Məlumatların toplanması və hesabat: Metodologiya Məlumatların toplanması:
Məlumatların toplanması və təhlili DHV və DDV üçün ayrılıqda aparılır. M və Q sistemi çərçivəsində məlumatların toplanmasında standartlaşdırılmış formalardan istifadə olunur. Vərəm üzrə qeydiyyat və hesabat sistemi ÜST-ün son tövsiyələrinə əsaslanır:
Dərmanlara həssas vərəm
Dərmanların qəbulunun fərdi kartı (TB 01) - müalicə müəssisələrində hər bir xəstə üçün açılır və müalicə müddət ərzində orada saxlanılır. Kartda xəstənin şəxsiyyəti, bəlğəm müayinəsinin nəticələri xəstəliyin təyinatı və müalicə rejimi haqqında məlumat qeyd olunur. Xəstə başqa müalicə bölməsinə köçürüldükdə bütün müvafiq məlumat TB qeydiyyat kitabında qeyd olunduqdan sonra bu kart xəstə ilə birgə həmin bölməyə ötürülür.
Xəstələrin qeydiyyat kitabı (TB 03) - hər müalicə bölməsində saxlanılır. Burada müalicə proqramına qoşulmuş hər bir xəstə haqqında bütün məlumatlar, bəlğəm müayinəsinin nəticələri xəstəliyin təyinatı və müalicənin nəticələri haqqında məlumat qeyd olunur. Qeydiyyata düşmüş hər bir xəstə nömrələnir, daha sonra xəstənin nömrəsi TB müalicə kartında qeyd olunur.
Laborator qeydiyyat kitabı (TB 04) - Diaqnoz məqsədi ilə və müalicənin gedişində laboratoriya tərəfindən həyata keçirilən bəlğəm müayinəsinin nəticələri əks etdirir.
Rüb üzrə bəlğəm konversiyası (TB 06) – müalicə proqramına qoşulmuş bəlğəm yaxma müsbət xəstələrdə intensiv mərhələnin sonunda bəlğəmin konversiyasını əks etdirir.
Yeni və təkrar hallar haqqında rüblük hesabat (TB 07) - bura rüb ərzində aşkar olunmuş və eləcə də müalicəyə qoşulmuş yeni ağciyər bəlğəm yaxma müsbət halların sayı daxildir. Bu formada residiv hallar, yeni ağciyər bəlğəm negativ halların sayı və əvvəlki rübdə müalicə müəsisəsində qeydə düşmüş ağciyərdən kənar halların sayı daxildir.
Müalicənin nəticələri haqqında rüblük hesabat (TB 08) 4 rüb əvvəl qeydiyyata alınmış hər AV xəstə üçün müalicə nəticəsi qeyd olunur. Hesabatlar hər rübün sonunda iki nüsxədə doldurulmalıdır: biri müalicə müəssisəsində qalır, digəri TBİ-yə göndərilir. İldə bir dəfə SN-nin statistika bölməsinə göndərilir.
Köçürülmə forması (TB 09) - səhiyyə işçisi tərəfindən yazılır. Xəstə və onun müalicəsi haqqında əsas məlumat qeyd olunur. Xəstə qeydə alındıqdan sonra başqa müalicə müəssisəsinə göndərilirsə, bu forma həmin müəssisəyə göndərilir. Bu forma xəstə müalicəni başa çatdırmadan azadlığa çıxdığı zaman istifadə edilir və onun kəsmə talonu mövcuddur. Xəstə mülki sektorda qeydiyyata götürüldükdən sonra kəsmə talonu İMM-yə geri göndərilir.
Dərmanlara davamlı vərəm
ÇDV-nin qeydiyyatı və hesabatı üçün ÜST tövsiyələrinə əsasən işlənmiş formalar tətbiq olunur. Həmin formalar DHV formaları ilə oxşardır və ÇDDV barədə spesifik məlumatların əlavə edilməsi ilə fərqlənir.
PS-də elektron məlumat bazasının tətbiq edilməsi ilə əlaqədar, həmin formaların bir qismi standart hesabatlara daxildir.
Əldə edilmiş göstəricilərin verifikasiyası
Məlumatların verifikasiyasını ƏN TBİ-nin əlaqələndirici quruumun tərkibində olan monitorinq üzrə mütəxəssis həyata keçirir. Məlumatların verifikasiyası İMM-nin hesabat rəqəmlərinin və bu informasiyanın mənbələrinin tutuşdurulması şəklində aparılır. Sənədlə təsdiq edilmiş mövcud göstəricilərin elektron göstəricilərlə uyğunsuzluğu olduqda, bütün məlumat bazalarında dürüstləşmə aparılır. Elektron bazalara məlumatları keyfiyyətli daxil edilməsinə nəzarət İMM-nin baş həkimi tərəfindən olunur. Əldə edilmiş məlumatların ilkin mənbə ilə başdan-başa müqayisəsini ayda bir dəfədən az olmamaqla seçilmiş şöbədə aparılır. Səhvləri və bir xəstəyə aid məlumatın elektron bazaya təkrar daxil edilməsini istisna etmək üçün, oxşar halların avtomatlaşdırılmış axtarışı və daxil edilmiş məlumatırın manual tutuşdurulması aparılır.
İMM-nin baş həkimi hər rüb olmaqla bütün daxil olan xəstələri gəldikləri İT-lər və CM-lər üzrə bölüşdürməklə təhlil aparır. Bu göstəricilər vərəm ocaqlarının vaxtında aşkar edilməsi və müvafiq tədbirlərin görülməsi üçün zəruridir.
İMM-nin baş həkimi, habelə müəssisəyə daxil olan məhbusların qəbul şöbəsində olduğu müddəti təhlil edir. Bu məlumat diaqnozun təyin edilməsi və müalicəyə başlamaq üçün vaxtın azaldılmasına xidmət edir.
ƏN TBİ-nin əlaqələndirici qurum vərəm ehtimal edilən şəxslərin İT-lərdən və CM-lərdən İMM-yə keçirilməsinə sərf edilən müddəti müəyyən edən təhlil aparır və bunu TSH-lərin həkimlərinin fəaliyyətinin keyfiyyəti ilə əlaqələndirir. Vərəmin aşkarlanması üzrə TSH-lərin fəaliyyətini qiymətləndirmək üçün, həmin müəssisədə kütləvi skrininq vaxtı aşkar edilmiş xəstələrin sayı və kütləvi skrininqdən kənar həkim tərəfindən aşkar edilmiş xəstələrin sayı müqayisə edilir.
Bununla yanaşı, bu və ya digər müəssisədə saxlanılan İİV-ə yoluxmuş bütün şəxslərlə müqayisədə ildə iki dəfədən az olmayaraq vərəmə görə müayinədən keçən İİV-ə yoluxmuş şəxslərin sayı təhlil edilir.
ƏN TBİ-nin əlaqələndirici qurumu tərəfindən sağalmış halda CM-lərə və İT-lərə geri göndərilmiş məhbusların üzərində nəzarət olunur. Bu, CM-lərdən və İT-lərdən müayinə üçün göndərilən bəlğəm nümunələrinin sayı, keyfiyyəti və dispanser qeydiyyatının aparılmasına nəzarət etməklə həyata keçirilir.
Skrininq komandasının işini qiymətləndirmək üçün, kütləvi skrininq başlandığı tarixlə vərəm ehtimal edilən şəxslərin İMM-yə daxil olduğu tarix tutuşdurulur. Bu iş üç əsas hissədən (müəssisənin həkimlərinin işi, skrininq komandasının işi və vərəm ehtimal edilən şəxslərin köçürülməsi üzrə iş) ibarət olduğundan, hər hissəyə cavabdeh əməkdaşların fəaliyyəti ayrılıqda qiymətləndirilir və yekun olaraq bu işin effektivliyi müəyyən olunur.
ƏN TBİ-nin əlaqələndirici qurumu tərəfindən, habelə ölüm, yayılma, DDV-nin səviyyəsi və s. daxil olmaqla PSVNP-nin əsas göstəriciləri təhlil olunur.
Proqramın fəaliyyətinin qiymətləndirilməsi nəticələrinə əsasən ƏN TBİ-nin rəhbərliyi səhvlərin təhlili və onların aradan qaldırılması üçün tövsiyələr vermək məqsədilə tibbi və digər heyət üçün dövrü olaraq müşavirələr keçirir.
Dostları ilə paylaş: |