1 Azərbaycan xanlıqlarının yaranması. Şəki xanlığı



Yüklə 483,55 Kb.
Pdf görüntüsü
səhifə1/34
tarix22.01.2023
ölçüsü483,55 Kb.
#80211
  1   2   3   4   5   6   7   8   9   ...   34
Tarix sualları və cavabları



Tarix sualları-cavabları 
1 ulduzlu suallar və cavablar 
1) Azərbaycan xanlıqlarının yaranması. Şəki xanlığı 
Nadir şahın ölümündən sonra Azərbaycanın şimal xanlıqları arasında Şəki xanlığı 
xüsusilə fərqlənirdi. Xanlığın banisi Hacı Çələbi öz hakimiyyətini bütün 
Azərbaycan torpaqlarına yaymağa çalışırdı. Lakin onun 1748-ci ildə Təbrizə və 
Qarabağa yürüşü uğursuzluqla nəticələndi. O bu uğursuzluqların əvəzini Ərəş və 
Qəbələ sultanlıqlarını xanlığa birləşdirməklə çıxdı. Hacı Çələbinin güclənməsi 
həm qonşu Azərbaycan xanlıqlarını, həm də KartliKaxetiya çarlığını ciddi 
narahat edirdi. Gürcü çarı Teymuraz və onun oğlu II İrakli Azərbaycan xanlıqları 
arasında ziddiyyətləri daha da dərinləşdimək və bu yolla Gəncə, Qarabağ 
xanlıqlarını və Car-Balakən camaatlığını ələ keçirmək istəyirdilər. 1751-ci ildə 
gürcü qoşunları Car torpağına hücum etdilər, lakin ağır məğlubiyyətə uğrayıb 
geri çəkilməyə məcbur oldular. Gürcü çarları bunun əvəzini Gəncəni tutmaqla 
çıxmağa çalışırdılar. Onlar bu dəfə Azərbaycan xanları arasında ziddiyyətlərdən 
faydalanmaq qərarına gəldilər. II İrakli Hacı Çələbiyə qarşı Gəncə, Qaradağ, 
İrəvan, Qarabağ və Naxçıvan xanlıqlarından ibarət ittifaq yaratmağa nail oldu. 
1752-ci il martın 21-də danışıqlar bəhanəsiylə müttəfiqləri Gəncə yaxınlığına 
toplayan II İrakli qəflətən onların hamısını əsir götürdü 
2) Urmiya xanlığı 
Ərazisi: Xoy və Marağa xanlıqları, Osmanlı imperiyası ilə hüdudlanırdı. 
Mərkəzi: Urmiya 
Xanlığın əsasını Nadir şah Əfşar'ın əmisi oğlu, Əfşar tayfasından olan Fətəli xan 
Əfşar qoymuşdu. O, hətta Nadir şahın sərkərdəsi olan Azad xan'ı da öz tərəfinə 
çəkə bilmişdi. Bundan sonra, o, mərkəzləşdirmə siyasətini həyata keçirməyə 
başladı. İlk olaraq Təbrizə hücum etdi,Təbriz asılı hala salındı və Təbrizi paytaxt 
etdi. Daha sonra Xoy xanı Şahbaz xan da Fətəli xanla ittifaq bağlamağa məcbur 
oldu. Bundan sonra isə Qaradağ, Marağa və Sərab xanlıqları Urmiya xanlığından 
asılı vəziyyətə salındı. O,1751-ci ildə Azad xanı onunla ittifaqdan imtina edən 
İrəvan xanlığı üzərinə göndərdi. İrəvan xanı Mir Mehdi Kartli çarı II İraklidən 
kömək istədi. II İrakli Qazax və Borçalı azərbaycanlılarından topladığı ordunu 
Mir Mehdi xana köməyə göndərdi.Azad xan geri oturduldu. Beləliklə, Fətəli xan 


Əfşar Maku və Ərdəbil xanlıqları istisna olmaqla, bütün Cənubi Azərbaycan 
xanlıqlarına öz hakimiyyətini yaya bilmişdi. 

Yüklə 483,55 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin