230.000 erməni, Ermənistan və Qarabağdan isə 800.000 azərbaycanlı məcburi
köçkün vəziyyətinə düşmüşdür.[29] 1991–1994-cü illərdə Qarabağda və dövlət
sərhədində baş vermiş döyüş əməliyyatlarında 11.557 Azərbaycan hərbçisi
şəhid olub.[30] Ən çoxsaylı itkilər 1992–1994-cü illərdə davam edən hərbi
əməliyyatlar zamanı baş verib.[31] Erməni qüvvələrinin əsas itkiləri Azərbaycan
ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi uğurlu hücum əməliyyatları
zamanı qeydə alınıb.[31] Azərbaycan ordusunun itkiləri
isə əsasən Ağdam
döyüşlərində, habelə 1994-cü ilin qış-yaz aylarında Kəlbəcəri geri almaq üçün
təşkil edilmiş hücum əməliyyatlarında baş verib.[31] 1994-cü ilin mayında
Rusiyanın dəstəyi ilə atəşkəs əldə olunmuşdur. Daha sonra
münaqişənin ATƏT-
in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün ATƏT-in Minsk
qrupu yaradılıb.
Dostları ilə paylaş: