1 Azərbaycan xanlıqlarının yaranması. Şəki xanlığı


) Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalının başlanması



Yüklə 483,55 Kb.
Pdf görüntüsü
səhifə6/34
tarix22.01.2023
ölçüsü483,55 Kb.
#80211
1   2   3   4   5   6   7   8   9   ...   34
Tarix sualları və cavabları

11) Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalının başlanması 
(1801-1804cü illər)
1801-ci il sentyabrın 12-də Kartli-Kaxetiya çarlığının Rusiyaya birləşdirilməsi 
haqqında çar manifesti elan olundu. Ruslartərəfindən idarə olunan Tiflis 
quberniyası yaradıldı. Azərbaycanərazisinin də bir hissəsi-Kartli-Kaxetiya 
çarlığının asılılığında olan və onunla birlikdə Rusiyaya birləşdirilmiş Qazax, 
Borçalı, Şəmşəddil sultanlıqları bu quberniyanın tərkibinə daxil edildi. Beləliklə, 
Gürcüstanın Rusiyaya birləşdirilməsi ilə Azərbaycan torpaqlarının Rusiya 
tərəfindən istilasının başlanğıcı qoyuldu. Rusiya ilk növbədə Azərbaycanın 
Xəzəryanı vilayətlərini ələ keçirməyə çalışırdı. Bu məqsədlə general Knorrinq 
1802-ci ilin sentyabr-dekabr aylarında Şimali Qafqazda, Georgiyevski şəhərində 
siyasi və ticarət məsələləri üzrə danışıqlar üçün çar komandanlığının Şimali 
Azərbaycan xanları və Qafqazın digər hakimlərinin nümayəndələri ilə görüşünü 
keçirdi. Georgiyevskidə 1802-ci il dekabrın 26-da müqavilə imzalandı. 


Müqaviləyə görə, onu imzalayanlar İrana hücum edəcəyi təqdirdə ona qarşı 
çıxmağı öz öhdələrinə götürürdülər, “onların öz xahişlərinə 
görə...Rusiya...himayəsinə” qəbul olunurdular. Azərbaycan xanları Rusiyanın 
verdiyi yalan vədlərə uyaraq öz xanlıqlarının istiqlaliyyətini, İran və Osmanlı 
qoşunları hücum edəcəyi təqdirdə öz torpaqlarını qarətdən və talandan bu yolla 
qoruyacaqlarına ümid edirdilər. 
12) Rusiya Qacar müharibəsinin başlanması. Kürəcay müqaviləsi 
Müqavilənin 1, 4, 6, 8 və 9-cu artikullarında İbrahim xanın, 2, 3, 5 və 7-ci 
maddələrində Rusiyanın öhdəlikləri əks olunmuşdur. Rusiya birmənalı şəkildə 
Qarabağ xanlığını müstəqil dövlət kimi qəbul edir, İbrahim xanı və onun 
varislərini xanlığın yeganə sahibi kimi təsdiq edirdi. Ən mühüm məqamlardan 
biri İbrahim xanın adı keçən bütün artikullarda şuşalı və qarabağlı İbrahim xan 
kimi təqdim edilməsidir. Digər vacib məsələ Qarabağ xanlığının bütövlüyünün 
saxlanmasına imperator tərəfindən zəmanət verilməsi idi. Müqavilənin X 
artikulunda qeyd edilirdi ki, bu müqavilə əbədi müddətə bağlanır və bundan 
belə heç bir dəyişikliyə uğramamalıdır. XI maddə ratifikasiya haqqında idi. 
Kürəkçay müqaviləsində Qarabağ məliklikləri və ya ermənilərin xanlığa hər 
hansı iddia və münasibətindən bir kəlmə belə yoxdur. Bütün bunlarla bərabər, 
Qarabağ xanlığının müsəlman dövləti olması və onun 1783-cü il Georgiyevsk 
müqaviləsindən fərqli olaraq yeni tarixi şəraitdə imzalanması onun 5, 8, 9, 10, 
11 və b. artikullarda irəli sürülən müddəaların burada nəzərə alınmasına imkan 
verməmiş, əksinə digər yeni şərtlərlə Qarabağ xanlığının təəhhüdləri 
ağırlaşdırılmışdır. 

Yüklə 483,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin