Dövlət Müdafiə Komitəsinin qərarı ilə 1941-ci ilin iyul ayından etibarən bütün
ölkə üzrə 16 yaşdan 50 yaşadək olan kişilərə ümumi icbari hərbi təlim keçilməyə
başlanmışdı. Azərbaycan Respublikasında 1941-1945-ci illərdə ümumi icbari
hərbi təlim xətti ilə 51254 (onlardan 37180-ni atıcı, 1407 nəfəri başqa hərbi
ixtisaslar üzrə) döyüşçü hazırlanmışdı. Azərbaycan Qızıl Aypara Cəmiyyəti də
1941-1945-ci illərdə 6500- dən çox tibb bacısı hazırlamış, 20 mindən çox
Azərbaycan vətəndaşı döyüşçülər üçün könüllü qan vermişdi. Rus dilini
bilməmək müharibənin ilk dövründə azərbaycanlı döyüşçülər üçün ciddi
çətinliklər törətməsi (bəzi şovinist zabitlər onları təhqir edir, kobud rəftar edir,
hətta güllələyirdilər) ilə bağlı Azərbaycanlı döyüşçülərinin respublika
rəhbərliyinə müraciətlərindən sonra Azərbaycan K(b)P MK Hərbi Şöbəsinin 23
oktyabr 1941-ci il tarixli məktubla Cənubi Qafqaz cəbhəsinin Siyasi İdarəsinə bu
barədə müraciət etmişdi. Azərbaycanda 1941-ci ilin avqustunda 402-ci,
oktyabrında 223-cü, 1942-ci ilin mart-sentyabr aylarında 416-cı,
avqustsentyabrda 271-ci milli atıcı diviziyalar yaradıldı. Krımın müdafiəsində
şəxsi heyətinin çoxunu itirmiş 77-ci diviziya 1942-ci ilin may ayında respublikada
yenidən yığıldı. Müharibənin ilk günlərindən Azərbaycanlı döyüşçülər faşist
qəsbkarlarına qarşı qəhrəmancasına vuruşmuşlar. Əfsanəvi Brest qalası
ətrafında baş verən döyüşlərdə Azərbaycandan hərbi həkim M.Qədirov, siyasi
işçi A.Kastryulin, əsgərlər İ.Səfərov, İ.Dadaşov, A.İmanov, M.Məmmədov,
A.Qafarov, A.Mənsurov, V.Xanikin, X.Məmmədov, Ə.Əliyev, D.Abdullayev
böyük qəhrəmanlıq göstərmişlər. Həkim M.Qədirov cərrahiyyə əməliyyatları
aparmaqla yanaşı, şəhərin müdafiəsinin son gününədək, kiçik bir dəstə ilə
faşistlərin hücumlarının qarşısını alaraq, əlbəyaxa döyüşdə bir neçə düşmən
məhv etmişdi. Leninqrad səmasında 1941-ci il iyulun 17- də leytenant
Hüseynbala Əliyev döyüş tapşırığını uğurla yerinə yetirərək (6 faşist təyyarəsini
məhv etmiş) geri qayıdarkən buludlar arasında görsənən düşmən təyyarəsi
üzərinə tarana gedəndə Hüseynbala Əliyevin kabinəsində top gülləsi
Dostları ilə paylaş: