26
məsini nəzərdə tutur. Qeyri-müstəqim xərclər məsrəflərin
formalaşdığı yerlər və məsuliyyət mərkəzləri üzrə qruplaşdırı-
lır, sonra isə müəyyən edilmiş, bazaya mütənasib olaraq məmu-
lat, iş və xidmətlər üzrə bölüşdürülür.
Qeyri-müstəqim xərclərin bölüşdürülmə bazası dedikdə
aşağıdakılar başa düşülür:
müstəqim əmək məsrəfləri, adam-saatla;
istehsal fəhlələrinin əmək haqqı;
avadanlığın iş vaxtı maşın-saatla;
istehsal edilmiş məhsulun həcmi.
Məhdudlaşdırılmış maya dəyəri kalkulyasiyası (marjinal
kalkulyasiya) hər bir məmulat, xidmət və bütövlükdə müəssisə
üzrə ödəmə stavkasını (dərəcəsini) hesablamaq üçün müəyyən
edilir. Bunun üçün:
hər bir məsrəf yerlərində məhsul növləri üzrə müstəqim
məsrəfləri uçota almaq (cədvəl 1);
məsrəf yerləri üzrə hər bir məmulat üçün müstəqim
xərcləri hesablamaq (cədvəl 1);
satış qiyməti ilə müstəqim məsrəflər arasındakı fərq ki-
mi hər bir məhsul növü üzrə ödəmə stavkasını təyin etmək
(cədvəl 2);
Dostları ilə paylaş: