1 Azərbaycan xanlıqlarının yaranması. Şəki xanlığı


) V.Zubovun başçılığı altında Rus ordusunun Azərbaycana işğalçı



Yüklə 483,55 Kb.
Pdf görüntüsü
səhifə4/34
tarix22.01.2023
ölçüsü483,55 Kb.
#80211
1   2   3   4   5   6   7   8   9   ...   34
Tarix sualları və cavabları

7) V.Zubovun başçılığı altında Rus ordusunun Azərbaycana işğalçı 
yürüşü 
1796 - cı il aprelin 18-də V.Zubovun başçılığı ilə rus qoşunlarının Azərbaycana 
yürüşü başlandı. Həmin il mayın 2-də ümumi sayı 26 min olan və güclü 
artilleriya ilə təchiz olunan rus ordusu Dərbənd yaxınlığında düşərgə saldı və 
eyni vaxtda 60 topdan açılan atəş nəticəsində qala divarları dağılmağa başladı. 
Qubalı Şeyxəli xan rus qoşunlarını Dərbəndə buraxmaqdan imtina etsə də, son 


nəticədə 1796-cı il mayın 10-da təslim oldu. Rus ordusunun düşərgəsinə gələn 
Şeyxəli xan həbs edildi. V.Zubov Dərbənd xanlığının idarəsini Şeyxəli xanın 
Rusiyaya meylli bacısı Pəricahan xanıma tapşıraraq, Quba və Bakı istiqamətində 
hərəkət etdi. Qüvvələr nisbəti arasında olan çox böyük fərq Azərbaycan 
xanlarını rus ordusuna qarşı müqavimət göstərməkdən çəkindirdi. 1796-cı il 
iyunun 6-da Quba qalasına yaxınlaşan rus ordusu heç bir müqavimətə rast 
gəlmədən onu ələ keçirdi. 1796-cı il iyunun 13-də Bakılı Hüseynqulu xan 
V.Zubovun düşərgəsinə yollandı və Bakının açarlarını ona təqdim etdi. Rus 
ordusu Dərbənd, Quba və Bakını işğal etdikdən sonra 1796-cı ilin iyulunda 
Şamaxı xanlığının ərazisinə daxil oldu. 1796-cı il iyulun 7-də şəkili Səlim xan 
V.Zubovun Şamaxı xanlığındakı düşərgəsinə gələrək Rusiyanın himayəsinə 
keçmək haqqında sənədi imzaladı. 
8) Ağa Məhəmməd Şah Qacarın Şimali Azərbaycana 2ci yürüşü 
Ağa Məhəmməd şah Qacarın Qarabağa ikinci dəfə hücumahazırlaşdığından 
xəbər tutan İbrahimxəlil xan İran ordusunun Şuşaya yaxınlaşmasının qarşısını 
almaq üçün bir sıra tədbirlər gördü. Onun əmri ilə Xudafərin körpüsü dağıdıldı. 
Ağa Məhəmməd şah Qacar sahildə düşərgə salıb İran qoşunlarının Araz çayını 
keçməsi üçün ölkənin içərilərindən qayıqların gətirilməsini bir neçə gün 
gözləməli oldu. Yaranmış vəziyyətdən istifadə edən İbrahimxəlil xan 
döyüşçülərinə çayın yuxarı başına daşıdıqları qayıqları ağır daşlarla doldurub 
gecə ikən Araz çayına buraxmağı əmr etdi. Daşla dolu qayıqlar bir-birinin 
ardınca suda bataraq, Arazın məcrasını dəyişdilər [67, s. 200]. Dəhşətli qüvvə ilə 
gələn sel düşərgənin yerləşdiyi ərazidən keçərək qarşısına gələn hər şeyi – 
azuqəni, sərbazların geyimlərini, silahları apardı.

Yüklə 483,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin