ilə başa çatdı. Gülüstan müqaviləsinə görə, İran Rusiyanın qələbəsini, Gəncə,
Qarabağ, Şəki, Şirvan, Quba, Bakı və Lənkəran xanlıqlarının ərazisinin, habelə
Şərqi Gürcüstan və Dağıstanın Rusiyanın ixtiyarına keçməsini tanıdı.
14) Rusiya Qacaq müharibəsinin başlanması və hərbi əməliyyatların
1ci mərhələsi ( İyul 1826-mart 1827-ci il)
1826-cı il mayın 26-da İran qoşunu sərhəd
dəstələrinə hücum etdi, 2 aydan
sonra iyulun 16-da Abbas Mirzənin 60 minlik ordusu Şimali Azərbaycana
soxuldu [8, s. 578]. Abbas Mirzənin planı qəflətən Qarabağa hücum etmək,
Şuşanı ələ keçirmək və sonra isə Gəncəni tutmaqla Tiflisə yürüş etmək idi. Tiflis
üzərinə hücum 3 tərəfdən: cənubdan, şərqdən və şimal-şərqdən
planlaşdırılmışdı. İrəvan sərdarı Hüseyn xan cənubdan Şuragəl və Pəmbəyə
soxulmalı və burada Abbas Mirzənin əsas qüvvələrinin yaxınlaşmasını gözləməli
idi. Abbas Mirzənin yanında olan gürcü şahzadəsi Aleksandr isə İran ordusu ilə
Kaxetiyaya girməli və burada Car-Balakən dəstələri ilə birləşib şimal-şərqdən
Tiflis üzərinə hərəkət etməli idi. Bu dəstələr Tiflis yaxınlığında
birləşməli və eyni
vaxtda vurulan zərbə ilə onu ələ keçirməli idilər. Sayı 30 min nəfər olan İran
ordusuna qarşı 9 rota, 6 yüngül top və çox zəif bir kazak alayı dayanırdı. Əhali
Rusiya əleyhinə üsyan qaldırdı. İyulun 27-də üsyançılar Gəncədə həbsxananı ələ
keçirdilər, iyulun 28-ə keçən gecə isə yerli qarnizonu darmadağın etdilər. Şəhər
Abbas Mirzə tərəfindən tutuldu [108, s. 655]. Elə bu vaxt İran ordusu bütün
Qarabağ mahallarını ələ keçirərək, Şuşa qalasını mühasirəyə aldı.
Dostları ilə paylaş: