1 Azərbaycan xanlıqlarının yaranması. Şəki xanlığı



Yüklə 483,55 Kb.
Pdf görüntüsü
səhifə2/34
tarix22.01.2023
ölçüsü483,55 Kb.
#80211
1   2   3   4   5   6   7   8   9   ...   34
Tarix sualları və cavabları

3) Qarabağ xanlığı 
 
Qarabağ xanlığı Kür və Araz çayları arasındakı geniş torpaqları əhatə edirdi. 
Xanlığın banisi Pənahəli xan (1748-1763) Qarabağda yaşayan Cavanşirlər 
tayfasından idi. Vaxtilə Nadir şahın ordusunda xidmət etmiş Pənahəli xan onun 
ölümündən sonra özünü müstəqil hökmdar elan etdi. O, ilk növbədə xanlığın 
hərbi qüdrətinin güclənməsinə diqqət yetirdi. Qarabağ xanlığını İran və qonşu 
xanlıqların hücumlarından qorumaq məqsədilə 1748-ci ildə Bayat qalasının 
əsasını qoydu. Qısa vaxt ərzində qalaya hasar çəkildi, ətrafında xəndəklər 
qazıldı, yaşayış evləri, məscid, bazar və hamamlar tikildi. Qarabağ xanlığının 
güclənməsi bu yerləri ələ keçirmək istəyən Hacı Çələbini və müstəqilliyə can 
atan Qarabağ məliklərini ciddi narahat edirdi. Elə buna görə də onlar 1748-ci 
ildə Pənahəli xanın üzərinə hücum edib Bayat qalasını mühasirəyə aldılar. Lakin 
bir aydan artıq davam etmiş mühasirə heç bir nəticə vermədi. Bununla belə, 
düşmənlərin hücum təhlükəsi hələ də qalmaqda davam edirdi. Bu, Pənahəli 
xanı daha etibarlı qala tikdirməyə vadar etdi.
4) Quba xanlığı 
Quba xanlığının əsasını Hüseynəli xan (1726-1758) qoymuşdu. Xanlığın mərkəzi 
əvvəlcə Xudat, sonra isə Quba şəhəriolmuşdur. Hüseynəli xanın dövründə 1756-
cı ildə Salyan xanlığı Quba xanlığının tərkibinə qatıldı. Fətəli xanın (1758-1789) 
hakimiyyəti dövründə Quba xanlığı daha da gücləndi. A.Bakıxanov Fətəli xanı öz 
dövrünün “tədbirli, mərhəmətli, əzmində sabitqədəm, məmləkəti idarə etmək 
işlərində mahir bir adam” kimi xarakterizə edirdi. Güclü dövlət yaratmağa 
çalışan Fətəli xan özbaşınalıq edən mahal naiblərinin hakimiyyətini 
məhdudlaşdırmış, vergilərin toplanmasını nizama salmış, ordunun sayını xeyli 
artırmışdı. Onun fəaliyyətində pərakəndə Azərbaycan torpaqlarını birləşdirmək 
cəhdi özünü aydın şəkildə göstərirdi. Fətəli xan mühüm strateji əhəmiyyəti olan 
Dərbənd xanlığını ilhaq etməyə can atırdı. Bu dövrdə Dərbənd xanı 
Məhəmmədhüseyn xanın yeritdiyi siyasət şəhər əhalisinin ciddi narazılığına 
səbəb olmuşdu. Bundan məharətlə istifadə edən Fətəli xan şəhər əhalisinin 
xeyli hissəsini öz tərəfinə çəkə bildi. 

Yüklə 483,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin