22
2. Məsrəflər birbaşa və dolayı bölüşdürülmə yolu ilə
məsrəf daşıyıcılarının konkret növünə və yaxud qruplarına aid
edilməlidir.
Məsrəflərin hesablanması və maya dəyəri kalkulyasiyası
dövrü nə qədər qısa olarsa məsrəflərin hazır məhsul və
bitməmiş istehsal arasında bölüşdürülərkən daha çox problem-
lər ortaya çıxa bilər, daha çox mümkün ola bilən səhvlər
buraxıla bilər.
Kalkulyasiya hesablamalarının operativliyini və dəqiq-
liyini təmin etmək üçün aşağıdakı tələblərə əməl edilməlidir:
1. Müəssisədə özündə buraxılış proqramına daxil olan
bütün detallar, yarımfabrikatlar, məmulatlar və işlər üzrə miq-
dar (kəmiyyət) ölçüsündə məsrəf normalarını birləşdirən (ehti-
va edən) müştərək normativ təsərrüfatının işlənib hazırlanması
2. Texniki və məxaric sənədləşdirmələrin sahmana salın-
mış yaxşı sistemi, istehsal və satış şərtlərinin dəyişilməsinin və
müvafiq məsrəf normalarının vaxtında uçota alınması
3. İqtisadi informasiyanın müasir avtomatlaşdırılmış sis-
temə daxil edilməsinin işlənib hazırlanması.
Dostları ilə paylaş: