15) 1920-1945-ci illərdə Azərbaycand mədəni quruculuq 1923-cü ildə savadsızlıqla mübarizə üçün Xüsusi Komitə yaradılmışdı. 30-cu
illərin sonlarında Azərbaycanda 4500-ə qədər ümumtəhsil məktəbi fəaliyyət
göstərirdi. Bu məktəblərdə 695 min şagird təhsil alırdı. 1919-cu ildən Bakı
Universiteti (tərkibində 2 fakultə-tibb və tarix-filologiya), 1921-ci ildən
Azərbaycan Dövlət Pedaqoji İnstitutu, Azərbaycan Politexnik İnstitutu, Şərq
dünyasında ilk Konservatoriya, Ali Rəssamlıq Məktəbi, 1929-cu ildən Gəncədə
Azərbaycan Kənd Təsərrüfatı İnstitutu fəaliyyət göstərirdi. 1930-cu ildə
Azərbaycan Tibb İnstitutu, Sənaye Akademiyası, Azərbaycan Dövlət Bədən
Tərbiyəsi İnstitutu açıldı. Politexnik İnstitutu Neft İnstitutuna çevrildi. 1934-cü
ildə Sənaye İnstitutu və Xalq Təsərrüfatı İnstitutu yaradıldı. 1938-ci ildə
Gəncədə və Şəkidə müəllimlər institutları işə başladı.
1923-cü ildə “Azərbaycanı
Öyrənən Cəmiyyət” yaradıldı, 1929-cu ildə bu, Dövlət Elmi Tədqiqat İnstitutuna
çevrildi. 1932-ci ildə bunun əsasında SSRİ Elmlər Akademiyası Cənubi Qafqaz
Filialının Azərbaycan şöbəsi təşkil edildi. 1935-ci ildə bu şöbə SSRİ EA
Azərbaycan filialına çevrildi. 1945-ci ilin yanvarında isə Azərbaycan SSR Elmlər
Akademiyası yaradıldı. 1922-ci ildə Azərbaycan Arxeologiya cəmiyyəti yaradıldı,
1923-cü ildə bu cəmiyyət Arxeologiya Komitəsinə, 1927-ci ildə isə Tarix,
İncəsənət və Təbiət Abidələrinin Mühafizəsi Komitəsinə çevrildi.1924-cü ildə
Bakıda ilk dəfə radio qurğusu quraşdırıldı. 1926-cı ildən radiostansiya fəaliyyətə
başladı. Elə həmin ildə kinostudiya yaradıldı. 1926-cı ildə Bakıda I Ümumiittifaq
Türkoloji Qurultayı ke çirildi. 20-30-cu illərdə Respublikada “Kommunist”,
“Bakinskiy raboçi” qəzetləri, “Molla Nəsrəddin”, “Şərq qadını” və s. jurnallar
nəşr edilirdi.