Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi


Azərbaycanda ali təhsilin tarixi



Yüklə 280,35 Kb.
səhifə7/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   90
lazım olsa əlavə mənbə

Azərbaycanda ali təhsilin tarixi çox qədim olub, X əsrə təsadüf edir. Bu dövr- də islam dininin təsiri ilə iki pilləli – orta və ali təhsil verən mədrəsələr yaranmağa başlayır. İlk mədrəsələr Təbrizdə, Bağdadda, Dəməşqdə yaranmışdır (Beyhəqiyyə, Sədiyyə, Nizamiyyə mədrəsələri). Azərbaycan ərazisində ilk mədrəsələr Marağada, Naxçıvanda, Şamaxı və Gəncə şəhərlərində fəaliyyət göstərmişdir. XII əsrdə mədrəsə təhsili almış bir çox mütəfəkkirlər yetişmişdir (Əbül Üla Gəncəvi, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Fələki Şirvani, Xaqani Şirvani, Xətib Təbrizi və b.). Onların bir çoxu mədrəsə və akademiyalarda müəllimlik etmişlər.
XVII əsrdə mədrəsələrin şəbəkəsi xeyli genişlənir. Səfəvilər sülaləsi şiəliyi yaymaq üçün iri mədrəsələr açırdı. Təbrizdə 47, Şamaxıda 7 belə mədrəsə olmuşdur.
XIX əsrin əvvəllərində (1813-1828) Şimali Azərbaycan Rusiyanın tərkibinə daxil edildikdən sonra ənənəvi məktəb və mədrəsələrlə yanaşı, yeni tip məktəblər – qəza məktəbləri, müsəlman məktəbləri, rus-tatar (müsəlman – İ.M.) məktəbləri də fəaliyyət göstərirdi. Məktəblər üçün müəllim kadrları hazırlığına başlandı. 1876-cı ildə Gürcüstanın Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminariyası təsis edildi. Bu işdə görkəmli maarifçi M.F.Axundzadənin böyük xidmətləri olmuşdur.
Üç ildən sonra – 1879-cu ildə Seminariya nəzdində Azərbaycan şöbəsi yaradıldı, 1918-ci ilin noyabrında Qazaxa köçürüldü və müstəqil Seminariya kimi (Qazax Müəllimlər Seminariyası) fəaliyyətə başladı. Seminariyanın məzunları içərisində C.Məmmədquluzadə, S.S.Axundov, N.Nərimanov, R.B.Əfəndiyev, F.B.Köçərli, Ü.Hacı- bəyli, M.Maqomayev və b. kimi tanınmış elm, ədəbiyyat, incəsənət, dövlət xadimləri, pedaqoqlar vardır.

Azərbaycanda təhsil, o cümlədən ali təhsilin inkişafında ADR-in (1918-1920) böyük xidmətləri olmuşdur. ADR milli kadrların hazırlanmasına xüsusi diqqət yetirmişdir: yüzlərlə gənc təhsil almaq üçün xarici ölkələrin tanınmış ali məktəblərinə göndərildi. 1919-cu il noyabrın 15-də Bakı Dövlət Universiteti iki fakültə ilə (tibb və tarix-filologiya) fəaliyyətə başladı.


1921-ci ildə Azərbaycan Politexnik İnstitutu, Azərbaycan Dövlət Pedaqoji İns- titutu, Qadın Məktəbəqədər Tərbiyə İnstitutu (sonralar Azərbaycan Dövlət Pedaqoji İnstitutuna birləşdirildi), Şərqdə ilk Konservatoriya, Ali Rəssamlıq Məktəbi açıldı.
1926-cı ildə Azərbaycanda 5 mindən çox tələbəsi olan 5 ali məktəb fəaliyyət göstərirdi. 1929-cu ildə Gəncədə Kənd Təsərrüfatı İnstitutu açıldı.
1928-ci ildən Azərbaycan üçün Rusiyanın ali məktəblərində də kadrlar hazır- lanmağa başlanmışdı.
30-cu illərdə respublikada ali məktəblərin şəbəkəsi bir qədər də genişlənir. Azərbaycan Dövlət Universiteti ləğv edilərək onun fakültələri bazasında 1930-cu ildə Tibb İnstitutu, Sovet Quruculuğu və Hüquq İnstitutu açıldı.1
1934-cü ildə Azərbaycan Dövlət Universiteti bərpa olundu. 1935-ci ildə ADPİ yanında Müəllimlər İnstitutu açıldı.
1941 – 1945-ci illər müharibəsindən sonrakı dövrdə yeni ali məktəblər yaradıldı: 1945-ci ildə Bakıda Teatr İnstitutu, 1948-ci ildə Pedaqoji Xarici Dillər İnstitutu, 1950-ci ildə Politexnik İnstitutu, 1952-ci ildə Rus Dili və Ədəbiyyatı İnstitutu, 1981- ci ildə Gəncə Texnologiya İnstitutu təsis olundu.
1991-ci ildə Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli təhsil konsepsiyası hazırlandı, Təhsil Qanunu qəbul edildi. 1992/93-cü dərs ilində ali və orta ixtisas məktəblərinə qəbul test üsulu ilə həyata keçirildi.
XXI yüzilliyin başlanğıcında təhsil sistemində, o cümlədən ali təhsildə islahat- lara başlandı. Dövlət təhsil müəssisələri ilə yanaşı qeyri-dövlət (özəl) ali məktəblər də yaradıldı. 2000-ci ilin əvvəlində Azərbaycanda 18 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərirdi.


1 İsmayılova E., Həsənov C., Qaffarov T. Azərbaycan tarixi. B., “Öyrətmən”, 1995, s. 168.


Müstəqilliyin ilk illərində keçid dövrü ilə əlaqədar ali təhsil müəssisələrində müəyyən çətinliklər olsa da, sonrakı illərdə respublikanın iqtisadi inkişafı ilə bağlı vəziyyət yaxşılaşdı: ali məktəblərin maddi bazası möhkəmləndi, tədris binalarında təmir-tikinti, abadlıq işləri aparıldı, yeni tədris korpusları inşa edildi, tədrisin key- fiyyətinin yüksəldilməsi, müəllimlərin maddi durumunun yaxşılaşdırılması üçün tədbirlər həyata keçirildi. Ali məktəblərin bir çoxu yüksək göstəricilər əldə etdi.





    1. Yüklə 280,35 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin