6) Azərbaycanın neft sənayesi 1900-1903cü illər iqtisadi böhranı
dövründə. İlk fəhlə tətilləri
1900-1903-cü illər dünya iqtisadi böhranı Rusiya iqtisadiyyatına təsirsiz
ötüşmədi. Belə ki, Rusiya iqtisadiyyatına təsir edən səbəblərdən biri neft
sənayesinin təkcə xarici kapital axını ilə deyil, həm də Avropa və Şərq
bazarlarına neft ixracı ilə dünya iqtisadiyyatına sıx bağlı olması idi. 1901-ci ilin
əvvəllərində neft və neft məhsullarına tələb azaldığına görə böhran neft
sənayesinin bütün sahələrinə-neft çıxarılmasına, onun emalına, yeni quyuların
qazılmasına, neftin və neft məhsullarının ixracına, kəşfiyyat işlərinin
aparılmasına ağır zərbə endirdi. Böhran illərində xırda və orta müəssisələrin
iflasa uğraması nəticəsində istehsalın təmərküzləşməsi xeyli güclənmişdi.
7) 1905-1906 cı illərin erməni-müsəlman qırğınları
Rus-yapon müharibəsində məğlub olmuş Rusiya imperiyasında xalq çıxışları və o
cümlədən milli azadlıq hərəkatları baş verirdi.Bunların qarşısını almaq üçün Çar
Rusiyası rus şovinizmi dirçəlişi və xalqları bir-birinə qırdırmaq siyasəti həyata
keçirməyə başladı.Bu siyasəti birinci növbədə Qafqazda həyata keçirtmək labüd
sayıldı.Belə bir vəziyyətdən ermənilər istifadə etməyə şərait tapdılar.Çar
Rusiyası erməniləri gizli sürətdə silahlandırdı və "erməni-müsəlman davası"nı
təşkil etdi.İlk toqquşma Bakı şəhərindən
başlayaraq,Şuşa,Zəngəzur,İrəvan,Tiflis,Naxçıvan,Ordubad,Eçmiədzin,Cavanşir,Q
azax qəzalarına yayıldı.Hərtərəfli hazırlıq görüldükdən sonra ermənilər 1905-ci il
fevralın ilk günlərindən Bakıda qırğın törətdilər,çox keçmədən İrəvanda
iğtişaşlar kütləvi xarakter aldı.Kəndləri dağıdır,yandırır,günahsız insanları
qılıncdan keçirirdilər. Ümumiyyətlə,1905-1906-cı illərdəki erməni-müsəlman
davasında İrəvan və Yelizavetpol quberniyalarında 200-dən artıq kəndi
ermənilər yerlə yeksan etmiş və əhalisini soyqırıma məruz qoymuşlar.
Dostları ilə paylaş: