dövlətlərin planında Bakı neftini ələ keçirmək başlıca məqsəd daşıyırdı. Eyni
zamanda, Azərbaycan Rusiya, İran, Osmanlı ilə yanaşı, digər
güclü dövlətlər
üçün hərbi-siyasi əhəmiyyətə malik bir region idi. Azərbaycan ərazisi Yaxın və
Orta Asiyaya çıxmaq üçün əlverişli çoğrafı imkanları ilə yanaşı,
həmçinin
müdafiə xarakterli əhəmiyyət kəsb edirdi.
13) Azərbaycan Rusiyada Fevral inqilabı və Oktyabr çevrilişi
dövründə
BUNUN BAŞINI BURAXIN
14) Azərbaycanlıların 1918ci il mart soyqırımı
1918-ci il mart soyqırımı. Müsavatın sosial bazasını məhv etmək, Azərbaycan
milli hərəkatına divan tutmaq üçün bolşeviklər milli qırğından istifadə etdilər.
Bakı Sovetinin 1918-ci il martın 15- də keçirilən iclasında S.Şaumyan
azərbaycanlıların soyqırımına göstəriş verdi. H.Z.Tağıyevin Lənkəranda
xidmət
edən və təsadüfən öz əlindəki silahdan açılan atəş nəticəsində həlak olan oğlu
Məhəmməd Tağıyevin dəfn mərasimindən sonra “Evelina” gəmisinin müsəlman
alayının zabitləri gəmi ilə Lənkərana qayıtmalı oldular. Əlverişli məqamın
yetişdiyini görən ermənilər Rus Milli Şurası, Xəzər matrosları, eser və menşevik
partiyaları arasında belə bir şayiə yaydılar ki, guya “Evelina” ilə gedən zabitlər
tapşırıq almışlar ki, Lənkəranda olan müsəlman hərbi dəstələri ilə birlikdə
Muğandakı rus-malakan kəndlərini məhv etsinlər [377]. Martın 30- da yaradılan
Bakı şəhəri mədən-zavod rayonlarının İnqilabi Müdafiə Komitəsinin təşəbbüsü
ilə “Evelina”nın Lənkərana yola düşməsi dayandırıldı və gəmidəki zabitlər
tərksilah edildi. Şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin
tərk-silah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. Müsəlman əhalisi
məscidlərə toplanaraq silahların qaytarılmasını tələb etdi. Daşnaksütyun
Dostları ilə paylaş: