SSRİ-də 1980-ci illərdən etibarən reallaşdırılan iqtisadi və siyasi sistemi yenidən
konfiqurasiya və islahat hərəkatı.[1] İlk olaraq 1979-cu ildə Leonid Brejnev
tərəfindən təqdim olunmuş, dövrün dövlət başçısı Mixail Qorbaçovtərəfindən
dəstəklənmiş və təşviq edilmişdir. 1905-ci ilin fevral ayında erməni terror
təşkilatları Bakı, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər yerlərdə
azərbaycanlılara qarşı kütləvi qırğınlara başlayırlar, 50 min nəfərdən artıq
azərbaycanlı qətlə yetirilir. 1905-ci ildə erməni dəstələri Şuşanın azərbaycanlılar
yaşayan məhəllərinə hücuma keçirlər, 100-ə qədər azərbaycanlı ödürülür, 20-ə
qədər ev yandırılır. 1905-ci il dekabrda Əhməd bəy Ağaoğlunun başçılığı altında
"Difai" (Müdafiə) təşkilatı yaradılır. 1905-ci il 26 dekabrda Ağdərə rayonunun
500 nəfərlik Umudlu kənd sakinləri Ağdama pənah apararkən yolda Avram
Hampanın dəstəsi tərəfindən qətlə yetirilirlər. 1906-cı ilin iyul ayında erməni
silahlıları ikinci dəfə Şuşaya hücum edirlər. 1918-ci ildə İrəvan quberniyasının 4
mahalında 199 Azərbaycan kəndi dağıdılır, 135 min nəfər azərbaycanlı didərgin
salınır. 1918-ci il 17 martda Urmiya şəhərində erməni terrorçuları 10 min
nəfərdən artıq azərbaycanlını qətlə yetirirlər. Həmin tarixdən başlayaraq bir ay
ərzində Urmiya, Salmas, Xoy, Maku, Şərəfxanvə digər yerlərdə 100 mindən artıq
adam öldürülür. 1918-ci il 18 martda Şamaxı qəzasının 53 kəndində ermənilər 8
min 27 nəfəri, o cümlədən 4190 kişi, 2560 qadın, 1277 uşağı qətlə yetirmişlər.
Həmin ayın sonuna qədər öldürülənlərin sayı 12 min nəfərə çatdırılır. 1918-ci il
mart ayından aprelə kimi Bakı şəhərində ermənilər tərəfindən 18 min
azərbaycanlı qətlə yetirilir və bu hadisələr tarixdə Mart soyqırımı kimi qalır.
1918-ci il 1-9 mayda Quba qəzasında 122 kənd dağıdılır, 2800 nəfər
azərbaycanlı öldürülür. 1918-ci il 29 mayda Azərbaycan parlamenti (Milli Şura)
Antanta dövlətlərinin davamlı təzyiqlərindən sonra Azərbaycan şəhəri İrəvanın
Ermənistana verilməsi haqda qərar qəbul edir. 1918-ci ilin yay və payız
aylarında Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi ermənilər tərəfindən
dağıdılır, 7729 azərbaycanlı öldürülür. 1919-cu il 29 yanvarda Qarabağ general-
qubernatorluğu yaradılır.
Dostları ilə paylaş: