5
MÖVZU 1. MƏHSULUN MAYA DƏYƏRİNİN
KALKULYASİYASININ MAHİYYƏTİ VƏ NƏZƏRİ
ƏSASLARI
1.1. Məhsulun maya dəyərinin kalkulyasiyasının mahiyyəti
və təyinatı.
Kalkulyasiyanın ilkin mənası – məsrəflər kompleksi –
kalkulyasiyalaşdırma – onların hesablanması prosesidir. Müasir
təcrübədə kalkulyasiyalaşdırma özündə müəyyən hesablamalar
sistemini ehtiva edir ki, burada da əsas məqsəd kalkulyasiya
məcmu vahidinin maya dəyərini təyin etməkdən ibarətdir. Kal-
kulyasiya vahidi dedikdə hazır məhsulun ayrı-ayrı növləri,
onun tərkib hissələri, satın alınan müxtəlif növ maddi qiymətli-
lər, yerinə yetirilmiş işlər və xidmətlər başa düşülür. Kalkulya-
siya məlumatlarından maya dəyəri planının yerinə yetirilməsi-
nin qiymətləndirilməsində, innovasiyanın iqtisadi səmərəliliyi-
nin hesablanmasında, bitməmiş istehsala məsrəflərin məbləği-
nin müəyyən edilməsində, çıxdaşdan itkilərin hesablanmasında
və istehsal və satış proseslərinin üzərində nəzarət edilməsində
istifadə edilir.
Məhsul, iş və xidmətlərin kalkulyasiyasının müəssisənin
bütövlükdə səmərəli idarə olunmasında, ödəmə qabiliyyətinin
yüksəldilməsində də böyük rolu vardır. Belə ki, idarəetmə
uçotu mövqeyindən yanaşdıqda kalkulyasiya anlayışına – bu və
ya digər hesabat dövründə istehsalın səmərəli idarə olunması,
plan göstəricilərinin, layihə təkliflərinin, qiymətlərin iqtisadi
cəhətdən əsaslandırılması məqsədi ilə müəssisənin və onun ay-
rı-ayrı bölmələrinin fəaliyyətinin maliyyə nəticələrinin hesab-
lanması kimi nəzərdə tutmaq (baxmaq) olar. Geniş mənada kal-
kulyasiyalaşdırma prosesi məsrəflərin kalkulyasiya obyektləri-
nin məcmusu ilə tutuşdurularaq ölçülməsi deməkdir. Kalkulya-
siya obyektlərinin məcmusu dedikdə məhsul və onun tərkib
6
hissələri ilə yanaşı tədarük edilən xammal, materiallar, yana-
caq, yarımfabrikatlar, təsərrüfat əşyaları və inventarlar, iş vax-
tının miqdarı (adam – saat, maşın saat) və s. başa düşülür. Məs-
rəflərin kalkulyasiya obyektlərinin qruplaşdırılmasının xüsusiy-
yəti onların istehsalın xarakterindən və məhsulun növlərindən
asılı olmasıdır.
Kalkulyasiya hər şeydən əvvəl məmulatın, xidmət, iş
növlərinin və yaxud tədbirlərin maya dəyərini hesablamaq
üçün tərtib edilir. Lakin kalkulyasiya obyektlərinin tətbiq sahə-
si əhəmiyyətli dərəcədə genişdir, belə ki, o eyni zamanda texni-
ki tərəqqi tədbirlərini (istehsal prosesinin mexanikləşdirilməsi
və avtomatlaşdırılması, avadanlığın yenidən qurulması və yeni-
ləşdirilməsi və s.), investisiya layihələri, sosial-mədəni tədbir-
ləri də özündə əks etdirməlidir. Ümumi qaydada kalkulyasiya
aşağıdakı kimi fərqləndirilir:
1. Məhsulun (məmulat, faydalı qazıntılar), maya dəyəri-
nin kalkulyasiyası;
2. Tədbirlərin (proseslərin, işlərin) kalkulyasiyası;
3. Qiymətin kalkulyasiyası.
Maya dəyərinin və qiymətin kalkulyasiyası məhsul vahi-
di üzrə hesablanır. Qiymətin kalkulyasiyasına (kalkulyasiya
obyektinə) mənfəət kəmiyyətinin hesablanması daxil edilir. İs-
tənilən kalkulyasiyanı hesablamağa başlamazdan əvvəl kalkul-
yasiya obyektini və həmin obyektə müstəqim məsrəflərin aid
edilməsi və bir neçə kalkulyasiya obyektləri üçün sərf edilmiş
ümumi xərclərin bölüşdürülməsi qaydalarını dəqiq təyin etmək
lazımdır.
Məhsul və xidmətin maya dəyərinin kalkulyasiyası kal-
kulyasiya hesablamaları sistemində aparıcı rol oynayır. Məsrəf-
lərin bu qruplaşdırılmasının fərqləndirici xüsusiyyəti ondan
ibarətdir ki, əksər hallarda bu müxtəlif hazırlıq dərəcəsində
olan müxtəlif növ məhsullarla bağlıdır. Birinci şərt cari hesabat
dövrünün bütün xərclərinin müəyyən məmulatlara və xidmətlə-
7
rə və yaxud onların tərkib hissələrinə aid edilməsini tələb edir.
Əgər bunu müstəqim yolla birbaşa aid etmək mümkün olmursa
o zaman məsrəflər şərti bazisə əsasən proporsional olaraq bö-
lüşdürülür. Kalkulyasiyanın məqsədli təyinatını və xərclərin sə-
ciyyəvi xüsusiyyətlərini nəzərə almaqla müxtəlif istehsallar və
məhsul növlərinə uyğun olaraq bölüşdürülmə bazasının təyin
olunması metodiki baxımdan kalkulyasiyanın ən mürəkkəb və-
zifələrindən biridir. Müxtəlif hazırlıq mərhələsində olan məh-
sulların hazırlanmasına sərf olunan məsrəflərin hesablanmasına
olan tələbat məhsulların, onun ayrı-ayrı hissələrinin və əmtəə-
lik yarımfabrikatların maya dəyəri kalkulyasiyasının və uçotun
vahidliyi tələbini mütləq şərt kimi irəli sürür. Bununla da son
məhsulun həcminin müəyyən edilməsi, istehsal məsrəflərinin
icmal uçotunun yarımfabrikatlı və yaxud yarımfabrikatsız va-
riantlarının tətbiqi metodlarından asılı olan məhsulun məcmu
tərkibi üzrə məsrəflərin sistemləşdirilməsi qaydası təyin edilir.
Kalkulyasiya hesablamaları zamanı məsrəflərin vaxta görə ay-
rılması zəruriliyi xərclərin əmək vəsaitlərinin və istehsal alətlə-
rinin dəyərinin ödənilməsi, ehtiyatların silinməsi və yaxud bö-
lüşdürüldüyü zaman meydana çıxır. Bu xərclər hesabat ayı ər-
zində məsrəflərin miqdar amilindən deyil, onların dəyər ifadə-
sində ödənilmə vaxtından asılıdır. Əksər hallarda bu məsrəflə-
rin əmələgəlməsi (formalaşması) vaxtı hesabat dövrünün uzun-
luğu ilə üst-üstə düşmür və onlar bərabər qaydada (məsələn,
amortizasiya, icarə haqqı, təmir xərcləri) ya da ay ərzində bura-
xılan məhsulun miqdarına mütənasib olaraq bölüşdürülür (is-
tehsalın mənimsənilməsi xərcləri, məzuniyyət ödənişləri üzrə
ehtiyatlar, sosial ehtiyaclara ayrılmalar və s.).
Xərclərin hesabat dövrləri üzrə, eyni zamanda hesabat
dövrü daxilində ayrı-ayrı məhsul növləri arasında bölüşdürül-
məsi məsrəflərin iqtisadi məzmunu, onların formalaşması
(əmələgəlmə) və qruplaşdırılması qanunauyğunluqları ilə şərt-
lənir. Buna görə də məsrəflərin müxtəlif məqsədlərlə təsnifatı
8
kalkulyasiyalaşdırma prosesi ilə eyni zamanda həyata keçirilir.
Lakin nə qədər ki, xərclərin kalkulyasiya obyektlərinə aid edil-
məsi, xərclərin bölüşdürülməsi şərti xarakter daşıyır, yalnız
kalkulyasiyanın mütləq dəqiqliyinə səy (cəhd) göstərmək la-
zımdır ki, buna da təcrübi olaraq nail olmaq mümkün deyil.
Məhsul, iş və xidmətin faktiki maya dəyərinin kalkulya-
siyası zamanı yüksək dəqiqlik prinsipinə nail olunması əsasən
istehsal məsrəflərinin uçotunun təşkili və metodologiyasından,
onun dəqiqliyindən və kalkulyasiyanın ümumi prinsiplərinə uy-
ğunluğundan asılıdır. İstehsalat uçotu və kalkulyasiya göstəri-
cilərin vahidliyi onların məqsəd nöqteyi-nəzərdən bir-biri ilə
üzvi surətdə bağlılığına əsaslanır. Bir sözlə istehsalat uçotu və
kalkulyasiya özlüyündə xərc maddələrinin vahid nomenklatu-
rasından, onların qiymətləndirilmə sistemindən istifadə edərək
eyni vaxt dövrü üçün faktiki maya dəyərinin formalaşmasının
vahid prosesini əks etdirir.
Dostları ilə paylaş: |