Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi



Yüklə 280,35 Kb.
səhifə3/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   90
lazım olsa əlavə mənbə

Şəxsiyyətin inkişafı müxtəlif amillərin – daxili və xarici, təbii (irsi), sosial və psixoloji amillərin təsiri ilə insanın şəxsiyyət kimi bir keyfiyyət halından digərinə keçməsi prosesidir. Şəxsiyyətin formalaşması onun inkişafının bir növü olub, əsa- sən, xarici təsirlərin (mühitin, təlim və tərbiyənin) nəticəsində şəxsiyyətin bütövlük- də, yaxud onun hər hansı bir keyfiyyətinin müəyyən səviyyəyə çatması, tamamlan- ması prosesidir. Şəxsiyyətin formalaşması məqsədyönlü və kortəbii ola bilər. Ahəng- dar şəxsiyyətin formalaşması, hər şeydən əvvəl, məqsədyönlü prosesdir.
Ali məktəb pedaqogikasında nəzərdən keçirilən əsas anlayış və kateqoriyalarla yanaşı, digər kateqoriyalardan da istifadə edilir (təlim və tərbiyənin məqsədi, qanun və prinsipləri, məzmunu, vasitə, metod və formaları və s.). Bütün bunlar bir-birilə qarşılıqlı əlaqədə olub, birlikdə vahid və bütöv pedaqoji prosesi təşkil edir və ümumi məqsədə - şəxsiyyətin ahəngdar inkişafına xidmət göstərir.


    1. Ali məktəb pedaqogikasının metodoloji əsasları, digər elmlərlə əlaqəsi


Pedaqogika, o cümlədən ali məktəb pedaqogikası tədqiqat işində müəyyən me- todoloji ideya və baxışlara, nəzəriyyələrə istinad edir. Pedaqogikanın metodoloji əsası dedikdə, elmin nüvəsini təşkil edən və onun inkişafına güclü təsir göstərən mühüm fəlsəfi müddəalar, ideya və prinsiplər sistemi başa düşülür. Metodoloji müddəa və prinsiplər alimin tədqiqat mövqeyini, tədqiqatın istiqamətini müəyyən edir, onun səmərə və keyfiyyətini yüksəltməyə imkan verir.
Ali məktəb pedaqogikasının metodoloji müddəaları arasında pedaqoji məsələ- lərin öyrənilməsinə dialektik yanaşma prinsipi, idrak nəzəriyyəsi (qnoseologiya) ümumi, fundamental səciyyə daşıyır, pedaqoji tədqiqatların strategiyasını müəyyən- ləşdirməyə kömək göstərir. Dialektik yanaşma prinsipi pedaqoji fakt, hadisə və prosesləri hərtərəfli öyrənməyi, dəyişmə və inkişaf halında götürməyi, onlar arasında qarşılıqlı əlaqələri və daxili ziddiyyətləri aşkara çıxarmağı, inkişafın hərəkətverici qüvvələrini müəyyənləşdirməyi nəzərdə tutur.

Pedaqoji tədqiqatda ümumi metodoloji prinsiplə yanaşı, xüsusi metodoloji prin- siplərə də istinad edilir: sistemli-struktur yanaşma prinsipi, fəaliyyət prinsipi, şəxsiy- yət baxımından yanaşma prinsipi.



Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin