Türkcədən çevirən: Zakir Sadatlı
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
Ag bulud
Günortaya yaxın dümağ bir səs ilıq bir yeltək əsər, bir rəhmət buludu kimi keçərdi məhəllə-
dən. O gələndə küçələrdə bəmbəyaz bir səs əks-səda verərdi, uşaqları çığır-bağırla öz arxasınca
çəkən bir səs:
- Özü gedir!
- Özü gedir!
Uşaqlar bu səsə bağlıymış kimi uzun bir qaçışa hazırlaşardı. Bir yaylaq mehi yalayardı
üzlərini. O bəyaz səs həmişə eyni yerdən keçərdi. Onun keçəcəyi yolun hər iki tərəfində düzülən
uşaqlardan kimisi ayaqqabılarının bağlarını sıxar, kimi də təlaşla balaca oyun kürələrini cibinə
doldurardı. Oyunda yaxalanan, cəza alan uşaqlar bağışlanardı. Bütün oyunlar yağışdan sonraya
keçirilərdi. O gələndə uşaqlar bir bəyaz yağışa tutulardı, günəş “şirniyyat bürcü”nə girərdi. Ha-
vaya atılan çəlik-çomaqlardan ürkən quşlar ağaclardan uçardı. Bəyaz buludun gəldiyini bir-birinə
müjdələyən uşaqların nəşəli səsləri yüksələrdi tozlu yollarda.
- Hacı Baba gəlir!
- Hacı Baba gəlir!
Hacı Baba hər həftə dolu kimi yağıb keçərdi. İri, bəyaz qanadlı bir quş kimi uçaraq gələr,
uşaqlar da ona doğru çığır-bağırla qaçardı. Hacı Baba və uşaqlar bir-birinə yaxınlaşdıqca səslər
də çoxalardı.
- Hacı Baba gəlir!
- Özü gedir!
Hacı Baba məhəlləyə girincə velosipedinin sükanını buraxar, iki əlini yana açardı. Küləyin
dalğalandırdığı ağ önlüyünün ətəkləri havalanar, ağ bir göyərçin kimi qanadlanardı. Üzündən əs-
kik olmayan o təbəssümlə uşaqlara şəkər yağdırar, qışqıra-qışqıra yoluna davam edərdi.
- Özü gedir!
- Özü gedir!
Uşaqlar “özü gedən” o ağ və bərəkətli səsin arxasına düşdüyü zaman, məhəllədə bir qəhqə-
hə tufanı və səs-küylü bir qaçış başlardı. Uşaqlar dillərində şən bir təkərləməylə bir çay olub
axardılar velosipedin arxasınca. Hacı Baba özü də şən bir təkərləməydi onların dilində. Qaçarkən
elə hey bir ağızdan qışqırardılar.
- Hacı Baba, bəri bax! Qulağına dəri tax!
- Hacı Baba, bəri bax! Qulağına dəri tax!
Bütün varını şəkərə çevirib uşaqlara paylayan, ağlara bürünmüş bir könüllü dəli idi Hacı
Baba. Bir yaylaqdan enib keçdiyi tarlalara bərəkət bağışlayan ağ köpüklü bir çay idi. Pambıq
kimi idi saqqalı. Başındakı şapka, ayaqlarındakı ayaqqabılar, paltarının üstündən geydiyi uzun
önlüyü, velosipedi, velosipedinin sükanına bağladığı lentlər, ön təkərin iki yanındakı fırfıralar,
uşaqlara yağdırdığı şirniyyatlar, səsləndirdiyi dini musiqilər… hamısı bəyazdı.
O, uşaqların üfüqündə bəyaz bir buluddu. Keçdiyi küçələrə şirniyyat olub yağar. O bəyaz
buludun yağdırdığı şirniyyatları əldə etmək üçün uşaqlar dəlicəsinə qaçardılar. Hacı Baba hər də-
fə əlini cibinə salanda, təkərləmə söyləyən uşaqların səsi kəsilərdi bir an. Bütün gözlər onun əli-
nə dikilər, bir yağmur gözləyərdilər. Hacı Baba şirniyyatları havaya atanda qışqırıqlar yenidən
yüksələrdi. Uşaqlar məscid həyətində yem atılmış göyərçinlər kimi şirniyyatın düşdüyü yerə yı-
ğışardılar.
Yemləri yığan göyərçinlər, "Hacı Baba, bəri bax! Qulağına dəri tax!"- deyə qışqıraraq ye-
nidən velosipedin arxasınca düşərdilər. Uşaqların bu qışqırıqlarını eşitmirmiş kimi arxasına heç
baxmazdı "özü gedən." Hər gün başqa bir məhəlləyə yağan o bərəkətli, bəyaz bulud, hər gəlişin-
də arxasınca şirniyytlar və xoşbəxt uşaqlar səpələyərdi…
Uşaqlar yorulanda onun da səsi uzaqlaşar, qollarını bir quş qanadları kimi çırparaq uçar,
süzər və xəyal kimi gözdən itərdi.
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
Hacı Babanın kimsəsi yoxdu. Köhnə bir kərpic evdə təkbaşına yaşayardı. Şirniyyat yağdır-
dığı məhəllələrdən köhnə maqnitofon, radio, saat, qaz sobası… nə tapsa satın alar, onları təmir
edərək qəsəbə bazarında satardı… Qazandığı bütün pulları şirniyyata verər, uşaqların xoşbəxtliyi
üçün xərcləyərdi.
Bəzən velosipedinin arxasında böyük bir limonad küpü ilə gələrdi. Bir limonad seli olub
axardı. Məktəblərin qapısında gözləyər, uşaqlara limonad paylayardı. Tənəffüs zəngi çalınanda
uşaqların hücumuna uğrayardı. Əlindəki uzun çömçəsiylə stəkanları doldurub uşaqlara verərdi.
Şagirdlər onun ətrafına yığışar, hərəsi bir tərəfindən çəkər, üst-başını dartışıdırar, qollarından,
çiyinlərindən asılardılar.
- Hacı Baba, mənə də!
- Hacı Baba, mən içmədim!
O, çömçəsini küpdən doldurub stəkanlara boşaldarkən qışqırardı:
- Özü dolur! Özü dolur!
Təmir etdiyi əşya radio olsa, “özü danışır!", qaz sobası olsa, "özü yanır!" deyə qışqıra-qış-
qıra satardı. Təmir etdiyi əşyaları bazarda yerə düzər, öz səsini bir kasetə yazar, maqnitofonun
düyməsini basar, oradan uzaqlaşardı. Təmir edilən maqnitofon, həm öz reklamını, həm də digər
əşyalarını reklam edərdi. Maqnitofon ətrafına toplaşan maraqlı alıcılara uzun-uzadı izah edərdi:
"Mən danışıram. Danışmağı bacarıram. Türkü də söylərəm, dini mahnı da. Hətta azan ve-
rirəm. Baxın, bu qaz sobası da özü yanır. Bu saat vaxtı özü söyləyir. Bu radio beş dil bilir…"
Reklam hissəsi bitəndə Hacı Babanın səsiylə bir dini mahnı başlardı.
Mən gedərəm yana-yana,
Eşq boyadı məni qana.
Nə aqiləm, nə divanə,
Gəl gör məni eşq neylədi.
Maqnitofon ətrafdakılara səslənərdi:
- Qarşımı kəsməyin, çəkilin, dağılın baxım!
Bəzən gözdən itirdi Bəyaz Bulud. Arxasınca "yenə ucdu bizim dəli", -deyirdilər. Həccdən
dönənlər and-amanla Kəbədə gördüklərini Hacı Babaya söyləyərdilər. Dəli idimi? Vəli idimi?
Kimsə bilməzdi, amma o, "ağlın sirdaşı dəlilikdir, ey insanlar"- deyərdi həmişə.
Həcc mövsümündə "ucdum getdim, ucdum gəldim, özüm getdim, özüm gəldim" - deyib
keçərdi məhəllədən. Uşaqların üstünə şirniyyat yerinə xurma yağdırardı.
Yanvar ayı idi. Qar üç gün dayanmadan yağmışdı. Qocalar o günə qədər elə bir qış görmə-
diklərini söyləyirdi. Külək heç kəsmir, gecələr yağan qarı sovururdu. Evlərin şimal tərəflərini qar
elə örtmüşdü ki, damlar belə görünmürdü. Bütün qəsəbə ağ bir örtüyə təslim olmuşdu. Günorta
azanından əvvəl bir ölü azanı yüksəldi minarələrdən.
Bəyaz bulud göyə çəkilmişdi, uçmuşdu bu dünyadan, “özü uçmuşdu”.
Bəmbəyaz gələrdi məhəlləyə. İri, bəyaz bir quş kimi uçardı küçələrdə. O, bir şirniyyat yağ-
muruydu. Günortaya yaxın ilıq bir küləklə və bəyaz bir səslə gələrdi. Bəmbəyaz bir gündə, bir
fırtınayla uçub getdi və bir daha heç gəlmədi “özü gedən”. Nə o səs keçdi məhəllədən, nə də “şə-
kər bürcü”nə girdi günəş…
O gündən sonra oyunlarını heç təxirə salmadı uşaqlar…
Türkcədən çevirən: SƏHƏR
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
Qarabağ qaçqınları
Budaqları dar bir küçəyə əyilmiş salxım söyüdün altında dayandım. “Müəllimlər Evi”nin
zalından hələ də tar səsi gəlirdi. Bu səs başqa səslərə hökm edib, hamsını bir-bir silmişdi küçə-
dən. Bir az da uzaqlaşsam, bulvara çıxsam, sanki çox qədimlərdən, əsrlərin arxasından gələn bu
təranə uğultular içində itəcək, bir-birinə söykənmiş yöndəmsiz binalara, əyri-üyrü yollara, dön-
gələrə dəyib parçalanacaqdı.
Kim bilir, hansı aşiq ürəyinin yanıq nəğmələrini tökmüşdü bu tara, hansı ürək alovlandır-
mışdı bu melodiyaları!?. Bir ürək yanğısıydı bu səs, minlərlə fəryaddı... Elə yanıq, elə içdən, öl-
gün, elə bezgin, dərdli ki… Dinlədikcə məni özünə çəkir, nəhəng bir dalğa kimi udur və kimsəsiz
bir sahilə sürükləyirdi. O sahildə yalnız bir səs, bir melodiya vardı - bu tarın səsi.
Geri qayıtdım. Ruhumu oxşayan o sehrli səs ilıq bir meh kimi məni apardıqca güney küləyi
dəymiş qartək əriyirdim.
Pillələri iki-iki çıxıb, pilləkənin başında dayandım. Şah pərdədə titrəyən, çırpınan bir miz-
rab, hər məqamda ayrı bir kədərə batır; şur, segah, mugam… Salonun qapısına söykəndim, içəri
girməyə çəkinirdim.
Kiminsə məlahətli səsi tellərin yanğısını, tellərdə böyüyüb çoxalan hüznü sözə tökməyə
başladı: "Dost baaağıııııındaaa açılııııbdı güüüül, Güləəə sarıııılıbdı bülbül…" Tar o sözlərin hər
bir hecasına uyğun səslənirdi.
Tar susdu. Salondan ucalan yüksək ritmli bir nağara səsi qarmonun incə, cəld səsinə qarış-
dı. O hüznlü səs isə coşğun bir sevgi nəğməsi oldu, bir çağırışa çevrildi: "Mehribanım, Mehri-
baaaan, gəl oynaaa, gül oynaaa. Gözəəəl oğlan, göözəl qıııız, çal-oyna…"
Sonra bütün səslər susdu. Bir anlığa sükut bürüdü salonu. Və giley dolu bir səs parçalayıb
dağıtdı o sükutu:
"Olmur, e! Olmur! Olmuuuur!" Ay Özgə! Sən neynirsən? Roluna hardan başlayırsan?.. Ta-
mer, həmişə demirəm, niyə qızın qabağına çatanda qollarını aşağı salırsan? Budur, bax, belə et-
məlisən.”
Qapını yavaşca açıb, ayaqlarımın ucunda içəri girdim. Salondakı gənclər bütün diqqətiylə
şıkayətlənən o adamı dinləyirdilər. Bəstəboy bir kişiydi… Səsi elə amiranə idi ki, birdən "sən nə
gəzirsən burada, çıx çölə!" - desə, heç etiraz etmədən sivişib aradan çıxacaqdım. Salondakı o
hüzn, o yanğı, coşğu, dəvət… sehrli bir pərdənin arxasında qalmışdı. Salondakıların hamısı, özü-
nü didib-parçalayan o adamı dinləyirdi. Başıpapaqlı, beli xəncərli, dəri çəkmələri diz qapaqlarına
qədər çıxan cavanlar, rəngarəng ipək şallar içində gözləri sürməli, ceyran kimi gənc qızlar… ha-
mısı bu adamı dövrəyə almışdı.
Çalğıçılar da qulaq kəsilmişdi. Qarmonçu ayaq üstə, qarmonu da boynundan asılı idi. Na-
ğaracı nağarasını qucağında tutub gözləyirdi. Tar onların yanındakı kürsünün üstündə idi. Göv-
dəsi sədəf işləməli bu tar bir az əvvəlki səslərin sahibiydi. Qəribə, məlul, qəmli-qəmli yatırdı
kürsünün üstündə, bir uzaq diyarda, qürbətdə idi sanki.
Deməli, bu balacaboy adam çalırdı bu tarı. İndi isə gah qızlara səslənib min bir işvəylə naz-
lanır, gah da kişilərə sarı sərt və cəld hərəkətlərlə alıcı quşlar kimi fırlanır, qanadlanır, süzürdü.
Bu yaşda adam işini elə şövqlə görürdü ki…
Əynindəki uzun, az qala palto kimi görünən pencəyinin qollarını biləklərindən geriyə doğru
qatlasa da, pencəyin qolları yenə də uzun idi. Qollarını aşağı endirəndə birdən əlləri itir, bu uzun
pencək onun kiçik qollarını udurdu. Sağ yanağında dərin yara izləri vardı. Bəlkə buna görə aza-
cıq uzanmış ağ saqqallını kəsməmişdi. Sağ gözü digər gözündən çox iri görünürdü, sanki bir az
çölə doğru çıxmış kimiydi. Ağ saçları geriyə daranmışdı və tez-tez qolunu çirmələyib bir əlini al-
ınına aparır, saçlarını arxaya doğru tumarlayırdı. Ucadan danışanda ağızının sol yanında qızıl bir
diş parlayırdı. Bu qızıl diş az qala qaralmış, seyrək, toxunsan düşəcəkmiş kimi dayanan digər
dişlərin arasında çox qəribə görünürdü. Üzündəki dərin qırışlar bu adamın dünyanı neçə ildir ad-
dımladığından xəbər verirdi.
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
Tarzən hər kəsi xəbərdar edib neyləmək lazım olduğunu bir-bir izah etdi:
- Oldu? Bir daha başdan, - dedi yüksək səslə.
Oturuşumu dəyişdirdim, özümü yığışdırdım. Sanki mənə də nəsə tapşırmışdı bu adam.
Sanki mən də nəsə edəcəkdim…
Gənc qızları, cavanları yenidən səhnəyə düzdü. Sürətlə gəlib tarı əlinə aldı və oturdu. Sağa-
sola bir daha baxdı, birdən gözlərini mənə dikdi, baxışlarını üstümdə gəzdirdi bir müddət. Yuva-
sından atılmış iri gözündə naməlum bir fəlakətin izləri vardı. İçim titrədi. Çölə doğru atılacaqmış
kimi dayanan gözü boş və mənasız baxırdı, o gözünün görmədiyini hiss etdim. Yaxından baxan-
da üzündəki yara izlərinin çox dərin olduğunu anladım.
Tarzən dönüb nağaraçıya başıyla işarə etdi və tarı sinəsinə basdı. Tara elə sarılmışdı ki…
bu adamla bu tar arasında sanki sirli bir doğmalıq, ilahi bir eşq, bir bağlılıq vardı.
Hər kəs hazır idi, hətta mən də… nağara "düm tək, düm tək"- deyə bir səs çıxardı, adamın
kiçik əlləri tarın tellərində gəzməyə başladı. Qarmonun səsi çox dərindən gəlirdi. Yenə o ağır,
hüznlü parçanı ifa etməyə başladılar.
İpək geyimli qızlar səhnənin ortasında bir başqa qızı dövrəyə almışdılar. Kişilər də onların
ətrafında idi. Musiqi başlayan kimi qızlar duru bir suda, qamışların arasında nazlanan sonalar
kimi sanki sürüşərək kənara çəkildilər. Ortada incə, zərif, boylu-buxunlu bir qız qaldı. Birdən
cəld hərəkətlərlə səhnəyə çıxan cavan oğlan o qızın ətrafında fırlanmağa başladı. Yalvarırmış
kimi hərəkətlər edən cavan bir şahin kimi qollarını iki yana salıb qızın ətrafında pərəstişkarlıq
edirdi. Elə bil qız mavi ipəklər içində bir göy qumru, bir göyərçin idi. Qız elə nazlanırdı ki, kişi
rəqqas ətrafına baxıb əllərini iki yana açır, bir çarə axtarır, hərdənbir əllərini yuxarı qaldırıb
tanrıya yalvarırdı. Qız başından sallanan tülün bir kənarı ilə ağızını bağladı, əliylə oğlana "get"
işarəsi etdi. Oğlan qızdan uzaqlaşdı, xəyali bir güzgüyə baxıb “bəzəndi”, “saçını-başını düzəltdi”
və çevik hərəkətlərlə yenidən qızın ətrafında fırlanmağa başladı. Qız duvağını açdı, güldü. O an
tarın hüznlü səsi itdi, nağaranın ritmi sürətləndi, qarmon coşdu. O kiçik adamın səsi də, ifası
kimi cazibədardı: "Mehribanım, Mehribaaaan, gəl oynaaaa, çal oyna. Gözəəəl oğlan, göözəl
qıııız, çal oyna…"
Səhnədə bir toy başladı. Oğlan nazlanan qızın əlindən tutdu, digər rəqqasələrin alqışları
arasında səhnənin dörd bir tərəfini dolandılar. Sanki birlikdə toya gələnləri salamlayırdılar. Gənc
qızlar, oğlanlar, səhnənin dörd yanından rəngarəng bir sel olub axdılar, axdılar, axdılar…
Tarı buraxdı bəstəboy adam. Səhnəyə gəldi.
- Bəsdi, yaxşıdı,- dedi,- yaxşıdı, bax belə ey!
Gənclər çölə çıxarkən uzun boylu, qəşəng geyinmiş bir nəfər girdi içəri. Cibindən üç dənə
“onluq” çıxardı, çalğıçılara payladı. Tarzən boynunu büküb:
- Uşaq xəstədi,- dedi, dərman alıb aparacağam, iki lirə də ver. Gələn həftə əskik verərsən.
- Mənə deyilən budu, - dedi, adam. - Başqa pul vermədi…
***
Səhəri gun tezdən qapımızın zəngi çalındı. Xanım mətbəxdən qışqırdı:
- Qapıya baaax!
Qalxdım, tələsik qapını açdım. Yaşlı bir qadın idi, yanında da on yaşlarında bir qız uşağı…
Qız anasıydımı, nənəsiydimi, - qadının ətəyindən möhkəmcə yapışmışdı. Mən qapını açanda
üzünü qadının ətəyində gizlətdi. Uzun bir hörüyü var idi, hörüyünün ucunda da solğun, rəngi
bilinməyən bir lent… Qadın nəmli gözlərini qaçırdı məndən. Gözlərində anlaşılmaz bir narahat-
lıq vardı. Yelpiyinin ucunu əliylə gözlərinə apardı. İncə, əsmər, zəif əlini uzatdı, boğuq bir səslə:
- Oğul, - dedi, - oğul, Qarabağ qaçqınıyıq, yəqin “o oğul bir kömək edərsənmi” deyəcəkdi...
Dedimi, mən eşitmədim, yoxsa deyə bilmədimi?..
Bu sözlər - dediyi də, demədiyi də, bir bıçaq kimi batdı ürəyimə. Qanım içimə axdı…
- İçəri gəlsəydin, xala, - dedim, - gəl, soyuqdu, uşaq da qızınar bir az...
- Yox, balam, - dedi, - çox sağ ol, gedək...
İncə, zəif, əsmər əlini yumub, binanın yarıqaranlığında bir kölgə kimi geriyə döndü qadın.
Qız da ətəyə bağlıymış kimi, qadının sovrulan balağıyla birlikdə dönüb getdi. Qızın üzünü görə
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
bilmədim. Bir bəhanəylə gözlərini görmək istədim, qapıdan sallanıb, arxasınca ümidsizcəsinə ça-
ğırdım.
- Kiçik qız, adın nədi sənin?
Qız çevrilib baxmadı, qadının ətəyinə bir az da qısıldı. Qadın bir neçə pillə aşağıdan səs-
ləndi, səsi mənə qədər güclə çatdı və soyuq divarlara çırpılıb çilikləndi:
- Pünhanə, balam, Pünhanə…
Günlər, gecələr boyu o qızı düşündüm, uzun gecələri danışdım o qızla:
"Pünhanə! Gözlərin nə rəngdi sənin? Bəs əllərin, əllərin?… O kiçik ayaqlarınlamı qaçdın
güllələrin, bombaların qarşısından? O kiçik addımlarınlamı aşdın dağları? Üşümədinmi, Pünha-
nə? Üşümədinmi? Üzün niyə uşaq üzü deyil, nə üçün bu qədər yanıb, Pünhanə? Bombaların, gül-
lələrin səsini eşitdimi qulaqların? Bəs gözlərin, gözlərin nə rəng idi, Pünhanə? Axan qanı gördü-
mü o gözlərin? Qanlar sıçradımı evinizin divarlarına? Divarların dibində ağlayıb qaldınmı heç?
Bir ceyran kimi qorxudan böyümüş gözlərinlə qan içən kaftarlara baxdınmı? Onda neçə yaşında
idin, Pünhanə? Məktəbə gedirdinmi? Bəs qələmin, dəftərin, boyaların? Oyun oynayarkənmi, tək
ayağının üstündə səkərkənmi düşdü bombalar? Yoldaşların, yoldaşların öldümü, Pünhanə? Qa-
namı batdı oyuncaqların? “
Heç bir gecə, heç bir suala cavab vermədi o qız, heç baxmadı üzümə, heç görmədim gözlə-
rini…
Gecə sulu bir qar səpələyirdi. Pəncərədən çölə baxırdım. Göy guruldayır, şimşəklər çaxırdı
dalbadal. Bəlkə şimşək deyildi, bəlkə yenə uzaq şəhərlərə, kəndlərə bombalar yağırdı. Ətraf gah
işıqlanır, gah zülmət bir qaranlığa qərq olurdu. O bir anlıq işıqda, işıqlarla birlikdə bir qız uşağı
gəlib dayandı qarşımda. Uzun bir hörüyü vardı bu qızın, hörüyünün ucunda da solğun, rəngi bi-
linməyən bir lent. Şüşəyə yaxınlaşdıqca itirdi üzü. O uzaq şəhərlərdən qaçmışdı yəqin ki. İslan-
mışdı, pərişan, yorğun, qorxaq və ürkəkdi… Elə bil əlimi uzatsam, qızın əllərini tutacaqdım. La-
kin əllərimi uzadanda, əllərim boşluqdan asılı qalırdı. Əlimi tutmurdu, əlləri yox idi bu qızın.
Qaşları, gözləri, ağzı, burnu, yanaqları yox idi… Bir hörük və bir lentdən ibarət idi bu qız. Lent
qana batmışdı, qıpqırmızı idi. Qızın üzündə bir işıq parlayırdı, ağ bir işıq. Və o hörük də, o lent
də əriyir, itirdi bu işığın içində.
Sonra əsmər, zəif bir əl uzandı şüşəyə. O əl uzandı, uzandı, şüşəni deşib gözlərimin önünə
qədər gəldi. Həmin qadının əli idi və bu əsmər, zəif əllərdən qan axmağa başladı. Sonra bu əlin
arxasında bir qadın siuleti meydana çıxdı… Qaranlığın içində qara bir kölgə kimi dayanan qadı-
nın da üzü yox idi, amma səsini eşidirdim. Səsi bir fəryad idi:
"Oğul", - dedi, - oğul, Qarabağ qaçqınıyıq...”Oğul, bir kömək et deməliydi, yəqin, demədi!"
***
Gecəni yata bilmədim, səhər erkəndən qalxdım. İşə gedəndə binanın ağsaqqalı Kəlbayı kəs-
di yolumu.
- Müəllim, binanın qapıçısı çıxıb gedib, daha gəlməyəcək, cavan bir xidmətçi tapmışam, in-
di gəlməlidi. Sən danış onunla, binanın idarəçisi sənsən də, müəllim, xəbərin yoxdu? Dünən mən
yandırmışam qazanı…"
- Yaxşı, gəlsin, Kəlbayı,- dedim - gəlsin, baxarıq…
Binanı guya Kəlbayı ilə mən idarə edirdik. Mən hesab işlərinə baxardım, o da odun, kömür,
təmir işlərinə… Hər ay bir hay-həşir qopurdu bizim binada. Gah lift işləmir, su kəsilir, elektrik
xətləri yanır, gah da yanacaq donur, kanalizasiya tutulur, qapıçı pulu ödənmirdi…
- Təməli xarabdı bu binanın, - dedi Kəlbayı, - bu saqqalımdan utanıram, yoxsa bunların ha-
mısını verəsən qılıncın qabağına…
- Az qaldı, bu qışı da ötürək, ilk işim başqa bir yerə köçmək olacaq.
Biz Kəlbayı ilə danışanda incə, çəlimsiz bir gənc yaxınlaşdı.
- Sabahınız xeyir.
- Xidmətçi gəldi, müəllim, budu xidmətçi, - dedi Kəlbayı.
Gələn on beş-on altı yaşlarında bir cavan idi. Səhər tezdən gəlib dirənmişdi qapıya. Tez-tez
əsnəyir, gözlərindən yuxu tökülürdü. Mən çaşqın-çaşqın uşağı süzürdüm və elə bil ağır kömür
torbalarını öz kürəyimdə hiss edirdim. Böyük vedrələrlə qazanxanadan kül çıxarırmış kimi diz-
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
lərim bükülürdü. Yıxılıb qalırdım zirzəminin qaranlıq pillələrində. Qazanı yandırarkən boğulur-
dum tüstüdən, danlayırdılar məni, hirslənirdilər, söyürdülər…
Dünyanın hər üzünü görmüş qoca Salman dayı dözə bilməmişdi bu binanın əziyyətinə, çı-
xıb getmişdi… Üstəlik hər iş gəlirdi Salman dayının əlindən. Elektriki, suyu, qazanı özü təmir
edərdi… Bu çəlimsiz uşaq, hələ yeniyetmə bir cavan nə edəcəkdi? Hələ ana uşağıydı axı?.. So-
yuq səhərləri necə oyanacaqdı erkəndən, necə qalayacaqdı qazanı, o ağır vedrələri necə qaldıra-
caqdı? Necə?..
Əlacsız qalıb soruşdum:
- Sən… sən, öhdəsindən gələ bilərsənmi, çətindir axı…
Uşaqdan əvvəl Kəlbayı cavab verdi:
- Hə, cavan xidmətçidi də, müəllim, niyə bacarmasın? Mən bunun yaşında olsam, daşı əzib
un ələyərəm.
- Hələ çox gəncdi, Kəlbayı, hələ uş…
- Bacararam, abi, bundan qabaq başqa binalarda da işləmişəm.
“Olmaz”- deyə, geri qaytara bilmədim uşağı. Zirzəmiyə endik. Hər tərəf his, rütubət, kömür
qoxusu, nəm qoxusu… Küncdə qapıçıların qaldığı uçuq-sökük bir daxma… Çürümüş, su sızdı-
ran borular, bir-birinə calanmış, hardan gəlib hara getdiyi bilinməyən elektrik kabelləri, bir kün-
cə yığılmış böyük kömür torbaları, iri odun kötükləri…
Kəlbayının "daşı əzsə un edən cavan xidmətçi" dediyi oğlandan soruşdum:
- Adın nədi?
- Seyfəddin.
- Seyfəddin, səhər saat altıda qazanı yandırmalısan, odun və kömür burdadı.
- Oldu.
- Saat yeddidə isti suyu verməlisən, su vannaları odur ordadı.
- Oldu, abi.
- Aman, diqqətli ol, bacarmadığın bir iş olsa, əlini vurma.
İşlərini başa saldım, yüzlərlə əmr sıraladım Seyfəddinə.
"Edəcəksən, edəcəksən, gedəcəksən, gələcəksən, tutacaqsan, atacaqsan, yatacaqsan, qalxa-
caqsan… oldumu?
- Oldu, abi, oldu abi.
Seyfəddin qalacağı daxmaya baxdı. Salman dayıdan qalma köhnə bir yorğan, taxta bir stul,
kiçik bir balon, kirli bir stəkan, hisli bir tava, bir küncdə əl fənəri, vintaçan, yanmış elektrik sı-
ğortaları, kəlbətin, çəkic…
Seyfəddin qalacağı yeri qaydaya salmalı idi. Mən insanı boğan, əzən, acı qoxuyan zirzəmi-
dən yuxarı çıxdım, dərin bir nəfəs aldım, Kəlbayıya "xudahafiz, uşağa kömək elə",- deyib iş yeri-
nə üz tutdum.
***
Axşamüstü evdən axtardılar.
- Çox soyuqdu, qızdırıcılar yanmır, elektriklər də kəsilib, hardasan?
Hava qaralırdı, qızdırıcılar çoxdan yanmalıydı. Görəsən, Seyfəddin elə ilk gündən çıxıb
getmişdimi? Görəsən Seyfəddin? …Bu fikirlərlə avtomobilə mindim, evə nə vaxt çatdığımı bil-
mədim. Binanın girişində Hacı Sevəm nənə qarşıladı məni, şikayətlərini sıraladı:
-Ay oğul, donmuşuq axı. Niyə yanmır bu qızdırıcı?
- Baxarıq, Sevəm nənə, yandırarıq indi, yeni qapıçı çox cavandı, bəlkə yandıra bilməyib,
düşüm bir baxım.
Zirzəmiyə doğru bir neçə pillə endim, qatı bir kif qoxusu vurdu üzümə. Qapını itələdim,
cırıldayaraq açıldı. İçəri zülmət qaranlıq idi. Bir-iki pillə də enib çağırdım:
- Seyfəddin! Seyfəddin!
Cavab gəlmədi. İçəridə heç nə işləmirdi. Nə qızdırıcının səsi, nə suyun... “Yəqin çıxıb ge-
dib, haqlıdı uşaq"- dedim içimdə, "burada kim qalar ki?..“
Evə qayıdıb əl fənərini götürdüm, təkrar endim aşağı.
- Seyfəddin! Seyfəddin!
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
Qızdırıcı qazanına doğru bir neçə addım atdım. Qazan yanmırdı. Qazanın önünə odun və
kömür yığılmışdı. "Yandıracaqmış, sonra fikrindən daşınaraq çıxıb gedib," dedim öz-özümə.
Daxmaya üz tutdum, fənərin işığını daxmanın içinə saldım. Heç kim yox idi. Fənəri sağa - sola
çevirib ətrafıma baxarkən birdən yan tərəfimdən can hayında inləyən, yalvaran boğuq bir səs gəl-
di. Ürpərdim, geriyə çəkildim.
- Abiii!
İşığı səsin gəldiyi tərəfə tutdum. Qaranlıqda parlayan iki göz gördüm. Tir-tap yerə səril-
mişdi Seyfəddin. Sol əlini irəli uzatmışdı, kömək istəyirdi. Çətinliklə “abi”- dedi yenidən. Sürü-
nərək qapıya doğru gəlmək istəmiş, taqəti tükənib eləcə də qalmışdı. Bir az əvvəl ordan keçəndə
necə fərq etməmişdim?
Seyfəddindən bir az qabaqda ilan kimi qıvrılmış bir elektrik kabeli vardı. Beynimdən vu-
rulmuşa döndüm. Seyfəddini qucaqladım, sağa sola çırpa-çırpa özümü çölə atdım. Yazıq uşağın
cılız bədəni yarıcanlı, ikiqat çiynimdə yellənirdi. Əli, üzü, üst-başı kömür tozuna bulanmışdı.
Kürəyimdən düşməsin deyə iki əlindən möhkəmcə tutmuşdum. Sağ əlində qəribə bir soyuqluq
vardı, üzünün sağ tərəfi büzüşmüşdü. Nəsə demək istəyir, amma danışa bilmir, inildəyirdi:
- Abiii…
Sevəm nənə dizlərinə vura-vura gəldi:
-Ay quzum, buna nə olub?
Avtomobilin qapısını açıb içəri qoydum uşağı. Bir çuval kimi yıxıldı avtomobilə, başını
tuta bilmirdi, kresloya aşdı Seyfəddin.
Sevəm nənə:
- Cavan uşaqdı, ay Allah, sənə tapşırıram, - deyə dualar tökdü arxamızca. Sevəm nənənin
çığırtısına toplaşan qonşuların arasından sürətlə sürdüm avtomobili.
Haralıyıdı bu uşaq? Onu hansı çovğun gətirmişdi buralara? Hardan gəlib hara gedirdi? Ki-
min kimsəsiydi o?.. Anası-atası kim idi..? Səhər sapsağ olan oğlanın indi yarıcanlı bədəni və bir
də adı vardı: Seyfəddin! Aman Allah, avtomobilin arxasında can verən bu yeniyetmə yaşayacaq-
mı? Tez-tez dönüb arxaya baxırdım. İki kilometrlik yol uzandıqca uzanırdı. Səhvmi gedirdim?
Xəstəxana hansı tərəfdə idi? Bu şəhər niyə bu qədər dəyişmişdi?...
Xəstəxanaya nə vaxt çatdım? Seyfəddini necə qucaqlayıb xərəyə atdım? Sistemi kim taxdı?
Xəstəxana niyə qaranlıq idi, yoxsa hələ zirzəmidə idimmi? Bilmirəm…
Nəfəsi tıncıxırdı, bir az sonra tənəffüs cihazına bağladılar. Gözlərini açdı bir ara, fikrə get-
di, sonra sakitcə yumdu gözlərini. Yatmışdımı?
Ayaqqabılarının biri qara, biri qəhvəyi idi, xəstəxanada fərq etdim. Boynunda qara iplə
bağlanmış bir dua vardı. Əllərli, üzü, üst-başı kömür qarasıydı. Üzü… Allahım, yanağı nə üçün
belə kiçilmişdi!? Elə bil sağ yanağı zəifləmiş, qurumuşdu.
Həkim: "pencəyini çıxarın", - dedi. Tibb bacıları pencəyini çıxaranda iç cibindən nimdaş
bir pulqabı, pulqabının içindən də bir neçə kağız parçası və bir fotoşəkil düşdü. Seyfəddinə bən-
zəyən bir gəncin yüngülcə gülümsəyən ağ-qara fotoşəkli idi. Uzaqlara baxırdı fotoşəkildəki gənc.
Uzaqlara, çox uzaqlara... Pulqabısını, rəsmi və üstündə ünvanlar, nömrələr yazılmış kağızları
yığdım yerdən…
- Sağ tərəfi iflic olub, - dedi həkim, - şokdadı, özünə gələ bilər, amma çətin ki…
Nədənsə birdən tərpəndi, gözlərini açdı Seyfəddin. Sağ əlinə, sağ ayağına baxdı, gözləri ya-
şardı, səssizcə ağladı. Sağ yanı işləmirdi, hiss etmişdi bunu.
- Düzələcək, həkim belə söylədi, - dedim, - qorxma.
- Abi, - dedi, - atam… atama xəbər ver.
- Burdadımı atan, harda qalır? Eviniz hardadı?
- Valilik yolunda, məktəbin qabağında, yaşıl bina… zirzəmidə…
- Seyfəddin, Seyfəddin...
Eşitmədi. Ancaq bunları deyə bildi, nəfəsi kəsildi, gözləri yumuldu yenə. Otaqdan çıxdım.
Söylədiyi ünvanı düşünürdüm. Dediyi yerdə bir dənə məktəb vardı zatən, o böyük bina olmalı
idi. Avtomobilə doğru getdim. Arxamdan bir səs:
- Bəyəfəndi, bəs bunun xərcləri?.. Yazmağımız lazımdı axı, adı-soyadı nədi bunun?
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
Yalnız adı vardı bu uşağın, adından başqa heç bir şeyi yoxdu. Öz adımı söylədim. Tibb ba-
cısına kimliyimi uzatdım, "sən qeyd elə, mən gəlirəm", - dedim.
Kürəyimdə qara xəbərin tonlarla ağır yüküylə Seyfəddinin dediyi yerə gəldim. Qarşıma çı-
xan adama nə deyəcəkdim? "Seyfəddini elektrik vurdu, iflic oldu… Çətin!..” Necə deyəcəkdim?
Mən nəyi idim bu insanların? Az sonra qapısını döyəcəyim insanlar kim idi?..
Binaya girdim, işığı yandırdım, zirzəmiyə enən pillələrlə yavaş-yavaş aşağı endim. Üstdən
sızan sular divarlarda kirəcləmiş, beton divarlar bəzi yerlərdə ağarmışdı. Aşağıda köhnə-külüş
əşyalar, karton qutular, qırıq kreslolar, kürsülər... İşıq söndü, ayaqlarım nəyəsə ilişdi, əlimi diva-
ra sürtə-sürtə irəlilədim. Bir az kənarda taxta qapının aralığından zəif bir işıq süzülürdü. Kan-
darda dayandım. Qapını döyməyə qorxurdum, bir neçə dəfə əlimi uzadıb geri çəkdim. Görəsən
gerimi dönüm? Bəs uşaq oyanmasa!? Sonra bütün cəsarətimi toplayıb qapını döydüm.
İçəridən ayaq səsləri gəldi, qapı açıldı. Kiçik bir qız açdı qapını. Qarşıdakı otağın qapısı da
açıq idi və otağın qarşı divarı görünürdü. Qız çaşqın-çaşqın gözlərimə baxdı. Birdən itdi qızın
gözləri. Əli, ayağı, üzü, bütün bədəni itdi qızın. Qapıda əriyib itən qızın hörüyü və lenti qaldı
gözlərimin qarşısında. O anda bir qadın çıxıb gəldi otaqdan. Əsmər, zəif bir qadın. Əlləri tanış
idi qadının, əlləri yorğun, əlləri möhtac... Mənə baxdı və əsmər, zəif əlləri iki yanına düşdü. Ki-
çik qız geriyə dönüb üzünü qorxuyla gizlətdi bu qadının ətəyində. İki günahkar kimiydik. Qadın
da danışa bilmirdi, mən də. Otağın qarşı divarına sataşdı gözüm. Divarda, gövdəsi sədəf işləməli
bir tar asılmışdı. Tarın yanında, ortasında ay-ulduz olan mavi, yaşıl, qırmızı rəngli bir bayraq və
ağ-qara bir fotoşəkil… Seyfəddinin pulqabısındakı fotoşəkil! Qarşı otaqdan kişi səsi gəldi və az
sonra üzünün bir tərəfi yaralı, bir gözü kor həmin tarzən göründü . O otaqdan çıxanda kiçik bir
uşaq ağladı arxasınca.
Söyləyəcəklərim boğazımda düyünləndi. Kəkələdim, udqundum, danışa bilmədim.
- Seyfəddin, - dedim, - Seyfəddin yıxılıb… Yaralanıb… Qorxmayın, xəstəxanadadı...
Üzümdəki narahatlıqdan bir fəlakət sezdi qadın, iki əlini havaya açıb yalvardı:
- Seyfəddin! Seyfəddin! Düz deginən, ay oğul! Nə olub?
Kişi söylədiklərimə inanmaq istəyirmiş kimi, qadına tərəf döndü:
- Deyir heç nə yoxdu, qorxma, xəstəxanadadı. Tez elə, qıza xəbər ver, gəlsin uşaqların ya-
nında dursun.
Qadın:
- Birini Qarabağda basdırdım, ay Allah! Bunu məhruma bağışla! - deyib, sinəsinə döyə-dö-
yə çıxdı.
İçəri girdik. İçəridəki uşaq dayanmadan ağlayırdı. Deməli, bu uşağa dərman alacaqdı tar-
zən. Lentli qız kiçik qardaşını ovutmağa çalışırdı. Bir alov qarsmışdı qızın sifətini, yanmışdı üzü,
üzü yox idi. Ata çarəsiz var-gəl edirdi otaqda…
- Uzaqdımı, - dedim, kaş ki avtomobillə aparaydım xalanı.
- Yaxındı, qızımı burada ərə vermişəm, indi gələrlər.
O soyuq, o pərişan otağın divarları üstümə gəlirdi. Otaq sanki çökür, divarlar başıma uçur-
du. Divardan asılmış fotoşəkildəki gənc uzaqlara dikmişdi gözlərini. O gənc birdən o şəkil çərçi-
vəsindən əllərini çıxardıb yanında asılmış tarı götürdü, tar acı-acı inləməyə başladı. Tarın səsi,
ağlayan uşağın səsi, yıxılan divarların səsi… Divardakı bayrağın rəngləri əridi, saraldı, soldu... O
bayraq sanki qandallanmış bir məhbus idi, tərpənə bilmirdi, sanki bir külək gözləyirdi. Tar hava-
sında çox uzaqlardan gələn bir Qarabağ şikəstəsi vardı, eşidirdim…
Kişi heç nə soruşmur, mən heç nə deyə bilmirdim. Zaman dayanmışdı, saatlar donmuşdu,
hər dəqiqə bir ilə dönmüşdü…
Dəhlizdən təlaşlı səslər gəlməyə başladı, qapı açıldı. Otağa əvvəl qadın, arxasınca iri göz-
ləri olan dünyalar gözəli gənc bir qız girdi, yanında da zırpı, qırx-qırx beş yaşlarında bir adam...
Bu yekəpər kişi bu qızın əri idi yəqin.
Bir-birinin arxasınca baş verən hadisələr məni sarsıtsa da, beynim dumanlansa da, çox iti
düşünürdüm. Anlayırdım ki, bu gənc qız bir meşədə kaftarların qovduğu bir ceyran imiş, qaya-
lardan, sıldırımlardan səkərək canını götürüb hey qaçmış, xilas olmuşdu kaftarların əlindən. Ad-
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
dım atmağa taqəti qalmayanda bir qurd peyda olmuşdu başının üstündə və o gözəl ceyran bu zır-
pı qurda təslim omuşdu… çarəsiz.
Mən indi bu qızın incə ruhunun bu yekəpər canavarın caynaqları arasında necə inlədiyini
hiss edirdim. Bu onun gözəl gözlərinə yazılmışdı.
Gənc qız ağlayan uşağı bağrına basdı, digər qız bacısının (bacısıydımı- bibisiydimi, bilmir-
dim) ətəyinə sarıldı. Divarlar hələ cırıldayır, tar hələ çalınırdı. Bayraq hələ də bir meh gözləyirdi.
Otaqdan çıxdıq.
Avtomobildə qadın ağlayır, kişi isə susurdu. Mən o gənc qızı, o gözəl gözlərin sahibini dü-
şünürdüm. Kim bilr, bəlkə də Qarabağda söz verdiyi bir gənc vardı, bəlkə də o gənc də bir xain
gülləyə qurban getmiş, bu qızın ümidləri, əhd-peymanı da qana bulanmışdı… Kim bilir, o ceyran
gözlərini uzaqlara zilləyib, nə qədər yol gözləmişdi. Kim bilir, bəlkə onun da ruhu indi bir əsirdi,
qandallanmış bir məhbusdu…
Xəstəxanaya çatdıq. Seyfəddin hələ gözlərini açmamışdı. Tənəffüs cihazını da çıxarmışdı-
lar. Mən gedəndə heç olmasa danışırdı, aradabir gözlərini açırdı, indi nəfəs də almırdı Seyfəddin.
Tibb bacısı bir kağız uzatdı mənə, heç bir şey olmamış kimi adi bir tonla:
- Öldü, - dedi, - imzalayın.
Kişi də, qadın da eyni anda o cılız bədənin üstünə sərildi. Və xəstəxananın dərman qoxulu
dəhlizlərində ürpədici bir səs əks-səda verdi:
- Seyfəddiiin! Seyfəddiiin!
O səs, böyüdü, dəyişdi, daşdı xəstəxanadan, əvvəl şəhərə dağıldı, şəhərin bütün şüşələrinə
çırpıldı, sonra düppədüz üfüqləri tutdu bu səs və bütün dünyaya yayıldı:
"…Qarabağ…!!!"
Dostları ilə paylaş: |