Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 1.96 Mb.
səhifə13/32
tarix25.11.2016
ölçüsü1.96 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

İİV-ə yoluxmuş şəxslər arasında vərəmin profilaktikası


İİV-ə yoluxmuş şəxslər arasında vərəmin profilaktikası TBİ üzrə 08 may 2013-cü il tarixli 8-t saylı əmrlə tənzimlənir. Bax: Əlavə 13.


Fəsil 6: Infeksiyaya nəzarət və məhbusların saxlanma şəraitinin standartları


PSVNP üzrə infeksiyaya nəzarət tədbirlərini həyata keçirilməsinə məsul şəxs əlaqələndirici qurumun səlahiyyətli üzvü olan GEM-in rəisidir. Hər penitensiar müəssisədə infeksiyaya nəzarət tədbirlərin keçirilməsinə məsul şəxs həmin müəssisənin tibb xidmətinin rəhbəridir. Müəyyən edilmiş infeksiyaya nəzarət tədbirlərin təşkili və icrası PSVNP-nin uğurunun başlıca şərtidir. Təlimatın müxtəlif fəsillərində xəstələrin yoluxuculuq statusuna görə bölüşdürülməsi və infeksiyaya nəzarət məsələlərinə bu və ya digər dərəcədə toxunulub. Burada infeksiyaya nəzarətin təmin edilməsi üçün ümumi yanaşmalar və prinsiplər göstərilir.

Inzibati tədbirlər


Infeksiyaya nəzarətin inzibati tədbirlərin əsas prinsipləri aşağıdakılardır:

  • Penitensiar müəssisənin vaxtaşırı yenilənən infeksiyaya nəzarət üzrə planı;

  • Vərəm ehtimal edilən şəxslərin müəssisədə saxlanılan digər məhbuslardan təcrid edilməsi;

  • Xəstələrin yoluxuculuq statusuna və DHT nəticələrinə görə bölüşdürülməsi;

  • Infeksiyaya nəzarət tədbirlərinin həyata keçirlilməsi və əməkdaşların fərdi qoruyucu vasitələrlə təchiz edilməsi üzrə öhdəliklərin penitensiar müəssisələrin inzibati rəhbərliyi tərəfindən icrası;

  • Infeksiyaya nəzarət üzrə normativ aktlarların TBİ tərəfindən hazırlanması və təsdiq edilməsi.

Ətraf mühitin qorunması tədbirləri


Buraya aiddir:

  • Məhbusların İMM-nin şöbələri arasında köçürülmələri zamanı tambur sisteminin tətbiqi;

  • Xəstə məhbuslar saxlandıqları binalarda və laboratoriyalarda məcburi sorucu-çıxarıcı havalandırma sisteminin yaradılması (qış və yay mövsümlərində temperatur rejiminə riayət etməklə);

  • Vərəm ehtimal edilən məhbusların daşındığı nəqliyyat vasitələrinin məcburi sorucu-çıxarıcı havalandırma sistemi ilə təchiz edilməsi;

  • Bəlğəm nümunələrinin xüsusi ayrılmış və avadanlıqla təchiz edilmiş otaqlarda və ya açıq havada toplanması.

Heyətin fərdi qoruyucu tədbirləri


Buraya aiddir:

  • Inzibati və tibbi heyət mikobakteriyaların tənəffüs yollarına düşməsinin qarşısını alan respiratorlardan istifadə edir (N95);

  • Xəstələr, mikobakteriyaların tənəffüs yollarından ətrafa püskürdülməsinin qarşısını alan cərrahi maskalardan istifadə edir.

Ən təhlükəli şəraitdə işləyən laboratoriya əməkdaşlarının infeksion təhlükəsizliyini təmin etmək xüsusi diqqət tələb edir. İMM-nin laboratoriyası beynəlxalq təsnifat üzrə 3-cü biotəhlükəsizlik səviyyəsinə uyğundur. Laboratoriyanın bu və ya digər otaqlarının biotəhlükəsizlik səviyyəsindən asılı olaraq işçi heyət fərdi qoruyucu vasitələrən istifadə etməlidir.

Müalicənin gedişində qohumların və yaxın şəxslərin ziyarəti, istintaq və digər hüquqi tədbirlərin keçirilməsi zamanı infeksiyaya nəzarət tədbirlərinə riayət edilməsi


Azərbaycan qanunvericiliyi qohumların və yaxın şəxslərin məhbuslarla ziyarətini nəzərdə tutur. Ziyarətlərin tezliyi və sayı məhbusun saxlanma rejimindən asılı olaraq qanunvericilik ilə tənzimlənir. Bununla yanaşı istintaq və məhkəmə tədbirlərinin keçirilməsi zamanı xəstələrlə müstəntiqlərin, vəkillərin, hakimlərin və s. ünsiyyətdə olmasına zərurət yaranır. Xəstələrin ziyarətçilərlə təhlükəsiz ünsiyyətini təmin etmək üçün yuxarıda qeyd edilən müxtəlif infeksiyaya nəzarət tədbirləri tətbiq edilir.

Ziyarətdən bilavasitə əvvəl xəstənin son yaxma və əkmə nəticələrinə əsasən yoluxucu olub olmaması barədə arayış və infeksiyaya nəzarət tədbirləri üzrə əməli tövsiyə verilir. Basil ifraz edən xəstələr çıxarıcı ventilyasiya və bilavasitə kontakta yol verməyən şüşə arakəsmə ilə təchiz olunmuş kabinələrdə ziyarətə buraxılırlar.


İMM-də xəstələrin infeksiyaya nəzarət tələblərinə görə bölüşdürülməsi


Infeksiyaya nəzarət tələblərinə müvafiq olaraq İMM-nin şöbələri orada saxlanılan xəstələrin bakterioloji laboratoriya tərəfindən təsdiq edilmiş statusuna uyğun bir neçə infeksion təhlükəsizlik səviyyəsinə bölünür. Hər palata/şöbə xəstələr üçün müvafiq işarələnir:

- Bəlğəm yaxması və əkməsi üzrə pozitiv nəticəli;

- Bəlğəm yaxması üzrə neqativ, lakin əkmə nəticəsi üzrə pozitiv;

- Bəlğəm yaxması və əkməsi üzrə neqativ nəticəli.

Palataların, kameraların və şöbələrin işarələri qapılarında qeyd edilir.

Öz növbəsində əkmə üzrə pozitiv xəstələr bölünürlər:

- 1-ci sıra VƏD-lərə tam həssas;

- 1-ci sıra VƏD-lərin birinə / bir neçəsinə davamlı;



- ÇDD

- GDD.

Binalara texniki tələblər


  • Xəstələrin saxlanma şəraitinin yaxşılaşdırılmasının vacib amillərindən biri binaların günəş şüaları ilə təbii işıqlanmasıdır. Keyfiyyətli işıqlanmaya jalüzsüz (örtüksüz) standart pəncərələrinin istifadəsi ilə nail olunur. Şöbələrin saxlanma rejimi şərtlərindən asılı olmayaraq İMM-də binalarda pəncərələrin ölçüsü 210 sm x 150 sm təşkil edir (yəni yaşayış otağının standart pəncərələri).

  • Gəzinti həyətlərinin ölçüsü 8 m2-dən az deyil. Gəzinti həyətləri insan hüquqlarına riayət edilməsində böyük rol oynayır və məhbusların açıq havada olmaları qanunda nəzərdə tutulur. Azərbaycan qanunvericiliyinə əsasən, yaşayış otağında / kamerada hər məhbusa ən azı 4 m2 yaşayış sahəsi nəzərdə tutulur. Xəstələr üçün bu sahə daha çoxdur və ən azı 5 m2 təşkil edir.

Məhbusların gəzintilərinin sayı və tezliyi


Bu, saxlanma rejimi ilə tənzimlənir və həbsxana saxlanma rejimli şəxslər üçün gündəlik 2 saatdan az olmamalıdır.

Vərəmli xəstə məhbusların qidalanması


Azərbaycan qanunvericiliyinə əsasən, bütün formalı vərəmli xəstələr üçün gündəlik qidalanmanın energetik dəyəri 3680 kkal-dır. Tamdəyərli qidalanma bədənin ümumi müqavimətinin möhkəmləndirilməsinin və xəstənin vərəmlə mübarizə qabiliyyətinin yüksəlməsinin əsasıdır.

1   ...   9   10   11   12   13   14   15   16   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə