1.4. Məsrəflərin uçotu ilə kalkulyasiyalaşdırmanın qarşılıqlı əlaqəsi Mühasibat uçotunun məlumatlarına əsasən məhsulun fak-
tiki maya dəyərinin kalkulyasiyasına tələblər istehsal məsrəflə-
rinin uçotu ilə kalkulyasiyanın sıx əlaqədə olmasını qabaqca-
dan müəyyən edir. Bununla əlaqədar olaraq mərhələlərin ardı-
cıllığı meydana gəlir, yəni maya dəyərinin kalkulyasiyası isteh-
salat məsrəflərinin uçotu başa çatdıqdan sonra başlayır.
İstehsal məsrəflərinin uçotu ilə məhsulun maya dəyərinin kal-
kulyasiyası arasındakı əlaqə və mərhələlərin ardıcıllığı 1 N-li
sxemdə verilmişdir. Sxemdə yerinə yetirilən uçot işlərinin ardı-
cıllığı və məsrəflərin uçot və məhsulun maya dəyəri kalkulya-
siyası prosesinin mühüm mərhələləri göstərilmişdir. Bu mərhə-
lələrin sıx əlaqəli, onların qarşılıqlı asılılığını və bir-birinə olan
təsirini müəyyən edir. Bu asılılıq ona görə meydana gəlir ki,
istehsalın xarakterindən, müəssisənin təşkilati strukturundan və
buraxılan məhsulun nomenklaturasından asılı olaraq məsrəf-
lərin uçot obyektlərinin seçilməsi kalkulyasiya obyektlərinin və
kalkulyasiya vahidlərinin seçilməsi ilə qarşılıqlı əlaqədə həyata
keçirilir.
Sxemdə istehsal məsrəflərinin uçotu (mərhələ 1-13) və
məhsulun maya dəyəri kalkulyasiyası (mərhələ 14-17) veril-
mişdir, lakin, nəzərə almaq lazımdır ki, kalkulyasiyanın sada-
lanan mərhələləri əməliyyatların bütün məcmusunu tam əhatə
etmir. Əsas istehsal məhsullarının maya dəyərinin kalkulyasi-
yasına başlayanadək məsrəfləri bölüşdürmək üçün mütləq kö-
məkçi istehsalın məhsullarının maya dəyərini hesablamaq la-
zımdır (mərhələ 5). İstehsal şəraitindən asılı olaraq maya dəyə-
ri kalkulyasiyası məmulatlarının ardıcıllığı dəyişilə bilər. Bir
sıra bölmələrdə ola bilər ki, bölmələrin məhsulunun maya də-
yəri hesablanması (mərhələ 14) hər bir növ məmulat buraxılışı-
nın maya dəyərinin kalkulyasiyası (mərhələ 15), müəssisənin
əmtəəlik məhsulunun faktiki maya dəyəri hesablandıqdan sonra
aparılsın.