14) Azərbaycan Mədəniyyəti müstəqillik illərində
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra mədəniyyətin inkişafı
sahəsində də yeniləşmə prosesi daha da genişləndi. Yaradıcı ziyalıların və
ittifaqların fəaliyyətinə dövlət qayğısı gücləndi. 1997-ci il noyabrın 10-da
Azərbaycan Respublikasının prezidenti «Azərbaycan Respublikasında ədəbiyyat
ve incəsənət xadimlərinə dövlət qayğısının artırılması haqqında»
fərman
imzaladı. Qocaman ədəbiyyat xadimləri, gənc istedadlı yazıçı va şairlər üçün
fərdi təqaüdlər təyin edildi. 1998-ci il may ayının 22-də «Azərbaycan
Respublikasında fəxri adlar haqqında». 2002-ci il iyun ayının 11-də «Azərbaycan
Respublikası prezidentinin fərdi təqaüdlərinin təsis edilməsi haqqında»
fərmanlar verildi. 2002-ci ilin iyun ayında elm, mədəniyyət, incəsənət, maarif və
digər sahələrdə böyük xidmətləri olmuş, 150 nəfərə prezident təqaüdü təyin
edildi. Bu proses sonrakı illərdə də davam etdirilir. Möhtərəm Heydər
Əliyevin
hakimiyyətə gəliși ilə elm, təhsil, mədəniyyət tədricən dirçəlməyə başladı. Hələ
sovetler dövründə Heydər Əliyevin respublikada yaratdığı güclü təhsil sistemi,
kadr polensialı yaratmağa imkan vermişdi. Hakimiyyətdə olduğu bütün
dövrlərdə cənab Heydər Əliyev təhsilə xüsusi qayğı göstərmişdi. Yeni tipli
məktəblər
tikilmiş, kitablarla təmin edilmiş
və maddi-texniki baza
möhkəmlandirilmişdir.
15) İkinci Qarabağ müharibəsi və onun nəticlələri
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi və ya "Dəmir Yumruq" əməliyyatı
— Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq
Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan
ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir
hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında
yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış
münaqişənin son gərginləşməsidir. Qarşıdurmalar 27 sentyabr 2020-ci il
səhər
saat 06:00 da Füzuli rayonunun Qaraxanbəyli kəndindən başladı Döyüşə İlk
girən isə Motoatıcı taborın Motoatıcı Tağımı oldu Qarabağ müharibəsindən
sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistanda
hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant
saatı və qismən səfərbərlik elan etdi. Türkiyə, bu dəstəyin dərəcəsi
mübahisəli
olsa da, Azərbaycana hərbi dəstək verdi. Türkiyənin iştirakının, münaqişədə
Azərbaycanın mövqeyini artırmaqla və Rusiyanın bölgədəki təsirini
kənarlaşdırmaqla təsir dairəsini genişləndirmək cəhdi olduğu düşünülür.
Beynəlxalq ekspertlər müharibənin Azərbaycanın hücumu ilə başladığını və əsas
məqsədin bölgənin müdafiəsi zəif olan cənub bölgələrini işğaldan azad
etmək
olduğunu iddia edirlər. Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır
artilleriyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və
onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə
yadda qalan oldu. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri
kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları
təxirə salmadan davam etdirməyə çağırdı. Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi
ilə əldə olunan üç atəşkəs də müharibəni dayandıra bilmədi. Dağlıq
Qarabağdakı ən böyük ikinci şəhər olan Şuşanın azad edilməsindən sonra İlham
Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il, saat
00:00-dan (UTC+3) etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs
bəyanatı imzalandı. Arayik Harutyunyan da döyüş əməliyyatlarının dayandığını
təsdiqlədi. Müqaviləyə əsasən, Azərbaycan müharibə zamanı işğaldan azad
etdiyi ərazilərə nəzarəti əlində saxladı. Ermənistan isə işğal altında olan digər
ətraf əraziləri Azərbaycana qaytardı.
Azərbaycan, həmçinin Türkiyə və İranla
həmsərhəd olan Naxçıvana dəhliz əldə etdi. Təxminən 2000 rus əsgəri
Ermənistan və Dağlıq Qarabağ arasındakı Laçın dəhlizi boyunca ən azı 5 il
müddətinə sülhməramlı qüvvələr olaraq yerləşdirildi.