MƏRHƏLƏ 1: Kütləvi skrininqə hazırlıq.
İşçi heyət və məhbuslar vərəm haqqında maarifləndirilir, hər bir kəsə vərəmin simptomları, erkən qoyulmuş diaqnoz və müalicənin dərhal tətbiqinin faydaları haqqında məlumat verilir.
-
Səhiyyə maarifçiliyi keçirən işçilər kütləvi skrininq aparılması planlaşdırılan cəzaçəkmə müəssisəsinə gəlir;
-
Cəzaçəkmə müəssisəsinin rəisi və inzibati işçilərlə görüş keçirilir; onlar ümumilikdə vərəm, vərəmlə mübarizə fəaliyyətləri və kütləvi skrininq prosedurları haqqında ətraflı şəkildə məlumatlandırılır. Məhbusların siyahısı əldə edilir;
-
Cəzaçəkmə müəssisəsinin tibb işçiləri ilə görüş keçirilir; onlar kütləvi skrininq prosedurları və xəstəlik hallarının aşkarlanması fəaliyyətlərinin əhəmiyyəti haqqında ətraflı şəkildə məlumatlandırılır;
-
Cəzaçəkmə müəssisəsinin rəisi və tibb işçilərinin dəstəyi ilə məhbuslar üçün səhiyyə maarifçiliyi sessiyası təşkil edilir;
-
Şifahi məlumatlandırma sessiyası və söhbətdə marifləndirici çap və video materiallarından istifadə edilir;
-
Vərəmə dair broşürlər paylanır, yataqxanalara və məhbusların oxuya biləcəkləri yerlərin divarlarından posterlər asılır.
MƏRHƏLƏ 2: Skrininqin keçirilməsi və vərəm ehtimal edilən şəxslərin müəyyən edilməsi
-
Skrininq üçün münasib yer seçilir;
-
Skrininqin keçirilməsi üçün lazımi işçi qüvvəsi səfərbər edilir;
-
Məhbuslar dəstə-dəstə skrininqin aparıldığı yerə dəvət olunur;
-
Məhbusların çəkisi və boyu ölçülür;
-
Cəzaçəkmə müəssisəsindəki hər məhbus üçün sorğu vərəqəsı doldurulur;
-
Məhbuslar rentgenoloji müayinədən keçirilir;
-
Rentgen və sorğu nəticələrinə əsasən vərəm ehtimal edilən şəxslər müəyyən edilir və onların siyahısı hazırlanır;
-
Bəlğəm toplanışı günü müəyyən edilir, vərəm ehtimal edilən şəxslərin bəlğəm nümunəsi toplanaraq laboratoriyaya göndərilir.
MƏRHƏLƏ 3: Skrininqin nəticələri
-
Əkmə nəticələri pozitiv olanların siyahısı ƏN TBİ-yə göndərilir;
-
ƏN TBİ tərəfindən verilmiş göndərişə əsasən əkmə nəticələri pozitiv olanlar İMM-yə etap edilir;
-
Əkmə nəticələri neqativ olanlar həkim-ftiziatrlar tərəfindən müayinə edilir;
-
Kliniki-rentgeloji nəticələrə əsasən həkim-ftiziatrın rəyi olduğu halda əkmə nəticəsi neqativ olan məhbuslar İMM-yə etap edilir.
Əlavə 5: Təcili bildirişin forması
Əlavə 6: Ağciyər və ağciyərlərdən kənar vərəmin diaqnostikasının xüsusiyyətləri
|
Bakterioloji müayinə
|
Radioqrafiya
|
AV
|
Bəlğəm yaxmasının mikroskopiyası, neqativ olduqda - əkmə
|
1) Infiltrat və ya bərk sahələr – ağciyər parenximasında müəyyən edilən infiltratların və bərk sahələrin kölgəlikləri ölçülərinə, sərhədlərinə və intensivliyinə görə fərqlənir.
2) Aydın sərhəddi olan/olmayan hər-hansı boşluq görüntüsü, bərkimə ocağlı/düyünlü/fibroz bərkimə ilə müşayiət olunur.
3) Aydın seçilməyən sərhədli ocaqlar - ağciyər parenximasında girdə bərkimələr (tuberkulomalar).
4) Döşdaxili və ya divararalığı limfopatiya – bir və ya hər iki ağciyərlərin və/və ya divararalığının limfa vəzilərinin atelektaz və bərkimə ilə müşayiət olunan böyüməsi.
|
Plevritlər
|
1) Plevral mayenin mikroskopiyası adətən neqativdir, lakin əkmə 50% hallarda pozitivdir
2) Plevranın bioptatı daha həssasdır və 75-90 % hallarda əkmə üzrə pozitivdir;
3) Plevranın punksiyasında sarı rəngli maye müəyyən edilir, ekssudatda zülalın miqdarı 30q/l-dən çox olur və aşkar limfositoz (limfositlərin miqdarı 80–100%) qeyd edilir.
|
Plevra boşluqlarına xeyli miqdarda maye toplanması qeyd edilir.
|
Meningitlər
|
Beyin – onurğa beyini mayesi (BOBM) adətən yaxma üzrə, habelə 50% hallarda əkmə üzrə neqativdir.
Hətta aşkar meningeal simptomlar olmadıqda belə BOBM müayinə edilməlidir. Əgər meningit varsa BOBM şəffafdır, onun təzyiqi yüksəlir, zülalın miqdarı >1q/l və limfositlərin sayı 30–300/mm3 təşkil edir.
|
Beyin qişalarındakı tuberkulomalar KT və MRT-də girdə və ya oval formada vizualizasiya olunur.
|
Limfadenitlər
|
Zədələnmiş periferik limfa vəziləri xüsusən boyun vəziləri aspirasiya oluna bilər.
Aspirasiya vəzinin yuxarı qütbündə edilməlidir.
|
|
Sümük vərəmi
|
|
Disk sahəsinin daralması şəklində ilkin dəyişikliklər sezilmir. Gecikmiş dəyişikliklər yanaşı yerləşmiş fəqərələrin cəlb olunması, paz şəkilli sınıq və bucaq formasının alınması ilə ifadə olunur.
|
Əlavə 7: VƏD-lərin yan təsirləri.
Preparat
|
Tez-tez baş verən YT
|
Seyrək baş verən YT
|
1-ci sıra VƏD-lərin YT-ləri
|
Izoniazid
|
Hepatit, periferik neyropatiya, dəri səpgiləri, yuxucululluq, əzginlik.
|
Konvulsiyalar, psixozlar, artralgiyalar, anemiya, mədə-bağırsaq pozuntuları, ginekomastiya.
|
Rifampisin
|
Qastroenterit (qarında ağrılar, ürəkbulanma, qusma), trombositopenik purpura, hepatit (transaminazaların səviyyəsinin yüksəlməsi), yayılmış dəri reaksiyaları, ifrazatların qırmızı rəngə boyanması.
|
Osteomalyasiya, psevdomembranoz kolit, kəskin böyrək çatışmazlığı, hemolitik anemiya, sarılıq, yuxucululluq, əzginlik.
|
Pirazinamid
|
Artralgiya, hepatit, hiperurikemiya, qastroenterit.
|
Dəri reaksiyaları, sideroblastik anemiya, mədə-bağırsaq pozuntuları, diabetin gedişinin pisləşməsi, mioqlobinuriya və böyrəklərin zədələnməsi ilə rabdomioliz.
|
Etambutol
|
Artralgiyalar, mədə-bağırsaq pozuntuları, başağrıları.
|
Yayılmış dəri reaksiyaları, periferik nevropatiya, hepatit, retrobulbar nevrit.
|
Streptomisin
|
Vestibulyar pozuntular, oto- və nefrotoksiki effektlər, dərinin hiperhəssaslığı.
|
Inyeksiyanın yerində ağrı və bərkimələr, dəridə səpgilər və sızıltılar, ağız ətrafında keylik hissiyyatı.
|
2-ci sıra VƏD-lərin YT-ləri
|
Kanamisin, amikasin, kapreomisin, viomisin
|
Vestibulyar pozuntular, oto- və nefrotoksiki effektlər, dərinin hiperhəssaslığı, elektrolitlərin pozuntuları, Inyeksiyanın yerində ağrı.
|
Dərinin hiperhəssaslığı, kliniki ifadəli böyrək çatışmazlığı, periferik neyropatiya, ototoksiklik.
|
Etionamid, protionamid
|
Qastroenterit (anoreksiya, ürəkbulanma, qarında ağrı, diareya), hepatotoksiklik.
|
Konvulsiyalar, psixi pozuntular, impotensiya, ginekomastiya, hipotireoz
|
Flüorxinolonlar
|
Qastroenterit (anoreksiya, ürəkbulanma, qarında ağrı), başağrıları, yuxusuzluq, dərinin işığa hipehəssaslığı, səpgilər, vaqinit.
|
Artralgiya, həyəcanlılıq, başgicəllənmə, başağrı, konvulsiyalar, axil vətərinin cırılması, nefrit, qıcolma tutmaları.
|
Sikloserin, terizidon
|
Başgicəllənmə, başağrıları, depressiyalar, psixozlar, tremor, konvulsiyalar.
|
Suisidal meyllik, həsaslığın yüksəlməsi, hepatit.
|
PAST
|
Qastroenterit (anoreksiya, ürəkbulanma, qusma), allergik reaksiyalar (hərarət, səpgi, qaşınma).
|
Hipotireoz, hematoloji reaksiyalar, hepatit, elektrolit mübadiləsinin pozuntuları.
|
Tiasetazon
|
Selikli qişaların cəlb olunması ilə dəridə səpgilər, mədə-bağırsaq pozuntuları.
|
Kəskin qaraciyər çatışmazlığı, eksfoliativ dermatit, sümük iliyinin supressiyası.
|
Vərəm əleyhinə terapiya zamanı tez-tez baş verən yanaşı təsirlərə qarşı tövsiyə olunan əsas addımlar
YT
|
VƏDV, müalicə şəraiti
|
YT-yə dair tövsiyə olunan hərəkətlər
|
Şərhlər
|
Elektrolit mübadiləsinin pozulması
|
CM
KM
AMK
S
| -
Qan serumunda kaliumun səviyyəsinin müəyyən edilməsi
-
Kaliumun səviyyəsi aşağı olduqda maqneziumun səviyyəsini yoxlamaq (hipokalsiemiyaya şübhə olunduqda həmçinin kalsiumunda səviyyəsini yoxlamaq)
-
Itirilən kaliumu və maqneziumu bərpa etmək:
-
Elektrolit balansın bərpası üçün istifadə edilən preparatların verilməsində üstünlük peroral yoluna verilir (kalium xlorid, kalium-normin, rehidron)
-
Ağır və sürətlə inkişaf edən defisiti zamanı – kalium xlorid venadaxili yavaş-yavaş (!), maqnezium sulfat əzələdaxili təyin edilir.
| -
Elektrolit pozuntuları tez-tez kapreomisin* istifadəsi zamanı müşahidə olunur
-
Minerallarla zəngin olan profilaktik pəhriz əksər hallarda elektrolit mübadiləsinin pozulmasının qarşısını alır
-
Gündə 5-10 mq amilorid və ya 25 mq spirinolakton xəstələrdə kalium və maqneziy itkisini azalda bilər, əvəzetmə terapiyasını pis keçirənlər üçün faydalıdır
-
Ağır hipokalemiya zamanı xəstəxanaya yerləşdirmə nəzərdən keçirilməlidir
|
Hipotireoz
|
PAS, Eto (xüsusilə bir yerdə)
| -
TTH göstəricisi 10 mBV/ml-dən çox olanda tiroksin təyin olunur
-
Dövrü olaraq TTH-a nəzarət və tiroksin dozasının korreksiyası tövsiyə olunur
| -
Bu YT PAS və Eth dayandırıldıqda tam ləğv olur
-
Adətən şübhə edilən dərmanın kəsilməsinə ehtiyac yoxdur
|
Qastrit
|
PAS
Eth
Н
Е
CFZ
Z
| -
Mədə şirəsinin turşuluğunu azaldan vasitələrin təyini (məsələn, kalsium karbonat, Н2-blokatorlar, proton pompasının inhibitorları).
-
YT vermiş dərman vasitəsinin (vasitələrin) qəbulunu qısa müddətə (1-7 gün) dayandırmaq.
-
Kimya terapiyası rejiminə əhəmiyyətli təsir olmadıqda şübhə edilən dərmanın dozasını azaltmaq.
-
Şübhə edilən dərmanın qəbulunu dayandırmaq.
| -
Qan qusması, qatranabənzər (melena) və ya qanlı nəcis ilə ağır qastrit nadir hallarda müşahidə olunur.
-
Antasidlərin qəbulunu dəqiq bölmək ki, onlar VƏD-lərin mənimsəməsinə mane olmasınlar (VƏD-lərin qəbulundan 2 saat əvvəl və ya dərhal sonra).-
-
Sözü gedən YT şübhə edilən dərman vasitə(ləri)sinin qəbulu dayandırıldıqda tam aradan qalxır.
|
Dispepsiyalar
|
Eth
PAS
Н
Е
CFZ
Z
| -
Orqanizmin mümkün olan dehidratasiyanın və elektrolit pozuntularının müəyyən edilməsi üçün müayinələr.
-
Tələb olunduqda rehidratasiyanın başlanması
-
Qusma əleyhinə terapiyanın başlanması.
-
Kimya terapiya rejiminə əhəmiyyətli təsir olmadıqda şübhə edilən dərmanın dozasını azaltmaq.
-
Ağır və aradan qaldırılmayan YT əmələ gəldikdə dərman vasitəsinin qəbulunun dayandırılması.
| -
Adətən müalicənin ilk həftələrində müşahidə olunan ürəkbulanma və qusma simptomatik müalicə təyin edildikdə tədircən yox olur
-
Elektrolitlərin səviyyəsinə nəzarət etmək və güclü qusmadan sonra onları bərpa etmək lazımdır.
-
Sözü gedən YT şübhə edilən dərman vasitə(ləri)sinin qəbulu dayandırıldıqda tam aradan qalxır.
-
Klofaziminin istifadəsi zamanı ağır mədə pozuntuları və «kəskin qarın» simptomları müşahidə olunur. Belə YT-lər nadir olur və bu halda klofaziminin istifadəsini dayandırmaq lazımdır.
|
Sümük-əzələ sistemi tərəfindən simptomlar
|
Z
FQ
| -
Qeyri-steroid iltihab əleyhinə dərmanların qəbuluna başlamaq
-
Kimya terapiyası rejiminə əhəmiyyətli təsir olmadıqda şübhə edilən dərmanın dozasını azaltmaq.
-
Müalicə rejimi əhəmiyyətli zəifləmədiyi halda şübhə edilən dərmanın qəbulunun dayandırılması.
| -
Hətta müalicə aparılmadığı halda artralgiyalar zəifləyir.
-
Sidik turşusunun səviyyəsinin artması pirazinamid qəbul edən xəstələrdə müşahidə olunur. PZA ilə bağlı artralgiyanın azaldılmasına allopurinol yardım etmir (B).
-
Purin əsaslarının səviyyəsi yüksək olan qida məhsullarının istifadəsinin azaldılması
|
Qaraciyərin zədələnməsi (transaminazaların səviyyəsinin 3-4 dəfədən çox artması və/və ya bilirubinin normadan çox olması)
|
Z
R
Н
Eth
PAS
Е
FQ
| -
Kimya terapiyanı hepatoksikliyi az olan dərmanlarla (aminoqlikozidlər, sikloserin, PAST) bərpa etmək. Ən sonda növbə ilə etion(protion)amidi və pirazinamidi 3 günlük fasilələrlə transaminazaların səviyyəsinə nəzarət edərək əlavə etmək
-
Əksər hallarda transaminazaların səviyyəsinin artması müdaxilə tələb etmir
-
Transaminazaların səviyyəsi 4 dəfədən çox artıqda hepatit aradan qalxana qədər kimya terapiyanın dayandırılması
-
Hepatitin digər mümkün səbəblərini istisna etmək.
| -
Adətən bu YT şübhə edilən dərmanın dayandırılmasından sonra aradan qalxır.
|
Böyrəklərin zədələnməsi
|
S
KM
АМК
CM
| -
Şübhə edilən dərmanın qəbulunun dayandırılması.
-
Əvvəlki sxemdə kapreomisin vurulurdusa aminoqlikozidin təyin edilməsinin nəzərdən keçirilməsi.
-
Digər VƏD-lərin dozalarını kreatinin klirensi ilə uyğunlaşdırmaq
| -
Anamnezdə diabet və ya böyrək xəstəlikləri olan pasiyentlərə bu VƏD-lərin təyini əks göstəriş deyil, baxmayaraq ki, adları çəkilən yanaşı gedən xəstəlikləri olan xəstələr böyrək çatışmazlığının əmələ gəlməsi baxımından yüksək risk qrupunu təşkil edil.
-
Böyrək çatışmazlığı daimi ola bilər.
|
Eşitmənin pozulması
|
S
KM
AMK
CM
CLR
| -
Audiometriyanın göstəricilərini xəstənin ilkin audiometriya göstəriciləri ilə müqayisə etmək
-
MBT-nin CM-ə qarşı təsdiqlənmiş həssaslığı olduğu zaman inyeksion dərmanın CM-lə əvəz etdirilməsi.
-
Kimyavi terapiya rejimi əhəmiyyətli dərəcədə zəifləmədiyi halda şübhə edilən preparatın dozasının azaldılması, ən geniş yayılmış yanaşma dərmanın qəbulunu həftədə üç dəfəyə bölməkdir.
-
Kimyavi terapiya rejimi əhəmiyyətli dərəcədə zəifləmədiyi halda şübhə edilən preparatın qəbulunun dayandırılması
| -
Əvvəllər aminoqlikozidlər qəbul etməmiş xəstələrdə ilkin olaraq eşitmə pozuntusu ola bilər. Vərəm müalicəsindən əvvəl audiometriyanın aparılması məqsədəuyğundur.
-
Eşitmə orqanının zədələnməsinin erkən əlamətlərinə pıçıltının eşitməməsi, qulaqda küyün olması şikayətləri, xəstənin qeyri-adi yüksək səslə danışmağa məcbur edən qulağın tutulması hissi.
-
Eşitmənin pozulması aminoqlikozidlərin toplanmış dozasının yüksək olması zamanı baş verir və adətən geri-dönməzdir.
-
Bu dərmanların müalicə sxemindən çıxarılmasının mənfi nəticələri ilə eşitmə pozuntularının əmələ gəlməsi risklərini müqayisə etmək lazımdır.
|
Periferik sinirlərin zədələnməsi
|
CS
Н
FQ
S
КМ
АМК
СМ
Ethio
| -
Piridoksinin dozasının gündəlik maksimal dozaya qədər artırılması (200 mq);
-
MBT-nin CM-ə qarşı təsdiqlənmiş həssaslığı olduğu zaman inyeksion dərmanın CM-lə əvəz etdirilməsi.
-
Amitriptilin kimi triqliserid antidepressantlarla müalicənin başlanması
-
Kimyavi terapiya rejimini əhəmiyyətli dərəcədə zəifləmədiyi halda şübhə edilən preparatın dozasının azaldılması.
-
Kimyavi terapiya rejimini əhəmiyyətli dərəcədə zəifləmədiyi halda şübhə edilən preparatın qəbulunun dayandırılması.
| -
Vərəmlə yanaşı gedən xəstəlikləri (məsələn, diabet, İİV-infeksiyası, alkoholizm) olan xəstələr periferik neyropatiyaların əmələ gəlməsinə daha meyllidirlər, lakin bu göstərilən dərmanların təyininə əks göstəriş deyil.
-
Neyropatiya geridönməz ola bilər, lakin bəzi xəstələrin vəziyyəti dərmanın müvəqqəti və ya tam dayandırılması nəticəsində yaxşılaşa bilər.
-
Bu YT -lə olan xəstələrin aparılması elektromioqrafiya olmadan klinik simptomlar əsasında mümkündür10
|
Depressiya
|
Sosial-iqtisadi şərait, xronik xəstəliklər, CS, FQ, H, Eth
| -
Antidepressantların qəbulunun başlanması
-
Kimyavi terapiya rejimi əhəmiyyətli dərəcədə zəifləmədiyi halda şübhə edilən preparatın dozasının azaldılması.
-
Xəstənin həyatının sosial-iqtisadi şəraitini yaxşılaşdırılması.
-
Qrup və ya fərdi psixoterapevtik seansların keçirilməsi
-
Kimyavi terapiya rejimi əhəmiyyətli dərəcədə zəifləmədiyi halda şübhə edilən preparatın qəbulunun dayandırılması
| -
Depressiyanın əmələ gəlməsinə təkan verən amil kimi sosial-iqtisadi şəraitin əhəmiyyətini azaltmaq olmaz
-
Depressiya simptomlarının qabarıqlığı müalicə zamanı dəyişə bilər və vərəm terapiyasının uğurlu olması onu azalda bilər
-
Anamnezdə depressiyanın olması bu dərmanların təyini üçün əks göstəriş deyil, lakin bu xəstələrdə müalicə zamanı depressiyanın əmələ gəlmə riski yüksək ola bilər
|
Psixoz
|
CS
Н
FQ
Etho
| -
Şübhə edilən dərmanın qəbulunun qısa müddətə (1-4 həftə) dayandırılması - psixozun simptomları aradan qaldırılanadək .
-
Antipsixotik dərmanların (qaloperidol, klozapin, tioridazin (sonpaks), aminazin) qəbuluna başlanması.
-
Kimyavi terapiya rejimi əhəmiyyətli dərəcədə zəifləmədiyi halda şübhə edilən preparatın dozasının azaldılması.
-
Kimyavi terapiya rejimi əhəmiyyətli dərəcədə zəifləmədiyi halda şübhə edilən preparatın qəbulunun dayandırılması.
| -
Bəzi xəstələrdə vərəmin müalicəsinin bütün kursu əsnasında psixotik vəziyyətlərin müalicəsi tələb olunur.
-
Anamnezdə psixotik vəziyyətlərin olması həmin dərmanların təyininə əks göstəriş deyil, lakin simptomların əmələ gəlməsi ehtimalını artıra bilər.
-
Psixoz simptomları müalicə başa çatdıqda və ya bu YT-ni yaradan dərmanın dayandırılmasından sonra aradan qalxır.
|
Qıcolma tutmaları
|
CS
H
FQ
| -
Qıcolmalar başa çatmayana qədər onları törədən dərmanların uzun-müddətli dayandırılması
-
Qıcolma əleyhinə terapiyanın başlanması (məsələn, difenin, valproy turşusu, benzobarbital, fenitoin).
-
Piridoksinin dozasının gündəlik maksimuma artırılması məsələsinin nəzərdən keçirilməsi (200 mq).
-
Kimya terapiyasının əhəmiyyətli komponenti olduğu halda həmin və ya aşağı dozada dərmanın qəbulunun bərpa edilməsi.
| -
Qıcolmalar əleyhinə dərmanların qəbulu adətən müalicənin sonuna və ya qıcolmalara səbəb olması şübhə edilən dərmanın qəbulu başa çatana qədər davam edir.
-
Əgər qıcolmaya etibarlı nəzarət olunursa və/və ya qıcolma əleyhinə müalicə aparılırsa anamnezdə qıcolma tutmaların olması göstərilən dərmanların (CS, Н, FQ) təyini üçün əks göstəriş deyil
-
Anamnezdə qıcolma tutmaları olan xəstələr vərəmin müalicəsi zamanı qıcolmanın əmələ gəlməsinə görə yüksək risk qrupuna daxil ola bilər.
|
Allergik reaksiyalar və fərdi dözülməzlik
Anafilaksiya – dərman allergiyasının ən ağır formalarındandır və nadir hallarda baş verir. Anafilaksiya allergenin daxil edilməsindən bir neçə dəqiqə sonra əmələ gələ bilər və aşağıdakı simptomlara malikdir: səpmə, dəridə qaşınma, ürək bulanma, qusma, tənəffüs yollarının obstruksiyası, stridor, fit çalan tənəffüs, dilin ödemi, boğazda «laxtanın» olması hissiyatı, səsin xırıltılı olması. Bu simptomlar şok, qıcolmalar və ishal ilə müşayiət oluna bilər. Anafilaksiya zamanı həyatı əhəmiyyət kəsb edən funksiyaların, tənəffüs yolların keçiriciliyinin və qan dövranının bərpası üçün təcili tədbirlər görülməli, adrenalin vurulmalı və xəstəyə peşəkar yardım göstərilməlidir.
Digər ağır allergik reaksiyalar dərman qəbulundan sonra bir neçə gündən, bir neçə həftəyədək əmələ gələ bilər – səpmə, hərarət və hepatit. Stivens-Conson sindromu nadir, lakin ağır YT-dir. Bu eritemanın ağır formasıdır və epidermisin nekrozu və 90% hallarda selikli qişanın zədələnməsi ilə xarakterizə olunur.
Yuxarıda qeyd edilən allergik reaksiyalardan hər hansı biri baş verdiyi zaman bütün vərəm əleyhinə dərmanların qəbulu dayanaşıdırılmalıdır. Allergik reaksiyaların müalicəsində yuxarıda göstərilən adrenalindən başqa, kortikosteroidlər və antihistamin preparatlardan istifadə edilir. Allergik reaksiyanı hansı dərmanın törətdiyinin müəyyən edilməsi əhəmiyyətlidir. Xəstənin vəziyyəti yaxşılaşdıqdan sonra antibakterial terapiya dərmanlarını tədricən əlavə edərək və dozaları artıraraq bərpa etmək lazımdır, bununla belə ehtimal olunan allergen ilkin (birinci) təyin olunur («təhrik edici proba»).
Göstərilən metodika anafilaktik reaksiya vermiş VƏD-ə yaramır. Nadir hallarda anafilaksiyaya səbəb olmuş dərmanı desensibilizasiya sxemi ilə, stasionar vəziyyətdə və allerqologiya və immunologiya sahəsində təcrübəsi olan həkimin nəzarəti altında daxil etmək olar. Desensibilizasiya yalnız müalicə seçimi məhdud olduğu zaman aparılır. Səpmə və yüngül qaşınma ilə məhdudlaşan yüngül allerqik reaksiyalar zamanı antihistaminlərin qəbulu yetərli ola bilər.
Mülayim allergik reaksiyadan sonra VƏD-lərin dozasının bərpasının təxmini sxemi
Preparat
|
Doza, mq gündə
|
|
1-ci gün
|
2-ci gün
|
3-cü gün
|
4-cü gün
|
İzoniazid
|
25
|
50
|
100
|
5 mq/kq
|
Rifampisin
|
50
|
100
|
150
|
10 mq/kq
|
Pirazinamid
|
125
|
250
|
500
|
25-30 mq/kq
|
Etambutol
|
100
|
200
|
400
|
20-30 mq/kq
|
Streptomisin Kanamisin Kapreomisin*
Amikasin
|
125
|
250
|
500
|
15-20 mq/kq
|
Siprofloksasin
|
125
|
250
|
500
|
20 mq/kq
|
Ofloksasin
|
100
|
200
|
400
|
800 mq
|
Etionamid* Protionamid*
|
62, 5
|
125
|
250
|
15 mq/kq
|
Sikloserin
|
62, 5
|
125
|
250
|
15 mq/kq
|
PAST
|
100 səhər, 200 axşam
|
500 səhər, 1000 axşam
|
2000 səhər, 2000 axşam
|
150 mq/kq
|
Qeyd: yuxarıda göstərilən sxemi yalnız zəif və ya mülayim allergik reaksiya vermiş dərmanlara qarşı istifadə etmək olar. Ağır reaksiyalar zamanı daha aşağı dozalar və daha uzun müddət ərzində istifadə edilməlidir.
Elektrolit mübadiləsinin pozulması
Qan zərdabında kaliumun və maqneziumun mülayim azalması özünü biruzə vermir, lakin pozuntu dərinləşdikcə xəstələrdə yorğunluq, əzələ ağrıları, qıcolmalar, ayaqlarda zəiflik, psixi qeyri-sabitlik, yanma və qaşınma hissləri və hətda, huşun pozulması əmələ gəlir. Daha ağır pozuntular tetaniyaya, iflicə və həyat üçün təhlükəli aritmiyaya səbəb ola bilər. Bununla əlaqəli qusma və/və ya ishal nəticəsində maye itirən, eləcə də, inyeksiya şəklində VƏD alan xəstələrdə müntəzəm olaraq elektrolitlərin səviyyəsinin yoxlanılması tövsiyə olunur. Elektrolitlərin itirilməsi adətən kapreomisinin qəbulu ilə bağlıdır. Kaliumun (K+) və maqneziumun (Mg++) bədən toxumaları tərəfindən itirilməsi onların qan zərdabında səviyyəsinin azalmasından dəfələrlə çox ola bilər.
Hipokalemiya (kaliumun zərdabda 3,5 mekv/l-dan az olması) və hipomaqneziemiya (maqneziumun zərdabda 1,5 mekv/l-dan az olması) adətən vərəmə görə müalicə alan xəstələrdə müşahidə olunur və aşağıda göstərilən səbəblərin nəticəsində olur:
-
Aminoqlikozidlərin və kapreomisinin böyrəklərə bir-başa zədələyici təsiri;
-
Qusma və ishal.
Hipokalemiya və hipomaqneziemiya halları olduqda aşağıdakılar edilməlidir:
-
Qusma və ishalın müalicəsi;
-
Ürək aritmiyasına səbəb ola bilən dərmanların qəbulunun mümkün qədər dayandırılması (məsələn, diqoksin, trisiklik antidepressantlar);
-
Elektrolit balansının əhəmiyyətli pozulması olan xəstələrdə EKQ-nin aparılması; QT intervalının uzunluğu artdığı zaman bütün səbəbkar ola bilən dərmanların, o cüməldən flüorxinolonların, qaloperidolun, flukonazolun və sisapridinin qəbulunu dayanaşıdırılması.
Hipokalemiyanın və hipomaqneziemiyanın müalicəsi:
Elektrolit defisiti əleyhinə dərmanların peroral təyin edilməsi daha məqsədəuyğundur:
-
Yüngül elektrolit pozuntuları zamanı maqnezium və kalium tərkibli dərmanlarının təyin ediolməsi;
-
Aminoqlikozidlərin və ya kapreomisinin qəbul kursu müddətində kalium və maqnezium preparatlarının verilməsi tələb oluna bilər;
-
Hipokalemiya yalnız maqnezium defisiti aradan götürüləndən sonra müalicə olunur.
Elektrolitlərin bərpasına başlamazdan əvvəl böyrəklərin normal fəaliyyət göstərdiyinə əmin olmaq lazımdır. Böyrək çatışmazlığı olan xəstələrə elektrolitlərin defisintini aradan qaldırmaq məqsədilə istifadə olunan preparatları aşağı dozalarla təyin etmək tövsiyə edilir. Kalium və maqnezium preparatlarını peroral və ya vena daxili təyin etmək olar. Mümkün qədər kalium pəhriz və ya tərkibində kalium duzları olan (kalium-normin, rehidron) peroral dərman vasitələri ilə təmin edilməlidir. Asparkam, panangin və kalium orotat aşağı dozalı olduğu üçün bu məqsədə uyğun deyil.
Vena daxili preparatların təyin edilməsi xəstədə mədə-bağırsaq pozuntuları və ya kalium defisitinin yüksək olduğu zaman tövsiyə olunur. İnfuziya vasitəsi ilə defisitin aradan götürülməsi zamanı qanda elektrolitlərin kəskin artması riski var. Vena daxili üsul seçildikdə gündəlik doza bir neçə yerə bölünməli və ürək ritminə və qan təzyiqinə nəzarət edərək elektrolitlər mümkün qədər yavaş-yavaş yeridilməlidir.
Aminoqlikozidlər və kapreomisin təsiri nəticəsində küllü miqdarda kalium itirildiyi zaman kalium qoruyan diuretiklər (spironolakton, triampur və ya amilorid) yardımçı terapiya kimi istifadə edilə bilər. Kalium preparatlarının və kaliumqoruyan diuretiklərin eyni vaxtda təyini zamanı hiperkaliemiya riski olduğu üçün ehtiyatlı olmaq lazımdır.
Hipomaqnezimiya tez-tez hipokaliemiyaya və hipokalsiemiyaya səbəb olur. Hipokaliemiya (eləcə də, hipokalsiemiya) adətən yalnız eyni zamanda hipomaqneziemiyanın müalicəsi ilə korreksiya olunur. Maqneziumun qan zərdabında səviyyəsi ümumi maqnezium səviyyəsini həmişə əks etdirmədiyi üçün maqnezium səviyyəsi normal olduğu halda belə hipokalemiya zamanı maqnezimun təyini tələb olunur.
Kaliumun defisiti
Normada qan zərdabında kaliumun səviyyəsi – 3,5- 5,0 mekv/l təşkil edir.
Kalium çatışmazlığının əsas əlamətləri spesifik deyil. Mülayim defisit zamanı zəiflik, mialgiya müşahidə olunur, ağır hallarda tənəffüs zəifliyi və iflic mümkündür. EKQ-də T dişçiyinin səviyyəsi azalır, U dişciyi hündürləşir, ST seqmenti aşağı olur və QT intervalı uzanır, mədəcik ekstrasistolaları mümkündür.
Kalium defisitinin aradan götürülməsi üçün peroral qəbul və pəhriz təyin olunur:
• Kalium xlorid məhlul və adi tabletlər formasında təyin edilə bilər;
• Gündəlik dozanı 2-3 dəfəyə qəbul etmək olar;
• Pəhrizə banan, portağal, pomidor, qreypfrut şirəsi, dərisi ilə qızardılmış kartof, meyvə qurusu kompotu, noxud sıyıqları və şorbaları, kəsmik əlavə etmək olar.
Vena daxili:
• Yeridilən kaliumun həcmi saatda 20 mekv-dən artıq olmamalıdır. 1 q KCl 13,3 mekv-ə bərabərdir;
• Adətən 1 litr 0,9%-li NaCl-da 40 mekv, maksimal 60 mekv/l, KCl tərkibli məhluludan istifadə olunur.
40 mekv KCl tərkibli 1 litr məhlul hazırlamaq üçün 7,5 ml 4% KCl məhlulunu 1l 0,9%-li NaCl məhlulunda həll etmək lazımdır.
60 mekv KCl tərkibli 1 litr məhlul hazırlamaq üçün 12,25 ml 4% KCl məhlulunu 1l 0,9%-li NaCl məhlulunda həll etmək lazımdır.
Kalium səviyyəsinə nəzarət tezliyi və onun bərpası sxemi
Qan zərdabında kaliumun səviyyəsi (mekv/l)
|
KCl yeridilən miqdarı (mekv və ya q-la)
|
Nəzarətin tezliyi (qusma və ishal zamanı — daha tez-tez)
|
3, 7 və daha çox
|
|
Hər ay
|
3, 4 - 3, 6
|
20 - 40 mekv (1,5-3,0 q)
|
Hər ay
|
3, 0 - 3, 3
|
60 mekv (4,5 q)
|
İki həftədən bir
|
2, 7 - 2, 9
|
80 mekv (6,0 q)
|
Hər həftə
|
2, 4 - 2, 6
|
80 - 120 mekv (6,0- 9,0 q)
|
Hər 1 - 6 gün
|
2, 0 - 2, 3
|
60 mekv (4,5 q) v/d
və 80 mekv (6,0 q) peroral
|
hər 6 - 24 saat
|
2,0 - dan az
|
60 mekv (4,5 q) v/d və 100 mekv (7,5 q) per oral. Qanda kaliumun səviyyəsi 2,4 mekv/l-dən artıq olana qədər infuziyaları davam etdirmək.
|
Vena daxili intensiv infuziya zamanı hər 6 saatdan bir.
|
Elektrolitlərin dozası adətən milliekvivalentlərdə (mekv) göstərilir. 40 mekv kalium təxminən aşağıdakılarda var:
3,9 q kalium asetat
4,0 q kalium bikarbonat
3,0 q kalium xlorid
4,3q kalium sistrat
9,4q kalium qlukonat
5,4q birəsaslı kalium fosfatda
3,5q ikiəsaslı kalium fosfatda
Kalium asetat, bikarbonat, xlorid, sitrat və qlukonat per oral təyin edilə bilər. İnfuzion əvəzedici terapiya üçün kalium xloriddən, asetatdan və fosfatdan istifadə olunur. 10 ml 10% kalium xloriddə 1 q və ya 13,3 mekv kalium olur.
Maqnezium defisiti
Normada maqneziumun qan zərdabında səviyyəsi – 1,5- 2,5 mekv/l təşkil edir.
Per oral qəbulu üçün maqnezium qlukonat və ya oksid istifadə olunur.
Müxtəlif dərman vasitələrində maqnezium elektrolitinin müxtəlif miqdarı olur. Gündəlik dozanın hesablanması üçün 400 mq tabletdə 240 mq elementar maqnezium olduğunu güman edilir. İstifadə edilən preparatda elementar maqneziumun dozası daha az olarsa, tövsiyə olunan dozanı əldə etmək üçün tabletlərin sayını artırmaq olar. Gündəlik doza 2000 mq olduqda onun vena və ya əzələ daxili yeridilməsi daha rahat ola bilər.
Vena daxili istifadə:
-
Maksimal konsentrasiya: 5 q (25%-lik 20 ml MgS04 məhlulu) və ya 40 mekv Mg 1l 0,9% NaCl və ya 5% qlükoza məhlulunda;
-
Dəqiqədə 150 mq-dan (yuxarıda qeyd edilmiş məhluldan 30 ml) artıq daxil etmək yolverilməzdir;
-
Vəziyyət təcili deyilsə: əzələdaxili 100 ml 0,9% NaCl və ya 5% qlükoza məhlulunda 2 q (8 ml 25% MgSO4 məhlulunda) və ya 16 mekv Mg 1-2 saat ərzində, 250 ml-lə 4 q (16 ml 25% MgSO4 məhlulunda) və ya 32 mekv Mg 250 ml 0,9% NaCl məhlulunda və ya 5% qlükoza məhlulunda 2-3 saat ərzində.
Əzələ daxili:
-
1 q (25% – 4 ml) MgSO4 həll etmədən hər 6 saatdan bir əzələ daxilinə;
-
Maqneziumun v/d yeridilməsi ilə müqayisədə üstünlüyü yoxdur;
-
V/d və ya per oral vermə mümkün olmadıqda istifadə olunur.
Maqneziumun səviyyəsinə nəzarət tezliyi və bərpa edilməsi sxemi
Qan zərdabında maqneziumun səviyyəsi, mekv/l
|
Bərpa üçün tələb olunan miqdar (mq-la, tam gündəlik doza)
|
Nəzarət tezliyi
|
1,5 və ya çox
|
Tələb olunmur
|
Hər ay
|
1,1 - 1,4
|
1000 mq - 1200 mq (8-9.6 mekv) per os
|
Hər ay
|
0,8- 1,0
|
2000 mq (16 mekv per os və ya ə/d)
|
Hər 1 - 2 həftə
|
0,8-dən az
|
3000 mq - 6000 mq (24-48 mekv v/d və ya ə/d)
|
Hər 1 - 6 gün
| Kalsium defisiti
Hipokalsemiya (kalsiumun qan zərdabında səviyyəsinin 8,5 mq%-dan az olması) yorğunluq, əzələ zəifliyi, bəzi əzələlərdə qıc olma, səciyyəvi olaraq ağız ətrafın, biləklərdə və ayaqlarda olan keyimə və batıcı hisslərlə təzahür edir. Ağır hallarda qıcolmalar, əzələlərin hipertonusu, hamar əzələlərin spazmı, o cümlədən larinqospazm müşahidə olunur.
Kəskin hipokalsemiya simptomları əmələ gəldikdə 10 dəqiqə ərzində vena daxili 2q kalsi qlukonat (180 mq elementar kalsi və ya 20 ml 10% kalsi qlukonat məhlulu) yeridilməlidir, sonra isə 4-6 saat ərzində vena daxili 6q kalsi qlukonat (500 ml 5% dekstroza məhlulunda) təyin edilməlidir. Tədricən vena daxili üsuldan peroral üsula keçmək lazımdır. Peroral preparatın ilkin dozası 1-2 q elementar kalsi gündə 3 dəfə təşkil edir. Uzun müddətli müalicə zamanı adətən doza 0,5-1,0 q per os gündə üç dəfə təşkil edir.
Hipokalsemiyanın müalicəsi zamanı parallel olaraq hipokalemiyanın müalicəsi də aparılmalıdır.
Zərdab kalsisinin sıxlığını qiymətləndirərkən albuminin səviyyəsinin aşağı olmasını da nəzərə almaq lazımdır (ionlaşdırılmış kalsinin tərkibinə görə korreksiyanın aparılmasına ehtiyac yoxdur). Zərdab albuminin səviyyəsi 4,0 q/100 ml-dan az olsa, zərdab kalsiumun ümumi səviyyəsini ölçülmüş həcmə onun sıxlığının 4,0q/100 ml-ə qədər çatışmayan hər 1q albuminə 0,8mq/100ml əlavə edirlər. Həqiqi hipokalsemiyanı aşağıdakı düstur əsasında müəyyən edirlər:
Hipoalbuminemiya zamanı zərdab kalsiumun həqiqi səviyyəsi = 0,8 x (4, 0 — ölçülmüş albumin) + ölçülmüş zərdabın kalsisi təşkil edir.
Kalsium həcminin ölçülməsi tezliyi və onun bərpası sxemi
Plazmada kalsiumun miqdarı (ümumi səviyyə hipoalbuminemiyaya düzəlişlələ)
|
Bərpa üçün tələb olunan kalsiumun miqdarı
|
Nəzarət tezliyi
|
8,5 mq/100 ml və çox (4,2 mekv/l -dən çox)
|
|
|
7,5 – 8,4
|
500 mq gündə 3 dəfə
|
hər ay
|
7,0 – 7,4
|
1000 mq gündə 3 dəfə
|
1 – 2 həftə
|
7,0 – dan az
|
dozanın 1000 mq gündə 3 dəfəyə qədər azaldılması ilə v/d yeritmə
|
1 – 4 gün
|
Hipokalemiya və hipomaqneziemiya müalicəsində kalium qoruyan diuretiklərin istifadəsi:
-
Bəzi diuretiklər kalium və maqneziumun böyrəklə bədəndən ifrazını azaldır:
-
amilorid (5-10 mq gündə)
-
spironolakton (25-50 mq gündə)
-
Adətən kalium və maqnezium preparatlarının qəbulunu davam etmək lazımdır, lakin aşağı dozada;
-
Kaliumqoruyan diuretiklərin yanaşı təsirləri: sidiyə getmənin artması, dehidratasiya, ginekomastiya (amilorid tərəfindən törədilmir), mədə-bağırsaq traktının qıcıqlanması
Əlavə qeydlər:
-
Elektrolit tarazlığının pozulmasına təkan verə biləcək qusmanın və ishalın müalicəsi mütləqdir.
-
Ayrı-ayrı müşahidələr göstərir ki, kapreomisin eleltrolit pozuntularına digər inyeksion vasitələrindən daha tez-tez gətirir. Buna görə də kapreomisinin amikasinə və ya kanamisinə dəyişdirilməsi nəzərdən keçirilməlidir (MBT-nin onlara qarşı həssaslığını itirmədiyi halda).
-
Elektrolitlərin səviyyəsinə nəzarət və onların itkisinin bərpa edilməsi inyeksion terapiyanın (intensiv fazasında) aparılan müddətdə davam etdirilməlidir.
-
Elektrolit pozuntuları adətən onları törədən inyeksion dərman vasitələri dayandırıldıqda aradan götürülür. Dərmanın qəbulunun dayandırılmasından sonra elektrolit pozuntusu qaldığı halda başqa səbəbləri axtarmaq lazımdır.
Hipotireoz
Qalxanvari vəzin hormonlarının defisiti yüngül simptomlardan (quru öskürək, yorğunluq hissi, yuxululuq) daha qabarıq (üşütmə, dərinin quruluğu, saçların sınması, qəbizlik, udqunma zamanı diskomfort) simptomlara qədər təzahür edə bilər, bəzi hallarda isə depressiya və psixozlarla müşahidə oluna bilər. Müayinə zamanı qalxanvari vəzin böyüməsi və vətər reflekslərinin ləngiməsi müəyyən edilir. Ilkin hipotireoz diaqnozu qan zərdabında tireotrop hormonunun (hipofizin qalxanvari vəzin hormonlarının ifrazını gücləndirən hormonu) səviyyəsi 10,0 ME/ml-dən artıq olduqda təsdiqlənir.
Tioamidlər (etionamid, protionamid və PAST) qalxanvari vəzdə hormonların sintezini zəiflədir. VƏD nəticəsində əksər hipotireoz halları iki dərman eyni zamanda təyin olunduqda əmələ gəlir. Hipotireozun digər səbəblərinə yod çatışmazlığı, bəzi digər preparatların qəbulu (məsələn litiy, amiodaron), daha əvvəl yod izotopları ilə aparılan müalicə, hamiləlik zamanı qalxanvari vəzin disfunksiyası, Xoşimoto xəstəliyidir.
Hipotireozun digər səbəblərinin istisna edilməsindən sonra levotiroksini təyin etmək lazımdır - minimal dozadan TTH-ın səviyyəsinin 10 mBV/ml səviyyəsinə çatana qədər. VƏD-lərin qəbulu ilə bağlı olan hipotireoz yaxşı nəzarət olunur və tiamidlərdən (Eth, Pth) və ya PAST-dan mütləq imtinanı tələb etmir. Qalxanvari vəzin disfunksiyası vərəmin müalicəsinin kursu başa çatan kimi aradan qalxır və hormon əvəzedici terapiyanı ümumi qayda ilə aparılmış müalicə bitdikdən bir neçə ay sonra dayanaşıdırmaq olar.
Dispepsiya
Mədə-bağırsaq tərəfindən VƏD-lərin qəbul edilməməsinin klinik təzahürləri müxtəlifdir: ürəkbulanma və köpdən başlayaraq davamlı abdominal ağrılara qədər. Zəif simptomlar, o cümlədən, ürək bulanma, tez-tez olan yumşaq nəcis, adətən müalicə başlandıqdan ilk bir neçə ay ərzində müşahidə olunur. Əsasən qastrit qeyd edilir, xüsusilə əvvəllər vərəmdən müalicə alanlarda. Qastrit simptomlarına daxildir: epiqastral nahiyyədə yanma və diskomfort hissi, ağızda turşuluq. Simptomlar səhərlər və qida qəbulundan əvvəl kəskinləşir. Mədə xorası əlamətlərinə yeməkdən sonrakı kəskin ağrılar, qanlı qusma və/və ya melena daxildir. Uzun-müddətli müalicə zamanı antibiotiklərin mədə mikroflorasına olan təsirinə görə yağların sovrulması və laktozanın qəbul edilməməsi əlamətləri əmələ gəlir. Hərdən kifayət qədər güclü olan MB spazmları selikli qişa altında klofamin kristallarının toplanmasından baş verə bilər.
MB simptomatikası ən çox PAST (xəstələrin 1/4-də ürək bulanma, ½ - ishal), etionamid (protionamid), klofaizimin, izoniazid, etambutol və pirazinamid qəbulu zamanı olur. Ağır ürəkbulanma və qusma halları hepatit əlamətləri də ola bilər. Ishalın infeksion səbəblərinə şübhə edildikdə С. difficile və həmin ərazi üçün spesifik patogen mikroorqanizmlərə görə müayinələr tələb olunur. Qastritin digər səbəbkarları Н. pylori, siqaret və alkoholdan sui istifadə, bəzi dərmanların qəbulu (qeyri-steroid iltihab əleyhinə dərmanlar, aspirin, kortikosteroidlər) da ola bilər. MB pozuntularının erkən simptomlarını minimuma endirmək olar. Dispepsiyanaşıın profilaktikası üçün etionamidin (və ya protionamidin) qəbulunu 250-500 mq kiçik dozalardan başlayırlar və bir-iki həftə ərzində tam dozaya qədər artırırlar. Simptomlar qidanın tez-tez və dərmanların gecə vaxtı qəbul edilməsi ilə yüngülləşdirilə bilər. VƏD qəbulu əvvəl aşkarlanmış qastriti olan hər xəstədə, H2-blokatorları ilə müalicə başlamaq lazımdır.
Qastritin artıq ilkin simptomları müşahidə edildikdə fəal müalicə olunmalıdır. Müalicə kursunun başlanmasından bir neçə həftə öncə simptomların yüngülləşməsinin təmin edilməsi vacibdir. Qusma əleyhinə və antasid vasitələrindən ehtiyac olanda istifadə etmək lazımıdr. Antasidləri vərəm preparatlarının qəbulundan üç saat əvvəl və ya sonra istifadə etmək lazımdır çünki onlar flüorxinolonların sovurulmasını pozur. Xəstənin vəziyyəti bir çox halda H2-blokatorları və ya proton pompasının inhibitorları ilə müalicəsi nəticəsində əsaslı yaxşılaşır.
Aradan qalxmayan MB simptomları olduqda onların digər səbəbləri barədə də düşünmək lazımdır. H2-blokatorları ilə müalicə fonunda dispepsiya əlamətlərinin qalması hallarında helicobacter pylory-yə görə müayinə və adi tənəffüs (ureaza) sınağını aparmaq lazımdır. Müsbət nəticələr zamanı helikobakteriyyaya qarşı üç komponentli müalicənin aparılması məqsədəuyğundur.
Qusma və ishal elektrolitlərin küllü miqdarda itirilməsinə gətirdiyinə görə bədənin dehidratasiyası və elektrolitlərin səviyyəsini öyrənmək və tələb olunduqda itkiləri bərpa etmək lazımdır. Yalnız ağır YT-lər zamanı VƏD-lərlə müalicə rejimini dəyişdirmək olar. Etionamidin və ya PAST-ın müvəqqəti dayandırılması (və ya dozanın azaldılması) simptomların aradan qaldırılmasının effektli yolu ola bilər. Kəskin qastrit və/və ya mədə xorasına şübhələr olduqda xəstəni təcili hospitalizasiya etmək və endoskopik müayinə aparmaq lazımdır. Ağır qusma hepatitin ilk təzahürü ola bilər, buna görə belə halda qara ciyər sınaqlarını aparmaq lazımdır.
Uzun-müddətli ishal PAST-ın birbaşa təsirindən ola bilər, bundan başqa istənilən antibiotik spastik ağrılar, ishal və köp ilə müşahidə olunan bağırsaq florasının pozulmasına səbəb ola bilər. Ishala gətirən VƏD-in müalicədən çıxarılması mümkün olmadığı halda loperamid (imodium) təyin etmək tövsiyə olunur: böyüklər 4 mq bir dəfə, sonra hər nəcis ifrazından sonra 2 mq gündə 16 mq-a qədər. Müalicə növlərinin geniş yayılmışlarından biri də tərkibində bağırsaqda olan bakteriyaların canlı kulturası olan (məsələn, laktobakterilər, asidobakterilər və digər oxşar mikroorqanizmlər) dərmanların istifadəsidir. Bu preparatların effektivliyi məhduddur. Adsorbentlərdən (kaolin, kömür, pektin, polikarbofil) istifadə etmək lazım deyil çünki onlar VƏD-lərin sovurulmasını azaldır.
Qaraciyər zədələnmələri
Ədəbiyyatın sistematik təhlili VƏD ilə müalicə zamanı ilk 3-4 ay ərzində qaraciyər zədələnməsinin 2-28% səviyyəsində olduğunu göstərir. VƏD-lə müalicə zamanı qaraciyərin zədəlnməsinin səviyyəsi müxtəlif ola bilər — transaminazanın fəallığının artması kimi yüngül formadan tutmuş qaraciyər çatışmazlığına qədər ola bilər. Qaraciyərin transplantasiyası imkanları olmadığı halda qaraciyər çatışmazlığı ölümə səbəb ola bilər. Hepatitin səciyyəvi xüsusiyyətlərinə ürəkbulanma, qusma, dərinin, selikli qişaların saralması, göz skleraların saralması, sidiyin tündləşməsi, nəcisin rəngsizləşməsi və iştahanın azalması aiddir. Hepatit pirazinamid (xüsusilə etambutol ilə birgə qəbul edildikdə), izoniazid, rifampisin (az toksikdir, birgə qəbul zamanı digər dərmanların toksikliyini artırır), etionamid və PAST tərəfindən törədilə bilər.
Vərəm özü də hepatitin səbəbi ola bilər, məsələn, miliar formada. Yaşlılarda, qadınlarda, qidalanması və mənimsəmə prosesləri pozulmuş insanlarda, İİV-ə yoluxmuşlarda və əvvəldən qaraciyər xəstəliyi olmuş insanlarda qaraciyərin zədələnməsi riski daha yüksəkdir.
VƏD-lə müalicə zamanı qaraciyərin müntəzəm yoxlanılması tələb olunur. Müalicənin ilk aylarında qan zərdabında cüzi və keçici transaminaza artımını müşahidə etmək olar. Kliniki əhəmiyyət kəsb edən hepatitə daimi simptomatika xasdır, diaqnoz isə transaminazanın və ya bir-başa bilirubinin artması ilə təsdiqlənir. Transminazanın cuzi artması yolveriləndir. Adətən, müalicə transaminzanın səviyyəsinin normadan 3-4 dəfəyə qədər artmayınca dayandırılmır. Transaminazanın səviyyəsi normadan 5-10 dəfə artıqda VƏD qəbulu dərhal dayandırılır və xəstə tələb olunduqda xəstəxanaya göndərilir. Transaminazanın 10 dəfədən çox artması nadir hallarda baş verir (1/1000) lakin, ölüm səviyyəsi yüksəkdir 2-3%. Qaraciyərin kəskin çatışmazlığı zamanı isə letallıq səviyyəsi 90%-dən çoxdur. Klinik təzahürlü hepatit diaqnozu təsdiq edildikdən sonra VƏD və digər hepatotoksik dərmanların qəbulu dərhal dayandırılır. Hepatitin əmələ gəlməsinin digər səbəbləri də öyrənilməlidir.
Transaminazaların səviyyəsi normallaşdıqdan sonra VƏD terapiyası bərpa olunmalıdır, bu halda hər 3-4 gündən bir yeni dərman əlavə olunur və hər yeni preparatın əlavəsindən əvvəl transaminazanın səviyyəsi yoxlanılır. Hepatitə səbəb olduğu ehtimal olunan preparat dayandırıla bilər. Bu halda onu daha az hepatotoksik dərmanlarla əvəz etməyə çalışmaq lazımdır. Müalicənin yenidən başlanması zamanı hepatitə səbəb olan preparatları ən son təyin etmək lazımdır. Hepatitə səbəb olan preparat konkret xəstənin müalicəsində əhəmiyyət kəsb etdiyi zaman onu aşağı dozalarda təyin etmək olar.
Böyrəklərin zədələnməsi
Böyrəklərin zədələnməsinin yüngül təzahürü VƏD-lərə spesifik deyil. Ağır zədələnmələrə xas olan simptomlara aiddir: oliquriya və ya anuriya, şişkinlik, anasarka, təngnəfəslik, və, eyni zamanda, psixikanın və davranışın dəyişməsi, huşun pozulması (yuxululuq, huşun qarışıq olması) və ya serozit. Nefrotoksikliyin müəyyən edilməsinin ən yaxşı üsulu kreatininin qan zərdabında olan səviyyəsinin ilkin səviyyə ilə müqayisəsidir. Buna görə də hər ay kreatinin analizin təyin edilməsi tövsiyə olunur, xüsusilə VƏD-lərın parenteral yolla təyini zamanı (bu onların simptomsuz nefrotoksik təsirini müəyyən etməyə imkan verir). VƏD-lərdən kəskin böyrək çatışmazlığına səbəb ola bilən preparatlar - streptomisin, amikasin, kanamisin və kapreomisindir. Böyrək çatışmazlığı (BÇ) digər dərman vasitələrdən də yarana bilər, məsələn, qeyri-steroid iltihab əleyhinə dərman vasitələri, APF inhibitorları, sulfanilamidlər, diuretiklər. Həmçinin sepsis və vaskulitlər kimi yanaşı gedən xəstəliklərdə BÇ-ə səbəb ola bilər. BÇ ehtimalı yaşlılarda, müalicənin əvvəlində artıq böyrəkləri zədələnmiş və digər ağır yanaşı xəstəlikləri olan xəstələrdə daha yüksəkdir.
Nefrotoksik təsir riskini əlavə maye qəbulu və ya parenteral müalicə qəbul edən xəstələrdə nefrotoksik təsirə malik dərmanların qəbulunun dayanaşıdırılması ilə əldə etmək olar. Müalicədən əvvəl BÇ müəyyən edilmiş bütün xəstələrdə kreatinin klirensi əsasında VƏD-lərin dozalarının uyğunlaşdırılmasını aparmaq lazımdır. Turşu-qələvi və elektrolit balansının pozulmasının BÇ-nin ağır nəticələri olduğu üçün, kreatinin və/və ya sidik cövhəri səviyyəsinin artması aşkarlandıqda qanın biokimyəvi analizi aparılmalıdır. Kretinin və/və ya sidik cövhərinin səviyyəsinin cuzi artması zamanı parenteral terapiyanı davam etdirmək olar. Toksik təsirin azaldılması üçün dozanı azaltmaq və preparatın daxil edilməsi intervalını artırmaq olar. BÇ-nin bəzi hallarında inyeksion dərman vasitəsinin həftədə üç dəfə verilməsinə keçmək olar.
Ağır BÇ zamanı parenteral müalicəni tam dayandırmaq və mütəxəssis nefroloq cəlb edilməklə müalicənin davam etdiriməsi məsələsini həll etmək lazımdır. Belə hallarda BÇ-nin digər səbəblərini də nəzərə almaq lazımdır.
Rifampisin qəbulu zamanı sidiyin qırmızı və ya qəhvəyi rəng alması tez-tez müşahidə olunur. Xəstələrə belə əlamətlərin ola biləcəyi haqqında əvvələdən məlumat vermək lazımdır. Belə hallarda dozaların uyğunlaşdırılması tələb olunmur.
Sümük-əzələ sistemi tərəfindən simptomlar
Vərəm xəstələrinin müalicənin ilk aylarında pirazinamidin, flüorxinolonların və tiamidlərin yanaşı təsiri kimi keçici artralgiyalar, artritlər və əzələ ağrıları müşahidə olunur. Z və CM-lə müalicə zamanı xəstələrin ¼-də artralgiya və mialgiya ola bilər. Bu əlamətlər adətən iltihab əleyhinə dərman vasitələri ilə azaldıla və sonralar tam aradan qaldırıla bilər .
Müalicə başlandıqdan bir necə ay sonra bəzi oynaqlarda davamlı oynaq və əzələ simptomları əmələ gəlir. Podaqra və oynaqların degenerativ xəstəlikləri eyni simptomlara malik ola bilər. Simptomlar müşahidə olunmadığı zamanı hiperurikemiya müalicə kursunun dəyişdirilməsi üçün əsas deyil və VƏD qəbulu dayandırıldıqdan sonra aradan qalxır. Əsas müalicə vasitəsi iltihab əleyhinə dərmanların qəbuludur (indometasin 50 mq gündə 3 dəfə, sonra 25 mq; və ya ibuprofen 400-800 mq gündə 3 dəfə; və ya naproksen 750 mq sonra 250 mq gündə 3 dəfə). Pirazinamid alan hiperurikemiya və podaqraya səciyyəvi olan artritli xəstələrdə allopurinolun istifadəsi az təsirli olduğu üçün tövsiyə olunmur.
Sinir sisteminin zədələnməsi
VƏD müalicəsi zamanı sinir sisteminin zədələnməsi tez-tez baş verir. Onların bir qismi yüngül keçir, digəriləri isə (eşitmə zədələnmələri) tədricən əmələ gəlir və müalicə olunmur.
Eşitmənin zədələnməsi
Ototoksiklik VIII-ci kəllə-beyin sinir cütünün zədələnməsi ilə əlaqədardır, bu isə eşitmənin pozulmasına və/və ya qulaqlarda küyün olmasına səbəb olur. Yüksək tezlikli küy adətən eşitmənin itirilməsi ilə nəticələnir.
Bununla yanaşı vestibulyar simptomlar da (nistaqm, ataksiya, tarazlığın itirilməsi) müşahidə oluna bilər. Belə simptomlar adətən toplam böyük doza aminoqlikozidlər və/və ya kapreomisin alan xəstələrdə müşahidə olunur; klaritromisin də ototoksik təsirə malikdir. Furosemidin qəbulu, xüsusilə BÇ fonunda, dərmanların ototoksik təsirini gücləndirə bilər.
Eşitmə pozğunluğu geridönməzdir. Lakin eşitmə pozğunluğuna səbəb olan dərmanın qəbulunun dayandırılması ilə qarşısını almaq olar. VM-nin yüksək davamlılığı və/və ya vəziyyəti ağır olan xəstələrdə, eşitmənin pozulmasına baxmayaraq inyeksion terapiyanın davam etdirilməsi əsas ola bilər. Belə hallarda aminoqlikozidləri kapremisinlə əvəz etmək olar (VM-nın ona qarşı həssaslığı saxlanıldığı halda). Eləcə də, inyeksion preparatların həftədə üç dəfə və ya daha aşağı dozada verilməsini nəzərdən keçirmək olar.
Periferik sinirlərin zədələnməsi
Periferik sinir sisteminin zədələnməsinə bir çox VƏD səbəb olur, o cümlədən, aminoqlikozidlər, izoniazid, tiamidlər, flüorxinolonlar, kapreomisin, sikloserin və etambutol. Şəkərli diabet, İİV, alkoholizm, hipotireoz, digər dərman vasitələrinin qəbulu (məsələn, difenin, amiadaron, dapson, bəzi xərçəng əleyhinə dərmanlar), həmçinin B qrup vitaminlərin və fol turşusunun çatışmazlığı periferik neyropatiyaların səbəbi ola bilər. Sinir keçiriciliyinin müayinəsi diaqnostika standartı ilə müəyyən edilməsinə baxmayaraq, neyropatiya diaqnozunu klinik göstəricilər əsasında da qoymaq olar. Neyropatiyanın simptomlarına daxildir: adətən aşağı ətraflarda müşahidə olunan hissiyatın pozulması (məsələn, keyimə, iynə batma, yanma, ağrı hissi, isti-soyuq hissinin itirilməsi) eləcə də, yerimənin pozulması, zəifləmə, vətər reflekslərinin zəifləməsi və ya olmaması. Hərdən həssaslıq pozğunluqları yuxarı ətraflarda və bədənin digər hissələrində də müşahidə oluna bilər.
Piridoksinin profilaktik təyinindən başqa, xəstələrdə vitamın çatışmazlığının qarşısını almaq məqsədilə vitaminlərlə zəngin qidalanma da təmin edilməlidir. Perifierik neyropatiya diaqnozu qoyulduqda onun mümkün olan digər səbəblərini yadda saxlamaq lazımdır.
Neyropatiyanın simptomatik müalicəsinə daxildir: fizioterapiya və trisiklik antidepressantlar (əks göstəriş olmadığı halda). Antidepressantların qəbulu kiçik dozalardan başlayır, məsələn, 25 mq amitriptilin yatmazdan əvvəl, müalicənin nəticəsini ən azı bir həftə gözləmək lazımdır. Effekt olmadığı halda dozanı yatmazdan əvvəl 75 mq-a qədər artırmaq lazımdır. Trisiklik antidepressantların təsiri olmadığı halda qabapentin təsirli ola bilər (400 – 1200 mq gündə üç dəfə). VƏD-lərin parenteral qəbulu zamanı trisiklik antidepressantların təyinindən əvvəl elektrolitlərin səviyyəsini də nəzarətdə saxlamaq lazımdır.
Qıcolmalar
Qıcolmalar baş beyinin patoloji elektrik aktivliyinin təzahürüdür. Diaqnoz klinik göstəricilər əsasında elektroensefaloqram aparılmadan qoyulur. Klinik simptomlara daxildir: aura, huşun itirilməsi, əzələlərin zəifliyi və ya qeyri-iradi qısalmaları, sidiyin və nəcisin saxlanılmaması, tutmadan sonra huşun pozulması və ya yuxululuq.
Diaqnoz qoyulduqdan sonra qıcolmaların səbəblərini müəyyən etmək lazımdır. Onlara aid ola bilər - sikloserinin, izoniazidin və flüorxinolonların qəbulu və infeksiya (o cümlədən, MSS-ın vərəm zədələnməsi), hipokalemiya, elektrolit tarazlığının pozulması, hipoksemiya, alkohol abstinensiyası sindromu, digər dərmanların istifadəsi (məsələn, penisillin, trisiklik preparatlar), uremiya və qaraciyər funksiyasının pozulması.
Müalicədən əvvəl epilepsiyaya qarşı dərman vasitələrini qəbul edən xəstələrdə tutmaların profilaktikasına daxildir - piridoksinin təyini (150-200 mq/gündə) və, eləcə də, bütün müalicə kursu boyu qan zərdabında preparatın konsentrasiyasına nəzarət. Bu bəzi tutmalar əleyhinə dərmanların VƏD-lərlə (izoniazid, sikloserin və flüorxinolonlar) qarşılıqlı təsir yaratması ilə bağlıdır.
Qıcolma tutmaları olduğu zaman və digər səbəblər istisna edildikdə, epilepsiyaya qarşı terapiyanı başlamaq lazımdır. Şübhə edilən VƏD müalicə rejiminin əsas komponenti deyilsə, onun qəbulunun dayandırılması və digər preparatın təyini tələb olunur. Şübhə edilən VƏD qəbulunun dayandırılması qeyri mümkün olduğu halda, onun istifadəsini xəstənin epilepsiyaya qarşı preparatların qəbulu fonunda vəziyyəti sabitləşdikdən sonra həmin preparatın qəbulunu bərpa etmək olar.
Terapiyaya adətən daxildir: qıcolmalara qarşı prepartların biri, məsələn, benzobarbital (benzonal) — 0,1-0,2 q gündə 3 dəfə yeməkdən sonra; bariant — valproy turşusu, yemək zamanı və ya dərhal sonra 0,3-0,6 q gündə, sonra 1-2 həftə ərzində dozanın 0,9 - 1,5 q-dək artırılması ilə. Qıcolmalara qarşı belə müalicə vərəmin müalicəsinin bütün kursu zamanı davam edilməlidir. Müalicə kursu başa çatdıqdan sonra epilepsiayaya qarşı terapiyanı dayanaşıdırmaq olar.
Depressiya və digər psixi pozğunluqlar
Depressiya — fərdin normal fizioloji və funksional fəaliyyətini məhdudlaşdıran müxtəlif simptomlarla səciyyələnir: keyfsizlik, sevimli məşğuliyyətlərə marağın itməsi, gücsüzlük, psixomotor reaksiyaların zəifləməsi (nitq, düşünmə, hərəkət), yuxunun və iştahanın pozulması, gunahkarlıq, əlacsızlıq və ümüdsizlik hissinin yaranması, fikrin cəmləşdirilməsi qabiliyyətinin itirilməsi. Psixotik simptomlar və özünə qəst fikirləri də mümkündür. Ədətən, iki və daha çox həftə qalan simptomlara diqqət yetirilir.
Sikloserin, izoniazid, etionamid və amoksisillin/klavunat turşusu qəbulu zamanı xəstələrin əhval ruhiyyəsi dəyişə bilər, lakin depressiya ilk növbədə sikloserinin qəbulu ilə əlaqələndirilir. Psixososial amillər (o cümlədən, yoxsulluq, sosial təcrid olunma, ailədə zorakılıq), hipotireoz, alkohol və narkotik asılılıq (o cümlədən benzodiazepinlərin qəbulu) da depressiyaya səbəb ola bilər. Müalicə kursundan öncə depressiv vəziyyətlər daha çox xronik xəstələrdə müşahidə olunur. Vərəm xəstələrinin sosial təcrid olunması, onlarda günahkarlıq və şəxsi əhəmiyyətsizlik hissi kəskinləşir.
Depressiya zamanı xəstənin müalicə yollarının müəyyən edilməsi zamanı depressiyaya təkan verən digər, o cümlədən, psixososial amilləri də müayinə etmək lazımdır. Ənənəvi psixoterapiya üsullarından istifadə etmək lazımdır, o cümlədən, dəstək qrupları, tibb işçilərinin intensiv müşahidəsi və xəstənin ailə üzvlərinin dəstəyi əsas rol oynayır.
Yüngül hallarda antidepressantların qəbulu yetərli ola bilər, məsələn, MAO inhibitorları (iproniazid, nialamid, fenelzin və s.) və ya trisiklik antidepressantlar (amitriptilin, fluoksetin, sertralin və s.). Xəstədə kəskin aqressivliklə və ətrafdakıların təhlükəsizliyinə təhlükə yarandıqda, suisid meylləri əmələ gəldikdə, xəstənin müşahidəsinə psixiatr cəlb olunmalı və xəstənin psixiatrik stasionara yerləşdirilməsi məsələsi nəzərdən keçirilməlidir. Davamlı depressiya səbəbindən VƏD-lərin qəbulunun dayandırılması nadir halda gündəmə gəlir.
Başağrıları
Lokal və yayılmış başağrıları VƏD-lə terapiyanın ilk ayları zamanı baş verir. Psixi və sosial problemlər başağrılarının əmələ gəlməsinə təkan verir. Tərkibində sikloserin olan sxemlərin istifadəsi zamanı, terapiyanın əvvəlində əmələ gələn başağrısının, yuxu pozğunluqlarının qarşısının alınması üçün, ilkin olaraq aşağı dozalar (250-500 mq) təyin olunur, sonra tədricən bir-iki həftə ərzində tam terapevtik dozaya qədər artırılır.
Adi başağrıları qeyri-steroid iltihab əleyhinə dərman vasitələri ilə müalicə olunur, onların qeyri effektivliyi zamanı isə trisiklik antidepressantlar və ya kombinə edilmiş dərman vasitələri kömək edir - kodein əlavələri ilə iltihab əleyhinə dərman vasitələri. Olduqca nadir hallarda başağrıları ilə meningit özünü biruzə verir və bu halda təxirəsalınmaz terapevtik tədbirlər tələb olunur.
Psixoz
Psixozlar psixi proseslərin pozulmasını və ya ətraf reallıqla əlaqənin itirilməsini əks etdirən simptomlarla təzahür edir. Eşitmə və görmə halyusinasiyaları, paranoya, katatoniya, sayıqlama və davranış pozuntuları psixozların əsas simptomlarındandır. Tibb işçiləri psixotik vəziyyətləri müəyyən etməyə qadir olmalıdır, çünki ilkin mərhələlərdə psixozlar daha rahat müalicə olunur. Sikloserindən başqa izoniazid, flüorxinolonlar və tiamidlər psixozlara səbəb ola bilər. Psixotik əlamətlərə sosial və psixoloji problemlər, hipotireoz eləcə də digər preparatların (benzodiazepin bəzi antidepressantlar) yanaşı təsiri, narkotiklərin istifadəsi və alkoholdan sui istifadə səbəb ola bilər.
Piridoksinin profilaktik qəbulu VƏD-lərin yanaşı təsirlərindən olan nevrotik və psixotik əlamətlər riskini azaldır. Sikloserin qəbul edənlər üçün piridoksinin adi dozası gündə 150 mq təşkil edir.
Psixoz diaqnozu müəyyən edildikdən sonra VƏD təsirindən başqa ona səbəb olan digər amilləri də aydınlaşdırmaq lazımdır. Psixiatrın məsləhəti və gündəlik, daimi nəzarət, suisid əhval-ruhiyyəsi və ətrafdakılara qarşı zorakılıq meylləri kimi qabarıq simptomları olan xəstələrin isə xüsusi şöbəyə yerləşdirmə məsələsini həll etmək lazımdır. Psixozun müalicəsini ən ilk simptomlar əmələ gələndə başlamaq lazımdır (məsələn, ilkin olaraq v/d 1-5 mq halloperidol sonra daxili, yeməkdən yarım saat əvvəl, və ya parenteral. Ilkin gündəlik doza— 0,5–5 mq 2-3 dəfəyə, sonra tələb olunan terapevtik təsirin əldə edilməsi üçün dozanın tədricən 0,5–2 mq artırılması (rezistent formalarda 2–4 mq artırılması); maksimal gündəlik doza - 100 mq, orta - 10–15 mq). Neyroleptiklərin istifadəsi onların YT-lərin müalicəsi ilə müşayiət olmalıdır, əks təqdirdə neyroleptiklərin YT-ləri müalicəni xəstələr üçün dözülməz edir.
Ilkin sabitləşmə dövründə sikloserin qəbulu dayanaşıdırılmalıdır və psixoz əlamətləri itəndən sonra aşağı dozalarla bərpa edilməlidir. Bəzi xəstələr pis keçirdiklərinə görə sikloserini təkrar qəbul edə bilməyəcəklər və belə hallarda müalicə sxeminə digər VƏD-ləri daxil etmək lazımdır. Simptomlar kəsildikdən sonra psixozun müalicəsini dayandırmaq olar. Sikloserinin qəbulu davam etdiriləcəkdirsə, bəzi xəstələrə vərəmin müalicə kursu boyu antipsixotik preparatların verilməsi tələb olunacaq. Belə hallarda psixozun müalicəsini yalnız vərəmin müalicəsi başa çatdıqdan sonra dayandırıla bilər.
Dəridə qaşınma
VƏD-lə müalicə zamanı dəri qaşınmalarına kifayət qədər tez-tez rast gəlinir. Onlar əsasən təhlükəli deyil və yüngül keçirilir, lakin xəstəlik hərdən əziyyətli və hətta təhlükəli də ola bilər. Dəri qaşınmaları altında gizlənən digər fəsadları qaçırmamaq vacibdir – elektrolit tarazlığının pozulması və periferik sinirlərin zədələnməsi. Dəri qaşınması kimi YT-nin yüngünlləşdirilməsinin əsas yolu ona səbəb olan preparatın dozasının azaldılması və sonralar dozanın tədricən bərpa edilməsidir. Cədvəldə 1-ci sıra VƏD-lər ilə müalicə zamanı dəri reaksiyasına görə kəsilmiş terapiyanın bərpasına dair sxem verilmişdir.
Ağır dəri reaksiyasına görə kəsilmiş kimya terapiyası kursunun bərpasına dair təqribi sxem.
Gün
|
Preparat
|
Doza
|
1
|
Н
|
0.050
|
2
|
Н
|
0.300
|
3
|
RН
|
½ həb
|
4
|
RН
|
1 həb
|
5
|
RН
|
Tam doza
|
6
|
RН+Z
|
Gündəlik doza 5 + ½ həb
|
7
|
RН+Z
|
Gündəlik doza 5 + 1həb
|
8
|
RН+Z
|
Tam doza
|
9
|
RН+Z+E
|
Gündəlik doza 8 + ½ həb
|
10
|
RН+Z+E
|
Gündəlik doza 8 + 1 həb
|
11
|
RН+Z+E
|
Tam doza
|
Dostları ilə paylaş: |