1 Azərbaycan xanlıqlarının yaranması. Şəki xanlığı


) S.C.Pişəvərinin başçılığı altında Cənubi Azərbaycanda Milli



Yüklə 483,55 Kb.
Pdf görüntüsü
səhifə23/34
tarix22.01.2023
ölçüsü483,55 Kb.
#80211
1   ...   19   20   21   22   23   24   25   26   ...   34
Tarix sualları və cavabları

14) S.C.Pişəvərinin başçılığı altında Cənubi Azərbaycanda Milli 
hokimətinin yaranması və fəaliyyəti 
1945-ci il 3 sentyabr tarixində S.C.Pişəvərinin (1892-1947) başçılığı ilə milli 
azadlıq və demokratik hərəkata rəhbərlik Azərbaycan Demokratik Partiyası 
(ADP) yaradıldı. Sentyabrın 13-də ADF təsisçilərinin ilk konfransı keçirildi. 
Konfrans 11 nəfərdən ibarət Müvəqqəti Komitə seçdi. 1945-ci il oktyabr ayının 
2 - 4-də ADF I Qurultayı keçirildi. Qurultay 3 sentyabr tarixli bəyanatın əsas 
müddəalarını partiyanın proqram və nizamnaməsi kimi qəbul etdi və başda 
S.C.Pişəvəri olmaqla, partiyanın Mərkəzi Komitəsini seçdi. İran məclisi və 
hökuməti ərzağın çox hissəsini Cənubi Azərbaycandan daşıtdırmaqla orada süni 
qıtlıq və ticarətdə çətinliklər yaratdı. Hökumət 1945-ci il sentyabr ayının 10-da 
Marağada və oktyabr ayının 20-də Ərdəbildə hərbi vəziyyət elan 426etdi, 
ADPnin komitə üzvlərinə qarşı terror və həbs tədbirləri keçirildi. ÜİK(b)P MK və 
SSRİ XKS 1945-ci il oktyabr ayının 8-dəCənubi Azərbaycanda möhkəmlənmək 
üçün buraya çoxlu silah göndərilməsi barədə qərar qəbul etdi. Noyabrın 20-21-
də Təbrizdə Azərbaycan Xalq Konqresi (AXK) çağırıldı. Bu ərəfədə İran 
qoşununun bir dəstəsi noyabr ayının 17-də, digər dəstəsi isə 18-də Tehrandan 
Qəzvin istiqamətində hərəkət etdi. Fədailər mürtəce hökumətin silahlı 
qüvvələrinə 1945-ci il noyabr ayının 16-dan 17-nə keçən gecə Marağa, Miyanə, 
Mərənd, Sərab və Ərdəbil mahallarında eyni bir vaxtda zərbə endirdilər. Təbriz, 
Əhər, Ərdəbil, Astara, Marağa, Urmiyə, Miyandab, Xoy və Maku şəhərlərindəki 
dövlət qüvvələri nəticə etibarilə bir-birindən ayrı düşdüər. 1945-ci il noyabr 
ayının 18-dən 26-dək Azərbaycanın Nəmin, Germi, Zəncan, Astara, Biləsuvarda, 
dekabr ayının 1-dən 19-dək Xoy, Səlmas, Maku, Meşkinşəhr, Marağa, Təbriz, 


Əhər, Ərdəbil, Xalxal, Kələybər, Urmiya və Miyandabda hökumət xalqın əlinə 
keçdi. Azərbaycan Xalq Konqresi özünü Müəssislər Məclisi elan etdi və Milli 
Heyət seçildi. Bu heyət Azərbaycan Milli Məclisinə qədər Müəssislər Məclisinin 
qərarlarının icrasını və seçkilərin keçirilməsini təmin etməli idi. Müəssislər 
Məclisinin qəbul etdiyi Bəyannamədə deyilirdi ki, Azərbaycanın İran dövlətçiliyi 
daxilində milli-mədəni muxtariyyəti təmin ediməlidir. 1945-ci il noyabrın 27-dən 
dekabrın 1-dək Milli Məclisə ümumi seçkilər keçirildi. 12 dekabr – Milli Məclisin 
açıldığı gün S.C.Pi şəvərinin başçılığı ilə Azərbaycan muxtariyyətinin yarandığı 
elan olundu 

Yüklə 483,55 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin