1 Azərbaycan xanlıqlarının yaranması. Şəki xanlığı


Partiyası və erməni milli şurası bolşeviklərin tərəfinə keçdi. Müsəlmanlara ilk



Yüklə 483,55 Kb.
Pdf görüntüsü
səhifə14/34
tarix22.01.2023
ölçüsü483,55 Kb.
#80211
1   ...   10   11   12   13   14   15   16   17   ...   34
Tarix sualları və cavabları


Partiyası və erməni milli şurası bolşeviklərin tərəfinə keçdi. Müsəlmanlara ilk 
atəş 1918-ci il martın 30-da saat 16:00-da erməni kilsəsinin yanında açıldı. 
Müsəlmanların guya İçərişəhərdə rusları qırması barədə ermənilərin fitvasına 
inanan rus matrosları azərbaycanlıları atəşə tutdular.
15) Bakı xalq komissarları Sovet və onun azərbaycan siyasəti 
Stepan Şaumyanın başçılığı ilə erməni-daşnak quldur dəstələrinin türk-
müsəlman əhaliyə qarşı törətdiyi 1918-ci il Mart soyqırımından sonra Bakıda 
siyasi vəziyyət bolşeviklərin xeyrinə dəyişdi. Soyqırımdan sonra şəhərdə, demək 
olar ki, azərbaycanlı qalmamışdı. Şəhərin türk-müsəlman əhalisinin bir hissəsi 


silahlı bolşevik-daşnak dəstələrinin qırğın və talanlarından qurtulmaq üçün 
Mərkəzi Asiya və İrana qaçmış, qalan hissəsi isə ətraf kəndlərə dağılışmışdı. 
"Daşnaksutyun" rəhbərləri yüksək vəzifəli erməni "bolşeviklərinin" himayəsi ilə 
özlərini Bakının əsl sahibi kimi aparırdılar. Bakıda erməni-bolşevik siyasi 
partiyalarının mətbuat orqanlarından başqa bütün qəzet və jurnallar 
bağlanmışdı. Yeni yaradılan əmək komissarlığı, ərzaq direktoriyası, bütün 
nəqliyyat bolşeviklərin sərəncamına keçmişdi. Bütün milli şuraların fəaliyyəti 
qadağan edilsə də Erməni Milli Şurası fəaliyyətini davam etdirirdi. Aprelin 25-də 
hakimiyyət orqanı kimi Bakı Xalq Komissarları Soveti yaradıldı 
3 ulduzlu suallar və cavablar 
1) Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və hakimiyyətinin 
bütün Azərbaycana yayılması 
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda 
azərbaycanlılarınelliklə yaşadıqları ərazilər təqribən 150 min kv. km-ə bərabər 
idi. 1918-ci ildə Cənubi Qafqazdamüstəqil dövlətlər meydana gəldikdə, əzəli 
Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Demokratik Respublikası 
yaradıldı. AXC Hökuməti, həmçinin, Azərbaycanın qədim mədəniyyət 
mərkəzlərindən biri və keçmiş İrəvan xanlığının paytaxtı olan İrəvanı da 
ermənilərə güzəştə getməyə və onu yeni yaradılan Ermənistan Demokratik 
Respublikası"siyasi mərkəzi" kimi tanımağa məcbur oldu. Beləliklə, Cənubi 
Qafqaz respublikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan 
sonra AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv. km-
ni əhatə edirdi. AXC-nin əhalisi 2.8 milyondan çox idi. Azərbaycan Xalq 
Cümhuriyyəti Paris Sülh Konfransının qərarına əsasən müstəqil dövlət kimi 
tanınmışdı. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də beynəlxalq 
hüquq normalarını kobudcasına pozan RSFSR-ın hərbi müdaxiləsi nəticəsində 
aradan qaldırıldı. 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı dağılması 
nəticəsində, Azərbaycan xalqı Şimali Azərbaycanda dövlət müstəqilliyini 
yenidən bərpa etdi. Azərbaycan RespublikasıAzərbaycan Xalq Cümhuriyyətinin 
varisidir. 

Yüklə 483,55 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin