1 Azərbaycan xanlıqlarının yaranması. Şəki xanlığı


) Azərbaycannın ZSFR və SSRİ-nin tərkibinə qatılması.Kütləvi



Yüklə 483,55 Kb.
Pdf görüntüsü
səhifə19/34
tarix22.01.2023
ölçüsü483,55 Kb.
#80211
1   ...   15   16   17   18   19   20   21   22   ...   34
Tarix sualları və cavabları

9) Azərbaycannın ZSFR və SSRİ-nin tərkibinə qatılması.Kütləvi 
repressiyalar 
Kommunist partiyasının avtoritar idarəçiliyinə, inzibati-amirlik sisteminə, 
qanunsuzluqlara qarşı fikir söyləyən milli ictimai-siyasi xadimlərin, alimlərin, 
ziyalıların günahsız olaraq güllələnməsi ilə nəticələnən kütləvi repressiyalar 
dövrü başlandı. 1937-ci ildə xalqa “xəyanətdə”, “əksinqilabi” və “casusluq” 
damğaları ilə partiya rəhbərləri – R.Axundov, Ə.Qarayev, S.M.Əfəndiyev, 
Q.Musabəyov, Q.Vəzirov, D.Bünyadzadə, M.D.Hüseynov, Ç.İldırım, 
M.İsrafilbəyov (Qədirli), M.Nərimanov, H.Rəhmanov güllələndilər. Təkcə 1937-
ci ildə Azərbaycanda 29 min “xalq düşməni” güllələndi və ya Sibirə sürgün 
edildi. 1937-ci il dekabr ayının sonuna kmi təkcə Xəzər Gəmiçiliyi İdarəsindən 
200 rəhbər işçi, 19 gəmi kapitanı repressiya edilmiş, İsmayıllı rayonu Kürdmaşı 
kəndinin bütün kolxozçuları kütləvi şəkildə həbs edilərək, 63 nəfəri 
güllələnmişdi. 300 nəfərdən çox partiya rəhbərləri, o cümlədən 32 rayonun 
partiya komitələri katibləri, 28 rayon İcraiyyə Komitəsi sədrləri, 18 xalq 
komissarı və onların müavinləri, 66 mühəndis, Qızıl Ordu və Hərbi Dəniz
Donanmasının 88 komandiri və siyasi isçisi, 8 professor və bir çoxları həbs 
olunaraq ya uzun müddətə azadlıqdan, ya da həyatdan həmişəlik məhrum 
olmuşdular. 
10) 2ci dünya müharibəsinin başlanması və böyük dövlətlərin 
Azərbaycana dair planları


1939-cu il sentyabrın 1-də Almaniya Polşa üzərinə hücum etdi. Bir gün sonra 
İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. II Dünya müharibəsi 
başlandı. 1940-cı il 18 dekabrda təsdiq olunmuş SSRİ-yə hücum – “Barbarossa 
planı”na əsasən 1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ-yə hücum etdi. 
Almaniyanın Azərbaycana dair planında SSRİ-də yaşayan bütün türkdilli xalqları 
– “müsəlman monqoloidləri, dağıdıcı qüvvə” hesab edən Hitlerin“Mənim 
mübarizəm” kitabında yazdığı kimi, “onları ali irqin qullarına 
çevrilməlidirlər”fikri xüsusi yer tuturdu. Rozenberqin “Qafqazın idarə olunması 
planı”na görə ilk vaxtlar Azərbaycanda “komissarlıq” adlanan idarə forması 
yaradılmalı və iqamətgahı Tiflisdə yerləşəcək Qafqaz Reyxskomissarlığına tabe 
edilməli, digər plana görə türk xalqları yaşayan ərazilərdə Almaniyadan asılı 
olan “Böyük Türküstan” dövləti yaradılmalı idi. Bu qondarma dövlətin tərkibinə 
Şimali və Cənubi Azərbaycanla bərabər, Orta Asiya, Qazaxıstan, Başqırdıstan, 
Tatarıstan, Krım, Şimali Qafqaz, Qərbi Çin və Əfqanıstanın daxil olması nəzərdə 
tutulurdu. Hitler hələ 1941-ci ilin martın 27-də Bakı zəbt edildikdən sonra neftin 
hasil edilməsi, emalı və daşınmasını Almaniyanın “Kontinental Neft 
Cəmiyyəti”nə tapşırmaq göstərişini vermişdi. Hitlerin “Edelveys” planına görə 
Bakı 1941-ci il sentyabrın 25-də tutulmalı idi. Hitler Bakını faşist Almaniyasını 
neftlə təmin edəcək hərbi mərkəzə çevirmək fikrində idi. İyunun 30-da isə 
İ.V.Stalinin başçılığı ilə Dövlət Müdafiə Komitəsi (DMK) yaradıldı. DMK-i bütün 
iqtisadiyyatın müharibənin tələblərinə uyğun yenidən qurulması, geniş hərbi 
səfərbərlik keçirilməsi, cəbhəyə yaxın ərazilərdən mühüm sənaye 
müəssisələrinin və əhalinin ölkənin ucqarlarına köçürülməsi ilə fəaliyyətə 
başladı. ABŞ və Böyük Britaniya da Qafqaza, xüsusilə də Azərbaycana sahib 
olmaq istəyirdilər. “Vilvet” planında Sovet ordusunun Qafqazdan çıxarılıb 
Stalinqrada aparılması, burada ABŞ və Böyük Britaniya hərbi qüvvələrinin 
yerləşdirilməsi nəzərdə tutulurdu. Onlar bu üsulla Qafqazı, xüsusilə Azərbaycanı 
SSRİ-dən ayırmaq istəyirdilər. SSRİ rəhbərliyinin planına görə isə Azərbaycan 
əhalisi Mərkəzi Asiya və Qazaxıstana köçürülməli idi. Lakin M.C.Bağırov gətirdiyi 
tutarlı dəlillərlə Stalini bu fikirdən daşındıra bildi 

Yüklə 483,55 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin