Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


Məhsulun maya dəyərinin hesablanması və



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə5/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   91
document hrclubaz 226

1.3. Məhsulun maya dəyərinin hesablanması və 
kalkulyasiyalaşdırılması üsulları. 
 
Məhsulun maya dəyərinin kalkulyasiyası istehsalatın 
uçotunun son mərhələsi hesab olunur. Bu mərhələnin ən mü-
hüm əhəmiyyəti ondan ibarətdir ki, məhsulun faktiki maya də-
yəri haqqındakı məlumatlara əsasən maya dəyəri üzrə müəssisə 
tərəfindən qəbul edilmiş tapşırıqların yerinə yetirilməsi qiymət-
ləndirilir, bu tapşırıqlardan kənarlaşmaların səbəbləri təhlil edi-
lir, müəssisənin fəaliyyətində gələcək nailiyyətlərin imkanları 
aşkara çıxarılır. Bundan əlavə məhsulun maya dəyəri haqqında-
kı məlumatlar maya dəyərinin planlaşdırılmasında və rəqabət 
şəraitində mühüm əhəmiyyət kəsb edən satış qiymətinin təyin 
edilməsində istifadə edilir. Elə ona görə də məhsulun maya də-
yəri kalkulyasiyasının qarşısında yüksək tələblər qoyulur.
Məhsulun, iş və xidmətlərinin maya dəyəri kalkulyasiya-
sını öz növbəsində üç mərhələyə bölmək olar. Bunlardan birin-
cisində buraxılmış bütün məhsulun bütövlükdə maya dəyəri he-


11 
sablanır, ikincidə hər bir məhsul növü üzrə faktiki maya dəyəri 
hesablanır, üçüncüdə məhsul, iş və xidmət vahidinin maya də-
yəri hesablanır. 
Məhsulun maya dəyərinin kalkulyasiyası mürəkkəb bir 
prosesdir və məsrəflərin uçot prosesi ilə növbələşir. Məsələn, 
mərhələli metod şəraitində əvvəlcə birinci mərhələnin yarım-
fabrikatının maya dəyəri kalkulyasiyalaşdırılır və ikinci mərhə-
lənin məsrəflərinə köçürülür. Yalnız bundan sonra ikinci mər-
hələnin məhsulunun maya dəyərinin kalkulyasiyasına başlamaq 
olar. Buna oxşar olaraq maşınqayırma zavodunda tökmə sexlə-
rində istehsal edilən tökmənin maya dəyərinin aralıq kalkulya-
siyası tərtib edilir. 
Sənayedə məhsul vahidinin və kalkulyasiya obyektinin 
maya dəyərinin hesablanmasına tətbiq edilən üsulların bütün 
məcmusunu 6 üsulda birləşdirmək olar: kalkulyasiyanın nor-
mativ üsulu, məsrəflərin cəmlənməsi üsulu, yanaşı məhsullara 
sərf edilən məsrəflərin çıxılması üsulu, məsrəflərin mütənasib 
olaraq bölüşdürülməsi üsulu, birbaşa hesablama üsulu, kalkul-
yasiyanın kombinələşdirilməsi üsulu. 
Sənaye müəssisəsinin timsalında bu üsulların hər birinin 
qısa məzmununu və onların qarşılıqlı əlaqələrini nəzərdən keçi-
rək. 2 N-li sxem kalkulyasiya üsullarının təsnifatı və qarşılıqlı 
əlaqələri haqqında daha geniş təsəvvür yaradır. 
Normativ üsul məsrəflərin uçotunun məhsulun maya də-
yərinin kalkulyasiyasının tərkib hissəsidir. Bu üsulun tətbiqinin 
ilkin şərti, buraxılan məhsul vahidinin normativ maya dəyəri-
nin normativ kalkulyasiyasının tərtibi, norma və normativlər-
dən kənarlaşmaların sənədləşdirilməsi və uçotu hesab olunur. 
Uçotun və kalkulyasiyanın normativ metodunun mahiyyəti 6-cı 
mövzuda öyrəniləcəkdir. Məsrəflərin cəmlənməsi üsulunda 
kalkulyasiya obyektinin və yaxud məhsul vahidinin maya də-
yəri məmulatın ayrı-ayrı hissələri və yaxud onun hazırlanma 
prosesləri müəyyən edilir. Bu üsul hər şeydən əvvəl elə istehsa-
latda tətbiq edilir ki, burada məsrəflərin uçotu mərhələlər üzrə 
aparılır. Bu üsuldan kömür şaxtalarında, gəmiqayırmada, bəzi 
maşınqayırma müəssisələrində istifadə olunur. 
Əlavə məhsula sərf edilən məsrəflərin çıxılması üsulunda 
kompleks istehsalatda alınan məhsul əsas və əlavə məhsula 


12 
bölünür. Əsas məhsulun maya dəyərini hesablamaq üçün, əlavə 
məhsula kalkulyasiya tərtib edilmir, ona sərf edilən xərclər isə 
qabaqcadan müəyyən edilmiş qiymətdə məsrəflərdən çıxılır. 
Bu üsul sənayenin əlvan metallurgiya, neftayırma, kimya və 
digər sahələrində istifadə edilir. Məsrəflərin mütənasib bölüş-
dürülmə üsulu eyni istehsalda bir neçə növ məhsul istehsal 
edilən zaman məhsulun maya dəyərinin kalkulyasiya edilməsi 
üçün və yaxud məsrəflərin uçotu eynicinsli məmulat qrupları 
üzrə aparıldığı halda (hansı ki məsrəfləri konkret növ məhsula 
aid etmək mümkün olmur ) istifadə edilir. 
Məsrəflərin mütənasib olaraq bölüşdürülməsinə dair 
tərkibində bir neçə metal olan (polimetal) filizin zənginləşdi-
rilərkən metalın maya dəyərinin kalkulyasiyasını misal göstər-
mək olar. 
Məsələn: laboratoriya analizinə görə 1 ton filizin tərki-
bində 20 kiloqram qurğuşun, 60 kiloqram sink və 80 kiloqram 
mis vardır. Belə olduğu halda 60% qurğuşun, 80% sink və 80% 
mis alınması nəzərdə tutulmuşdur. Filizin 1 kiloqramında olan 
qurğuşunun qiyməti 800 manat, sinkin qiyməti 600 manat, mi-
sin qiyməti 2000 manat. Zənginləşdirməyə çəkilən xərcin cəmi 
– 120000 manat; zənginləşdirilmiş filizin miqdarı – 1000 ton. 
Konsentratda (qarışıq filizdə) olan 1 kiloqram metalın 
maya dəyərini hesablamaq üçün aşağıdakı cədvəli tərtib edək: 
Birbaşa hesablama üsulu daha çox sadədir, dəqiqdir və 
bu üsulda məmulata və kalkulyasiya maddələri üzrə sərf 
edilmiş bütün xərclər buraxılmış məhsulun miqdarına bölünür. 
Bu üsuldan yalnız bir növ və yaxud bir neçə növ məhsul 
istehsal edən (əgər məsrəflərin uçotunu ayrı-ayrı məmulatlar 
üzrə ayrılıqda aparmaq mümkündürsə) müəssisələrdə istifadə 
edilir. 
Məhsul vahidinin və yaxud obyektin maya dəyərini 
hesablamaq üçün kombinələşdirilmiş üsuldan o vaxt istifadə 
edilir ki, yuxarıda sadalanan üsulları ilə kalkulyasiyalaşdırmanı 
aparmaq mümkün olmasın. `Müvafiq olaraq kombinləşdirilmiş 
üsul bir neçə üsulun birləşdirilməsini özündə ehtiva edir. 


13 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin