2013-cü illərdə 3 dəfədən çox artmışdır. Belə ki, 2012-ci ildə UDM-un
adambaşına düşən həcmi 5800 manatdan (7500 ABŞ dollarina yaxın) çox, 2013-
cü ildə UMD-un həcmi 73,5 milyard ABŞ dollarına çatmış və adambaşına düşən
UDM istehsalı 8392 manata (10700 ABŞ dollari) yüksəlmişdi. Bakı-Tbilisi-Ceyhan
neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin davamı olaraq Bakı-Tbilisi-Qars
dəmir yolunun çəkilməsi haqqında saziş 2005-ci ilin yanvar ayında
Azərbaycan,
Türkiyə və Gürcüstan dövlətləri arasında imzalandı. 2007-ci il noyabr 21-də
Gürcüstanın Marabda kəndində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin
təməli qoyuldu, 28 oktyabr 2017-ci ildə rəsmi açılış
mərasimi keçirildi, 30
oktyabrda isə istismara verildi. Bu dəmiryolu xətti Şərqlə Qərbi, Asiya ilə
Avropanı birləşdirən strateji və böyük iqtisadi əhəmiyyətə malikdir. Memarı ulu
öndər Heydər Əliyev olan yeni neft strategiyasının təməl daşı – “Əsrin
müqaviləsi”
həm iqtisadi, həm də siyasi, geostrateji
və beynəlxalq əhəmiyyətli
idi. Neft strategiyasının reallaşdırılması sayəsində sosial-iqtisadi və mədəniyyət
problemləri uğurla həll olundu, Azərbaycan nəinki Cənubi Qafqazda, hətta
ümumdünya miqyasda tanındı, geosiyasi məkanda söz
sahibinə çevrildi,
iqtisadi, siyasi və hərbi təhlükəsizliyinə nail oldu.
Dostları ilə paylaş: