Sənədlər tamamilə tərtib olunmuş şəkildə poçt göndərişi kateqoriyası haqqında qeydlə (adi göndərişlərdən başqa) göndərilmək üçün verilir. Mühümzərurətolmadansənədlər sifarişliməktubla göndərilmir. Kargüzarlıqxidmətitərəfindən sənədlərin ünvanının düzgünlüyü, əsas sənəddə göstərilən qoşmaların mövcudluğu yoxlanılır və müvafiq çatışmazlıqlar aşkar edildikdə, sənədlər icraçılara qaytarılır.
Daimi ünvan sahiblərinə göndərilən sənədlər üçün üzərində mətbəə üsulu və ya operativ çoxaltma vasitələri ilə çap edilmiş ünvanlar olan zərflərdən istifadə olunur.
Göndərilmək üçün verilən sənədlər eləhəmingün işlənib göndərilməlidir.
Daxilisənədlər təşkilat daxilində hazırlanır, tərtib və icra edilir. Daxili
sənədlərin hərəkəti onların hazırlanması və tərtibi mərhələlərində göndərilən sənədlərin, icra mərhələsində isə daxil olan sənədlərin dövr etməsinin ümumi qaydasına uyğun surətdə təşkil olunur.
Sərəncam mahiyyətli sənədlərin layihələri müvafiq qaydada razılaşdırıldıqdan sonra baxılmaqvəyaimzalanmaqüçüntəşkilatınrəhbərliyinə verilir. İmzalandıqdan sonra həmin sənədlər qeydə alınır, əlavə olunmuş göndəriş siyahısına uyğun sayda çoxaldılır və icra üçün verilir (göndərilir).
Təşkilatın və ya struktur bölmələrinin rəhbərliyinə ünvanlanan məlumat vərəqələrinə, arayışlara, məlumatlara və başqa daxili sənədlərə onlarınünvanlandığı vəzifəli şəxs tərəfindən baxılır, bundan sonra həmin sənədlər icra edilmək (işlənilmək) üçün ümumi qaydada müvafiq struktur bölmələrinə verilir, yaxud işə alınır.
Təşkilatdaxilindəsənədlərinçatdırılmasınıstrukturbölməsininkargüzarlıq üçün məsul olan əməkdaşları həyata keçirir. Göndərilən sənədləri isətəyinatüzrəkuryerlər çatdırırlar.
Teleqramlar vətəcili sənədlərdərhal, qalansənədlər isə gündəazıikidəfə
çatdırılır.
Daxil olan və göndərilən sənədlər, o cümlədən nəzarətdə olan və digər ənmühüm sənədlər hərəkətin bütün mərhələlərində, müvafiq kitabda müəyyən qeyd aparılmaqla qəbul edilir və təhvil verilir (10 və 11 nömrəli əlavələr).