Baburnamə 3



Yüklə 5,03 Mb.
Pdf görüntüsü
səhifə45/46
tarix03.02.2017
ölçüsü5,03 Mb.
#7294
1   ...   38   39   40   41   42   43   44   45   46

 Quşçu:  quş ovlamağa, habelə göyərçin və xoruz saxlamağa çox maraq 

duyan adam, quşbaz. 



Qüsəm ibn Abbas: hz. Peyğəmbərin  əmisi oğlu. 56=676-cı ildə  Səmər-

qənddə öldürüldüyü güman olunur. Şahi-Zindədə dəfn edilmişdir. 



Lek: Hindistanda işlənən, 100.000 rəqəmini ifadə edən bir say.  

Luli: qaraçı. 

Lüng: Hindistanda qadınların paltar yerinə istifadə etdikləri uzun bir par-

çanın adı; sari.  



Lüngutə: Hindistanlı kişilərin paltar yerinə bellərinə bağladıqları bez par-

çasının adı. 



Maq: Hindistanda qış fəslinin üçüncü ayına verilən ad.  

Mani: Hindistanda işlənən bir ağırlıq ölçüsü. 100 mani = 1 minasə. 

Manqıt: noqaylarla qohum olan türk boyu.  

Marağa: Urmiya gölündən 35 km şərqdə yerləşən şəhər. Marağa rəsəd-

xanası burada tikilmişdir.  



Maşə: Hindistanda işlənən bir ağırlıq ölçüsü. 5 maşə = 1 misqal = 40 reti.  

Mavəraünnəhr: Amu-Dərya ilə Sır-Dərya arasında yerləşən ərazinin tari-

xi adı. Ərəbcə “(Ceyhun) çayının arxasındakı ərazi” deməkdir.  



Meymənə: (ərəbcə) ordunun sağ qolu. 

Meysərə: (ərəbcə) ordunun sol qolu.  

Məcun: bədəni möhkəmləndirən dərman qarışığı, konfortativ.  

Məhəmməd Salih: şair, “Şeybaninamə” əsərinin müəllifi. 

Məhəmməd Şeybani xan: Baburun əsas düşmənlərindən biri. 906-cı ildə 

Baburu Mavəraünnəhrdən tamamilə sıxışdırıb çıxarmışdır. Hakimiyyət döv-

rü:  906-915 = 1500-1510-cu illər. 

Məhfə: dəvə, fil kimi heyvanların belinə qoyulan, içində iki adamın qar-

şılıqlı olaraq üzbəüz otura biləcəyi şəkildə düzəldilmiş səbət. 



Məmun cədvəli: Klavdi Ptolomeyin (ərəbcə adı: Bitlimus) “Almagest” 

əsəri əsasında dahi türk astronomu Məhəmməd Musa əl-Xarəzminin xəlifə 

Məmun (198-218 = 813-833) üçün yenidən işlədiyi və təkmilləşdirdiyi ul-

duz kataloqu.   



Məngəlvar: çərşənbə axşamı; Hindistanda işlənən gün adlarından biri.  

BABURNAMƏ 

 

413



Mərv: Orta Asiyadakı  ən qədim  şəhərlərdən biri. Margiana vilayətinin 

mərkəzi. Müasir Marı şəhərindən 30 km uzaqda xarabalıqları qalır.  



Mianqal:  Zərəfşanın qolları olan Ağ  dərya ilə Qara dəryanın yaratdığı 

ada. Uzunluğu təxminən 100 km-dir. 



Mil: 4.000 qədəm uzunluğunda bir məsafə ölçüsü. 

Minasə: Hindistanda işlənən ağırlıq ölçüsü. l minasə = 100 mani 

Minbəyi: minbaşı; müasir mayor rütbəsi. 

Mir Əlişir Nəvai: dahi özbək şairi (9.02.1441 – 3.01.1501).  

Mir Seyid Əli Həmədani: sufizmin məşhur nəzəriyyəçisi. Vəfatı: 786 = 

1384-cü il.  



Miraxur: mehtərbaşı. 

Miri-şikar: ovçuluq sahəsinə baxan saray məmuru, yegermeyster. 

Mirzə: (<əmirzadə) Baburda Əmir Teymurun oğlu Miranşahın soyundan 

olan və Baburun babası  Əbu Səidi də  əhatə edən mirzələr. Sultan Hüseyn 

Mirzə isə Mirahşahın böyük qardaşı Ömər Şeyxin soyundandır. 

Misqal: Hindistanda işlənən ağırlıq ölçüsü, 

təxminən 4,1 qram

 = 5 maşə 

= 40 reti.  



Moğolistan: orta əsrlər  Şərq tarixçilərinə görə, Türküstanın  şimal-şərq 

hissəsində əsasən moğollarla/monqollarla məskun olan coğrafi məkan. 



Molla Cami: Nurəddin Əbdürrəhman Cami (817-898=1414-1492). Herat 

ətrafındakı Camda doğulmuş və Heratda vəfat etmiş böyük şair. 



Möhür, damğa, nişan:  yazılan rəsmi məktubların başqaları  tərəfindən 

açılmaması üçün qoyulan işarəyə deyilir.  



Möhürdar: hökmdarın möhürünü saxlayan yüksək rütbəli məmur. Ya-

zılan şəxsi və ya rəsmi məktublara möhür vururdu.  



Mübəyyin: Baburun hüquqi səciyyə daşıyan, iqtisadiyyat və vergi siyasəti 

haqqında nəzmlə yazılmış əsəri.  



Müctəhid: islam fiqhinin bilicisi, fiqhin mürəkkəb məsələlərini izah et-

məyə haqqı olan alim. 



Müçə: rütbə deməkdir. 

Müəmmai: müəmma deyən. 

Mühafiz: qoruyan, qoruyucu, cangüdən. Bax: tünqatar. 

Möhtəsib: o dövrün əxlaq polisi, yaxud bələdiyyə işlərinə baxan məmur. 

O, köməkçiləri ilə birlikdə küçədə-bazarda gəzərək tacirlərin alıcıları al-

datmamasına diqqət edir, özünü yaxşı aparmayan adamları yerindəcə  şal-

laqla cəzalandırırdı.  



Mülazimət: bir neçə  mənası var: yavər, xidmət etmək, müşayiət etmək, 

məiyyətdə olmaq deməkdir. Mülazim isə əski dönəmdə hərbi rütbə olub ley-

tenant deməkdir. 

Mürği-cəngəl: Ləmqanatda olan, qarğa ilə saxsağana bənzər bir quş. 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



414

Mürid: sufi dərviş təkkəsinə daxil olmağa hazırlaşan gənc, mürşidin (pir, 

şeyx) ardıcılı.  



Nağara:  ənənəvi olaraq hökmdarın qapısı önündə  hər alacaqaranlıq və 

şəfəq vaxtında çalınan davul.  



Namazgah: əskidən şəhər kənarında düzəldilən və xalqın toplu halda na-

maz qıla bildiyi açıq bir meydan. 



Naşpati: Əndicanda yetişən və ən gözəl olduğu söylənən qovun və ya ar-

mud növü. 



Navək: bir silah adı. 

Nəcmi-Sani: 1512-ci ildə Babura köməyə gələn səfəvi qoşunlarının sər-

kərdəsi Nəcməddin Yarəhmədin ləqəbidir.  



Nəqş: musuqi əsəri növü. 

Nəmənqan: Sır-Dəryanın sağ sahilində şəhər; indi vilayət mərkəzi. 

Nəsirəddin Tusi: məşhur alim və astronom. “Zici-Elxani” cədvəlini tərtib 

edərək elxani hökmdarı Hülaküyə ithaf etmişdir. Evklidin “Başlanğıc” və 

Ptolomeyin “Almagest” əsərlərini farscaya çevirmişdir.  

Nəstəliq: xətt növü.

 

Nil: Hindistanda işlənən saylardan biri. l nil = 100 kərb. 

Nökər: birinin əmri altına girərək onun xidmətində və məiyyətində olan, 

sıravi  əsgərdən başlayaraq bəyə  qədər müxtəlif dərəcəli hərbi və mülki 

adamlar üçün işlənən ümumi termin. 

Nüsrət şah ibn Əlaəddin ibn Hüseyn: 899-cu ildən (=1493) Benqaliyada 

hökm sürmüş hakim. 



Ox atımı: məsafə ölçüsü üçün işlənən bir termin. 

Osman: üçüncü islam xəlifəsi (23 - 35 = 644 - 656). 

: Orta Asiyadan Çinə  və Hindistana gedən ticarət yolu üzərində mü-

hüm şəhər. Altay dağlarının cənub qolları üzərində, Akbura çayının sağ və 

sol sahilində yerləşir. Hazırda Qırğızıstanın vilayət mərkəzidir.  

Otrar (Yengi): Arıs çayının Sır-Dəryaya qarışdığı yerdə salınmış qədim 

Orta Asiya şəhərlərindən biri. Hazırda xarabalıqları qalır. 



Örçin:  Kaşğar və  Əndicanda  ərazi-inzibati bölgü vahidi. Səmərqənd və 

Buxarada tümən, Hindistanda pərgənə olduğu kimi. 



Panipat: Pəncabda bir şəhər. Panipat müharibəsi burada olmuşdur.  

Pas:  günün səkkizdə birinə  və ya üç saata bərabər olan zaman ölçüsü. 

Hindistanda buna pəhər deyilir. 



Pədəm: Hindistanda işlənən say. l pədəm = 100 nil.  

Pəhər: Hindistanda  günün  səkkizdə  birinə (üç saat) verilən ad; gecə və 

gündüzün hər birinin dörddə biri, yəni üç saat. 



Pəl:  Hindistanda bir zaman vahidi, gerinin altmışda birinə, yəni 24 sa-

niyəyə verilən ad. 



Pəncgah nəqşi: musiqi əsərinin növü. 

BABURNAMƏ 

 

415



Pərgənə: Hindistanda böyük əyayətlərə tabe olan kiçık vilayətlərə verilən 

ad; tümən 



Pərvançı: hökmdarın əmr və fərmanlarını yazan və bildirən məmur.  

Pişrov: prelüdiya.

 

Piyazi: bir silah növü. 

Prispatvar: Hindistanda cümə axşamı gününə verilən ad.  

Puli-Malan: Malan çayı üzərində körpü. Malan Heri-rud çayının  əski 

adıdır, Herat bu çayın yanında yerləşir. 



Purabi: 796-cı ildən (=1394) Canpurda hökm sürmüş bir sülalə.  

Pus: Hindistanda qış fəslinin ikinci ayı.  

Racə: sanskritcə «knyaz» deməkdir, Hindistanda yerli bəylərin ünvanı. 

Rafizi: şiə deməkdir.  

Radəndaz: yüksək nəslə nərə cəkib düşməni vahiməyə salan dəstə. 

Ramazan: müsəlman hicri-qəməri təqviminin 9-cu ayı. 

Rana Sanka: tam adı Rana Sanqram Sinqh. Baburun Hindistandakı  ən 

güclü rəqibi. Onun haqqında yazmışlar: «Rana orta boylu, böyük fizki qüv-

vəyə malik, təndürüst, qeyri-adi dərəcədə iri gözləri olan bir adam idi... O, 

ölümündən əvvəl döyüşçüdən daha çox müqəvvaya bənzəyirdi. Qardaşı ilə 

dalaşanda bir gözünü, dehlili ludilərlə vuruşanda isə bir qolunu itirmişdi, 

Yeriyəndə axsayırdı, çünki başqa bir döyüşdə top gülləsi ayağını qırmışdı. 

Bədəninin müxtəlif yerlərində 80-ə yaxın qılınc və nizə yarası vardı”.  

Rana: Hindistanda yerli hökmdarların ünvanı. 

Ray: Bxirə ilə Sind çayı arasındakı dağlarda yaşayan cud qəbiləsinin rəi-

sinə verilən ünvan. 



Reti: Hindistanda işlənən bir ağırlıq ölçüsü vahidi. 1 reti = 8 düyü dənəsi 

= 64 xardal dənəsi = 512 xaşxaş toxumu ağırlığındadır.  



Riqabdar: üzəngibaşı, bir vəzifə adı. 

Rum: orta əsrlərdə Bizansın, ondan sonra Osmanlının rəmzi adı.  

Rübab: üçsimli musiqi aləti. 

Saçıq: hədiyyə saçma; bəxşiş vermə; comərdlik.  

Sahibi-ixtiyar: bax: eşik ixtiyarı. 

Saqqal buraxmaq: kafirlərə qarşı səfərə çıxanda qələbəyə qədər saç və ya 

saqqalın kəsilməyəcəyi barədə içilən and.  



Samançı: sarayda hökmdarın şəxsi əşyalarına cavabdeh şəxs.  

Sanduvaç: bülbül, yaxud kanarya növündən bir quş. 

Sanigər: Hindistanda həftənin günlərindən birinə verilən ad, şənbə. 

Sanq: Hindistanda işlənən say. l sanq = 100 pədəm. 

Sart: türklər və moğollar tərəfindən bəzi gövmlərin ortaq adı olaraq işlə-

dilən termin. Sart adı Türküstanda moğol hakimiyyəti zamanı türk olmayan 

qövmlər üçün işlənmişdir. Buxara və Xokandda şəhərli və əkinçi xalqın dı-

şındaki köçəri qırğızlara da sart deyilirdi. Qazaxlar isə türkcə və ya farsca 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



416

danışmalarına baxmadan oturaq əhaliyə sart deyirdilər. Rəsmi yazı dilində 

taciklər dışındakı türkləşmiş xalq bu adla anılırdı. 

Savən: Hindistanda yağmur fəslinin ilk ayı. 

Sayram: Arıs çayı hövzəsində yerləşən məntəqənin sonrakı adı. Yaxın-

lığında qədim İsficabın xarabalıqları yerləşir. 



Seva-lek-petpet: 125.000 dağ; Hindistanda Kəşmirin cənubunda yerləşən 

bir dağ adı. Babur bu adın  seva  «dörddə bir» + lek  «yüz min» + perpet 

«dağ» sözlərinin birləşməsindən meydana gəldiyini bildirir. 

Seyhun: Sır-Dərya çayının orta əsrlər dövründəki adı. 

Seyidlər sülaləsi: bu sülalədən olan Sultan Əlaəddin [Ludi] 1446-51-ci il-

lər, Bəhlul Ludi 1451-89-cu illər, oğlu Sultan İskəndər isə 1489-1517-ci il-

lər arasında hökm sürmüşdür. 

Seyidlər: özlərini peyğəmbərə qohum sayan zümrə.  

Səbuhi:  sərxoşluğun axşamdan qalma halını ötürmək üçün səhər vaxtı 

içki içmək. 



Səbuktəkin Qəznəvi: 366-387 = 977-997-ci illərdə hökm sürmüşdür. 

Səədəddin Məsud ibn Əhməd Təftəzani: məşhur alim, filosof (710-cu ildə 

Səmərqənddə vəfat etmişdir). 



Səhih Buxari:  Əbu Abdullah Məhəmməd  əl-Buxarinin tərtib etdiyi hə-

dislər toplusu. İslam aləmində ən səhih toplu sayılır. 



Səmərqənd kağızı:  Orta  Şərqdə  ən keyfiyyətli kağız. Bu kağıza yazılan 

əlyazmalar bu gün də öz keyfiyyəti və möhkəmliyi ilə seçilir. 



Səmərqənd: Orta Asiyanın ən qədim şəhərlərindən biridir, Əmir Teymu-

run və varislərinin paytaxtı olmuşdur. 



Səmizkənd: hərfən: «Kök şəhər». 

Sipahi  və  sipahilik:  atlı  əsgər və bu hərbi qrupa mənsub olanlar və on-

ların gördükləri işi ifadə etmək üçün işlənən termin.  



Sir/sər: bir ağırlıq  ölçüsü. 14 tülə = 1 sir və 40 sir = 1 batman. 

Siyaq elmi: maliyyə-hesab işləri. 

Somvar: bazar ertəsi; Hindistanda həftə günlərindən birinin adı. 

Sona: erkək çöl ördəyi, dişisinə bürçin deyilir. 

Sufi:  islamda mistik təlimin ardıcılı. 

Sux: Özbəkistanın Fərqanə vilayətində Sux çayının sahilində yerləşən ya-

şayış məntəqəsi. 



Sultan:

 kişilərdə əsasən adın əvvəlində (Sultan Mahmud Qəznəvi, Sultan 

Hüseyn Mirzə), özbək, qazax və moğol şahzadələrində adın sonunda (Qasım 

Sultan, Boran Sultan, Ədik Sultan, Çin Teymur Sultan) işlənir. Baburda 

adın əvvəlində və sonunda gəlmək üzrə hökmdarın qızları üçün də işlənmiş-

dir: Sultan Nigar xanım, Fatma Sultan, Payəndə Sultan bəyim. 



Sultan Əlaəddin: 1497-1519-cu, oğlu Sultan Nüsrət şah isə 1519-32-ci il-

lər arasında hökmdar olmuşdur. 



BABURNAMƏ 

 

417



Sultan Əli Məşhədi: XV əsrin məşhur xəttatı, Nəvainin müasiri. 

Sultan Hüseyn: Cunpurdakı  Şərqi sultanlarının sonuncusudur, 1458-79-

cu illər arasında hökm sürmüşdür. 



Sultan Mahmud Qəznəvi: 388-421 = 988-1030. Hindistana 17 dəfə yürüş 

etmişdir. 

Qəznəvi türk dövləti 963-1187-ci illər arasında mövcud olmuşdur.  

Sultan Müzəffər: 1512-26-cı illər arasında hökmdarlıq etmişdir. 

Sultan  Şəmsəddin Eltutmuş: 607-633-cü illərdə (=1210-1236) Dehlidə 

sultan olmuşdur. 



Sultanın məqbərəsi: Sultan Mahmud Qəznəvinin rövzə adlanan məqbərə-

si nəzərdə tutulur. 



Süheyl: Kil ulduz topasının alfa ulduzu, Siriusdan sonra ən parlaq ulduz. 

Onu görmək uğur sayılır. 



Süleyman şah ibn Əli ibn Sultan Mahmud inb Əbu Səid Bədəxşani: Babur 

ona “oğlum” deyirdi, çünki Sultan Əbu Səid hər ikisinin babalarından idi. 

Şüleyman şah 920=1514-cü ildə doğulmuş, 997=1589-cu ildə ölmüşdür. 

Şah İsmayıl Xətai: Səfəvi sülaləsinin banisi, böyük şair-hökmdar.  

Şahi-səadətmənd: əbcəd hesabı ilə 934 = 1528-cu il edir. 

Şahruxi: qızıl pul. 1 şahruxi 4,5 altın quruşdan bir az artıqdır. 

Şahruxiyyə: əskidən Finakət və ya Bənəkət adlanan bu şəhər monqol hü-

cumu zamanı xarabaya çevrilmişdi. Əmir Teymur onu bərpa etdirərək oğlu 

Şahruxun şərəfinə Şahruxiyyə adlandırmışdı. Hazırda xarabalıqları qalır. 

Şahzadə:  Baburun yaxın dostu, əvvəllər  şahzadə, sonra şah olan I Təh-

masib (930-984 = 1524-1576). 



Şeri: Hindistanda uzunluq ölçüsü. 1 şeri = 2 mil. 

Şeyx Yəhya:  Şeyx  Şərafəddin Münirinin oğlu, çiştiyyə sufi təkkəsinin 

başçısı. Vəfatı: 782 = 1381-ci il. 



Şəhabəddin Quri: 569-602 = 1173-1205. Qəznə ilə Herat arasındakı vi-

layətlərdə hakim olmuşdur. 



Şibaq/göy  şibaq:  qulan otu ilə birlikdə suya töküləndə balıqları  səsəm 

edən ot. Balıq ovunda istifadə edilmişdir. 



Şibertu: bir aşırım. Hündürlüyü 3.200 metrdir.

 

Şiğaul: səfirlərin hökmdarla görüşünü təşkil edən seremonmeyster. 

Şikdar: hərbi və mülki bir vəzifədir. İslam ölkələrində şikdar əvəzinə da-

ha çox təhsildar, yəni vergiyığan termini işlənmişdir. 



Şiraz: Səmərqəndin bir tüməni. 

Tabın: bölük. Savaş nizamındakı ordunun mərkəzinə (qol) daxil olan və 

hökmdarın yanında yer alan bir bölüyün adı. 



Tanıman/tanımal:  hökmdar və ya idarə amirinin yanında öz qəbiləsini 

təmsil edən və qəbiləsinə ait xüsuslarda məsləhətçi olan adam. 



Tank: 799-cu ildən (=1396) Qucaratda hökm sürmüş bir sülalə. 

Tank: Hindistanda işlənən bir ağırlıq ölçüsü. l tank = 4 maşə = 32 reti.  

Zəhirəddin Məhəmməd BABUR  

 

 



418

Tarxan: iki sözdən ibarətdir: tar = hədiyyə və xan. Tarxanlar bəy və tacir 

olmaqla iki zümrədən ibarət idi. Tacir tarxanlar vergilərdən azad edilir, bəy 

tarxanlarlar isə savaşda qazandıqları qəniməti heç kimlə, o cümlədən hökm-

darla da paylaşmırdılar. 

 Tarix: hər hansı hadisənin baş vermə vaxtını poetik şəkildə qeydə alan 

xronoqram. Tarix sözlərdəki hərflərin əbcəd hesabı ilə qiymətlərinin cəmin-

dən ibarət olurdu.  

Tarnov: arx, kanal, su yolu, nov, novça. 

Tavaçı: yüksək saray mənsubu; hərbi komissar, ordunun boy artımı ilə, 

canilərin edamı ilə və s. məşğul olurdu. 



Təbəqəti-Nəsiri: Osman ibn Siracəddin  əl-Cüzcaninin 658-ci (=1260) 

ildə yazdığı və Dehli sultanı I Nəsirəddin Mahmuda ithaf etdiyi ümumi tarix 

kitabı. Adı da buradan gəlir. 

Təqti: mənzuməni vəzn parçalarına görə ayırıb aralıqlı oxuma. 

Tənab: quş ovlamaq üçün işlənən ip; ölçü ipi. 1 tənab = 40 qədəm və 100 

tənab = 100 küruh uzunluğunda bir məsafə ölçüsü.. 



Tənab: məsafə ölçüsü; təxminən 24 metr.  

Təngə:  ağ gümüş sikkə, gerçək dəyəri bu gün dəqiq bilinməyən bir pul 

vahidi. 


Təvarid: iki şairin bir-birindən xəbərsiz eyni misra və ya beyti söyləməsi. 

Toqqay: çayın qıvrılması nəticəsində yaranan çıxıntıya verilən ad.  

Toy: ziyafət, məclis; toy-düyün.  

Törə (< törü): törə, qanun, qayda, gələnək, görənək, el adəti. 

Tubulğu: qızıl söyüd; Fərqanə dağlarında yetişən, qabığı qırmızı tamarisk 

ağacıdır. Əsa, qamçı sapı, quş qəfəsi və ox düzəltmək üçün işlənmişdir. 



Tuğ: bayraq, sancaq. 

Tuğçu: bayraqdar, ələmdar. 

Tuğra: hökmdarın gerbi. 

Tul: bir aşırım. Hündürlüyü 4.000 metrdir. 

Tulğama: türk savaş taktikası. Düşməni döyüş zamanı sağdan və soldan 

mühasirəyə almaq, mərkəzdən vurub məhv eləmək. 



Tutam: dörd əlik (barmaq) enində bir uzunluq ölçüsü. 

Tülə: Hindistanda işlənən bir ağırlıq ölçüsü. l tülə = 12 maşə. 

Tümən: on min; pul, dinar. Kibəki isə Mavəraünnəhr bölgəsində 1308-26-

cı illər arasında hökm sürən Kibək xan tərəfindən qoyulmuş bir dinar stan-

dartıdır. Başqa bir mənası isə on min əsgər və ya on min dinar vergi verən 

qəza (rayon), bölgə deməkdir. 



Tünqatar: keşikçi, gözətçi, qarovul; xaqanın cangüdəni, özəl mühafizi. 

Tünqatar sözü gecəni (tünü) gündüzə qatar, heç uyumaz mənasındadır. 



Türküstan: Orta və Mərkəzi Asiyada yerləşən, Xəzər dənizindən Monqo-

lustana, Aral dənizindən  Şimali  Əfqanıstana qədər uzanan, təqribən 3 mil-



BABURNAMƏ 

 

419



yon kv km-lik ərazini əhatə edən tarixi-coğrafi termin; Sır-Dəryanın sağ sa-

hilində yerləşən şəhərin adı (Qazaxıstan).  



Uluğ bəyin rəsədxanası: 1434-cü ildə Uluğ bəy tərəfindən tikilmişdir.  

Ulus: yer, məmləkət, diyar; el-oba, xalq; dövlət (Çağatay ulusu).  

Ura-Təpə: hazırda Tacikistanın Xocənd vilayətində rayon mərkəzidir.  

Uruq/uruğ: ailə üzvləri; tayfa; saray müxəlləfatı. 

Uyğur: Şərqi Türküstanda (Uyğuristan) qədim türk xalqı. 

Uzaqlıq və məsafə ölçüləri: Hindistanda:   

  1 mil = 4.000 qədəm.  

 1 

qədəm = 1,5 kari = təxminən 90 sm.  



  1 kari = 6 tutam =  təxminən 60 sm.  

  1 tutam = 4 əlik (barmaq) = təxminən 10 sm.  

 1 

əlik = 6 arpa boyu = təxminən 2,5 sm.  



  1 arpa boyu = təxminən 4 mm.  

 1 


tənab = 40 kari = təxminən 24 metr.   

  1 kari = təxminən 60 sm. 



Özgənd: X əsrdə bir ara Qaraxanilərin paytaxtı olmuşdur. İndi Qırğızısta-

nın Oş vilayətində rayon mərkəzidir. 



Üstürlab:  ulduzların dünyaya görə yüksəkliyini tapmaqda işlədilən bir 

astronomiya aləti, astrolyabiya.  



Varuh: Tacikistanın Xocənd vilayətində İsfəra çayının sahilində yaşayış 

məntəqəsi. 



Vayin: yer altında mərtəbələri, otaqları olan xüsusi quyu. 

Vird: müəyyən zamanlarda oxunması adət olan Quran cüzləri, duaları. 

Yadaçılıq: yağış, qar yağdırmaq, külək qoparmaq üçün yada daşından is-

tifadə edilməsi. Mahmud Kaşğari bu barədə geniş məlumat vermişdir. 



Yaqub Osman əl-Qəznəvi əl-Çərxi: məşhur sufi, Xoca Əhrarın müəllimi. 

Vəfatı: 851 = 1447-ci il. 



Yam: Səmərqənd vilayətində yaşayış məntəqəsi. 

Yam: poçt atı. 

Yamçı: poçtalyon, qasid, çapar. 

Yarmaq: pul. 

Yasal: səf, savaş səfi, döyüş nizamı. Türk ordusunda əskidən bəri olduğu 

kimi, Babur zamanında da savaş nizamı belə idi:  

İrəvül (irəli qol, önçü qol).  

Cavanğar(sol qol).  

Baranğar  (sağ qol).  

Qol (mərkəz).  

Çağavul (geri qol, ardçı qol).  

Babur savaşların birində cavanğarı və baranğarı öz aralarında sol və sağ 

qollar olmaqla daha iki yerə bölmüş, mərkəzə də bir xassə tabın yerləşdir-


Zəhirəddin Məhəmməd BABUR  

 

 



420

məklə türk döyüş sənətinə yenilik gətirmişdir. 



Yasavul: yasaqçı, mühafizə məmuru, səflərin nizamını təmin edən zabit. 

Yengə: böyük qardaşın və ya əminin arvadı.  

Yəbrüh üs-sənəm: insan kökü adlanan bir bitki, adamotu, qanqurudan.  

Yəxni: kabab. 

Yurd: köçərilərin düşdükləri yer; hökmdar düşərgəsi, ordugah.  

Yükündürmək: Baburda hökümdarın oğullarına və ya bəylərinə hər hansı 

bir rütbə və ya mövqe verərkən keçirilən bir törəni göstərir. Digər bir məna-

sı hökmdar önündə sayğı ilə diz çökməkdir.  

Yüz atlı(ğ): yüzbaşı; bugünkü kapitan rütbəsinə uyğundur.  

Zəfərnamə: Baburun qələbələri haqqında  Şeyx Zeyn tərəfindən qələmə 

alınan zəfər məktubları. 



Zəfərnamə: Teymurun tarixçisi Şərafəddin əl-Yəzdinin 882=1419-cu ildə 

yazdığı məşhur əsər. Burada Əmir Teymurun zəfərlərindən danışılır.  



Zəmbərək: holuqlu taxtaya bağlı qurma yaydan və dörd guşəli, baş bar-

maq qalınlığında, ucu dəmirli, arxasında düz uçmağı təmin edən lələyi olan 

oxdan meydana gələn atəşsiz silah növü. Əsgərin zirehlərini dələcək güc-

dədir. 


Zic: yaxud zeyr: əskidən ulduzların yerlərini və hərəkətlərini göstərmək 

üçün hazırlanmış cədvəl, ulduz kataloqu. 



Zünnar: müsəlman ölkələrində xristianların bellərinə bağladıqları xüsusi 

rəngdə qurşaq. 

 

 

 



 

 

 



 

 

 



 


Yüklə 5,03 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin