Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi


Ali məktəb pedaqogikasının tədqiqat metodları



Yüklə 280,35 Kb.
səhifə5/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   90
lazım olsa əlavə mənbə

Ali məktəb pedaqogikasının tədqiqat metodları


Bütün elmlər, o cümlədən pedaqogika, elmi tədqiqatların köməyi ilə inkişaf edib, yeni-yeni müddəalarla zənginləşir. Pedaqoji tədqiqatlar tədqiqat metodlarının köməyi ilə aparılır. Tədqiqat metodları dedikdə, nəzəri və ya eksperimental tədqiqatların təşkili yolları başa düşülür.
Pedaqoji tədqiqatlarda müxtəlif metodlardan istifadə olunur. Həll edilən prob- lemin xarakteri və miqyasından asılı olaraq ən ümumi, ümumelmi və xüsusi metodlar fərqləndirilir. Ən ümumi metod kimi dialektik metoddan istifadə olunur.
Pedaqoji tədqiqatlarda istifadə olunan ümumelmi metodlara: empirik idrak me- todları, nəzəri idrak metodları, idrakın ümumi məntiqi metod və priyomları (A.F.Hə- ziyev) daxildir. Ümumelmi metodlar müxtəlif elmlərin tədqiqat obyektlərinə və təd-

qiqatın xarakterinə uyğun şəkildə dəyişikliyə uğrayaraq konkret elmi metodlar formasında tətbiq olunur.


Pedaqoji tədqiqatda istifadə olunan konkret elmi metodları 4 qrupa bölmək olar:

  1. empirik tədqiqat metodları; b) nəzəri tədqiqat metodları; c) empirik-nəzəri tədqiqat metodları; ç) pedaqoji tədqiqatda riyazi – statistik, sosioloji metodlar.

Empirik tədqiqat metodları müəyyən faktlar toplamağa xidmət edir. Bu me- todlara daxildir: pedaqoji müşahidə, pedaqoji müsahibə, anket sorğusu, pedaqoji kon- silium, pedaqoji sənədlərin və fəaliyyət məhsullarının öyrənilməsi metodları.
Nəzəri tədqiqat metodları nəzəri mənbələrin öyrənilməsi, təhlili və nəticə çı- xarılması məqsədi güdür. Nəzəri tədqiqatlar praktik faktlar səviyyəsində yox, əsasən, pedaqoji anlayışlar səviyyəsində aparılır və pedaqogikanın köklü problemlərinə (mə- sələn, pedaqoji qanun və prinsiplərin tədqiqi, şəxsiyyətin formalaşması amillərinin öyrənilməsi və s.) həsr olunur.
Nəzəri tədqiqat metodlarına daxildir: təhlil və tərkib, induksiya və deduksiya, modelləşdirmə, müqayisəli-tarixi təhlil metodları.
Pedaqoji tədqiqatda bəzən empirik-nəzəri metodlar əlaqəli şəkildə tətbiq olu- nur. Belə metodlara eksperiment, təcrübi-eksperimental iş, sınaq metodları daxildir.
Pedaqoji eksperiment müəyyən pedaqoji fərziyyəni yoxlamaq metodudur. Məqsədinə görə pedaqoji eksperimentin bir neçə növü ayırd edilir: müəyyənedici, öyrədici və yoxlayıcı eksperiment. Təşkili formasına görə eksperiment üç cür olur: təbii (adi, təbii şəraitdə keçirilir), laborator (laboratoriya şəraitində keçirilir) və kompleks eksperiment (həm təbii, həm də laborator şəraitdə keçirilir).
Eksperimentin səmərəli nəticə verməsi üçün onu başqa metodlarla (müşahidə, müsahibə, anket sorğusu və s.) əlaqələndirmək mühüm şərtdir.
Pedaqoji tədqiqatlarda eksperiment metodu ilə yanaşı, təcrübi-eksperimental iş, sınaq metodları da tətbiq olunur. Bu zaman müəyyən proqram (plan) üzrə təcrübə işləri aparılır, onların səmərəliliyi öyrənilir.
Pedaqoji tədqiqatlarda yeri gəldikcə riyazi-statistik və sosioloji metodlara da müraciət olunur. Riyazi-statistik metodlar tədqiqatın nəticələrini kəmiyyət baxımın-

dan tədqiq etməyə imkan verir. Sosioloji metodlar isə pedaqogikanın sosial məsələlə- rinin (ailə və mühitin təlim-tərbiyə işinə təsiri, kollektiv və fərdin münasibətləri, pe- şəseçmə və s.) həllində geniş tətbiq olunur. Sosioloji metodlara kütləvi sorğular, in- tervyu, reytinq, ranqlaşdırma, sosiometrik metodlar (şkala, sosioqramma və s.) da- xildir.


Pedaqoji tədqiqat metodları tədqiqat prosesində kompleks şəkildə tətbiq olunur, alınan nəticələr tutuşdurulur. Tədqiqat metodlarının düzgün seçilməsi tədqiqatın me- todikası baxımından böyük əhəmiyyətə malikdir. Pedaqoji tədqiqatın metodikası tədqiqatın texnologiyasını, bütün mərhələlərini özündə əks etdirir. Tədqiqatın metodi- kasında, şərti olaraq, üç mərhələni fərqləndirmək olar:

  • Hazırlıq mərhələsində tədqiqatın nəzəri məsələləri araşdırılır: tədqiqatın ob- yekti, predmeti (nəyi öyrənmək?), məqsədi (nəyə nail olmaq?), vəzifələri (məqsədə çatmaq ümün hansı işləri görmək lazımdır?), tədqiqatın problemi (həlli tələb olunan məsələ) müəyyən edilir, fərziyyə (problemin həlli yolları) müəyyənləşdirilir.

  • İcra mərhələsində tədqiqat metodlarının köməyi ilə pedaqoji faktlar toplanıb tədqiq edilir və müvafiq nəticələr çıxarılır. Həmin nəticələr zəruri halda eksperiment və təcrübə ilə yoxlanılır.

  • Yekun mərhələsində tədqiqat materialları kəmiyyət və keyfiyyət baxımından təhlil olunur, fərziyyənin düzgün olub-olmaması aydınlaşdırılır. Tədqiqat materialları pedaqoji nəzəriyyə əsasında şərh edilir, yeni qanunauyğunluqlar müəyyən olunur.




Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin