Bədii ədəbiyyat insanların dünyaya münasibətlərindəki dəyişikliyi daha yaxşı əks etdirirdi. XV əsrin
ortalarında İspaniyada yaranan və tezliklə Qərbi Avropa və Latın Amerikası ölkələrinə yayılaraq XVII əsrdə
tam yetişən yeni janr orta əsrlərin ideallaşdırılmış qəhrəmanlarından ibarət cəngavər romanlarından fərqlənirdi.
Plutov romanları adlanan bu janr mənfi qəhrəmanların – yalançıların və fırıldaqçıların yaşadığı sərt və
məşəqqətli həyatı təsvir edirdi. XVI əsrdə İspaniyada özünəməxsus yoxsulluq hökm sürürdü. Okeanın o
tayındakı yüngül qazanc imkanları ilə şirnikmə və halal zəhmətə nifrət bu yoxsulluğun əsas xüsusiyyəti idi.
Ümidsizlik və əxlaqsızlıq ispan cəmiyyətində xüsusi təbəqənin – pikaronun yaranmasına səbəb oldu ki, bu da
keçmiş əsgərlərdən, oğrulardan, fahişələrdən, qumarbazlardan, təlxəklərdən, müflis olmuş zadəganlardan, bəxti
gətirməyən tələbələrdən və b. ibarət idi. İspan cəmiyyətində kübar təbəqə tərəfindən nifrət olunan, özü isə sadə
xalqa nifrət edən digər təbəqə də mövcud idi. Apikardo adlanan bu təbəqə burjuaziyadan ibarət olub çox vaxt
pikaro ilə səhv salınırdı. Barokko dövrünün bu iki, sinfi simasını itirmiş təbəqəsinin etirazı rəsmi barokko ilə
müqayisədə qeyri-mədəni fenomen olan plutov romanının yaranmasına səbəb oldu. N.Tomaşevski yazır ki,
«İspan barokkosu yalnız ədəbi fenomen yox, həm də siyasi və epik fenomendir. O, həyatın qavranması və
dərkedilməsi vasitəsi olub kontrreformasiyanın ideologiyası ilə sıx bağlıdır.» (Tomaşevski N.Plutovskiy roman.
M., 1975, s.9). Plutov romanı zəif janrlara aid edilən mövcud kübar qəhrəmanlığına qarşı öz plutov
antiqəhrəmanını qoyurdu. Təxminən 1525-1526-cı illərdə yazılmış anonim müəllifə məxsus «Tormesli Lasariy-
lonun həyatı» povestinə məhz belə ironik ziddiyyət xasdır. Lasarilyo haqqında bu kitab reallığı tanımayan,
ibrətamiz ədəbiyyata qarşı çıxır. Bədbəxtlik və yalan içərisində «yaşamaq sənəti»nin bütün mərhələlərini
281
öyrənən bu «avtobioqrafik» əsər borc və vicdan anlayaşlarının dərk edilməsi ilə bitir. Bu kitab tamahkarlığa,
hörmətsizliyə, rəhmsizliyə biclik və yalan vasitəsilə qalib gəlməyi öyrədir.
Bəzi İntibah mülayimliyi ilə fərqlənən «Lasarilyo»dan fərqli olaraq Mateo Alemanın «Alferaçeli qusman»
(1599-1604) əsəri əsil plutov romanı olub, bu janrın ilk klassik nümunəsidir. Bu əsərdə ispan gerçəkliyi gülünc
və şişirdilmiş şəkildə təsvir edilir, dilənçilik, sutenyorluq (kapitalist cəmiyyətində öz aşnası fahişənin xərcilə
yaşayan kişi) isə monumental miqyas alır.
Plutov janrının ən görkəmli nümayəndələri Fransisko de Kevedo, Luis Keles de Qevara, Alonso Kastilyo
de Solorsano və b.-dır.
Əlbəttə, barokko ədəbiyyatı təkcə plutov romanlarından ibarət deyildi. XVII əsrin dahi yazıçılarından biri
Hans Yakob Kristov Qrimmelshauzendir (1621-1676). 1668-ci ildə o, «Simplisissimus» əsərini yazır. Kitabda
Almaniyanı və Şərqi Avropanı viran qoyan 30 illik (1618-1648) müharibənin dəhşət və fəlakətləri təsvir edilib.
Qrimmelshauzen barokko ədəbiyyatının özünəməxsus xalq variantını yaratdı ki, burada mücərrədlik və
məcazilik naturalist aşkarlığı və şairanə konkretliklə uzlaşır. Bu cür nəsr «qeyri-ədəbi» materialı udaraq
böyüyürdü. «Simplisissimus» çoxlu müxtəlif elmi məlumatlarla doludur. Burada qədim tarixdən, antik
yazıçıların gördüklərindən, təbabət, astrologiya kimi təbiət elmlərinin faktlarından misal gətirilir. Mətndə
üstüörtülü sitatlar da çoxdur.
XVII əsr ədəbiyyatı gerçəkliyin xaotik şəkildə parçalanmış mənzərəsini təsvir edərək onun ensiklopedik
təsvir edilməsinə can atır. XVII əsrin plutov romanları gerçəkliyi nəzərdə tutulan şərait əsasında daha
mükəmməl əhatə edir. XVII əsrin tarixi romanları isə üstünlüyü şəraitə yox, elmi biliyə verərək şüurlu surətdə
gerçəkliyin tam, ensiklopedik inikasına can atır.
XVII əsrin ədəbi üslubu cisimləri onların real əlaqələrindən deyil, xüsusi kontekstdən, məşhur alleqorik
mənadan izah edən özünəməxsus emblematik təfəkkür tərzi ilə xarakterizə edilir. XVII əsr ədəbiyyatı ənənəvi al-
leqorik mövzuları, obrazları, mənaları toplayaraq əxlaqi-ritorik biliklərin xüsusi forması səviyyəsində
sistemləşdirir və inkişaf etdirir. Poeziya məhz bu əsasda tərəqqi edir. Barokko yazıçısı ənənəvi-ritorik sözün
köməyilə XVII əsrin coşqun xaosunu dərk etməyə və onun qarşısını almağa çalışır. Barokko şairi ziddiyyətlərlə
dolu olan gerçəkliyi əsrlərdən bəri bilik, əxlaq, nəsihət funksiyaları əldə etmiş soz sənəti ənənələrinə
yaxınlaşdırmağa çalışır. Bu zaman o, gerçəkliklə söz sənəti ənənələri əlaqələrinin bərpa edilməsi üçün fərdi üsullar
axtarmalı olur.
Memarlıq.
Barokko memarları İntibahın bir çox bədii ənənələri ilə, xüsusən də onun harmonik və tarazlaşdırılmış
həcm üsulları ilə vidalaşaraq bütöv memarlıq ansambllarına yalnız ayrı-ayrı tikililəri və meydanları deyil,
küçələri də aid etməyə başladılar. Əgər erkən barokko üçün dekorativ elementlərin sayının artırılması xarakterik
idisə, yetkin barokkoda plastik ifadəlilik güclənir. Barokko memarlığının əsas xüsusiyyətlərindən biri – geniş
məkanı təşkil edən ansambl yaratmaq idi. Heykəltəraşlıq memarlıqla bəzən elə əlaqələndirilir ki, çox vaxt me-
mar və heykəltəraşın işlərini bir-birindən ayırmaq çətin olurdu. Şəhər meydanları, saraylar, pillələr, fəvvarələr
memarlıq və heykəltəraşlığın sintezi prinsipi üzrə tikilərək ümumi dekorativ tərtibata tabe edilirdi. Barokkoda
sənətlərin sintezi zamanı heykəltəraşlıq və rəngkarlıq memarlığa tabe edilərək onunla qarşılıqlı əlaqədə olur.
Gözəl divar rəsmləri gümbəzləri, plafonları (naxışlı, bəzəkli tavan) və divarları bəzəyərək geniş məkan illüziyası
yaradırdı. Dinamika dolu heykəltəraşlıq gözəl olub, memarlıqla ayrılmazdır.
İtaliya. Katolik Roma barokko memarlığının əsas mərkəzi oldu. Burada barokkonun təməli Vinyola, Pal-
ladno, xüsusən də Mikelancelonun yetkin yaradıcılığı ilə qoyulmuşdu. Barokko memarları yeni tikili tipləri
tətbiq etməsələr də köhnə tipli tikililərə – kilsələrə, saraylara, villalara onların formasını və arxitektura
baxımından məzmununu dəyişən yeni konstruktiv kompozisiya və dekorativ üsullar tapırdılar. XVI əsrin sonun-
dan başlayaraq barokko cizgiləri artan məbəd tiplərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirirdilər. XVII
əsrdə memarlıq formaları daha dinamik və gərgin olur.
XVII əsr italyan memarlığının daha xarakterik cizgiləri Roma abidələrində ifadə olunub. Barokkonun əsas
xüsusiyyəti – ansambl yaratmaq cəhdi özünü məhz burada daha fəal göstərib. Bu üslub müxtəlif dövrlərin tikililərini
memarlıq baxımından birləşdirdi.
Barokko üslubunun ilk nümunəsi 1575-ci ildə memar Cakoto Barotsi da Vinyola (1507-1573) və Cakoto
della Porta (təx.1537-1602) tərəfindən yezuitlərin (mürtəce katolik ruhaniləri cəmiyyətinin üzvü) monax ordeni
(cəmiyyəti) üçün tikilmiş İl-Cezu kilsəsidir. Layihənin əsas hissəsinin müəllifi Vinyola Gümbəzli bazilika
formasına müraciət etmişdi. Bu tipli əvvəlki tikililərə nisbətən kilsənin mərkəzi nefi daha qısa və genişdir, yan
neflər əvəzinə isə hər iki tərəfdə kapellalar yerləşirdi. Məbədin qalın sütunlar və pilyastrlarla (bir tərəfi divara
bitişmiş dördkənarlı sütun), çoxlu heykəllərlə bəzədilmiş interyeri çox təntənəli görünür. Kilsənin Cakoto della
Porta tərəfindən ifa edilmiş fasadının kompozisiyası da maraqlıdır. Sənətkar divarın çox iri bir sahəsini iki üfqi
yarusa bölərək, hər birini orderlə (memarlıq kompozisiyası) bəzəyir. Nisbətən dar olan üst yarus yanlardan
spiralabənzər detallarla – volyutalarla (italyanca – «buruq, qıvrvm») çərçivəyə salınıb və sanki aşağı süzülür.
Bu, fasada mürəkkəb və ifadəli görünüş verir. Sonralar belə tərtibat barokko üslublu bir çox kilsələr üçün tipik
oldu. Bir qədər sonra isə bu tikililəri nəzərdə tutan «yezuit üslubu» termini də yarandı.
282
Barokko kilsə memarlığına ən çox töhvə vermiş sənətkarlar Karlo Maderna, Françesko Barromini və Lo-
renso Berninidir.
Karlo Madernanın həyatında gördüyü əsas iş Müqəddəs Pyotr kilsəsinin yenidən tikilməsi idi (1607-
1617). İntibah dövründə Mikelancelo tərəfindən inşa edilmiş əsas binaya o, qərb tərəfdən böyük hissə əlavə
edərək bütün kilsəni sentrik formadan bazilikal formaya çevirib.
Barokko memarlığında saray və villalar da mühüm yer tutur. XVII əsrdə İtaliyida çoxlu saray ansamblları
da tikilirdi. Barokko sənətkarları bunlarda şəhər və şəhərkənarı tikililərin cizgilərini birləşdirməyə çalışırdılar.
Məs. Barberinin sarayı (1625-1664). Onun tikintisini Maderna başlamış, Barromini və Bernini isə bitirmişlər.
Madernanın şagirdi olan Françesko Barromini (1599-1667) roma barokkosunun cadugəri sayılır. Onun
inşa etdiyi tikililərin sayı çox deyil. Romada o, Navona meydanında Sant-Anyeza (1653-1661), Roma Universi-
tetinin həyətində Sant-İvo (1642-1660) və 4 fəvvarənin yanında San-Karlo alle Kuatro Fontane kilsəsini tikib.
Lorenso Bernini (1598-1650) yetkin barokkonun banisi olub, İntibah sənətkarları kimi hərtərəfli inkişaf
etmiş insan idi. Memar, heykəltəraş, rəssam, dekorçu olan Bernini italyan incəsənətinin rəsmi cərəyanına
başçılıq edir və əsasən roma papalarının, kardinallarının və yüksək roma aristokratiyasının sifarişlərini yerinə
yetirirdi. Onun ən xarakterik tikililərindən biri Romadakı Sant-Andrea al Kvirinale kilsəsidir (1653-1658). Ber-
nininin nəhəng memarlıq işlərindən biri Romada müqəddəs Pyotr kilsəsinin çoxillik tikintisinin başa
çatdırılması və onun qarşısındakı meydanın tərtibatı idi (1656-1667).
İspaniya. XVI əsr İspan memarlığı əsasən orta əsr ənənələrini davam etdirsə də İtaliya İntibahının
nailiyyətləri də diqqəti cəlb etməyə başladı. İspan memarları Romada və İtaliyanın digər şəhərlərində işləməyə
başladılar, öz növbəsində italyanlar da İspaniyaya gəlməyə başladılar.
XVII əsrdə meydana gələn plateresko (ispanca – «naxışlı», «döyməli») termini XVI əsrin I yarısında
zərgər dəqiqliyi ilə tikilən və gözəlliyi ilə fərqlənən ispan tikililərinə aid edilirdi. Plateresko üslubunda olan əsas
işlər dini olmayan kübar tikililər – universitetlər, xəstəxanalar, xüsusi evlərdir. Kilsə memarlığı, əsasən
monastırlarla təmsil edilirdi. Mərkəzi İspaniyaya aid olan Salamankada 1529-cu ildə yeni üslubda universitet
inşa edildi. 1539-cu ildə burada Santyaqolu memar Rodriqo Xil de Ontanyon və qardaşı Martinin tikdikləri və
başa çatdıra bilmədikləri Monterrey hersoqlarının sarayı plateresko üslubunda olan bir çox yaşayış evləri üçün
nümunə oldu. Leon şəhərində 1514-1549-cu illərdə memar Xuan de Oroçko, Martin Villereal və Xuan de Be-
daxoz tərəfindən tikilmiş San-Marko monastırı plateresko üslubunda inşa edilmiş kilsə memarlığına misaldır.
Plateresko üslubunun çiçəklənmə dövrü uzun sürmür. İspan memarlığına tədricən italyan barokkosunun cizgiləri
daxil olmağa başlayır. Bu dövrdə Çurrigera ailəsinin, xüsusən Xose Benito Çurrigeranın tətbiq etdiyi üslub so-
nralar «çurrigeresk üslubu» adını aldı.
Heykəltəraşlıq.
İtaliya. Əsasən Romada işləyən Lorenso Bernininin ilk yetkin heykəltəraşlıq işi 1623-cü ildə yapdığı
«David»dir. Bibliyaya görə gələcəkdə İudey çarı olan gənc çoban David yəhudilərə qarşı müharibə aparan filis-
timli ordusunun ən güclü əsgərinə, pəhləvan Qoliafa təkbətək vuruşda qalib gəlir. İntibah dövründə Donatello və
Mikelancelo bu bibliya qəhrəmanının ideal sayılan heykəlini yaratmışlar. Sələflərindən fərqli olaraq Bernini nə
bu döyüşə hazırlığı, nə də onun nəticələrini göstərmir, o, Davidi Qoliafla bir yerdə təsvir edir. Bernini öz Davi-
dini dini ədavət simvoluna çevirir. David barokko çərçivəsindən kənara çıxır. Bernininin əsas heykəltərişlıq
əsərlərindən biri – müqəddəs Pyotr kilsəsindəki ansambldır: imperator Konstantinin vestibüldəki atlı heykəli,
müqəddəs Pylotrun 30 metrlik kafedrasındakı (1657-1666) müqəddəslər, mələklər və b.-nın heykəlləri çox gözəl
işlənmişdir. Bernininin əsərlərində yeni tipli realizm cizgiləri də düyülür. Çox da böyük olmayan Santa Mariya
della Vittoriya kilsəsindəki müqəddəs Terezanın mehrabı Bernininin sənətini daha dərindən açır. Bu əsər 2 fi-
qurdan ibarətdir: müq. Tereza və onun ürəyinə ox sancan mələk. Tereza mifik obraz yox, XVI əsrdə yaşamış
tarixi şəxsiyyətdir. Bu rahibə qadın onun ürəyinə qızıl ox sancan mələyi yuxuda görüb və bunu kağıza yazıb
qoyub. Sonralar kilsə onu müqəddəslər cərgəsinə aid edib. Bu əsər yalnız İtaliyada deyil, digər ölkələrdə də ba-
rokko heykəltəraşlığı üçün nümunə oldu. Bernininin digər əsərləri də, məsələn heykəl-büstlər də bu qəbildəndir.
Bunlardan kardinal Borqezin portreti, fransızların «günəş kralı» adını almış XIV Lüdoviqinin portreti və s.
İspaniya. XVII əsr ispan heykəltəraşlığı rəngkarlıq qədər yüksək zirvəyə çatmamışdı. Əsrin I yarısındı ən
görkəmli ispan heykəltəraşı Qreqorio Ernandes (təx.1576-1636) hesab edilir. «Oxşama» əsərində İsa
peyğəmbərin ölümü təsvir edilir. Əsrin II yarısının ən görkəmli sənətkarlarından Pedro da Mena (1628-1688)
Qranadada işləmiş və yaratmışdır. Müq. Fransiska fiquru yaradıcılığının yetkin dövrünə aiddir. Hər iki sənətkar
naturalizm üslubuna üstünlük verir. İspan heykəltəraşlığında naturalizm adətən barokko emosionallığı ilə
birləşir.
Rəngkarlıq.
İnsanın ətraf aləmə yeni münasibəti rəngkarlıqda da özünü göstərir. Barokko rəssamları artıq insan və
dünyanın harmoniyasını deyil, onların arasındakı ziddiyyətləri göstərməyə çalışır. Böyük Dünyanı birdəfəyə
qavramaq heç də hamı üçün asan olmadığından rəssamlar simvolik obrazlardan, işarə və eyhamlardan istifadə
edərək əsərin hüdudlarından kənarda olan məkanın bədii izahını verirdi.
283
İtaliya.
Barokkonun XVII əsr italyan incəsənətində, xüsusən memarlıq və heykəltəraşlığında hakim mövqe
tutmasına baxmayaraq, realist üslub da özünəməxsus yer tuturdu. Bu üslub daha çox Avropa realist
rəngkarlığının inkişafına misilsiz təsir göstərən Mikelancelo Merizi da Karavaconun əsərlərində öz ifadəsini
tapırdı. İtaliyanın özündə Karavaconun çoxlu ardıcılları meydana gəldi ki, onları karavacoçular adlandırırdılar.
Bununla bərabər, karavacopərəstlər İtaliya sərhədlərindən uzaqlarda da mövcud idi. O dövrün dahi
rəssamlarından heç biri Avropa realist sənətində əsas mərhələ təşkil edən Karavacodan yan keçə bilmədi. Kara-
vaconun sərt pealizmi onun müasirləri, «yüksək sənət» təpəfdarları sarıdan başa düşülmürdü. Əsərlərinin
bilavasitə təsir obyekti olan naturaya müraciət və onun izahının doğruluğu Karavacoya çoxlu düşmən
qazandırmışdı. Bunların içərisində rəsmi şəxslər və ruhanilər də var idi. Karavaco sənətinin formalaşmasına
XVI əsrin sonunda İtaliyada inkişaf edən parlaq və emosional ifadəli Venesiya rəngkarlığının ənənələri,
həmçinin yaradıcılıq azadlığına can atan manyerizm güclü təsir göstərmişdi.
Karavaconın yaradıcılığında dini mövzular mühüm yer tutur. Məs. «Yudif və Olofern» (1599), «Fomanın
inamı» (XVI əsrin 90-cı illərinin II yarısı), «Emmausda şam yeməyi» (1599). XVI-XVII əsrlər arasında Karava-
co apostolların həyatına aid süjetlər əsasında 2 silsilə rəsmlər yaradıb. Bu əsərlərdən 3-ü apostol Matveyə həsr
edilərək Romada San Luici dei Françezi kilsəsinin Kontarelli kapellası üçün çəkilmişdi (1597-1600). 1945-ci
ildə bu əsərlərdən biri məhv olur. Karavaco daim məbədlər üçün sifarişlər alırdı. Santa-Mariya della Skala
kilsəsinin mehrabı üçün çəkdiyi «Məryəmin ölümü» əsəri buna misaldır (1605-1606). «Apostol Matveyin
çağırışı» (1599-1600), «Savlın dönməsi» (1600-1601), «İsanın tabuta qoyulması» (1604) və s. əsərlər də maraq
doğurur.
Karavaco Avropa incəsənətində ilk dəfə olaraq dəzgah natürmortları yaratmağa başladı.
Bütün bunlarla yanaşı, Karavaconu həmçinin rəngkarlıqda da barokkonun banisi hesab etmək olar, çünki
barokko dili və barokkoya məxsus dünya duyumu ona yad deyil.
Rəngkarlıqda barokko XVI-XVII əsrlərin 2 əsas bədii cərəyanın nəticəsi kimi yaranır. Bunlardan biri
XVII əsrdə İtaliyanın ən məşhur rəssamı olan Karavaconun (1573-1610) sənəti ilə, digəri Karraççi qardaşlarının
yaradıcılığı ilə bağlıdır.
Annibale və Aqostino Karraççi qardaşları 1585-ci ildə Boloniyada yaratdıqları üçün onların adı ilə bağlı
olan cərəyan «Boloniya akademizmi» adlanır. Burada rəssamlar xüsusi proqram üzrə dərs alırdılar, onlara yalnız
praktik deyil, nəzəri dərslər də, məs. perspektiv (mənzərənin uzaqdan görünüşü), anatomiya, tarix, mifologiya, an-
tik rəsm və heykəllərin şəklinin çəkilməsi və s. də keçilirdi. Annibale Karraççi «qəhrəmanlıq peyzajı» janrının
yaradıcısıdır. Boloniyalılar hesab edirdi ki, təbiət özü-özlüyündə natamam, qeyri-kamil olduğu üçün incəsənətdə
təmsil edilə bilməz, bunun üçün o, müəyyən səviyyəyə çatdırılmalıdır. Məhz bu məqsədlə Annibale Karraççi
özünün uydurduğu, ideallaşdırılmış təbiət yaradırdı. Beləliklə, Boloniya akademizminin əsas prinsipi naturanın
patetizm və ideallaşdırma vasitəsilə təkmilləşdirilməsidir.
Rəngkarlıqda akademist cərəyan manyerizmə cavab kimi yaranmışdı. İtaliyada XVI əsrin 20-30-cu
illərində yaranmış bu cərəyanın nəzəriyyəçiləri əsrin ortalarında olduqca böyük təsirə malik idilər. Onlar iddia
edirdi ki, hamı üçün ümumi olan estetik ideal ola bilməz, sənətkar kortəbii şəkildə yalnız ilahi qüvvənin təsiri ilə
yaradır. Bununla əlaqədar bədii təhsil də gərəksiz sayılırdı. Akademiya bu baxışları inkar edirdi. Ədəbi sənət
idealının mövcudluğunu təsdiq edən Karraççi qardaşları bunun mənbəyini Antik və İntibah dövründə axtarırdı.
Onlar təhsilə və intellektə də xüsusi fikir verir və məhz buna görə də tədris proqramlarına dünyəvi elmləri daxil
edilmişdi.
Karavaco bir çox məsələlərdə Boloniya akademizminin antipodu olsa da bu iki müxtəlif üslubun əsasında
italyan barokkosu yaranır.
Beləliklə, italyan barokko sənətkarları dünyanın mürəkkəb və sirlərlə dolu olmasını hamıdan əvvəl duydu-
lar. Onlar insanın nə qədər aciz, təbiətinin mürəkkəb və ziddiyyətli olduğunu, ali mənəvi dəyərlərə çatmaq yo-
lunda onu hansı çətinlik və iztiradlar gözlədiyini göstərməkdən qorxmadılar.
Mərkəzdə mövcud olan rəsmi barokko cərəyanı ilə yanaşı, XVII əsrdə İtaliyanın ucqarlarında realizm
ənənələrini davam etdirən rəssamlar da var idi. Bunlardan ən istedadlısı yaradıcılığı sonrakı dövrdə də davam
edən boloniyalı Cüzeppe Mariya Krespi idi (1664-1747).
İspaniya.
XVI əsrdə dünyaya ağalıq edərək Niderland, Almaniya, İtaliyanı öz təsiri aliında saxlayan, Amerika
müstəmləkələrini zəbt edən İspaniya özü heç nə istehsal etmədiyindən, tədricən artan yoxsulluq əhalinin
qəzəbinə səbəb olurdu. XVI əsrdə Şimali Niderlandın (Hollandiyanın) ayrılması onun müflisləşməsinin
başlanğıcı oldu. XVII əsrdə İspaniya artıq ikinci dərəcəli ölkələr sırasına keçdi. İspan monarxiyası Fransadan
fərqli olaraq mədəniyyəti öz qanadı altına ala bilmədiyindən rəssamlıq El Qreko, X.Ribyera, Surbaran,
D.Velaskes, Murilyo və başqalarının simasında yüksək inkişaf səviyyəsinə çatdı. XVII əsrin sonunda
incəsənətdə barokko üslubu bərqərar oldu.
284
XVI əsrin II yarısınadək ispan incəsənəti əsasən əyalət xarakteri daşıyıb. Rəngkarlıq İntibah dövrü
sənətkarlarının zəif təqlidindən ibarət idi. İspan rəssamlarının çoxu antik irsə ehtiyat və qəzəblə yanaşaraq onu
xristian ustalarına heç nə öyrətməyə qadir olmayan, yad, bütpərəst mədəniyyət hesab edirdilər. İspan
rəngkarlığının fəaliyyəti inkvizisiya tərəfindən ciddi nəzarətdə saxlanırdı. Məsələn, çılpaq qadın bədəni çəkmək,
Məryəm və digər müqəddəs qadınların təsvirlərində onların ayaqlarını göstərmək qadağan edilirdi.
İspaniyaya İtaliyadan keçən manyerizm üslubu geniş yayılmağa başladı, hətta qotika qalıqları da
saxlanmışdı. XVI əsrin sonunda milli realist incəsənətin dirçəlişi başladı. Bu, öz əksini hər şeydən əvvəl
rəngkarlıqda tapdı.
II Filippin sarayında işləyən portretçi-rəssamlardan daha çox fərqlənənləri Sançes Koelyo və Pantoxa de
la Krusdur. Kral ailəsindən olanların və əsilzadələrin portretlərini çəkməklə onlar ispan saray portretinin italyan
və fransızlarınkından fərqlənən yeni tipini yaratdılar. İspan əsilzadələri öz süni ciddiliyi və lovğalığı ilə
fərqlənirdi. Onlar gözəl təsvir olunmalarını tələb etmirdilər. Əksinə, özləri ilə öz olduqları kimi fəxr edirdilər.
Eyni zamanda istəyirdilər ki, portret onların irqi ləyaqətlərini çox yüksək formada ifadə etsin.
XVI-XVII əsrlərin ilk məşhur ispan rəsamı milliyətcə ispan olmayan El Qrekodur (1541-1614). Əsil adı
Domeniko Teotokopuli olan bu rəssam əslən yunandır (buradan da – Qreko). Onun «Müq. Mavrikinin əzabları»
əsəri II Filippin xoşuna gəlmədiyindən o, saray rəssamı olmur. Madrik sarayında müvəffəqiyyətsizliyə düçar
olan rəssam İspaniyanın keçmiş paytaxtı Toledoya gedir. Burada o, San-Tome kilsəsi üçün «Qraf Orqasın
dəfni» adlı monumental əsərini işləyir. Məhz bu şəhərdə El Qreko təkrarolunmaz, qeyri-adi rəssama çevrilərək
həmişəlik incəsənət tarixində qalır. Onun yaradıcılığını hər hansı bir cərəyana aid etmək çətindir: son Renes-
sans, manyerizm, barokko, Bizans, qotika, erkən ekspressionizm və s. Müqəddəslərin təsviri həm bütövlukdə
ispan rəngkarlığında, həm də El Qreko yaradıcılığında mühüm yer tutur. «Apostol Matvey və Fransisk Assizs-
ki» (1590-1595), «Apostol Pyotr və Pavel» (1614), «Müqəddəs ruhun enməsi» və s. bu qəbildəndir. El Qreko
gözəl rəng ustası olub, işıq, perspektiv, anatomiya qanunlarını da yaxşı bilirdi. Onun məkan və kompozisiya
quruluşu, obrazları digər ispan rəssamlarından fərqlənirdi. O, öz yaradıcılığında müasir ənənələrdən getdikcə
daha çox uzaqlaşdığı üçün onun davamçısı, demək olar ki, yoxdur.
Ribyera (1591-1652) XVII əsr Avropa rəngkarlığında realist üslubun nümayəndəsi, hətta Valensiya realist
məktəbinin ilk nümayəndəsi Karavaconun davamçısı sayılır. Xusepe Ribyera yaradıcılığının ilk dövrlərində
zindanlardakı adamların həyatına aid dramatik əsərlər yaradır. 20-ci illərin sonundan isə tamamilə rəngkarlığa
keçir. Əsərlərinin mövzuları müxtəlifdir: antik tarix, Bibliya hadisələri, müqəddəslərin həyatından səhnələr, mi-
foloji süjetlər və s. Məşhur əsərləri «Müqəddəs Varfolomeyin iztirabları» (1639), «Müqəddəs İnessa» (1641),
«Topal» (1642), «Filosof Diogen», «Apostol Varfolomey» və s.
Surbaran (1598-1664) yaradıcılığının yetkin dövründə əsasən monastırların sifarişi ilə müqəddəslərin
həyatından olan süjetlərə monumental silsilələr işləyir. Belə əsərlərdən biri – bizədək çatmayan «Akvianlı
Fomanın müq. Bonaventuraya baş çəkməsi» (1629) tablosudur. Digər əsərləri: «Müq. Lavrenti» (1636), «Müq.
Kasilda» (1640), «Dörd qabla natürmort» (1632-1634), «Məryəmin yeniyetməliyi» (1660) və s.-dir.
Diyeqo Velaskes (1599-1660). Bu rəssamın əsərləri XVII əsr İspan rəngkarlığının zirvəsi hesab edilir.
Əsas əsərləri: «Səhər yeməyi» (1617), o dövr ispan incəsənətitndə ilk çılpaq qadın təsviri olan «Venera güzgü
qarşısında» (1650), «Saray xanımları» («Meninlər», 1656), «Toxucular» (1657) və s.-dir. Rəssam portretlərə
daha çox üstünlük verirdi. Məs. «IV Filippin portreti», «İnfanta Ferdinandın portreti», «İnfanta Baltasura Karlo-
sun atlı portreti» (1635), «Papa X İnnokentinin portreti» (1650), «İnfanta Marqarita» (1660).
Murilyo (1618-1862) janr rəngkarlığına daha çox fikir verirdi. Əsas əsərləri: «Oğlan itlə» (1650), «Meyvə
satan» (70-ci illər) və s. Murilyonun ölümü ilə sanki ispan rəngkarlığı da öz fəaliyyətini dayandırdı.
Dostları ilə paylaş: |