Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc


Ekologiya hüququnun anlayı



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə12/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   8   9   10   11   12   13   14   15   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

Ekologiya hüququnun anlayışı və predmeti 
Ümumi hüququn müstəqil sahəsi kimi ekologiya hüququ cəmiyyətin və təbiətin 
qarşılıqh təsiri sahəsindəki münasibətləri tənzimləyir. Həmin qarşılıqlı təsir özünü, 
bir tərəfdən, təbii mühitin ayrı-ayrı komponentlərinin insan tərəfındən səmərəli 


istifadəsi, digər tərəfdən isə komponcntlərin insan fəaliyyətinin zərərli təsirindən 
mühafizə kimi büruzə verir. Odur ki, ekologiya hüququnun predmeti ətraf təbii 
mühitin ayrı-ayrı komponentlərinin səmərəli istifadəsi və mühafızəsi zamanı 
ni-zamlanan münasibətlərdir. 
Hüququn ən yeni sahələrindən biri kimi ekologiya hüququ XX əsrin ikinci 
yarısında təbii ehtiyatların istifadəsi və mü-hafizəsinin nizamlanması kimi həyata 
keçirilməsindən irəli gəlmişdir. Belə ki, təbii ehtiyatların əsas hissələri dövlətə 
məxsus olmaqla, digər subyektlərə istifadoyə verilir. Təbiətdən istifadə hüququ - 
ekologiya hüququ institutunun tərkibi kimi özündə təbii ehtiyatların istifadəsinin 
qaydaları və şərtlərini, təbiətdən istifadəçilərin hüquq və öhdəliklərini tənzimləyən 
normativlərin sistemini əks etdirir. 
Təbiətdən istifadə hüququ - təbii obyektlərin istifadə üçün ahnması ilə əlaqədar 
subyektlər tərəfındən konkret hü-quq və öhdəliklərin əldə edilməsinin məcmusudur. 
Ekologiya hüququ dedikdə, ekoloji-hüquqi ideyalara əsaslanan, təbii ehtiyatlar 
üzərində mülkiyyət hüququ, təsərrüfat və digər fəaliyyətin gedişində təbii 
ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin zərərli fıziki, kimyəvi və bioloji 
təsirlərdən mühafizəsi ilə əlaqədar hüquqların, fıziki vo hüquqi şəxslərin qanuni 
maraqlannın müdafıəsinə dair konkret ekoloji-ictimai münasibətləri tənzimləyən 
normaların məcmusu başa düşülür. 
Hər bir ölkənin hüquq sistemində müstəqil ekoloji hüquq sahəsinin yaranması və 
təkmilləşdirilməsi üçün aşağıdakı şərtlərin olması vacibdir: 
1)
həmin sahənin yaradılmasına dövlət marağının düzgün dərk 
edilməsi;müstəqil tənzimləmənin predmetini təşkil edən ictimai münasibətlərin 
spesifık xüsusiyyətlərinin dəqiq ifadə olunması;hüquqi tənzimləmənin xüsusi elmi 
metodlann yaranması və onlardan səmərəli istifadə olunması;hüququn xüsusi 
mənbələrinin mövcudluğu və ya həmin mənbələrə ehtiyacın olması. 
Müxtəlif ədəbiyyat mənbələrində qeyd olunan şərtlərin öz müstəqilliyini yenicə 
qazanmış respublikamızda da mövcud olması, onun hüquq sistemində yeni bir hüquq 
sahəsinin əmələ gəlməsinə səbəb olmuşdur. 
Müstəqil hüquq sahəsi olaraq, ekologiya hüququ - insanların maraqları naminə 
cəmiyyətlə təbiət arasında harmonik münasibətlərə nail olmaq məqsədi ilə ekoloji 
münasibətləri spesifik üsullarla tənzimləyən hüquq normalan sistemindən ibarətdir. 
Hüquqi tənzimləmənin predmetinin dəqiq müəyyən edilməsi hüquq normalarını 
düzgün tətbiq etmək üçün məcburi şərtdir. Belə ki, yalnız müəyyən əlamətlərə malik 
ictimai münasibətlər hüquqi tənzimləmənin predmeti ola bilər. 
Ə

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin