Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə42/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   38   39   40   41   42   43   44   45   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
46 
qibləsi eyni idi. Gözlərini səcdədən çəkmirdilər. Səhih hə-
dislərdən birində deyildiyi kimi, namazda xoruz kimi dən-
ləməyi, it kimi çömbəlməyi və tülkü kimi ətrafa boylan-
mağı rədd edərək (Əhməd və Əbu Yəla) bir olan Tanrıya 
sidq ilə ibadət edir, ruhlarının paklanmasını Onda tapırdı-
lar. Amma biri cibindəki möhürü yerə qoyaraq alnını ona 
vurduğu halda, digəri möhürsüz namaz qılırdı. Biri qolları 
bağlı, o biri isə qolları açıq və yanına salınmış vəziyyətdə 
qılırdı namazını. Səcdəyə də demək olar ki, eyni anda ge-
dirdilər. Hər ikisinin də niyyəti eyni – Tanrıya ibadət et-
mək idi. Tanrının yaratdığı bu füsunkar təbiətlə vəhdətdə 
olaraq özlərini daha yaxın hiss edirdilər Ona. Bu zaman 
sanki düşüncələri belə Tanrının qarşısında səcdəyə əyil-
miş, Onun rəhmli hüzurunda rəhm diləyirdi. Sanki Tanrı 
ilə üz-üzə durmuşdular, alınlarının dəydiyi torpaq fərqli ol-
sa da, qolları fərqli formada bükülsə də, hər ikisi bir Tanrı-
ya, bir haqqa tapınmışdılar». 
Dədə Əfəndinin qiblə və Quran haqqında fikirləri də 
dini dekonstruksiya üslubudur. Dədə Əfəndinin Məhəm-
məd peyğəmbərin Kəbəni niyə seçməsinin məqamlarını 
özünəməxsus şəkildə açmağa cəhd göstərir: «Heç bilirsən-
mi bu gün qiblə dediyin məfhum niyə yaranıb? Yox, bil-
mirsən, oğul, hardan biləsən? Bir də sual versəm, deyəcək-
sən ki, bəs Kəbəyə görə. Yox, oğul, yox. Dahi Məhəmməd 
hansısa bir tikiliyə görə bütün insanları ora sitayiş etdir-
məzdi. O, insanları Gök Tanrıya, (Bağa, Boqa) Onun gü-
nəşinə tərəf sitayişə çağırırdı». Romanda Dədə Əfəndinin 
Quranla bağlı fikirləri mübahisə doğurur: «Quranın özün-
də belə yazılıb ki, bəzi ayələri sonradan qüvvədən saldıq. 
Görürsən, nə qədər gülünc görünür? Necə olur ki, bu dün-
yanı Yaradan və insanların taleyini yazan bir qanun göndə-



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin