Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi


Sistemli-struktur yanaşma prinsipi



Yüklə 280,35 Kb.
səhifə4/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   90
lazım olsa əlavə mənbə

Sistemli-struktur yanaşma prinsipi pedaqoji məsələlərin həllinin bütün müm- kün vasitə, metod, forma və amillərini qarşılıqlı vəhdətdə, bir tam halında nəzərdə ke- çirməyi tələb edir.
Pedaqoji tədqiqatlarda fəaliyyət prinsipi fəaliyyətin bütövlükdə öyrənilməsini, onun ayrı-ayrı ünsürlərinin (fəaliyyətin məqsədi, motivi, icrası, tənzimlənməsi, nəzarət və nəticələrin təhlili) vəhdətdə götürülməsini nəzərdə tutur.
Pedaqoji tədqiqatlarda şəxsiyyət baxımından yanaşma prinsipi şəxsiyyətin pe- daqoji prosesdə obyekt və subyekt kimi götürülməsini, onun ahəngdar inkişafını, kollektiv və şəxsiyyətin qarşılıqlı əlaqəsini, təlim-tərbiyə işində şəxsiyyətin tələbat, maraq və daxili fəallığından, şəxsi mövqeyindən çıxış etməyi nəzərdə tutur.
Pedaqogikanın metodologiyası onun digər elmlərə əlaqəsində də özünü gös- tərir. Ali məktəb pedaqogikası bir çox elmlərə sıx bağlıdır: fəlsəfə, etika, estetika, psixologiya, anatomiya və fiziologiya, genetika, kibernetika, iqtisadi nəzəriyyə və s.
Fəlsəfə başqa elm sahələrində olduğu kimi, ali məktəb pedaqogikasının da nə- zəri-metodoloji əsasını təşkil edir. Fəlsəfə pedaqogikanı metodoloji ideya və baxışlarla, mənəvi-estetik dəyərlərlə, pedaqoji anlayış və kateqoriyaların, qanun, prinsip və metodların fəlsəfi duyumu ilə zənginləşdirir.
Ali məktəb pedaqogikası psixologiya elmi ilə daha çox bağlıdır. Tələbə gənc- lərin psixi proseslərini, şəxsiyyət kimi inkişaf qanunlarını nəzərə almaqla pedaqogika təlim-tərbiyə işini, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məsələlərini daha uğurla həll etmək imkanı qazanır.
Ali məktəb pedaqogikası psixologiyanın müxtəlif sahələri və digər elmlərlə əlaqəlidir. Çünki tələbə gənc bir çox elm sahələrinin obyekti kimi çıxış edir. Ali məktəb pedaqogikası:

  • Pedaqoji psixologiya ilə (pedaqoji təsirlərlə tələbə psixikasında baş verən dəyişiklikləri, bilik, bacarıq və vərdişlərin mənimsənilməsinin, insan münasibətləri və

davranış motivlərinin formalaşmasının qanunauyğunluqlarını və psixoloji mexanizm- lərini öyrənir);



  • Yaş psixologiyası ilə (yaşla bağlı psixi dəyişmələri öyrənir);

  • Sosial psixologiya ilə (tələbələrin bir-birilə və müəllimlərlə qarşılıqlı müna- sibətlərini, kollektiv münasibətləri öyrənir);

  • Sosiologiya ilə (sosial münasibətləri, tələbələrin sosial tərkibi, müəllimlərin sosial statusu və rolu, peşələrə bələdləşmə və s. məsələləri öyrənir);

  • Kibernetika ilə (mürəkkəb dinamik sistemlərdə idarəetmə prosesini, informa- siyaların ötürülməsi və mənimsənilməsi mexanizmlərini öyrənir);

Ali məktəb pedaqogikası birbaşa və dolayısı ilə, demək olar ki, bütün elm sahə- ləri ilə əlaqədardır. Ayrı-ayrı elmlərlə bağlı olan fənlər (dil, ədəbiyyat, tarix, fizika, ri- yaziyyat, kimya, biologiya, coğrafiya və b.) və onların tədrisi məsələləri pedaqo- gikanın bir qolu olan metodikanın tədqiqat mövzusunu təşkil edir.
Pedaqogikanın başqa elm sahələri ilə əlaqəsi qarşılıqlı səciyyə daşıyır və yeni elm sahələrinin yaranması üçün əsas verir. Məsələn, belə əlaqə sayəsində təhsil və tərbiyə fəlsəfəsi, pedaqoji psixologiya, psixopedaqogika, təhsil iqtisadiyyatı, təhsil menecmenti və s. elm sahələri yaranmışdır.



    1. Yüklə 280,35 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin