

ora necə itaətkar və möhkəm olar? Buna görə də böyük bacımı və hərəmləri 

Hindistana çağırdım.  

Kabilin bütün vilayət və qəryələrini xassə mülkü elədim. Hümayun ilə 



BABURNAMƏ 

 

377



Kamrana da bu xüsusu izah edərək yazdım. Yaxşı bir adam o məktubları 

mirzələrə götürsün. Bundan əvvəl də bu xüsusa dair mirzələrə məktub yazıb 

göndərmişdim. Hər halda məlum olmuşdur. İndi o vilayətin idarəsı və abad-

lığı heç bir bəhanə və maneə qalmadı. Bundan sonra, əgər kurqan möhkəm 

və xalq razı olmasa, azuqə tapılmasa, ya da xəzinə dolmasa, bu vəziyyətin 

idarə edənin iqtidarsızlığı üzündən olduğu düşünüləcəkdir. Gərəkli olan bəzi 

işlər yazılacaqdır. Bəzisi üçün fərman da getmişdir. Bu işlərdən artan para, 

xəzinəyə yatırılsın. 

Gərəkli olan işlər bunlardır: öncə kurqanın təmiri, azuqə, gələn-gedən 

elçilərin məsrəfləri, caminin tikilməsi üçün pulu maldan alaraq sərf etsinlər. 

Karvansara və hamamların təmiri, ərkdə Ustad Həsən Əlinin bişmiş kərpiclə 

tikməyə başlayıb yarımçıq qalan binanın tamamlanması işi (360 a) onun özü 

ilə danışılıb məsləhətləşərək uyğun bir plan içərisində davam etdirilsin. Us-

tad Həsən Əlinin çəkdiyi əski layihə uyğunsa, o şəkildə tamamlansın, yoxsa 

fikir birliyiylə gözəl bir layihə üzrə tikilsin. Elə ki, onun döşəməsi divanxa-

na döşəməsi ilə bir səviyyədə olsun. 

Xurd-Kabil bəndi boğazın Xurd-Kabil tərəfinə  çıxdığı yerdə Büthaq 

çayına bağlanmalıdır. Qəznə bəndini təmir edin. Baği-Xiıyabana gəlincə, bu 

bağın suyu azdır, buraya da bir dəyirman işlədə biləcək qədər suyun tapılıb 

gətirilməsi lazımdır. 

Xoca-Bəstənin cənub-qərb tərəfində Tutum-Dərə çayını bir təpə üstü-

nə gətirtərək oraya hovuz tikib fidanlar əkdirmişdim. Güzərgahın qarşısında 

yerləşdiyi, gözəl və geniş bir mənzərəsi olduğu üçün oraya Nəzərgah adı ve-

rilmişdi. Oraya da gözəl fidanlar əkmək və plan daxilində çəmənliklər yara-

dıb ətrafına gözəl rəngli, gözəl rayihəli gül və reyhanlar əkmək lazımdır. 

Seyid Qasım da köməkçi dəstənin başçısı təyin edildi.  

Tüfəngəndazlarla Ustad Məhəmməd Əmin Cəbəçinin əhvalından qafil 

olmayın. 

Bu məktub gələn kimi, dərhal böyük bacımı və hərəmləri yola çıxarıb 

Nilaba qədər (360 b) qılavuzluq edin. Bu məktub gələn kimi, ən gec bir həf-

tə sonra mütləq yola çıxsınlar. Yoxsa Hindistandan gedən  əsgər dar yerdə 

sıxıntı çəkər, vilayət də xarab olar. 

Sonra, Abdullaha [Kitabdar] yazılan məktubda tövbə işindəki uğurlar 

haqqında çox mübaliğəyə yol verilmişdi. Bu rübai buna bir az engəl oldu.  

Mey tərkini qılalı pərişandır mən, 

Bilmən qılar işimiyü heyrandır mən, 

El bütün peşiman olub tövbə qılar, 

Min tövbə qılıb mənü peşimandır mən. 

Bənnainin bir nüktəsi xatırimə gəldi. Bir gün Bənnai Əlişir bəyin [Nə-

vai] hüzurunda bir nüktə edir. Əlişir bəy düyməli bir yelək geyibşmiş. Bu 

üzdən belə deyir: «Nəğz zərafəti kərdi, çəkmənra midadəm, vəli tügməha 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



378

nəmemand və mane əst» (Gözəl  bir nüktə etdin. Sənə yeləyimi verərdim, 



amma düymələri buraxmır və mane olur). Bənnai isə belə deyir: «Tügməha 

çi mane əst, badigəha mane əst» (düymələr mane deyil, ilgəklər manedir). 

Vəl üxdətü əlar-ravi (Günahı söyləyənin boynuna). Belə zarafatı mə-

zur görün və tanrı xatirinə, inciməyin. 

Sonra, o rübaini keçən il söyləmişdim. Gerçəkdən də bu ötən iki il şə-

rab məclisinə duyduğum arzu və  həsrət sonsuz idi. O dərəcədə ki, şəraba 

duyduğum həsrətdən bəzən ağlamaq həddinə gəlirdim. Bu il, əlhəmdülillah, 

o sıxıntı könlümdən tamamilə silindi. Hər halda tərcüməni nəzm etməyimin 



(361 a) isabəti və bərəkətindəndir. 

Siz də tövbə edin. Söhbət və şərab həmsöhbət və həmbadə ilə xoşdur 

ki, söhbət edəsiniz və şərab içəsiniz. Əgər həmsöhbət və həmbadə Şir Əh-

mədlə Heydərqulu isə bu tövbə o qədər da ağır olmayacaq. Arzuməndliklə  

salam. 

Cümə axşamı günü, cəmadiyülaxır ayının ilk günündə [=10 fevral] ya-



zıldı». 

Bu nəsihətamiz sözləri yazdığım zaman mənə fövqəladə təsir etdi. Bu 

məktubları Şəmsəddin Məhəmmədə təslim edib ağızdan söylənəcək sözləri 

də söylədikdən sonra cümə gecəsi getməsinə izin verdim. 

Cümə günü səkkiz küruh qədər gedib Cüvaməndnaya endik. Kitin-Qa-

ra Sultan bir adamını elçi olaraq gələn Kəmaləddin Qıyaq adlı nökərin yanı-

na göndərmiş, sərhəd bəylərinin necə yaşayıb nələr etdikləri haqqında, oğru 

və quldurlardan şikayət edən bəzi  şeylər yazmışdı. Qıyaq da həmin adamı 

buraya göndərmişdi. Qıyağa gərəkli izin verib sərhəd bəylərinə oğru və qul-

durları ram etmək, yaxşı yaşamaq və hərəkət etmək barədə fərmanlar gön-

dərdim. Bu fərmanları Kitin-Qara Sultandan gələn adama təslim etdikdən 

sonra biz bu yurdda ikən onun getməsinə izin verdik. 

Həsən Çələbidən  Şahqulu adında bir adam gəlib [özbək-qızılbaş] sa-

vaşı haqqındakı keyfiyyətini  ərz etmişdi.  (361 b)  Şahqulu vasitəsilə  şaha 

[şahzadə  Təhmasib] məktub yazaraq Həsən Çələbinin gecikməsini üzrlü  

sayıb cümə günü, ayın ikisində [=11 fevral] getməsinə izin verildi. 

Şənbə günü səkkiz küruh yürüyüb yenə Kalpi pərgənələrindən olan 

Kəkura və Çeçavəliyə endik. 

Bazar günü, ayın dördündə [=13 fevral] doqquz küruh gedib Kalpi 

pərgənələrindən olan Didəpur adlı pərgənədə başımı qırxdlm. İki aydan bəri 

başımı qırxmamışdım. Səngər çayında qüsl etdim. 

Bazar ertəsi günü on dörd küruh gedib Kalpi pərgənələrindən Çərkə-

dəyə endik. 

Çərşənbə axşamı günü, ayın altısında Qaraçanın hindistanlı bir köləsi 

Mahım bəyimin Qaraçaya yazdığı fərmanı gətirdi. Mahım gəlirmiş. Mənim 

əvvəlcə öz əlimlə yazdığım üslubda pərvanə yazıb Lahor, Bxirə və o civar-



BABURNAMƏ 

 

379



dan keçərkən qılavuz istəmişdi. Bu fərmanı  cəmadiyüləvvəl ayının yeddi-

sində [=17 yanvar] Kabildən yazmışdır. 

Çərşənbə günü yeddi küruh gedilərək Adəmpur pərgənəsinə endik. O 

gün, dan ağarmadan tək başıma alanıb günorta üstü Cun çayına vardım. Cun 

sahilindən aşağıya doğru getdim. Adəmpur qarşısına gələndə bir adada or-

dugahın yaxınlığıında çadırlar qurduraraq məcun yedim. 

O gün (362 a) Sadiq ilə Külalı gürəşdirdik. Külal iddiayla gəlmiş və 

Aqrada güləşmək üçün yorğunluğunu göstərərək iyirmi gün vaxt istəmişdi. 

Artıq qırx-əlli gün keçmiş olduğu üçün güləşməyə məcbur oldu. Sadiq yaxşı 

güləşdi və onu çox asanca yerə sərdi. Sadiqə on min təngə, yəhərli bir at, bir 

dəst paltar və düyməli bir yelək ehsan edildi. Kəlali isə  məğlub olmasına 

baxmayaraq bir dəst paltaryla üç min təngə hədiyyə aldı. 

Arabaları və topları gəmilərdən çıxarmağı əmr etdim. Yer düzəldərək, 

yol çəkərək arabaları və topları çıxarana qədər bu yurdda üç-dörd gün qaldıq. 

Bazar ertəsi günü, ayın on ikisində [=21 fevral] on iki küruh gedib 

Kürrəyə endik. O gün təxti-rəvanla getdim. Kürrədən on iki küruh gedib 

Kərrə pərgənələrindən Küryəyə endik. Küryədən də səkkiz küruh yürüyərək 

Saray-Məndaya endik. 

Buraya endiyimiz yatsı vaxtında Sultan Cəlaləddin gəlib mülazimət 

etdi. İki kiçicik oğlunu da özü ilə birlikdə gətirmişdi. 

Şənbə günü, ayın on yeddisində [=26 fevral] səkkiz küruh gedib Kərrə 

pərgənəsindən Qanq sahilində Düydüyüyə endik. Məhəmməd Sultan (362 



b) Mirzə, Qasım Hüseyn Sultan, Bixub Sultan və Turdukə biz orada ikən 

gəldilər. 

Bazar ertəsi günü, Əsgəri də bu yurdda ikən gəlib mülazimət etdi. Bu 

gələnlərin hamısı Qanqın şərq tərəfindən gəlmişdilər. Əsgərinin adamlarıyla 

birlikdə Qanqın qarşı sahilindən irəliləməsi və ordu harada güşərgə salsa, 

onların da tam qarşı tərəfdə düşərgə salmaları əmr edildi. 

Biz o civarda ikən irəlidən bir-biri ardına xəbərlər gəlirdi: Sultan Mah-

mudun yanında yüz min əfqan toplaşmışdı. Şeyx Bəyazid ilə Bibəni bir çox 

əsgərlə birlikdə Sərvar tərəfinə göndərib özü və Fəth xan Sərvani də Qanq 

sahilini təqib edərək Çünar üzərinə  gəlirmiş. Keçən il bir çox pərgənə ve-

rərək bu civarda qoyduğumuz Şir xan Sur da əfqanlara qoşulmuşdu. Şir xan 

ilə digər bir neçə  əmiri çayın qarşı  tərəfinə keçmişlər. Sultan Cəlaləddinin 

adamları Benaresi müdafiə etməyərək qaçıb çıxmışlar. Benares kurqanında 

qüvvə qoyaraq Qanq sahilinə gəlib vuruşacaqlarını söyləyirmişlər. 

Düydüyüdən qalxıb altı küruh irəlilədikdən sonra Kərrədən üç-dörd 

küruh məsafədə yrləşən Küsara endik. Mən gəmiylə gəldim. Sultan (363 a) 

Cəlaləddinin ziyafəti ilə əlaqədar iki-üç gün bu yurdda qaldıq. 

Cümə günü Kərrə qalasının içində Sultan Cəlaləddinin evlərinə endik. 

Ev sahibi sifəti ilə bizə yemək və təam ikram etdi. Yeməkdən sonra özünə 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



380

və uşaqlarına tikışsiz libaslar geydirildi. Arzusuna uyğun olaraq böyük oğ-

luna Sultan Mahmud ünvanı verildi. 

Kərrədən hərəkət edərək bir küruh qədər irəlilədikdən sonra Qanq sa-

hilinə endik. Orada ikən Mahım bəyim tərəfindən gəlmiş olan Şəhrək bəyə o 

gün məktub verərək getməsinə izin verdim. Xoca Yəhyanın nəvəsi Xoca 

Kəlan isə  məndən yazmaqda olduğum  Vəqayeni  istəmişdi. Surətini çıxart-

dırmışdım, onu da Şəhrək  vasitəsilə göndərdim. 

Şənbə günü qalxıb dörd küruh gedərək dincəldik. Mən yenə gəmiylə 

getdim. Enəcək yer yaxın imiş, erkən gəldik. Bir müddət sonra gəminin 

içində məcun yedik. Xoca Əbdüşşəhid Nur bəyin çadırındaymış, dəvət etdik. 

Molla Mahmudu da Molla Əlixanın çadırından çağırdıq. Bir müddət otur-

duqdan sonra gəmi ilə qarşı  tərəfə keçib güləşçiləri gürəşdirdik. Dost Ya-

sinxeyrə pəhlivan (363 b) Sadiqlə deyil, digərləri ilə güləşməsi əmr edildi. 

Qaydaya zidd olmasına baxmayaraq, onun daha qüvvətlilərlə güləşməsi əmr 

edildi. Səkkiz adamla yaxşı güləşdi.  

İkindi çağı Sultan Məhəmməd Bəxşi qayıqla o tərəfdən gəldi və asilə-

rin Sultan Mahmud dediyi Sultan İskəndər oğlu Mahmud xanın məğlubiyyət 

xəbərini gətirdi. Günorta üstü buradan gedən casus da asilərin məğlubiyyət 

xəbərini gətirdi. Günorta ilə ikindi arasında gələn Tac xan Sarənghaninin ər-

zi-halı də casusun xəbərinə uyğundu. 

Sultan Məhəmməd gəlib təfsilatı nəql etdi. Düşmən gəlib Çünarı mü-

hasirəyə almış, bir az savaşmış, lakin bizim gəldiyimiz dəqiqləşən kimi ora-

dan getmişdir. Benaresə keçən əfqanlar da təlaşla geri dönüb suyu keçəndə 

iki gəmi batmış və xeyli adamları boğulmuşdur. 

Ertəsi gün altı küruh yürüyərək Piyaq pərgənələrindən Siravəliyə gəl-

dik. Mən gəmiylə  gəldim. Çin Teymur Sultan ilə Toxta Buğa Sultan yarı 

yolda hüzura qəbul edilmək üçün gözləmişdilər. Sultanları da gəmiyə dəvət 

etdim. Toxta Buğa Sultan yada daşı ilə sehir etmişdi. Şiddətli bir külək qo-

pub yağmur yağmağa başladı. Gözəl bir hava oldu. Bu hava məcun yemə-

mizə səbəb oldu. Keçən gün məcun yediyimizə baxmayaraq bugün də yedik. 

Yurda gedib ertəsi gün də orada qaldıq. 

Çərşənbə axşamı günü təkrar atlandıq. Ordugahın qarşısında yaşıl və 

böyük bir ada vardı. Gəmiylə oraya keçib adayı gəzdikdən sonra ilk pəhərdə 

təkrar gəmiyə girdim. 

At üzərində çay kənarında gedərkən bir qayanın üstündən keçdim. At 

çatlamış qayanın üstünə çıxanda qaya uçdu. Mən dərhal sıçrayaraq özümü 

kənara atdım. At isə uçmadı. Atın üzərində qalmış olsaydım, çox ehtimal ki, 

atla birlikdə yuvarlanacaqdıq. 

O gün Qanq çayını qulac ataraq keçdim. Hər qulacı saydım, otuz üç 

qulacla keçdim və orada dincəlmədən geri üzərək təkrar bu tərəfə keçdim. 

Bütün çaylari üzərək keçmişdim, bircə Qanq çayı qalmışdı. 



BABURNAMƏ 

 

381



Axşam üstü Qanq çayının Cun çayı ilə birləşdiyi yerə qədər gedib Pi-

yaq tərəfindən gəmini çəkdirərək ilk pəhərin dördüncü gerisində ordugaha 

gəldim. 

Çərşənbə günü, ikinci pəhərdən etibarən əsgər Cun çayından keçməyə 

başladı. Dörd yüz iyirmi gəmi vardı. 

Cümə günü, rəcəb ayının ilk günü [=11 mart] suyu keçdim. 

Bazar ertəsi günü, ayın dördündə [=14 mart] Behara getmək niyyətilə 

Cun sahilindən hərəkət etdik və beş küruh gedib Ləvayinə endik. Mən gə-

miylə getdim. O günə qədər əsgərlər hələ sudan keçirdi. Adəmpurda gəmi-

lərdən çıxarılmış olan zərbzənli arabaları Piyaqda təkrar gəmilərə qoyub gə-

miylə gətirmələri əmr edildi.  

Endiyimiz yurdda güləşçiləri gürəşdirdik. Pəhlivan Lahori Kəşdiban 

ilə Dost Yasinxeyr güləşdilər. Xeyli mücadilədən sonra Dost qələbə qazandı. 

Hərəsinə bir dəst paltar ehsan edildi. 

İrəlidə bataklıq və çamurlı pis bir çay varmdı, ona Tus çayı deyirdilər. 

Keçid aramaq və yol tapmaq üçün burada iki gün qaldıq. Bir az yuxarıda at 

və dəvələr üçün bir keçid tapıldı. Yüklü arabalar o keçidin uyğun olmayan 

daşları üzündən keçə bilməzmiş. Yüklü arabaları da (364 a) oradan keçirmə-

yi əmr etdim. 

Cümə axşamı günü oradan hərəkət edərək Tus çayının birləşdiyi yerə 

qədər gəmiylə gəldim. Suyun birləşdiyi yerdə gəmidən çıxıb Tus çayından 

yuxarıya doğru gedərək ikindi üstü suyu keçib enmiş olan ordugaha gəldim. 

O gün altı küruh yürüdük. Ertəsi gün orada qaldıq. 

Şənbə günü on iki küruh yürüdükdən sonra kəndin yuxarı tərəfinə en-

dik. Oradan da yeddi küruh gedərək Nanupura endik. Biz bu yurdda ikən 

Çünardan oğullarıyla birlikdə Tac xan gəlib mülazimət etdi. O günlərdə Mə-

həmməd Bəxşinın ərzi-halı də gəldi: ailə və saray ağırlıqları Kabildən dəqiq 

olaraq gəlirmiş. 

Çərşənbə günü oradan qalxıb Çünar kurqanını gəzdikdən sonra Çünar-

dan bir küruh qədər keçərək endik. 

Piyaqdan hərəkət etdiyimiz günlərdə bədənimdə qan çibanı çıxmışdı. 

Bu yurdda ikən Rumdan gələn bir səyyah yeni kəşf edilən bir tədavi tətbiq 

etdi. Qarabibəri gil qazanda qaynatdı  və yaranı onun isti buxarına tutdum. 

Buxar azalınca da isti su ilə yudum. Təqribən iki saata qədər dindi. 

Yenə biz bu yurdda ikən bir nəfər ordugahın yanındakı adada aslan və 

kərgədan gördüyünü söylədi. Sabah (364 b) o adayı mühasirə etdik. Fillər 

də gətirilmişdi. Aslan və kərgədan çıxmadı, çıxa-çıxa bir çöl camışı çıxdı. 

O gün şiddətli rüzgar qopdu və toz-torpaq çox iztirab verdi. Gəmiyə 

minərək ordugaha gəldim. 

Ordu Benaresdən iki küruh daha yuxarıya enmişdi. Çünar civarındakı 

cəngəlliklərdə çox fil varmış. Oraya gedib fil ovlamaq niyyətində idim. Tac 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



382

xan mənə Mahmud xanın [Ludi] Sun çayının yanında olduğu xəbərini gə-

tirdi. Bəylər dəvət edildi və düşmən üzərinə sürətlə yürümək barədə danışıb 

məsləhət etdik. Axırda uzun mənzillə və gecikmədən yürümək qərara alındı. 

Oradan qalxıb doqquz küruh gedərək Bəlvə keçidinə endik. 

Burada bazar ertəsi günü axşam, ayın on səkkizində [=28 martl Tahir, 

Aqraya göndərildi və Kabildən gəlməkdə olanlara xərclik kimi ehsan  edilən 

pulların baratını götürdü.  

O gün gəmiylə gəldim. Sabahdan bir az öncə gəmiyə minmişdim. Guy 

çayının birləşdiyi Cunpur çayına qədər və oradan da Guy çayının bir az yu-

xarısına gedərək təkrar döndüm. Daracıq bir çay olmasına baxmayaraq (365 


Yüklə 5,03 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin