Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 1.96 Mb.
səhifə15/32
tarix25.11.2016
ölçüsü1.96 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

Fəsil 9: PSVNP-da dərman vasitələrinin idarə edilməsi


Bu fəaliyyət ƏN TBİ-nin Tibbi təchizat şöbəsi tərəfindən həyata keçirilir. PSNVP-nin uğurlu aparılmasında əsas məqamlardan biri də vərəmin müalicəsində və YT-nin idarəolunmasında istifadə edilən dərman vasitələri ilə fasiləsiz təchizatın, qeydiyyat və bölüşdürmənin təmin edilməsidir. Aşağıdakı sxemdə VƏD-lə təchizatın düzgün təşkili tsikli göstərilmişdir:
Istifadəçilər və istehlakçılar üçün məlumat
Tələb olunan dərmanların hesablanması
Sifariş

Satınalma

Bufer ehtiyatının idarəedilməsi
Saxlanma

Bölüşdürülmə

Qablaşdırılma

Çatdırılma

Keyfiyyətə nəzarət

Keyfiyyətə nəzarət


Keyfiyyətə nəzarət

Keyfiyyətə nəzarət

Dərmanların seçilməsi aşağıdakı tələblərə cavab verməlidir:


  • Dərmanların keyfiyyətinə nəzarət beynəlxalq tanınmış sertifikatlarla təsdiq edilməlidir;

  • Vərəmli xəstələrin tam müalicə kursunu təmin edən dərmanlarla təchizatın sistemi tətbiq edilməlidir;

  • Mövcud ehtiyatlar optimal istifadə olunmalıdır: qiymət və keyfiyyət nisbəti gözlənilməlidir.

1-ci sıra VƏD-lərin satınalınması dövlət vəsaiti hesabına açıq və beynəlxalq standartlara cavab verən tender vasitəsi ilə həyata keçirilir. Hazırki dövrdə 2-ci sıra VƏD-lərin satınalınması Qlobal Fondun həyata keçirilən qrantları çərçivəsində aparılır.

Kombinə olunmuş çox-tərkibli (dörd- və iki-tərkibli) 1-ci sıra VƏD-lər vərəmin müalicəsinin effektivliyini artırmaqla yanaşı, YT-lərin idarəolunması üçün bir-tərkibli preparatlar əhəmiyyətli rol oynayır.

Istifadə edilən dərmanların keyfiyyətinə nəzarət məqsədilə İMM-də istifadə olunan 1-ci və 2-ci sıra VƏD-lərin nümunələri təsadüfi seçmə yolu ilə SN-nin Dərman Vasitələrin Analitik Ekspertiza Mərkəzinin laboratoriyasında dövri olaraq yoxlanılır. Qeyd edilən yoxlama qaydaları üçün bax: Əlavə 16.


İMM-nin apteki


Vərəmin müalicəsində istifadə edilən bütün VƏD və digər dərmanlarla bağlı tələbnamələrin hazırlanması və tərtibatı, dərmanların sifarişi, qəbulu, saxlanması və bölüşdürülməsi üçün bütün prosedurlara İMM-nin aptekinin rəisi cavabdehdir. Dərmanların bütün hərəkətlərinin ciddi qeydiyyatı aparılır. Şöbələr tərəfindən qəbul edilmiş və istifadə edilməmiş dərmanlar növbəti gündən gec olmadan aptek anbarına geri qaytarılır.

Dərmanların saxlanmasına nəzarət hesabına aşağıdakılar təmin edilir:



  • Dərmanların təmiz yerdə və düzgün şəraitdə saxlanması;

  • Dərmanların mövcud ehtiyatının tez yoxlanılması imkanı;

  • Dərmanların saxlanması və şöbələrə buraxılması jurnallarının mövcudluğu;

  • Şöbələrdə dərman ehtiyatı saxlanmasının olmaması;

  • Məsul şəxslərdən başqa kənar şəxslərin dərman anbarına girişinə məhdudiyyət;

  • Anbarın temperatur və rütubət rejiminin gündəlik olaraq ölçülməsi və müvafiq qeydiyyatın aparılması.

Dərmanların sifarişi


İMM-nin hər şöbəsi növbəti gün üçün zəruri olan dərmanların əvvəlcədən sifarişini edir. Sifariş tərtib edilərkən aşağıdakılar nəzərə alınır:

  • Sifariş günü söbədə olan xəstələrin sayı;

  • Təyinatlara müvafiq olaraq hər xəstənin müalicə rejimi;

  • Istifadə edilməmiş dərmanların qalığı.

Hər gün dərmanlar paylandıqdan sonra tibb bacısı növbəti gün üçün sifariş tərtib edir və istifadə edilməmiş dərmanları aptekə geri qaytarır. Həmin gün aptek hər şöbə üçün sifarişləri icra edir və dərmanları müvafiq çantalara qablaşdırır. Növbəti gün səhər vaxtı tibb bacısı aptek tərəfindən hazırlanmış çantaları təfil götürür və öz şöbəsində xəstələrə dərmanarı paylaşdırır.

Istifadə olunan dərmanların əsaslandırılması


Hər ayın sonunda aptek rəisinin rəhbərliyi altında onun köməkçisi anbarda olan mövcud qalığı hesablayır və inventarizasiyasını edir. Dərmanların istifadəsi hesabat formalarında / aylıq hesabatlarda olan rəqəmlərlə müqayisə edilir və təkrar yoxlanılır.

PS-də VƏD-lərin arzuolunmaz dövriyyəsinə nəzarət


Vərəmli xəstələrin müalicəsi yalnız İMM-də həyata keçirilir. İT-lərin və CM-lərin tibb heyəti tərəfindən hər-hansı VƏD-in təyin edilməsi yolverilməzdir. Onlar müəssisəyə VƏD-lərin keçirilməsinin və istifadə edilməsinin yol verilməməsinə cavabdehlik daşıyırlar.

Aptek və dərmanların bölüşdürülməsinə nəzarətin aparılması üçün superviziyalar


Şöbənin baş tibb bacısı hər xəstəninn müalicə kartında qeyd edilən həkim təyinatlarını dərman sifarişləri ilə müqayisə edir. VƏD-lərin qeydiyyatına / uçotuna və sifarişin hazırlanmasına cəlb olunmuş heyət peşə hazırlığını artırmaq üçün müntəzəm olaraq təlimləndirilir.

Fəsil 10: Heyətin təlimləndirilməsi


ƏN TBİ-nin fəaliyyətinin prioritet istiqamətlərindən biri heyətin peşə biliklərinin və hazırlıqlarının inkişaf etdirilməsi və möhkəmləndirilməsidir. Bu məqsədlə 2012-ci ildə İMM-nin nəzdində Vərəm üzrə Təlim mərkəzi yaradılmışdır. Təlimlərin mövzularından, habelə tibbi və inzibati heyətin hazırlanmasından və təkmilləşdirilməsindən asılı olaraq kursların gedişatında İMM-nin müxtəlif müalicə şöbələri, laboratoriyası və digər bölmələri istifadə olunur. 2012-ci ildəki ÜST Qiymətləndirmə missiyası zamanı bu Təlim mərkəzinin ÜST-ün Əməkdaşlıq Mərkəzi kimi təkməlləşdirilməsi tövsiyəsi verilmişdir.

Təlimlərin planlaşdırılması


Təlimlərin planlaşması zamanı bir sıra məsələlər həll edilməlidir:

  • Təlimi necə təşkil etmək;

  • Təlim keçənlər kim olmalıdır (iş funksiyaları və xüsusiyyətlərinə görə hər dinləyici qrupu üçün);

  • Təlimdən neçə iştirakçı keçməlidir;

  • Təlimin gedişində hansı üsullar və materiallar istifadə edilməlidir;

  • Təlim harada və kim tərəfindən keçiriləcəkdir;

  • Təlimlərin qrafiki necə tərtib edilməlidir;

  • Təlimlərin effektivliyinin yoxlanılması və əldə edilmiş biliklərin keyfiyyətinin qiymətləndirilməsi necə aparılacaqdır.

Tibb işçilərinin peşə vərdişlərinin əldə edilməsi və lazımi səviyyədə saxlanılması üçün müxtəlif və müntəzəm tədris tədbirləri keçirilməlidir:

  • Yeni işə başlayanlar üçün və biliklərin təzələnməsi üçün kurslar;

  • Xüsusi mövzularda seminarlar;

  • Vərəm üzrə milli və beynəlxalq konfranslarda iştirak;

  • Müasir tibbi ədəbiyyata çıxış.

ƏN TBİ-nin əlaqələndirici qurumunun aparıcı mütəxəssisi təlimlərin illik planının hazırlanması üçün məsuldur, təlim materiallarının işlənməsini və adaptasiyasını təmin edir, digər proqramlarla və profil təşkilatları ilə fəaliyyəıtləri əlaqələndirir, habelə təlimlərin bütövlükdə qiymətləndirilməsini aparır. Bütün təlimlər icra edilən işlə bilavasitə bağlı olmalı və dinləyicilərin fəliyyət dairəsini əks etdirməlidir. Təlimlərin hazırlığı proyektorların, yazı taxtasının, dəftərxana və digər ləvazimatları daxil olmaqla bütün zəruri materialların hazırlanmasını ehtiva edir.
1   ...   11   12   13   14   15   16   17   18   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə