haqqı almaq lazımdır". Həqiqətdə Xiyabani minbəri azadlıq və demokratiyanı
yaymaq üçün təbliğat kürsüsünə çevirmişdir. 1907–1911-ci illərdə Xiyabani İran
totalitar və şahlıq rejimi əleyhinə hərəkatda fəal iştirak etmiş və mücahidlər
sırasında mübarizə aparmışdır. İctimaiyyun-amiyyun sosial-demokrat partiyası
onun elmi və ictimai cəhətdən yüksək dərəcəyə malik olmasını dərk edərək,
Azərbaycan əyalət əncüməninə üzv seçmişdir. Xiyabani Azərbaycan tarixində ən
ağır və böhranlı zamanda inqilabi hərəkata qoşulmuş, həm daxili irticaçı
qüvvələr, həm də xarici dövlətlər: Rusiya, İngiltərə, Almaniya və Osmanlı
dövlətləri əleyhinə fəal mübarizə aparmışdır.
Dostları ilə paylaş: