10) Heydər Əliyevin Azərbaycana 2ci Rəhbərliyi dövründə (1993- 2003cü illər) Azərbaycanda hüquqi demokratik dövlət quruculuğu və sosial iqtisadi islahatlar İqtisadi dirçəliş. SSRİ-də 80-ci illərin ikinci yarısındabaşlanan siyasi proseslər
Azərbaycanın da iqtisadiyyatına və sosialmədəni həyatına ağır zərbələr vurdu.
Milli gəlirin 1/3-i müharibəyəxərclənirdi. Ərazimizin 1/4-i hərbi əməliyyat
meydanına çevrilmişdi. 1 mln. ha kənd təsərrüfatı sahəsi, 65 min baş qaramal,
240 min baş davar, 173 sənaye obyekti, 200-dən çox faydalı qazıntı yataqları, o
cümlədən 4 qızıl, 3 civə, 2 qranit, 2 mərmər, 10 mineral su mədəni, 250 min ha
meşə sahəsi, o cümlədən Zəngilanda dünyada II, Avropada isə I olan 107 ha
çinar meşəsi düşmən əlinə keçmişdi. H.Əliyev tez bir zamanda dövlət intizamını
gücləndirib, siyasi sabitlik yaratdı və iqtisadi tənəzzülün qarşısını almaq üçün
ciddi tədbirlər görməyə başladı. Beynəlxalq, milli əmanət bankları, özəl banklar,
dövlət torpaq, əmlak komitələri yaradıldı. 1994-cü ilin əvvəllərində milli
valyuta-manat yeganə ödəniş vasitəsi oldu. Azərbaycan hökuməti Beynəlxalq
Valyuta Fondu, Dünya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası, Avropa
Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı ilə əməkdaşlıq yaratdı.
Büdcə kəsirinə ciddi nəzarət edildi, onun artmasına yol verilmədi. Görülən
tədbirlər nəticəsində 1995-ci ildə inflyasiya kəskin surətdə azalaraq 85 faizə
endi. 1996-cı ildə 6,7 %, 2000-ci ildə cəmi 2 %, 2001-ci ildə isə 1,5 % oldu.
Manatın məzənnəsi dollara nisbətən artdı. Prezidentin vergi sistemini
təkmilləşdirməsi nəticəsində 1996- cı ilin sentyabrından əlavə vergi 50 %
azaldıldı, 1997-ci ilin əvvəllərindən isə tamamilə ləğv edildi, gömrük rüsumları
30-40 %- 504 dən 15 %-ə endirildi [430]. 2001-ci il yanvarın 1-dən ölkədə vahid
vergi qanunvericiliyinin tətbiq olunması nəticəsində isə yerli və xarici iş
adamları eyni imtiyazlara, güzəştlərə malik oldular. Gömrük vergisi azaldıldı.
1994-cü ilin aprelində xarici ticarətin sərbəstləşdirilməsi haqqında Fərman
verildi. Xarici investorları maraqlandırmaq üçün 1994-cü ilin payızında Bakıda,
1995-ci ilin qışında Londonda və Parisdə, 1996-cı ilin baharı və payızında, 1997-
ci ilin baharında Bakıda və İstanbulda keçirilən beynəlxalq biznes
konfranslarında Prezident Heydər Əliyevin iştirakı və xarici investorları
respublikaya kapital qoymağa şəxsən dəvət etməsi çox səmərəli oldu.
Azərbaycan dövlətində 2000-ci ildə 1300- dən çox xarici şirkət və firmanın
nümayəndəliyi fəaliyyət göstərirdi.