1 Azərbaycan xanlıqlarının yaranması. Şəki xanlığı


) Azərbaycan Dövlət müstəqilliyinin bırpa edilməsi. Müstəqilliyin



Yüklə 483,55 Kb.
Pdf görüntüsü
səhifə28/34
tarix22.01.2023
ölçüsü483,55 Kb.
#80211
1   ...   24   25   26   27   28   29   30   31   ...   34
Tarix sualları və cavabları

7) Azərbaycan Dövlət müstəqilliyinin bırpa edilməsi. Müstəqilliyin 
ilk günlərində Azərbaycanın daxili siyasəti və beynəlxalq vəziyyəti
Mərkəzin yuxarı eşelonlarında mühafizəkar qüvvələrin başçıları 1991-ci il 18-19 
avqustda dövlət çevrilişinə cəhd edib, Forosda (Krımda) istirahət edən Mixail 
Qorbaçovu “neytrallaşdırıb”, Dövlət Fövqəladə Vəziyyət Komitəsi (QKÇP) təşkil 
etdilər və “demokratikləşdirmə”nin, “yenidənqurma”nın yaratdığı iflasdan 
imperiyanı qurtarmaq üçün bütün hakimiyyəti öz əllərinə aldılar. Lakin 
demokratik qüvvələr SSRİ-də dövlət çevrilişinin qarşısını aldılar. Moskvada 
1991-ci il avqust hadisələrindən sonra Azərbaycanda siyasi vəziyyət daha da 
gərginləşdi. Avqustun 22-də Azərbaycan xalqı respublikanın rəhbərliyinə qarşı 
narazılıq çıxışlarını gücləndirdi. Avqustun 23-də AXC qərargahı qarşısındakı 
mitinqdə dinc əhaliyə qarşı güc tətbiq edildi, adamlar xəsarət aldılar. Avqustun 
25-27-də Bakının Azadlıq meydanında bir milyona yaxın adamın iştirak etdiyi 
ümumşəhər mitinqləri keçirildi. Mitinqlərdə respublikada prezident seçkilərinin 
dayandırılması, parlamentin buraxılması, yeni parlament seçkilərinin 
keçirilməsi, Kommunist Partiyasının ağalığının, fövqəladə vəziyyətin ləğv 
edilməsi, DQMV-də Azərbaycanın suveren hüquqlarının təmin olunması üçün 
qəti tədbirlərin görülməsi tələb edilirdi. Azərbaycan Respublikası Ali Sovetinin 
xalqın təkidi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da 
saat 13.30-da “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək 
haqqında Bəyanatı – “Azadlıq Bəyannamə”sini qəbul etdi. “Azadlıq 
Bəyannaməsi”ndə qeyd olunurdu: “Azərbaycan Respublikasının Ali Soveti xalqın 
ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək; 1918-ci 
ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən 
tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək; Azərbaycan 
Respublikası Konstitusiyasına, Azərbaycan Respublikasının suverenliyi haqqında 


və Azərbaycan Respublikasının iqtisadi müstəqilliyi haqqında Konstitusiya 
Qanunlarına əsaslanaraq... Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 
bərpa olunduğunu elan edir”. 

Yüklə 483,55 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin