10.Müəllimim peşə kompetensiyaları. Müasir dövrdə müəllimin pedaqoji səriştələrinə - kompetensiyalarına daha çox diqqət yetirilir və bunlar aşağıdakı kimi təsnif edilir:
Təşkilatçılıq, idarəetmə kompetensiyaları:
planlaşdırma və təqvim-tematik planın hazırlanması;
tolerantlıq, başqalarının fikir və düşüncələrinə hörmətlə yanaşmaq;
gözlənilməz və qeyri-standart situasiyalarda çevik və düzgün qərar qəbul edə bilmək.
Ünsiyyət və əməkdaşlıqla bağlı kompetensiyalar:
ünsiyyət və dialoq mədəniyyətinə malik olmaq;
şagirdlər, onların valideynləri, müəllim həmkarları və məktəb rəhbərliyi ilə düzgün qarşılıqlı münasibətlər qurmağı bacarmaq;
empatiya bacarıqlarına sahib olmaq;
pedaqoji peşəni və tədris etdiyi fənni uşaqlara sevdirmək və s.
Bütün bu kompetensiyalara yiyələnən müəllim həm əxlaqi siması, həm şəxsi mədəniyyəti, həm də sənətinə və uşaqlara məhəbbəti ilə öz peşəsinin nüfuzunu yüksəldir, müəllim adının şərəfini, müqəddəsliyini qoruyur, humanizm, ədalətlilik, dürüstlük, tələbkarlıq, təmkinlilik onun pedaqoji mədəniyyətinin ayrılmaz komponentinə çevrilir. . .