5) Azərbaycan xanlıqlarının xarici siyasi əlaqələri
Rusiyanın bu məkrli siyasətindən xəbərsiz olan bir çox Azərbaycan xanları, ilk
növbədə Qubalı Fətəli xan onunla sıx diplomatik əlaqə yaratmağa çalışırdı. Hələ
1775-ci ildə
Quba xanı öz elçisi Mirzə bəy Fərhadbəylini Peterburqa
göndərmişdi. Quba xanı Əmir Həmzəyə qarşı mübarizədə göstərdiyiköməyə
görə rus çarı II Yekaterinaya minnətdarlıq əlaməti olaraq
Dərbəndin açarlarını
ona göndərdi.
Rusiya özünün işğallarına hüquqi əsas qazandırmaq üçün İrəvan,
Qarabağ və Qaradağ xanlıqlarının ona güzəştə gedilməsi barədə
İran hakimi
Əlimurad xanla danışıqlar aparırdı. Öz hakimiyyəti
üçün real təhlükə yarandığını
görən Qarabağlı İbrahimxəlil xan
bunun qarşısını diplomatik yolla
almaq
qərarına gəldi. O, 1784-cü
ildə öz nümayəndəsi Musa sultanı Peterburqa
göndərdi və
Rusiyanın himayəsi altına keçməyə hazır olduğunu bildirdi. II
Yekaterina onun bu təklifıni qəbul etməsə də Qarabağda
hakimiyyət dəyişikliyi
etmək planını təxirə saldı.
6) Ağa Məhəmməd xan Qacarın şimali Azərbaycana 1ci yürüyüşü
1795-ci ilin iyununda 85 min nəfərlik İran ordusu Qarabağa hücum etdi və
Şuşanı mühasirəyə aldı. Lakin 33 gün davam edən mühasirəyə baxmayaraq Ağa
Məhəmməd xan Şuşanı ələ keçirə bilmədi. Qacar ordusu İrəvan qalasını da 35
gün mühasirədə saxlasa da, ələ keçirə bilmədi. Lakin İrəvan xanı Məhəmməd
xan mühasirənin uzanmasının sonda ağır itkilərlə nəticələnəcəyindən ehtiyat
edərək, Ağa Məhəmməd xanın hakimiyyətini tanımağa məcbur oldu. 1795-ci il
sentyabr ayının əvvəllərində Qacar ordusu Gəncədən çıxaraq Gürcüstana
hücum etdi. Bu dövrdə Gürcüstan bir-biri ilə daim çəkişən bir neçə çarlığa
bölünmüşdü. Həddindən artıq qocalmış II İrakli 5 min nəfərlik
cüzi bir qüvvə ilə
döyüşə girməyin mənasız olduğunu görüb geri çəkildi. Ağa
Məhəmməd xan
Qacarın ordusu sentyabrın 12-də Tiflisə girdi və onu darmadağın edərək
yandırdı. O, gürcü çarının xəzinəsini, hakimiyyət rəmzi olan tacını və əsasını,
habelə II Yekaterinanın bağışladığı 12 topunu da ələ keçirdi.
Dostları ilə paylaş: