1 Azərbaycan xanlıqlarının yaranması. Şəki xanlığı


) Azərbaycanda sovet hakimiyyətinin qurulması və onun ilk tədbiri



Yüklə 483,55 Kb.
Pdf görüntüsü
səhifə17/34
tarix22.01.2023
ölçüsü483,55 Kb.
#80211
1   ...   13   14   15   16   17   18   19   20   ...   34
Tarix sualları və cavabları

6) Azərbaycanda sovet hakimiyyətinin qurulması və onun ilk tədbiri 
1920-ci il aprel ayının 28-də Bakıda Azərbaycan Sovet Sosialist Respublikasının 
yaradıldığı elan olundu. Parlament aprel ayının 27-dən 28-ə keçən gecə 
hakimiyyəti Müvəqqəti İnqilab Komitəsinə təhvil verdi və N.Nərimanovun 
sədrliyi ilə Azərbaycan SSR Xalq Komissarları Soveti yaradıldı. N.Nərimanov həm 
də xalq xarici işlər komissarı vəzifəsinə təyin edildi. İnqilab Komitəsinin 1920-ci 
il 3 may tarixli Dekreti ilə yerlərdə qəza, mahal və kənd inqilab komitələri
yaradıldı, polis ləğv edildi, fəhlə-kəndli milisi təşkil olundu. Torpağın əməkçi 
“kəndlilərə” verilməsi haqqında 1920-ci il 5 may tarixli Dekreti ilə bütün xan
bəy torpaqları, habelə bütün monastır, kilsə, vəqf və məscid torpaqları bütün iş 
heyvanları və avadanlığı ilə birlikdə müsadirə edildi və ödənişsiz kəndlilərin 
istifadəsinə verildi. 1920-ci il mayın 7-də Azərb. SSR Qızıl Ordu və Qızıl
Donanmasının yaradılması barədə Dekret verildi. 1920-ci il 12 may tarixli 
Dekretlə isə Azərbaycan ərazisindəki meşələr, sular və yeraltı sərvətlər 
milliləşdirilərək, dövlət mülkiyyəti elan olundu. 1920-ci il 12 may tarixli Dekreti 
ilə silki və mülki rütbələr (zadəgan, kəndli, bəy, xan, knyaz və s.) ləğv edildi. 
7)
Sovet işğal rejiminə qarşı müqavimət hərəkatı və üsyanları 
1920-ci il aprel ayının 28-də Bakıda Azərbaycan Sovet Sosialist Respublikasının 
yaradıldığı elan olundu. Parlament aprel ayının 27-dən 28-ə keçən gecə 
hakimiyyəti Müvəqqəti İnqilab Komitəsinə təhvil verdi və N.Nərimanovun 
sədrliyi ilə Azərbaycan SSR Xalq Komissarları Soveti yaradıldı. N.Nərimanov həm 
də xalq xarici işlər komissarı vəzifəsinə təyin edildi. XKS-nin üzvləri aşağıdakılar 
idi: H.Sultanov – Xalq daxili işlər komissarı, Ə.Qarayev – Xalq əmək və ədliyyə 
komissarı, Q.Musabəyov – Xalq əkinçilik, ticarət, sənaye və ərzaq komissarı, 
M.Hüseynov – Xalq maliyyə komissarı, Ç.İldırım – Xalq hərbi-dəniz işləri 
komissarı, D.Bünyadzadə – Xalq maarif və dövlət nəzarəti komissarı, Ç.Vəzirov – 
Xalq poçt, teleqraf və yollar komissarı, A.Əlimov – Xalq səhiyyə və himayə 


komissarı. XI Qızıl Ordu hissələri aprel ayının 28-30-da Lənkəran, Salyan, Şuşa, 
Ağdam və s., mayın əvvəllərində Gəncə, Şamaxı, Goyçay, Şəki, Zaqatala və 
Balakəndə, ayın ortalarında isə Qarabağ bölgəsini tutdu və hakimiyyət İnqilab 
Komitəsinin əlinə keçdi. Rusiyanın hərbi donanması Lənkəran və Astaraya 
desant çıxardı. İnqilab Komitəsinin 1920-ci il 3 may tarixli Dekreti ilə yerlərdə 
qəza, mahal və kənd inqilab komitələri yaradıldı, polis ləğv edildi, fəhlə-kəndli 
milisi təşkil olundu. Torpağın əməkçi “kəndlilərə” verilməsi haqqında 1920-ci il 
5 may tarixli Dekreti ilə bütün xan, bəy torpaqları, habelə bütün monastır, kilsə, 
vəqf və məscid torpaqları bütün iş heyvanları və avadanlığı ilə birlikdə müsadirə 
edildi və ödənişsiz kəndlilərin istifadəsinə verildi. 1920-ci il mayın 7-də Azərb. 
SSR Qızıl Ordu və Qızıl Donanmasının yaradılması barədə Dekret verildi. 1920-ci 
il 12 may tarixli Dekretlə isə Azərbaycan ərazisindəki meşələr, sular və yeraltı 
sərvətlər milliləşdirilərək, dövlət mülkiyyəti elan olundu. 1920-ci il 12 may tarixli 
Dekreti ilə silki və mülki rütbələr (zadəgan, kəndli, bəy, xan, knyaz və s.) ləğv 
edildi. Xalq məhkəməsi haqqında Dekretdə (1920-ci il 12 may) bildirilirdi: 
Azərbaycan SSR-də “məhkəmədə işlərə bütün yerli dillərdə baxılmasına yol 
verilir”. Azərbaycan İnqilab Komitəsinin Xalq Daxili İşlər Komissarlığı haqqında 
1920-ci il 9 iyun tarixli Dekretinə əsasən o, dövlətin ali inzibati orqanı olaraq 
fəaliyyət göstərə bilər və Azərbaycan İnqilab Komitəsi onun vasitəsilə ölkənin 
inzibati idarəçiliyini həyata keçirə bilərdi. 

Yüklə 483,55 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin