www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
Türbənin dəlisi
Anamın iki kəlmə sözü ürəyimi sızlatdı, vurdu, yaraladı məni. «Yay gəldi, keçir, oğlum,
gözlədim… Keçən gecə səni yuxuda gördüm, ürəyim istədi, qurbanı olduğum, uzaqmı yerdi,
bala? Çox şükür, at var. Maşın var…» «Tamam, ana, - dedim. – haklısan, gələcəyəm».
O gecə elə hey anamın sözləri qulaqlarımda səsləndi: «Yuxumda gördüm səni, ürəyim,
istədi, oğlum».
Sabah tezdən durub avtovağzala getdim.
Malatya avtlvağzalı.
Iyulun sonu.
Daha günün ilk saatları, amma adamların tərdən köynəkləri bədənlərinə yapışır.
Sürücü köməkçilərinin səsləri bir-birinə qarışır.
- Istanbul, Istanbuuul!
- Ankara, indicə çıxırıq, Ankara, Ankaraaaa…
Biri yanıma yaxınlaşır.
- Abi*, haraya?
- Kırşəhrə.
- Gəl, abi, həmən çıxırıq, Ankara maşını, boş yer var.
Sözləri bir-birinə calayır, qolumdan yapışır, çantamı da alır. Səsimi çıxarda bilmirəm. Çan-
tamla birlikdə iradəmi də alır bu iri cüssəli adam. Arxasına düşürəm, bu gur səsli adamın. Tinə
gedirik, «Usta, Kırşəhrə» deyir, biletimi kəsdirib verir əlimə. Pulu uzadıram.
Avtobusun yola düşməsinə bir neçə dəqiqə var. Yolçular hazırdılar. Tələsik özümü avtobu-
sa salıram. Sürücünün müavini əlində bir dəstə kağızla dolaşır avtobusun içində. Yolçulardan so-
ruşur:
- Abla*, on doqquz, iyirmimi?
- Bəli.
- Harda düşəcəksiz?
- Ankarada.
- Iyirmi birmi?
- Hə də, qurban!
- Kirvə, harda düşəcəksən?
- Vallah, Ankarada, qurban.
- Kirvə, şəhərdəmi?
- Yox, babo, qarajda.
Müavin soruşa-soruşa yanıma qədər gəlir. Yarısı boş avtobusun ən arxasında otururam,
təkəm, məndən başqa avtobusun arxa tərəfində kimsə yoxdu.
- Iyirmi dördmü, abi?
- Bəli.
- Harda düşəcəksən?
- Kırşəhirdə.
-Abi, türbədəmi?
- Bəli, bəli, türbədə.
Türbə! Birdən məmləkət canlanır gözlərim önündə. Bir məmləkət havası dolur içimə. Bir
neçə il olub türbədə düşmədiyim.
Şərqdən qərbə, qərbdən şərqə gedən hər avtobus, hər sürücü, hər müavini türbəni tanıyır.
Ulu yollar üstündə bir daynacaqdı Türbə.
Qayada şahin kimi durur, əzəmətli, məğrur.
Yanı başında bir meşəlik, dörd yanı söyüt, qovaq, şam ağacları. Ətrafında minlərcə illərdən
bəri ayaqda duran baş daşları.
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
Bir şikayət var kitabəsində, yüz illər öncə Aşıq Paşanın dilindən yazılan o səs hələ canlı,
hələ də dipdiri.
Türk dilinə hər kəs baxmaz idi
Türklərə hər kəsin könlü axmaz idi
Səssiz, sakit, yüz illərdir çölün ortasında bir təpədə qərar tutub Aşıq Paşa türbəsi.
Bu təpədən əsrlərdir Kılıçözünə, Ahi Evrana, Casabəyə baxar.
Yay, qış, bahar…
Yolçular bu türbədə enər, bu türbədə minər.
Kim bilir bu türbə neçə yolçunu qarşılayıb, Karvansarayın bağırını günəş dələrkən, neçə
yolçunu yola salmıb, günəş Qurd belindən aşarkən.
Mahaldan Sila torpağına gedənlər burda düşər. Düşər və çiçək açarlar. Çiçək açarlar, çünki
ana, ata, oğul, bacı, qardaş və ömür yoldaşları gələr qarşılamağa.
Qürbət bu türbədən başlar, gedənlər burda ayrılar gözü yaşlı qalanlarından.
Bəzən burda nağaralar, zurnalar ötər. Əskər yola salarlar. Igidlər halaya durar, qızlar-gə-
linlər ağlar. Anaların dilləri dualı, əlləri havada.
Çölün qıvraq, qayışbaldır dəliqanlıları türkülərlə, halaylarla gedər şərqə, ya da qərbə doğru.
Analar əskərlərin arxasınca kassa-kasa su atarlar, əlləri kədərlə düşər yanlarına.
Əskərlər yola salınandan sonra analar türbəyə gələrlər, türbənin pəncərələrindən çölə dua-
lar yayılar. Ərənlərdən, övliyalardan hümmət dilər analar, boya-başa çatdırdığı oğlanları sağ-sa-
lamat dönsünlər deyə.
Gecə-gündüz, yay, qış, hey yolçular minər burda, hey yolçular düşər buraya.
Fasilə vaxtı böyük qardaşıma zəng eləyirəm.
- Qağa, gəlirəm. Gözləyin, saat birdə, ikinin yarısında türbədə düşəcəyəm.
- Oldu, - deyir, - saat birdə mən türbədə olaram.
Bəydağı, Sultan Suyu, Qaradağ, Darendə, Gürün… Avtobus sürətlə keçir. Mazıqıran keçidi
yavaş-yavaş əriyir, qurtarır, avtobusun pəncərələrindən yox olur. Uzunyayla, Pinarbaşı, Bünyan,
bir-bir arxada qalırlar. Yırrı-yığıncaqlı qoca Kayseri, qarşısında başı dumanlı Ərciyəz… Və
Mucur… Və bizim boz dağlar, əhəngli torpaqlar görünür, sarı, quru, çılpaq təpələr.
Anamın gözü yoldadır. Indi düyü kiftəsi bişirib, xəmiri yoğurub, mən çatan kimi içli çörək
bişirəcək. Məni görüncə, şükr edib duaya duracaqdır. «Ya Rəbbi, cəmi-cümlətanın balasını qoru,
mənimki də onların içində!»
Türbə görünür.
Yolun iki tərəfinə düzülmüş insanlar, yolçu gözləyənlər, yolçu yola salanlar, analar, atalar,
uşaqlar, çamadanlar, çantalar…
Müavinin bir gözü məndədir.
- Abi, türbədə düşməyəcəkdinmi?
- Hə, türbədə.
- Ustaaa, türbədə saxla.
Aşıq Paşa türbəsi.
Düşürəm.
Məni qarşılamağa gələn birisi yox?
Təkrar zəng eləyirəm.
- Gəlirəm, gözlə, - deyir, - dərsdəyəm, bir azdan çıxacağam.
Türbənin yanındakı bulağın başında bir oturacaq var, otururam.
Aşıq Paşa türbəsi! Məmləkət! Seyr eləyirəm.
Aşağıda Qılıncözü, hər iki tərəfi yamyaşıl! Ağbayır qarşımda bozarıb durub, şoranlıq,
kimsəsizlik…
Birisi yanıma gəlir.
Üstü-başı dağınıq, yayın ortasında şalvarının qıçlarını corabına salıb. Dərə keçirmiş kimi.
Şalvarının belini ağ iplə möhkəmcə sarıyıb. Əlində bir dəyənək var. Başında şapka, şapkanın
əvvəllər ağ olduğu bəlli, amma indi o ağlıqdan əsər qalmayıb, torpaq rənginə çalır. Köynəyin
yaxaları dovşan qulağı kimi, bir də nazik bir qalstuku vurub. Qalstukun düyünü yaxasının içində
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
itib, yox olub. Gözləri fırıl-fırıl oynayır, əlində siqaret var, çəkib-çəkib tüstünü yuxarı üfürür.
Kefi sazdı, dünya vecinə deyil, aramsız gülür.
- Salami əleyküm, abi.
- Əleykümə salam.
Siqaretini çıxardır. Siqareti «Samsun»dur. Əzilmiş siqaret qutusu. Qutunun içində bir neçə
dənə siqaret qalıb. Gözlərimə baxaraq birini mənə uzadır.
- Çək.
- Sağ ol, mən sənə verərəm, bax, mənim siqaretim daha çoxdu, al bunlardan çək.
- Olmaz! Sən qəribə bənzəyirsən, qardaş, burdan çək.
Hansımızın daha qərib olduğunu düşünürəm, gülümsəyirəm.
- Yaxşı, - deyirəm, bir siqaret yandırırıq.
- Adın nə, qurban? – soruşuram.
- Rəşid, abi.
- Burda neyləyirsən?
- Vətəni gözləyirəm, onuynan ikimiz gözləyirik.
- O kimdi?
- O, gündüz yatır, uyuyur türbədə, gündüz mən gözləyirəm, gecə o. Qədir əmini deyirəm,
övliyalar gecə gözləyirlər…
- Hə, tamam.
- Abiiiiii?
- Nə var, Rəşid?
- Mənim ağlımda zor bir fikir vra, amma kimsəyə demərəm.
- Nəydi ağlındakı, Rəşid, haydı, mənə de.
- Iııh ıh. Demərəm.
- Eləmə, Rəşid, inciyərəm, vallahi, söylə, qurban.
- Kimsəyə deməsən, söylərəm.
- Oldu, kimsəyə demərəm.
- Kimsəyə demə haaa!
- Tamam, tamam, kimsələrə demərəm.
- Bax, burdan bir avtobusa minəcəyəm.
- Eeee?
- Ver əlini, Ankara. Ankaraya yaxınlaşınca da, özümü avtobusdan aşağı atacağam.
- Aman Rəşid, niyə özünü avtobusdan atırsan?
Əlini ağzına qoyur, səsini tamam aşağı salır.
- Susssss! Sürücüyə heç pul verməyəcəyəm, onun üçün…
- Həəə, anladım, Rəşid. Ağlındakı fikrin doğrudan da zor imiş Rəşid.
- Zordu, əlbəttə, beş kuruş vermədən Ankaraya ged.
Rəşidlə həmən sirdaş oluruq, birbirimizi sevirik. Vətənin, məmləkətin, millətin qayğıları da
var Rəşidin çiyinlərində. Məmləkətdə quraqlıqdır, yağış yağmır. Əkinlər yaxşı deyil…
- Susayıbbsansa, su iç, - deyib bulağı göstərir, sonra davam eləyir. – Yağış yağmır, abi,
yenə əkinlər olmadı.
- Niyə yağmır, Rəşid?
- Namaz qılmırlar, şərəfsizlər. Qədir əmim elə deyir.
- Qılsalar, yağarmı?
- Gurultu ilə yağarmış həm də.
- Sən qılırsan?
- Mənə düşmür.
- Niyə?
- Vətəni gözləyirəm mən.
- Həəə, unutdum dediyini.
- Bax, mən burda olmasam, gələrlər.
- Kim gələr?
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
- Makaryus…
- Daha ölmədimi o?
- Yox, tutsam öldürəcəkdim, qaçdı, tuta bilmədim.
- Başa düşdüm.
Dəqiqədən bir siqaret qutusunu uzadır, qutunun içində iki-üç siqareti var.
- Sağ ol, Rəşid, çəkməyək.
- Xərcliyin, beşliyin varmı? Yolçusan, qurban, yoxsa, çəkinmə…
- Sağ ol, Rəşid, var, var.
- Onda mənə bir milyon ver.
Adamın nəyi varsa, yoxsa, hamısını vermək istəyir.
- Al, Rəşid, bu olarmı?
- Olmaz! Bir milyonun varsa ver!
Rəşid ilə danışırıq, bir yandan da böyük qardaşımı axtarır gözlərim. Gələn gedən yoxdu.
Birdən ortalıq şənlənir. Seçimlər var, son gündü, şəhərləri dolaşan partiyanın maşın karvanı tür-
bənin önündən keçir, şeypur səsləri, qalmaqal, gurultu, nağara, zurna səsləri. Hər maşın karvanı
da özünü sabahısı günün iqtidarı kimi görür. Karvanlar dəstə ilə keçirlər, yüzlərcə maşın, rəngbə-
rəng bayraqlar. Rəşid sıçrayıb ayağa qalxır, hər karvan Rəşidi salamlayır, bütün partiyalar onu
tanıyırlar. Rəşid hamısına salam verir. Dəyənəyini qaldırıb gələnləri qarşılayır və yola salır. Hər
karvandan da bir bayraq uzadırlar, bayraqları alıb gəlir, Rəşid. Gülərək oturur. Sonra mənə tərəf
dönür.
- Səsini kimə verəcəksəən?
- Mənim burda səsim yoxdu, Rəşid… Sən səs verəcəksənmi?
- Hə, verəcəyəm.
Partiyaların bayraqlarını göstərirəm.
- Hansına verəcəksən?
- Hamısına da vuracağam!
- Nəə?
- Hə, hamısına vuracağam, möhürü alacaq, hamısına vuracağam.
- Həəə, gözəl, vur, Rəşid, vur.
- Abi.
- Əfəndim, Rəşid.
- Bunlar namaz qılsa, yağış yağar, elə deyilmi? Bunlar namaz qılmırlar, ona görə də yağ-
mır.
- Onu bilmərəm, Rəşid. Kim dedi sənə bunları?
- Bizim caminin imamı dedi. Mən səhərlər quran kurslarına da gedirəm. Kiçik uşaqlar var
orda. Hoca*** məni qovur, amma yenə gedirəm. Soruşsan, hər şeyi bilərəm. Haydı, məndən so-
ruş.
- Nə soruşum?
- Hoca kimi soruş.
- Yaxşı, Rəşid, söylə görüm, kimin qulusan?
- Allahın.
- Afərin, Rəşid.
- Başqa şey də soruş.
- Kimin ümmətisən?
- Iıııııh, Həzrəti Əlinin?
Gülürəm, Rəşid də gülür, gözlərinin içi gülür, gözləri billir-billir oynayır. Sağa-sola baxı-
ram, gözüm yolda, böyük qardaşımı gözləyirəm. Hələ gəlib gedən yoxdu. Ağlı çoxluq eləyən
Rəşid susmur.
- Abi, mənim ağlımda bir şey də var. Sənə deyimmi?
- De, Rəşid.
- Kimsəyə demə haaa.
- Tamam, demərəm.
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
- Kafeyə gedəcək, iki stəkan çay istəyəcəyəm, çay gəlincə də qaçacağam.
- Eeee?
- Çaya bir quruş da verməyəcəyəm, hahahaaaaaa…
- Bu da çox zor fikir, Rəşid.
- Hə, zor.
- Rəşid, qurban.
- Nə var, abi?
- Sən bu ağlının yarısını icarəyə versən, yarısı ilə də keçinərsən.
- Kimə versəm?
- Az öncə gedən partiyaçılar vardı ha, onlara.
- Vermərəm o şərəfsizlərə, namaz qılmırlar, yağış yağmır, əkinlər yaxşı olmur…
Bir maşın dayanır türbənin qabağında. Içindən mənə gülümsəyən gözlər baxır. Siqaretimi
Rəşidə verirəm, çantamı götürüb qalxıram. Rəşid arxamca qışqırır:
- Gülə-gülə, abiii!
Dönüb cavab verirəm:
- Sağ ol, Rəşid, ağlından muğayat ol, qurban.
* Abi – böyük qardaş, özündən yaşlıya müraciət edərkən deyilir.
*Abla – bacı, böyük bacı
* Hoca – müəllim, tərbiyəçi, məşqçi, xoca.
Türkcədən çevirən: Aslan Quliyev
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
Hökumətin imzası
Ayağında qara qaloş, əynində qara şalvar, başında yay-qış çıxarmadığı toxunma papaq, ar-
xasında heybəsi, əlinə beli alar, kəndin qurtaracağındakı məktəbin lap qarşısındakı tarlaya gələr-
di. Kənd hər səhər sübhdən oyanan Rəhman dayının səsiylə qarşılardı səhəri.
Günorta vaxtı Zeynəb nənənin çiynindəki nimçədə yağ, pendir, çay və bir bükülü saç çörə-
yindən ibarət olan nahar yeməyi gələrdi.
Rəhman dayının üç fəsli vardı. Üçündə də eyni işi görərdi. Bahar, yay və payız, tarladan
daşları çıxardar, çıxartdığı iri daşları tarlanın ortasına daşıyardı.
Ya yerdən vulkan püskürtmüşdü, ya da göydən yağmışdı daşlar. Kənddəki hər tarla, palıd
ağaclıqlarından və daş yığınlarından ibarətdi və daş yığınlarının arasında qalan, hələ də xışla
əkilən bu boş yerlərə əkin əkərdi kənd adamları.
Həftə sonları yatağımdan qalxıb pəncərədən baxanda Rəhman dayının tarlasında ya köhnə
bir daş yığımının bir az da böyüdüyünü, ya da yeni bir daş yığını görərdim.
Palıdın dibində oturub çay içdiyi zaman çay boğazından keçməz, yorğun-arğın evə qədər
gələr: «Hocam, gəl, gözünə dönüm sənin, gəl, bir stəkan çayımı iç», - deyə dəvət elərdi.
Evdə Rəhman dayının süfrəsində olmadığını bildiyim nə varsa, zeytun, halva, mürəbbə…
Boşqablara doldurub yanına gedərdim. Qəlbi incə, ürəyi geniş, sevgiylə dolu bir adamdı Rəhman
dayı. Tarlasına addım atmaq, onun qonağı olmaq deməkdi. Çayımı o süzür, yağ sürtdüyü çörəyi
mənə uzadır, ayağa qalxıb altındakı klim parçasını götürür: «Sən qonaqsan, atam» deyər, altıma
sərərdi.
Bir ata kimi mənə qarşı şəfqətliydi. Onun hörmətindən utanar, sıxılar, əzilərdim, amma
onun istəklərini qəbul eləməsəm üzüləcəyini, inciyəcəyini bilir, çarəsiz qalaraq hər istəyinə bo-
yun əyirdim.
Yanında bardaş qurub süfrəsində oturunca, gizli bir sevinc duyar, bir müəllimin süfrəsinə
gəlib onunla yemək yeməsindən məmnun olardı. Dərdləşirdi mənimlə, iri barmaqlarını çiynimə
qoyar, əlinə keçən bir palıd budağıyla torpağı eşər, başını qabağa əyib başlardı anlatmağa:
«Hocam, sən sanki bizim kənddə anadan olubsan, evimizə gəlirsən, çörəyimizi yeyirsən, toylara,
mövludlara da gəlirsən, o biri hocalar niyə gəlmirlər, atam? Halbuki hamısına da hörmət eləyirik.
Bir də sənin kimi Qəhrəman müəllim var idi, insan evladıydı, bizimlə oturub durar, söz-söhbət
elərdi. Keçənlərdə Zeynəb qarı isti çörək bişirdi, iki çörəyi qızın əlinə verib orta məktəbin müəl-
liminə göndərdim, almamışdı, qız geri gətirdi. Alıb da itlərə atsaydı, bundan yaxşıydı. Sabah qış
gəlir də, kəndə maşın işləməsə, bu hoca nə yeyəcək, qurban? Ərizə yazdırmağa, xəbərləri oxut-
durmağa, pasportun surətini yazdırmağa, şəhərdən gələn hər kağızı oxutmağa kəndçi həmişə sə-
nin qapına gəlir, nə edək, avamlıqdı, hocam. Allah sənin də qismətini bu kənddən üzməsin, ye,
iç, başımızın üstündə gəz. Hoca, qurbanın olum, pul verib də, kömür alma, bu il odununu mən
verəcəyəm, odunları da əlimlə yarıb içəri atacağam, dərdimizin dərmanısan, hamımız səndən ra-
zıyıq, hamınızı dövlət göndərir, ayrı-qeyriniz yox, amma o birilərin yanına getmək olmur ki,
atam».
Rəhman dayıdan ayrılıb evə gələndən sonra onun dediklərini təkrarlar, hər bir cümləsini
yaddaşımda canlandırar, düşünürdüm. Rəhman dayı bu yerləri fəth eləmək üçün bir açar və bu
dağlarda illərdən bəri alovlanan atəşi külə döndərəcək torpaq, söndürəcək bulaqdı. Bir yol gös-
tərmək, bir ərizə yazmaq, bir yazını oxuy ub anlayacağı dildə izah eləmək, toyuna gedib oyna-
maq, yasına gedib iştirak eləmək, süfrəsində oturub plovuna qaşıq uzatmaq, göndərdiyi bir-iki
almanı gülər üzlə qəbul eləmək heç də çətin deyildi.
Üstəlik Rəhman dayı dövlət olaraq buralara göndərdiyi müəllimin nə yeyəcəyini düşünür,
bir şirin dillə, gülər üzlə qışlıq odun bağışlayırdı.
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
Nədən olmamışdı? Nədən olmurdu? Düşünür, düşünürdüm…. Uzaqdan silah səsləri gəlir-
di. Gecələr boyunca yuxularım qaçardı. Rəhman dayı bu kürd kişisi, ulu bir ağsaqqal, bir ərən
olub dolaşardı xəyallarımda.
Tarlada bir qarışqanın özündən qat-qat ağır bir dənəyə yapışıb yuvasına gətirdiyi kimi, iri
bir daşa sarılıb yuvarlardı Rəhman dayı. Bir qarış torpaq üçün qayaları qucaqlar, ömrünü yeyəyə
verərdi. Evnə vaxtı azan oxununca beli, lingi bir tərəfə qoyar, bir az irəlidəki kanalaın başında
outrar, dəstəmazını alar, palıdların kölgəsində namaza durardı. O div kimi cüssəli, vursan yıxıl-
maz bədəniylə huşu başında əyilərdi Allahın hüzurunda. Qəlbində, könlündə əskiyliyi yoxdu.
Dev cüssəsinə rəğmən bir qarışqanı incitməyəcək qədər yuxa qəlbli, geniş ürəkli idi. Içində bir
atəş kimi yanıb közərirdi Həccə getmək istəyi…
«Aaah, hocam, Allah bir qismət eləsəydi o mübarək torpağı», - deyərdi. Hər il ziyarət za-
manı əldə etdiyi qazancın bir bölümünü həccə getmək üçün ayırar, amma ayırdığı pulun ancaq
yarısı qalırdı.
Cümə ertəsi və bazar günləri evdəki televizoru məktəbdə qurar, kənd adamlarını çağırar-
dım. Cümə ertəsi yaşlılar, bazar günləri də gənclər gələrdi televizoru izləməyə. Həftə sonları çay,
qənd gətirər, bir də samovarı qoyardım sinifə. Mustafa dayı, Bəktaş dayı, Məhmət dayı, Rəhman
dayı, hamısı şagirdlərin yerlərində oturar, çay içər, film izlər, xəbərlərə qulaq asardılar. Bəzən bir
xəbəri öz aralarında bir müddət türkcə danışdıqdan sonra kürtcə danışmağa başlayardılar, sinifə
bir uğultu yayılar, qalmaqal başlardı. Rəhman dayı bir müəllim kimi ayağa qalxıb həmkəndliləri-
nə hirslənər, onları məzəmmətlərdi:
- Hoca dediyinizi başa düşmür, düz danışın.
- Danışsınlar, vacib deyil, - deyərdim, amma Rəhman dayı məktəbi mənim evim kimi də-
yərləndirərdi.
- Olurmu, hocam. Biz sənin evindəyik, atam, - deyərdi.
Rəhman dayı cümə ertəsi xəbərlərini yaddaşına yazar, bazar günləri tarlaya gəldiyində çay
içərkən soruşardı:
- Hocam, məmləkətin halı necədi? Biz xəbərləri dinləsək də, bir şey başa düşmürük. Bu
terror nə olacaq, atam?
Onun yaddaşındakı bütün suallara cavab verməyə çalışırdım. Terrorun tüğyan elədiyi illər-
di, dağlarda əmin-amanlıq deyildi. Mahala daha otuz kilometr uzaqda bir quş uçmaz, karvan
keçməz dağ kəndində terrora çarə axtarırdı Rəhman dayı. Terrorun bitəcəyinə əmin olsaydı,
bədənini güllələrə sipər eləməkdən çəkinməzdi. Hər terror hadisəsində sinəsinə döyər, yanıma
gələr, radioda dinlədiyi xəbərləri mənə yorumlardı. Şəhid olan əskərlərimizin harda şəhid olduq-
larını soruşardı:
- Hocam, deyirsən oralar uzaqdımı? – deyərdi. Yaşadığı kənddən başqa bir də Dərsimi tanı-
yardı. Rəhman dayı dörd il əskərilikdə olmuşdu, ikinci dünya müharibəsində Dərsimdə əskər
imiş. Anladırdı bəzən.
«Hocam, dinimiz bir, müsəlmanıq, müsəlman da heç müsəlmana düşmən olarmı? Dövlətə
qarşı çıxarlarmı heç? Kürd nə, türk nə, atam? Ikisi də bu barmaqlarım kimi, hansını kəssən, o bi-
risi də göynəyəcək. Biz qardaşıq, atam. Keçən gün xəbərlərdə qulaq asdım, bir müəllimi vurub-
lar. Hocam, indi sən bir qərbsən burda, bizim kəndin gəncləri qalxıb, sənə silah çəksinlərmi?
Tövbə, ya rəbbiii! Göstərmə, ya rəbiii! Aman hocam, sən ağlı başında adamsan, bizim gənclər də
səni çox sevirlər. Səni onların içində görüncə ürəyim fərəhlə döyünür. Cahil adam suya bənzəyir,
qabağını haraya döndərsən, oraya da axar, qurban».
Bir səhər tezdən oyandım və pərdəni çəkdim. Rəhman dayı yenə də daşlarla əlləşirdi. Evdə
səhər yeməyi hazırlatdım və yanına getdim.
- Rəhman dayı, gəlinin səhər yeməyi hazırlayıb, haydı evə gedək. – dedim.
Dikəldi, çaşıb qalmışdı, iki əlini yana açıb başını qabağa əydi, üst-başına göz gəzdirdi. Gül-
dü. Gülüncə də gözləri ağappaq saqqalının içində yoxa çıxırdı.
- Hocam, üst-başım toz-torpaqdı, mən sənin evinə necə gedim, indi Zeynəb qarı gələr, sən
məni bağşla, qurbanın olum.
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
- Olmaz, - dedim, məni qırmayacağını, qəlbinin yumşaqlığını, gövrəkliyini bilirdim. Qaşla-
rımı çattım: - Mən də bir daha sənin yanına gəlmərəm, - dedim, - küsərəm.
Yaxınlaşdı, gəlib üsulluca yanımda durdu, boynuma sarıldı. Bir yandan da məni küsdürmə-
mək üçün yalvarır, bir yandan da kiçik, məsum gözləri gülürdü.
Nəvəsi Ebruya mənim dərs keçməyimi çox istəyirdi. Təkid ettim əvvəlcə, sonda isə hədələ-
dim:
- Mən də bir daha sizə gəlməyəcəyəm, gələn il də Ebrunu kim oxudar oxudar.
- Elə demə, qurban, Ebrunu sən oxudacaqsan.
- Oxutmaram!
- De haydı. Mən neyləyim, hocam?
Onu çarəsiz vəziyyətdə qoymuşdum. Evimizin önündəki tut ağacını göstərdi.
- Hocam, ağacın dibinə bir çul parçası atarsan, gələrəm, içəriyə keçmərəm, - dedi.
Mən evinə getdiyimdə evini alt-üst eləyən, tarlasına getdiyimdə könlünü kilim eləyən bu
kürd kişisi niyə bu qədər çəkinir, niyə müəllimin evinə getməkdən qorxurdu? Məktəbdə, bizim
qaldığımız ev də onun üçün bir dövlət binasıydı. Başa düşmüşdüm. Bu qorxusunu aradan götürə-
cəkdim, qərarlıydım, üstəlik Rəhman dayı da israrlarım qarşısında çətin vəziyyətdə qalmışdı,
məni qırmayacağı bəlliydi.
- Evə keçəcəksən, səhər yeməyini bərabər yeyəcəyik. Bax, gəlməsən Ebrunu oxutmayaca-
ğam.
«Ebru» deyincən susur, əlini yanlara açır, danışa bilmirdi.
Rəhman dayı dözə bilmədi:
- Tamam, hocam, - dedi, - gedək.
Birlikdə evə doğru getdik. Mən qapını açıb içəri keçdim, Rəhman dayı qaloşlarını çıxartdı.
Corabları yırtılmışdı, ayaq barmaqları görünürdü. Mənim fərq etdiyimi görüb utandı, ayağını
gizləməyə çalışdı və üzündəki acı bir ifadəylə:
- Hoca, sənə qurban olum, - dedi, - bu ağacın altına bir çul parçası sər, oturum da.
O nur üzlü adama daha bundan artıq təkid eləyə bilmədim, eləmədim.
- Tamam, Rəhman dayı, - dedim, - sən keç ağacın altına, mən gəlirəm.
Danışdıq, yenə dərdləşdik, Həccə getməyi niyət eləmişdi, qərarlıydı:
- Qismət olarsa, həccə gedəcəyəm, hocam, - dedi. - Inşallah qaysılardan bu il yaxşı pul
götürərik. Keçən il dolu vurdu, öncəki il də çiçəkləri töküldü, soyxalar meyvə vermədilər. Beş-
on qoyun da satacağam. Ölmədən bir ayağım o mübarək torpağa dəysəydi, yuxularıma girir,
vallah, bu il inşallah gedərəm.
- Inşallah, istədiyin kimi olar, Rəhman dayı.
- Hocam, mən qalxım, - dedi. – Ya Allah, ya şeyx, ya mədət.
Dizlərinə dayanaraq dikəldi və dizlərinə qədər enən uzun qollarını yelləyə-yelləyə getdi,
yenə tarladakı bir daşın başı üstə dayandı.
Qış artıq yaxınlaşmış, uca təpələrə qar yağmışdı. O gecə məni yuxu aparmadı, evdə dörd
dolanıb gərdiş eləyirdim. Gecə saat ikini keçmişdi. Kənd qaranlığa qərq olmuş, dərin bir sükut
içində uyuyurdu, külək evdən bir az aralıdakı qoz ağaclarının dili ilə danışırdı. Bu boyda kənddə
sadəcə mənim evimdə işıq yanırdı, hələ də yata bilməmişdim.
Birdən evin qapısını döydülər, mətbəxin pəncərəsindən çölə baxdım, çöldə iki kişi gözlə-
yirdi. Kənddə hər kəsi tanıyırdım, gələnlər yad adamlardılar. Evin qabağında bir küçə fanarı var
idi. Gələnlər fanarın işığında dayanmışdılar. Birinin köynəyində qan izləri var idi, digərinə söy-
kənərək dayanmışdı, o birisinin isə çiynində tüfəng var idi.
- Kimdir? – deyə səslədim, amma cavab vermədilər. Qəribə bir qorxuya düşdüm, ətrafda
kimsə yoxdu, bir müddət qapını açıb açmamaqda tərəddüd elədim. «Ebe üçün gəliblər hər hal-
da», deyə düşündüm. Kənddəki xəstələrin üstünə belə gecə getməyə qorxardı zavalı qız. Bu
üzdən gecələr xəstələri olanlar, başqa kənddən Ebe üçün gələnlər əvvəlcə məni oyandırardılar.
Gecələr sadəcə mənimlə gedərdi xəstəyə baxmağa. Yenə də qapını açmağa tərəddüd edirdim.
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
Bu zaman evin qabağında bir gurultu qopdu, birdən səslər çoxaldı, sanki bütün kənd oraya
toplanmışdı. Rəhman dayının səsini tanıdım. Qapını açdım. Kənd adamları o iki gənci yerə uzat-
mışdılar, Rəhman dayı başları üzərində dayanıb gözləyirdi.
Nə olduğunu başa düşmədim. Aşağı endim. Kənd adamlarını bir tərəfə çəkdim, qorxudan
gözləri geniş açılan gənclərin yanına getdim və kim olduqlarını soruşdum. Biri nə olduğunu
başa saldı. «Tohma çayının sahilindəki bir kəndə getdik, qız qaçırdacaqdıq, qızın ailəsi hiss elə-
yibmiş, atəş açdılar, qaçdıq, yoldaşım yaralandı. Nə olar, kömək edin».
Bir neçə evin qapısını döyüb kömək istəyiblər, kimsə qapını açmayınca da kənddə işığı ya-
nan tək bir yer olduğu üçün mənim evimə, kömək istəməyə gəliblərmiş.
Yardım istədikləri evlərdən biri də Rəhman dayının eviymiş. Rəhman dayı şübhələnmiş,
qonşuları da qaldırıb bunları təqib eləmiş, gənclər bizim evə gəlincə, terrorist olduqlarını güman
eləyən Rəhman dayı canını sipər edib gənclərin üstünə atılmışdı.
Sevgi nələrə qadirmiş, gənclərə üzüldüm.
- Rəhman dayı, - dedim, - yazıqdılar, gənclərə yol göstər, qoy çıxıb getsinlər.
Rəhman dayı gənclərə nəsihət verdi, onları yola saldı və mənim yanıma gəldi:
- Hocam, sən narahat olma, mən nə qədər sağam bu kənddə sənə bir şey olmaz, gecə-gün-
düz gözüm sənin qapında, keç içəri, yorğanı başına çək. Yat.
Kənddə bir terror olayı olar, hoca çıxıb gedər deyə həyəcanlanır, təyinat mövsümü gəlincə,
«başqa yerə təyinat istəmə, qurban» deyə yalvarardı zavallı.
Məktəbə bir rəsmi şəxs maşınla gələrsə, evdə əlinə nə keçərsə bir nimçəyə doldurar, qışda
daima sobanını üstündə qaynayan qəhvədandan çay dəmlər, məktəbə gətirərdi, Rəhman dayı.
Məktəbə gələn yad adamlar kim olurlarsa olsunlar, çiyinlərini qucaqlayar:
- Atam, biz bu hocadan çox razıyıq, qurban olum, bunu bir yerə göndərməyin, eləyə bilər-
sinizsə, buna heç başqa yerə təyinat verməyin, - deyə yalvarardı.
Mən yay tətilinə gedərkən yanıma gələr:
- Hocam, inşallah, başqa yerə təyinat verməzlər, tez gəl, qozunu, əriyini, armudunu ayıra-
cağam, - deyərdi.
Ramazan ayı bitmiş, həcc mövsümü yaxınlaşmışdı, bir axşam oğlu Ömər ilə qapını döydü
Rəhman dayı. Əlindəki boşqabda qoz, ərik qurusu və ərik çəyirdəyi, üzündə də hər zamankı mə-
sum ifadə var idi.
- Içəri keçin, - dedim.
- Yox, atam, yox, bir şey söyləyib gedəcəyəm, - dedi söyləyəcəyi şeyi unudubmuş kimi bir
neçə dəfə udqundu.
- Hocam, - dedi, - sənə bir şey deyəcəyəm, amma…
Deyə bilmədi, sustu və oğlu Ömərin qolunu dürtmələdi. Deyə bilmədiy nəydisə, Ömər de-
yəcəkdi. Onun o məsum, məzlum baxışı məni duyğulandırırdı.
- Xeyir, Rəhman dayı, Ömər deməyəcək, sən deyəcəksən.
- Ata, mən deyə bilmərəm, - dedi və gülərək üzünü məndən gizlədi.
- Sən de, Ömər nə oldu?
Ömər qayğısız, zarafatcıl, dəli-dolu, igid bir dəliqanlıydı. Əskərliyini yenicə bitirmişdi, am-
ma yaşıdlarından fərqli olaraq hələ subaydı. Qara saqqalı vardı, «Rəhman ağa məni evləndimə-
yincə, bu saqqalı kəsməyəcəyəm», deyirdi. Babasının vəkili olaraq gəlmişdi, dəcəlcəsinə gülərək
danışmağa başladı.
- Hocam, səndən məsləhət adlmağa gəlmişik. Subay oğlu olan adama oğlunu evləndirmək
vacibdi, yə Həccə getmək?
- Tez ol, de! – Rəhman dayı dedi və hirsləndi.
Güldü, sözün əl-ayağını yığdı Ömər:
- Hocam, atam həccə gedəcək, 150 dolları çatmır.
Rəhman dayı utanırdı, üzümə baxa bilmirdi, deyə bilmədiyi şey buymuş, demək.
- Məndə var, verərəm, Rəhman dayı, - dedim və pulu gətirib Ömərə verdim. Bu sıxıntıları-
na baxmayaraq kəndin ən zəngin adamlarından hesab olunurdu, Rəhman dayı dualar edərək get-
di.
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
Bir qış günü qonaqlıq verdi, kəndiylə vidalaşdı, məktəbə gəlib mənimlə halallaşdı, avtobu-
sa mindirib göndərdik Rəhman dayını. Dayı kənddən ayrılarkən başladı ağlamağa, mübarək tor-
paqlara çatandan sonra hər küncdə ağlayacağı bəlliydi. Allah qismət eləmiş, duaları qəbul olmuş-
du. Getdi…
Bir gün Ömər bir neçə yoldaşıyla məktəbə gəldi. Üzündə yenə dəcəl bir gülüş vardı.
- Hocam, - dedi, - babam sabah həcdən gələcək, o gələndən iki gün sonra bir kağız yazıb
bizə verəcəksən. Rəhman ağanı elə bir müşkülə salacağıq ki, bu müşküldən qurtulmaq üçün bizə
bir qoyun kəsəcək, bərabər yeyəcəyik.
Kəndin cavanları ağayana, səmimi, dürüst, hörmət saxlayan idilər. Onları sevirdim, həftə
sonu futbol oyunları olduğundan utana-sıxıla gəlib televizoru məktəbə qoymağımı xahiş edirdi-
lər, heç qırmazdım onları. Bir də komanda yaradıb futbol topu almışdıq, boş zamanlarda futbol
oynar, ətrafdakı kəndlərə yarışlara gedərdik. Hamısı işsiz-gücsüz, qışda divar diblərində oturub
yazın gəlməsini gözləyərdilər. Baharda şəhərə gedər, qışa qədər inşaatlarda fəhləlik eləyərdilər.
Şeytanca bir planları vardı.
- Olmaz, uşaqlar, - dedim, - sonra Rəhman dayı inanar, üzülər, günaha batarıq.
Beş gənc yalvarırdılar. Ömər:
- Hocam, qırma bizi, Rəhman ağanın bir qoyununu kəsib yeyək. O ancaq sənə inanır, sən
eləməsən, bu iş olmaz, - dedi.
Bir yanda o məsum üzü ilə, saf, təmiz ürəkli, müəllimi oğlu kimi sevən nur üzlü Rəhman
dayı, bir yanda qolumdan tutub yalvaran gənclər… Az-çox olacaqları təsəvvür eləyirdim. Gənc-
lər durmadan israr edirdilər. Onları qıra bilmədim. Əvəzində xəyanət elədim, sattım Rəhman da-
yını.
- Tamam, - dedim.
Ertəsi gün Rəhman dayını qarşıladılar, şəhərdən alıb, kəndə gətirdilər. Yeməklər verildi,
mövlud oxundu, Rəhman dayıgilə xoş gəldinə getdik, boynuma sarılıb ağladı. Mənə xüsusi ola-
raq gətirdiyi və öncədən ayırdığı hədiyyələri digər otaqdan götürüb gətirdi, əlimə verdi. Bir qutu
xurma və bir şüşə zəmzəm suyu, bir də qızım üçün sədəfdən boyunbağı.
Zavallı Rəhman dayının ona hazırlanan və mənim də ortaq olduğum plandan heç xəbəri
yoxdu. Üzü daha da aydınlaşmış, saqqalı daha da ağarmışdı, sakitcə oturur, xoş gəldinə gələnləri
qarşılayır, gedənləri yola salırdı.
Ertəsi gün Ömər yanında da yolddaşları məktəbə gəldilər. Orta məktəbə bir uşaq göndər-
dim və Şahin hocanın yazı makinasını da alıb gəlməsini xahiş elədim. Bir az sonra Şahin hoca
əlində makina ilə gəldi.
- Xeyirdi, hocam, makina ilə nə yazacaqsan?
- Otur, - dedim, - rəsmi yazı yazacağıq.
- Hocam, qurban olum, yaxşı yaz, - Ömər dedi. – Rəhman ağı oxuyunca dizinə döyüb ağ-
lasın. Məni evləndirməmək nəymiş, görsün.
Makinaya ağ kağız qoyub, yazını yazmağa başladım. Makinanın düymələrini taqqıldadaraq
bir azdan yazını tamamladım. Səudiyə Ərəbistan hökumətindən gəlirdi yazı:
«Hörmətli Rəhman Qorxmaz, 1991-ci ildə Türkiyə Cumhuriyyətinin aidiyyatı orqanlarına
Həccə getmək istədiyinizi bildirərək, müraciət eləmisiniz. Hökumətimiz Həcc ibadətinizi yerinə
yetirməniz üçün lazım olan bütün işləri görmüşdür. Vətəndaşı olduğunuz Türkiyə
Cumhuriyyətinin səlahiyyətli nümayəndələrinə sizi qəbul etdiyimizə dair gərəkli bilgilər verildi.
Buna uyğun olaraq ölkəmizə gəlib, mübarək torpaqlarda bir ay qaldınız və müqəddəs torpaqlarda
Həcc borcunuzu yerinə yetirdiniz. Fəqət Səudiyyə Ərəbistanı hökumətinin apardığı araşdırmalar
nəticəsində Həcc pulunuzun 150 dollar az ödənildiyi müəyyən edilmişdir, bu səbəbdən də həcci-
niz qəbul olmamışdır».
Şahin hoca ədəbiyyatçıydı, yazının altındakı imza yerinə əski əlifba ilə Füzulidən bir beyt
yazdı. Beytin üzərinə də məktəbin möhürünü vurdum. Dolabdan bir sarı zərf çıxartdım, zərfin
hardan gəldiyi göstərilən hissəsinə də Şahin hoca bir beyt döşədi, məktubu alanın yerinə də Rəh-
man dayının adını və ünvanını yazıb, zərfi Ömərə verdim.
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
Axşamüstü Rəhman dayı məktubu əlinə almış, bir boşqaba da bir az xurma, bir az da ərik
çəyirdəyi doduraraq məktəbə gəlmişdi.
- Hocam, al bunları, uşaqlar yesin, - dedi, - bir məktub gəlib, bunu bir də oxu, görəsən nə
yazırlar?
Rəhman dayı ərəbcə oxumağı az-çox bilirdi, amma anlaşılan buydu ki, Osmanlıca beyti
sona çıxa bilməmişdi.
Az öncə ağzını bağladığım zərfi açıb, bir nəfəsə oxudum. O nəhəng daşları yuvarlaya-yu-
varlaya yüzlərcə metrə sürükləyən adam yığıldı qaldı, dizlərinə döydü, məktəbin pilləkənində
oturdu.
- Hocam, mənim həccimi qəbul eləməyiblər, eləmi?
- Hə, Rəhman dayı, qəbul eləməyiblər.
- Axtarıb tapıb göndərsək, qəbul elərlərmi, hocam?
- Bilmirəm, hər halda qəbul elərlər.
- Mənim taleyimi görürsənmi, bu ərəbin mənə elədiyini gördünmü, hocam? Niyə qəbul
eləməyiblər, bir daha oxu görüm.
- Həcc pulu 150 dollar az ödənilib, Rəhman dayı.
- Hocam, pul az deyildi, 150 dolları səndən aldıq ha, görəsən səhvmi hesabladılar? Yoxsa
bizim Ömər keçirtmədimi? Hocam, sən bir yazı yazsan da, Rəhman Qorxmazın çatmayan pulunu
mən verdim desən, qəbul eləməzlərmi?
- Yazaram, amma bilmirəm, qəbul eləyərlərmi, Rəhman dayı?
- Artıq verək, atam, qəbul eləsinlər də, 300 dollar verək. Olmazmı?
- Olmaz, Rəhman dayı, rüşvət heçab eləyərlər.
- Vayyy! Oralarda necə də namaz qıldım, gecə-gündüz ibadətlə məşğul oldum, hocam…
Ömərin boynu sınsın, mənim uşaqlarım belədir. Demək, Ömər deyilən boynu altında qalmış
150 dolları yeyib bəlkə? Keçirtməyibmi? Indi el məni hacı bilir, mən onların üzünə necə
baxaram.
- Sən üzülmə, Rəhman dayı, mütləq səhv hesablayıblar, gedər, araşdırar, düzəldərik, inşal-
lah, amma sən kimsəyə bir söz demə.
- Vayyy! Deyərmiyəm, hocam, əvvəl Allaha, sonra sənə güvənirəm, get, bir soruşdur.
- Tamam, soruşaram, sən qorxma.
- Hoca, bir daha oxu, qurban, doğrudan da qəbul eləməyiblər?
- Sən get, mən həll elərəm, qorxma, yanlış hesablamışlar.
Dizlərini döyə-döyə getdi, o tərtəmiz duyğuları, o saf və sevgi dolu ürəyiylə. Bir peşmanlıq
dənizində boğuldum, dalğaların yırğaladığı cəsədim dəqiqələrcə sərt qayalara çırpıldı. Rəhman
dayı uzaqlaşdı, göz görməz oldu. O axşamkı sözləri gəldi ağlıma. «Nə qədər mən sağam, sənə bir
şey olmaz, hoca» deyir, ağappaq saqqalı, div kimi bədəniylə qarşımdan getmirdi.
Bir az sonra Ömər gəldi, gülməkdən keçinirdi, dayanmadan qəhqəhə çəkirdi.
- Tamam, hocam, - dedi, - indi Rəhman ağa bu işi həll eləmək üçün qoyunlarının hamısını
verər. Bir az sonra birlikdə bizə gedək, sən anlat.
Axşam kor-peşiman yanına getdim, olanları anlatdım, üzünü bir sevinc işığı qondu.
- Məni bağışla, Rəhman dayı, - dedim.
Bir yuxudan oyanıbmış kimi idi, olayın gerçək olmadığına elə sevindi ki, qalxıb boynuma
sarıldı, ağlamağa başladı. Ağlamamaq üçün özümü güclə saxlayırdım.
- Bağışla, Rəhman dayı, - dedim, - gənclərini sözünü yerə sala bilmədim, amma sən də hə-
mən inandın. Belə şeylərə inanarlarmı?
O könlü dənizlər kimi geniş, saflıq, təmizlik heykəli Rəhman dayı hirslənmədi, heç mə-
zəmmətləmədi də. Məktubun sonundakı möhürü göstərdi:
- Hocam, necə inanmayım, altında hökumətin imzası vardı, - dedi və qəhqəhələr çəkən
Öməri səslədi: - Tez bir qoyun kəs, hoca qonağımızdı.
Dostları ilə paylaş: |