1 Azərbaycan xanlıqlarının yaranması. Şəki xanlığı


) 18ci əsr Azərbaycan Mədəniyyəti



Yüklə 483,55 Kb.
Pdf görüntüsü
səhifə5/34
tarix22.01.2023
ölçüsü483,55 Kb.
#80211
1   2   3   4   5   6   7   8   9   ...   34
Tarix sualları və cavabları

9) 18ci əsr Azərbaycan Mədəniyyəti 
XVIII əsrin birinci yarısında yadellilərin basqınları,Azərbaycan ərazisində gedən 
Osmanlı-İran müharibələri ölkəninsosial-iqtisadi və mədəni həyatına mənfi təsir 
göstərmişdi. Lakin Azərbaycan xalqı azadlıq uğrunda gərgin mübarizə 
aparmaqla yanaşı öz mədəniyyətini də inkişaf etdirirdi. Bu dövrdə ölkədə 
fəaliyyət göstərən məktəb və mədrəsələrdə dərslər, əsasən, ərəb və fars 
dillərində keçirilirdi. Məktəblərdə şagirdlər əlifbanı öyrəndikdən sonra Quranın 
“Cüzəmmə” adlı kiçik bir hissəsini, sonra isə Quranı oxuyub başa çatdırır, habelə 
Sədinin “Gülüstan”ını və s. kitabları oxuyurdular. Tələbə mədrəsədə əlifbanı, 
Quranı öyrənməklə yanaşı, islam fəlsəfəsini, fıqhi (islam qanunları), ərəb-fars 
dillərini də öyrənirdi. Mədrəsələrdə müəyyən dərəcədə ədəbiyyat, riyaziyyat, 
nücum (astronomiya) elmləri də tədris olunurdu. Məktəb və mədrəsələrdən 


başqa fərdi tədris növü də mövcud idi. Bu dövrdə elm sahəsində ciddi irəliləyiş 
olmasa da tarix və coğrafıyaya dair bir sıra qiymətli əsərlər yazılmışdı.
10) 18ci əsrin sonu 19cu əsrin əvvəllərində Azərbaycanın daxili siyasi 
həyatı və beynalxalq vəziyyəti 
1830-cu il sentyabrın əvvəlində Car üsyançıları Qafqaz dağlılarının başçılarından 
biri olan Həmzət bəyin 2 min nəfərlik dəstəsinə qoşuldular. Oktyabrın 15-də 
üsyançılar çar qoşununu məğlub etdilər, lakin kömək alan çar qoşunu üç böyük 
kəndi – Car, Köhnə Zaqatala və Göyəm kəndlərini hücum edərək dağıtdılar. 
1830-cu ilin dekabrında üsyan məğlubiyyətlə bitdi. Azərbaycanın Talış 
əyalətində çarizmin sosial və müstəmləkə zülmünə qarşı yeni üsyan baş verdi. 
1824-cü ildən xanlığı faktik olaraq idarə edən mayor İlyinskinin əmrinə əsasən 
14 nəfər istintaqsız və məhkəməsiz İran ordusuna yardım göstərməkdə 
günahlandırılaraq Xəzər dənizində batırıldı. 1826-1828-ci illər Rusiya-İran 
müharibəsi dövründə Lənkəran xanlığının keçmiş hakimi Mir Həsən xan bir çox 
bəylərlə birlikdə İran şahının tərəfinə keçərək İrana qaçdı və hakimiyyəti bərpa 
etmək üçün əlverişli şərait gözləməyə başladı. Xan 1831-ci il martın 5-də 30 
silahlı atlı ilə Astara çayını keçərək Lənkərana tərəf hərəkət etdi. Onun dəstəsi 
martın 9-da artıq 1000 atlıya çatırdı [449]. Sonralar üsyançıların sayı rəsmi 
məlumatlara görə 2 min nəfəri ötmüşdü [370]. 1831-ci il martın 10-da 
üsyançılar Lənkərana yaxınlaşdılar və şəhəri qurudan qismən mühasirəyə 
aldılar.

Yüklə 483,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin