İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə12/12
tarix03.02.2017
ölçüsü1,31 Mb.
#7509
1   ...   4   5   6   7   8   9   10   11   12

 
 
 
Türkcədən çevirən: SƏHƏR 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
 
Şah qartal 
 
 
 
Qaçaq idim, canı şəhərlərə sığmayan qaçaq. İnsan yeyən şəhərlərdən qaçardım. 
Bir çiçəyi toxum tökərkən tapdım, bir gülü ucqarda açarkən yaxaladım. Mən bir payız qa-
çağı idim, o da bir bahar qaçağı... 
Neçə  dəfə  tırtıllar  qanadlandı,  quş  olub  uçdu  önümdən,  bir  daşın  ayaqlanıb  dovşan  oldu- 
ğunu gördüm dəfələrlə. Bığları buz tutmuş bir ovçuydum, qar qaçağıydım. Qayaların əks-səda-
sını, su sonasını, tumarlı qızlarquşunu, çəmən bülbülünü... izləyərkən özümdən də qaçmışdım. 
Dağlara qaçardım. Yar sinəsi kimi rahatlıq gətirən dağlara. Bəzən təkbaşına, bəzən də də-
lisov yoldaşlarla. Alaca şəfəqlərdə bir yaylaq yeli dolardı içimə. İçim vulkan kimi qaynar olardı, 
amma, di gəl, titrətmə (malyariya) xəstəliyinə tutulmuş kimi titrərdim. 
Səhər obaşdan üsulca, səssizcə qaçardım. Dik yamaclı, sərt qayalı vadilərdə axardım. Şəhər 
bir qulyabanu olub kəsərdi yolumu… Dəlicəsinə özümü şəhərə çırpardım. Sularım qabarar, da-
şardım və tərsinə axardım. Coşğun bir sel kimi dağlara, dağlara doğru çağlayardım… 
Məni udan, məni  yox edən şəhəri tərk  etmək, qatı bir sis təbəqəsindən, uğultulardan, dar 
küçələrdən, nəhəng binalardan qurtulmaq istəyirdim. Bir dağa dırmaşıb  şəhərə  yüksəkdən bax-
maq, şəhəri ayaqlarım altına almaq istəyi böyüyürdü içimdə. 
Dan yeri ağarmadan düşdüm yollara. Maşının gedə biləcəyi yerə qədər getdim. Axşamdan 
yağan  qar  bütün  izləri  silmişdi.  Önümdə  hamar,  ağappaq  bir  yaylaq  dururdu.  Qarşımda  bütün 
zəhmiylə dayanan dağ bu yaylağın sahibi kimiydi. Dağa tərəf baxanda arxadan güclü bir külək 
əsdi. Yarışa hazırlaşan köhlən kimi inadlaşdım, səbirsizləndim. 
Çəkmələrimi geyinib, əlcəklərimi taxdım. Papağımı başıma keçırıb, tüfəngimi çiynimə as-
dım. Ov gödəkcəmi yoxladım; çörəyim, suyum, bıçağım, fişənglərim, çaxmağım, siqaretim – ha-
mısı qaydasındaydı. 
Arxamca ahəngdar qar səsləri və iri izlər buraxaraq dağa doğru yeriməyə başladım. Qıvrıla-
qıvrıla dağın yüksək yamaclarına qədər uzanan dərin bir vadiyə girdim. Mən dırmandıqca səslər 
də dəyişirdi. Təbiət öz diliylə danışmağa başlayırdı. Külək səsi, quş səsi, qar səsi!.. Mən susub 
dinləyirdim, bəlkə də təbiətin dilindən nəğmələr eşıtmək istəyirdim… 
Yeridikcə kürəyimdə ağırlaşan tüfəngi daha çox hiss etməyə başlamışdım. Bir yandan ge-
dir,  bir  yandan  ovçuluğu,  tüfəngi  və  özümü  mühakimə  edirdim.  Öyrənmə  mərhələsini  çoxdan 
keçmişdim. Sərhədləri adlamış, hədləri aşmışdım neçə ildir. Qənimət ovçuluğu mənə görə deyil-
di. Gənc ovçulara təcrübələri, metodları, bütün bunları öyrətmək istəmirdim. Ov ilə ovçu arasın-
dakı tarazlığın ağlın təhrikedici gücüylə ovun əleyhinə pozulması məni bezdirirdi. Təbiətdəki hər 
canlıya məhəbbətlə baxırdım. 
Bəs niyə bəzən onların arxasından bir gözümü qapayıb böyük bir gurultu çıxarırdım? – Dü-
şündükcə addımlarım  yavaşıdı. Bir ağırlıq  çökdü üstümə. Sanki  qayalar  mənim  üzərimdə  yeri-
yirdi. Tüfənği çıxarıb bir qayaya dayadım. Böyük bir qayanın daldasında üzü güneyə oturdum. 
Ayaqlarım  altında  qalan  əngin  düzənliyə  baxdım.  Sonra  dərin  bir  düşüncəyə  daldım.  Rənglər, 
səslər dəyişdi birdən. Köhnə zamanlara getdim. 
Ağappaq  qarın  üstünə  qanını  səpələyərək  can  hayında  qaçan  bir  dovşan  keçdi  önümdən. 
Dovşanın qanlı izinə düşdü bir ovçu. Dovşan yorğunluqdan və aldığı yaranın təsiriylə halsız düş-
dü az sonra. Ovçu heyvanın yalvaran, imdad diləyən baxışlarını görmədi belə. Onun qulaqların-
dan yapışıb yerə yatırdı, parlayan bıçağını dayadı boğazına. Qar içində çırpınan başsız bir gövdə 
qaldı geridə. Bir də hələ gözləri qapanmamış, qulaqları titrəyən bir kəllə… 
Yanımdakı qayaya dayadığım, lüləsini qürurla göyə dikən silaha ikrahla baxdım. İçim sız- 
ladı birdən. Boğazıma dayanmış bir bıçaq deşdi qırtlağımı, nəfəs almağa çətinlik çəkdim, boğul-
dum sanki… 
Bir xınalı kəklik sürüsü qalxdı sonra gözlərimin önündən, bir gurultu qopdu. Havaya barıt 
qoxusu yayıldı. Kəkliklərdən ikisi heç qanad açmadan bir daş kimi yerə düşdü. Tüfənğin lüləsin-

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
dən, vıjıltıyla çıxan qırmalara tuş gəldi xınalı sinələri. Küləyi yaran qanadları bir daha açılmadı. 
Cansız qaldılar qar içində. İkisinin də ağzından qan gəlirdi. Ağappaq qar onların qanları ilə xına-
lanmışdı. Dəstənin qalanları çox uça bilmədilər. Qar təzəydi. Qanadları islanmış, tüklərinin ucla-
rını buz tutmuşdu kəkliklərin. Qanadları ağırlaşan bədənlərinə tab gətirmirdi artıq. Ovcu isə qara 
batıb çıxaraq qaçmağa çalışan xınalı kəklikləri toplayırdı… Ürəyim ağzıma gəlirdi, qarın içində 
batıb qalmışdım… 
Bir yaşılbaş ördək endi göllərə, qızıl kimi tükləriylə bir anqut uçdu. Bir sona nazlandı qa-
mışlığın  arxasından. Gözlərində qırmızı  sürməsi,  köksündə  gümüş lələkləri  olan bir telli durna 
qondu ürəyimin üstünə. Bir quş yağışı başladı sonra. Göy qumrular, qaya göyərcinləri, bildirçin 
bələdçilər, çalı quşları, təqlidçi quşlar, ardıç quşları… və sərt, ani uçuşlarıyla qaraquş… Üzümə 
qar sovruldu. Sovrulan qar deyildi, bəlkə də əbabil quşları daş-qalaq edirdi məni.. Qorxdum. 
Tüfəngimi  aldım  və  boşaltdım  içindəkiləri.  Yan  tərəfımdəki  yüksək  qayalığa  doğru 
dırmaşmağa başladım. Qayalığa çıxıb şəhərə doğru yenidən baxdım. Qatı bir sis örtmüşdü şəhəri. 
Duman içində yox olmuşdu şəhər. Ayaqlarımı yerə möhkəm basdım. Öz aləmimdə əzdim şəhəri. 
Ona təpədən baxdım. Fəth etdim şəhəri. 
İrəlidəki təpəyə doğru getdim. Məndən öncə bir kəklik sürüsünün getdiyini hiss etdim. İzlər 
bir az öncə oradan keçdiklərini söyləyirdi. Burada, yaxında olmalıydılar. Hətta sürünün gözətçisi 
məni görmüş olmalıydı. Dərhal ətrafımdaki yüksək nöqtələrə baxdım. Bəli, qayanın başındaydı 
gözətçi kəklik. Göz–gözə gələndə sürətlə qayadan endi. Qanad səsləri gəlmədi. Yəqin, qanadları 
islaq və yorğun idilər. İzləri ilə getməyə başladım. 
Ara-sıra  dayanıb  onları  görməyə  çalışırdım.  Bir  neçəsini  sezmişdim.  Qayaların  diblərinə 
sinə-sinə  irəliləyirdilər.  Ürəklərinin  döyüntüsünü  eşidirdim.  Qorxaq  və  ürkək  idilər,  məni  sez-
mışdilər,  amma  heç  biri  tüfəngimin  boş  olduğunu  bilmirdi.  Bir  səs  gözləyirdilər,  “gummm”- 
deyə  bir  səs.  O  səsi  eşidincə  qanadlarına  son  dəfə  güc  verib  özlərini  bir  az  iləriyə  atacaqdılar. 
Onlara yaxınlaşsam da, hələ uçmurdular. Onları uçurub son dəfə arxalarınca baxmaq istəyirdim. 
“Qaruuuvq, qaruuvq”- deyə bir səs eşıtdim birdən. Kəkliklərin qanadlarının nədən tutuldu-
ğunu söyləyirdi bu səs. Başqa bir ovçunun sahəsinə girmiş və onu narahat etmişdim. Bu səslər də 
bir xəbərdrlıqdı.  Təpədə bu  yerlərin sahibi olan bir qartal  dayanmışdı.  Qartalların ən güclüsü  - 
şah qartal! Göz-gözə gəldik. Heç qorxmur, özündən razı halda gözləyidi. Gicgahı tünd qəhvəyi 
rəngdə idi. Kürəyi və qanadları zolaq-zolaq qara və qəhvəyi tüklərlə örtülüydü. Qəhvəyi köksü 
qaraya çalırdı, iri, qüvvətli biləkləri tüklüydü. Pəncələrini qayalara  saplamış, sərbəst, qorxusuz, 
heybətlə  dayanmışdı.  Dimdiyi  köksünə  doğru  bir  yay  şəklində  əyilmişdi.  Düşməncəsinə  baxan 
gözlərindən atəş yayılırdı sanki. 
Gedirdim. Qartal mənə xəbərdarlıq etməyə davam edirdi. Kəkliklər iki ovçunun ortasında 
qalmışdı. Qartal olan qayalığa yaxlnlaşdım. Birdən önümdəki qayalıqlardan kiçik daşlar da qa-
nadlandı. 
“Pırrr! Pırrrr! Pırrrrr! ” 
Qayalıq qanad səsiylə doldu. Kəkliklər yerdən üç-beş metr uzaqlaşmamış Şah Qartal düş-
məncəsinə sürüyə cumdu. Kəkliklər xəfif bir mehdən dalğalanan parça kimi süzüb üstlərinə şı-
ğıyan  qartalın  qorxusundan  halsız-halsız  yerə  endilər.  Hamısı  qayanın  dibinə  girib  hərəkətsiz 
gözləməyə başladı. Bir qayanın daldanacağında gizləndim. Kəkliklərin çoxunu görürdüm. Artıq 
məndən deyil, başları üzərində fırlanan nəhəng quşdan qorxurdular. 
İlk həmləsi boşa çıxan qartal qayalığın üzərində qara bulud kimi fırlanırdı. Mənim gizləndi-
yim yeri də bilirdi. Odur ki, kəkliklərin yanına enə bilmirdi. Kəkliklərin qoruyucusuydum məgər. 
Qartal səs tonunu qalınlaşdırdı. İndi daha sərt bağırırdı. Mənim getməyimi istəyirdi. Bura 
aid olmadığımı söyləyirdi durmadan… Qayaların şahı olan bu heybətli quş haqlıydı, əslində… 
Yenidən şəhərə tərəf baxdım və “yaxşı, yaxşı, gedirəm” - dedim şah qartala. Geriyə dönüb 
cəld uzaqlaşmağa başladım. Qartal bağırdıqca mən də sürətimi artırırdım, hətta qaçırdım. Yenə 
qaçaqdım. Bu dəfə bir suçlu kimi qaçırdım. Arada bir dönüb arxama baxırdım. 
Şah  qartal  sanki  bir  ayində  idi.  Özünü  unutmuşdu.  Qayalıqların  üzərində  qanadlarını  iki 
yana  sallamış,  özünü  küləyin  ixtiyarına  vermişdi.  Heç  qanad  çalmadan  fırlanır,  süzürdü… 

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Kəkliklərin ürək döyüntüsü hələ də qulağımdaydı... Kim bilir, şah qartalın iri caynaqları onların 
hansının qanına batacaq, hansının köksünü parçalayacaqdı… 
Mən ovçu deyildim artıq, ovçu deyildim. Bir ov kimi girdim şəhərə… 
 
 
Türkcədən çevirən: Səhər 
 
 
 
 
 
                      
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
 
 
İçindəkilər 
 
 
 
1. Möhtərəm – 1 səh. (Eyvaz Zeynalov) 
 
2. Həmdi kirvə -  6 səh. (Eyvaz Zeynalov) 
 
3. Soyuq yuxu – 12 səh. (Eyvaz Zeynalov) 
 
4. Anamın saatları – 21 səh. (Eyvaz Zeynalov) 
 
5. Ürəyində söyən uşaq – 28 səh. (Eyvaz Zeynalov) 
 
6. Allah görər – 32 səh. (Eyvaz Zeynalov) 
 
7. Evin yıxılsın, Hacı – 35 səh. (Aslan Quliyev) 
 
8. Türbənin dəlisi – 41 səh. (Aslan Quliyev) 
 
9. Hökumətin imzası – 45 səh. (Aslan Quliyev) 
 
10. Kərəm – 51 səh. (Aslan Quliyev) 
 
11. Bəhri usta – 56 səh. (Aslan Quliyev) 
 
12. Abdal kişisi – 60 səh. (Aslan Quliyev) 
 
13. Bizim evin qibləsi – 63 səh. (Aslan Quliyev) 
 
14. Tövbəçilər – 66 səh. (Aslan Quliyev) 
 
15. Şeyxin çavuşu – 73 səh. (Aslan Quliyev) 
 
16. Molla əmi – 75 səh. (Aslan Quliyev) 
 
17. Ağac atlar – 78 səh. (Zakir Sadatlı) 
 
18. Ağ bulud – 82 səh. (Səhər) 
 
19. Qarabağ qaçqınları – 83 səh. (Səhər) 
 
20. Şah qartal – 89 səh. (Səhər)  
 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin