Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Diferensiallaşmanın kurikulumda nəzərə alınmasının səbəbini izah edin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə17/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   13   14   15   16   17   18   19   20   ...   69
Pedaqogika imtahan cavabları

18.Diferensiallaşmanın kurikulumda nəzərə alınmasının səbəbini izah edin 
Diferensiallaşdırılmış dərs modelinin hazırkı kurikulumu əhatə etməsi üçün 
aşağıda göstərilən əsas elementlər nəzərə alınmalıdır:
-Təlim mühiti və şərait: öyrənmə prosesinin baş verdiyi məkanda dəyişikliklər
dəyişikliklərə meyilli sinif mühiti;
-Məzmun: yüksək səviyyəli mürəkkəblik; 
-Proses: yüksək səviyyəli bacarıqların inkişaf etdirilməsi, müstəqillik və yaradıcı 
təfəkkürün inkişafı; 
-Məhsul: real problemlərin həllinə həvəsləndirmək, real faktlardan istifadə. 
Diferensial təlimin təşkili şagirdləri tanımaq, onların öyrənmə üsullarını, fərdi 
xüsusiyyətlərini dərindən bilmək müəllim fəaliyyətində xüsusi əhəmiyyət kəsb 
edir. Sinifdə təmsil olunan hər bir şagird artıq dərsin planlaşma mərhələsində 
nəzərə alınmalıdır. 
Diferensiallaşma-təlim modelidir və bu model müəllimdən şagirdlərini tanımağı 
tələb edir. Bu, müəllimə şagirdlərin tapşırığı yerinə yetirmək üçün daxili 


imkanlarından nə dərəcə istifadə etmələrini yoxlamağa imkan verir. Öyrənənləri 
həvəsləndirmək və dəstəkləmək müəllimin vəzifəsidir. Ancaq bütün şagirdlərin 
hər zaman eyni və uğurlu nəticələr əldə etməsi mümkün deyil. 
19.Dərsə hazırlığın görünən və görünməyən tərəflərini müəyyənləşdirin. 
İlk baxışdan müəllimlik peşəsi nisbətən sadə proses kimi görünə bilər: müəllim 
sinfin qarşısında mövzunu izah edir, şagirdlər isə tapşırıqları yerinə yetirir. Reallıq 
isə bir qədər fərqlidir. Sinifdə müəllimin dərs keçməsi bu peşənin görünən 
tərəfidir. Görünməyən tərəfində isə tədris və təlimə dair peşə bilikləri və 
səmərəli müəllim fəaliyyətini dəstəkləyən gündəlik fəaliyyət, bacarıq və 
strategiyalara dair peşəkar mülahizələr aiddir. Müasir müəllim dərsə 
hazırlaşarkən bu elementləri nəzərə almalı və sinifdə şagirdlərin davamlı 
inkişafını əvvəlcədən planlaşdırmalıdır, yəni hər dərs ardıcıl öyrənmə siklinin bir 
hissəsi kimi planlaşdırılmalıdır. Sinifdə müəllim fəaliyyətinə təsir edən nədir? Bu 
suala cavab vermək üçün dərsi bir aysberqə bənzədək. Sinifdə müəllim fəaliyyəti 
aysberqin görünən tərəfi-zirvəsidir və bu prosesin 20-30%-ni təşkil edir. Zirvəyə 
dəstək olan, lakin görünməyən tərəf onun özülündədir. Prosesin 70-80%-ni təşkil 
edir və müəllimin peşəkarlığı, kompetensiyası, təcrübəsi, bacarıqlarından asılıdır. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin