Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat


Əlavə 13: İİV-ə yoluxmuş məhbuslara İPT-nin tətbiqi



Yüklə 1,96 Mb.
səhifə24/32
tarix25.11.2016
ölçüsü1,96 Mb.
#40
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

Əlavə 13: İİV-ə yoluxmuş məhbuslara İPT-nin tətbiqi



İİV-ə yoluxmuş xüsusi kontingent arasında vərəmin profilaktikası barədə

Penitensiar müəssisələrdə xüsusi kontingent arasında aparılan müayinələrin təhlili həyata keçirilən bir sıra tədbirlərə baxmayaraq İİV-ə yoluxmuş şəxslərin sayının artdığını göstərir. Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən İİV infeksiyasının yayılması İİV/Vərəm ko-infeksiya hallarının artması ilə də müşayiət edilir.

İİV-ə yoluxmuş şəxslər arasında vərəmlə xəstələnmə səviyyəsinin azaldılması məqsədi ilə ÜST tövsiyələri nəzərə alınaraq penitensiar müəssisələrdə fəal vərəm hallarını erkən aşkarlamaq üçün müəyyən tədbirlər həyata keçirilir. Bu məqsədlə müxtəlif müəssisələrdə beş yeni Xpert TB Rif müayinə üsulu tətbiq edilmiş, ikisinin isə yaxın zamanlarda istismara verilməsi gözlənilir. Xpert TB Rif üsulu penitensiar müəssisələrdə vərəmin aşkarlanması alqoritminə daxil edilmiş və uğurla tətbiq olunmaqdadır. Vərəmin erkən aşkarlanmasını təmin etmək üçün bir sıra digər yeniliklər tətbiq edilmiş, o cümlədən bəlğəmin toplanması və daşınması prosedurları təkmilləşdirilmişdir.

ÜST-nın məlumatlarına görə İzoniazidlə Preventiv Terapiyanın (İPT) tətbiqi də bu məqsədlərə qulluq edir.

Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan penitensiar müəssisələrdə İİV-ə yoluxmuş şəxslər arasında vərəm hallarının qarşısını almaq məqsədi ilə,
ƏMR EDİRƏM:


  1. ÜST-nın «Məhdudlaşmış resurslar şəraitində İİV-lə yaşayan insanlar arasında vərəm hallarının intensiv aşkarlanması və izoniazidlə profilaktik müalicəsi» təlimatının öyrənilməsi məqsədi ilə penitensiar müəssisələrdə çalışan tibb xidməti əməkdaşlarına İxtisaslaşdırılmış müalicə müəssisəsinin Vərəm üzrə Təlim mərkəzində treninqlər təşkil olunsun (İftixar Qurbanov, Füzuli Hüseynov, Nəhmət Rəhmanov, İradə Məmmədova, Elnur Məmmədov).

  2. Cəzaçəkmə müəssisələrində saxlanılan İİV-ə yoluxmuş şəxslər arasında fəal vərəmi inkar etmək və vərəmin aktiv profılaktikasını təmin etmək məqsədi ilə dövri tibbi müayinələrin və İPT-nın həyata keçirilməsi üçün aşağıdakı tərkibdə səyyar həkim briqadaları yaradılsın.

Birinci briqada:

Abbasəli Məmməd oğlu Sadıqov - t/x mayoru, MİTİ-nin inspektoru-həkim (AİDS və

yoluxucu xəstəliklər üzrə), rəhbər

Hikmət Elşad oğlu Aydəmirov -t/x leytenantı, İxtisaslaşdırılmış müalicə müəssisəsinin

tibb xidməti I vərəm şöbəsinin böyük həkim-ftiziatrı

Asif Arif oğlu Şirinov - t/x baş leytenantı, Müalicə müəssisəsinin tibb xidməti

İnfeksion xəstəliklər şöbəsinin rəisi (həkim-infeksionist)


İkinci briqada:

Elnur Rövşən oğlu Məmmədov - t/x mayoru, İxtisaslaşdırılmış müalicə müəssisəsinin

tibb xidməti Dispanser şöbəsinin həkim-infeksionisti (AİDS üzrə), rəhbər

Sakit Yasir oğlu Hümbətov - t/x leytenantı, İxtisaslaşdırılmış müalicə müəssisəsinin

tibb xidməti Somatik xəstəliklər şöbəsinin həkim-ftiziatrı

Samir Vaqif oğlu Hüseynov - t/x leytenantı, Gigiyena və epidemiologiya mərkəzinin



həkim-epidemioloqu


  1. Həkim briqadalarına tapşırılsın:

    1. Xüsusi cədvəl üzrə ildə iki dəfə (mart-aprel və sentyabr-oktyabr aylarında) istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində saxlanılan İİV-ə yoluxmuş şəxslərin vərəmə görə sorğu-skrininqdən və həkim-mütəxəssislərin baxışından keçirilməsi, nəticələrinin fərdi ambulator kitabçalara qeyd edilməsi təmin edilsin.

    2. Skrininqin, həkim baxışlarının və Xpert TB Rif-in nəticələrinə əsasən fəal vərəm inkar edilən hallarda həmin şəxslərə 6 aylıq «İzoniazid 300 mq + Piridoksin 50 mq» İPT kursu təyin edilsin.

    3. Növbəti müayinə zamanı təyin edilmiş müalicə kursunun gedişi və qiymətləndirilməsi həyata keçirilsin, bu barədə ambulator kitabçada xüsusi qeydlərin aparılması təmin edilsin.

    4. Hər bir İİV-ə yoluxmuş şəxsə İPT kursunun beş ildən bir təkrarlanması təmin edilsin.

    5. İPT ilə bağlı həyata keçirilən işlər elektron məlumat bazasına daxil edilsin (Abbasəli Sadıqov, Elnur Məmmədov).



  1. Penitensiar müəssisələrin TSH rəislərinə tapşırılsın:

    1. İldə iki dəfə (fevral-mart və avqust-sentyabr aylarında) müəssisələrdə saxlanılan

İİV-ə yoluxmuş şəxslərdən götürülmüş bəlğəm nümunələrinin (hər şəxsdən bir nümunə olmaqla) Xpert TB Rif üsulu ilə müayinə üçün cədvəl üzrə laboratoriyalara göndərilməsi (Əlavə 1) və nəticələrin fərdi ambulator kitabçalarda əks olunması təmin olunsun (TSH rəisləri, Ceyhun Həsənov).

    1. Xpert TB Rif müayinəsinin nəticəsi MTB müsbət olduqda, qısa müddətdə məhkumun İxtisaslaşdırılmış müalicə müəssisəsinə göndərilməsi təmin edilsin.

    2. Skrininq zamanı İİV-ə yoluxmuş şəxsdə fəal vərəmin olmasına şübhə doğuran dörd əlamətlərdən biri müşahidə edildikdə (davamlı hərarət, iki-üç həftədən artıq davam edən öskürək, tərləmə, çəkinin azalması) həmin şəxsdən bir bəlğəm nümunəsinin götürülərək əkmə müayinəsi üçün İMM-nin laboratoriyasına göndərilməsi təmin edilsin (TSH rəisləri, Rasim Tahirli).

    3. Skrininq zamanı fəal vərəmin olmasına şübhə doğuran əlamətlərdən biri müşahidə edildiyi, lakin bakteriolojı müayinə nəticəsində vərəm təsdiq edilmədiyi halda həmin şəxsə on dörd günə qədər müddətə qeyri-spesifık müalicə təyin edilsin. Dinamiki müşahidədə həmin əlamətlər aradan qaldırıldıqdan sonra İPT kursunun təyin edilməsi üçün məhkum təkrarən həkim briqadasına təqdim edilsin. Əlamətlər aradan qalxmadığı halda məhkumun ətraflı müayinə üçün Müalicə müəssisəsinə göndərilməsi təmin edilsin.

    4. İPT kursunun qəbulu TSH-nin həkimlərinin müşahidəsi altında aparılsın və bunun qeydiyyatı xüsusi formalı vərəqələrdə əks olunsun (Əlavə 2). Qeydiyyat aparılmış vərəqələr İİV-ə yoluxmuş şəxslərin ambulator kitabçalarına tikilsin.



  1. Müalicə müəssisəsi tibb xidmətinin baş həkiminə tapşırılsın (Bəhruz Mirzəyev):

    1. Müalicə müəssisəsinin tibb xidmətində fəal vərəm aşkar edilmiş İİV-ə yoluxmuş şəxslərin qısa müddətdə İxtisaslaşdırılmış müalicə müəssisəsinə göndərilməsi təmin edilsin.

    2. Müayinələr nəticəsində fəal vərəm inkar edilmiş İİV-ə yoluxmuş şəxslərə İPT kursunun aparılması təmin edilsin.

  2. İxtisaslaşdırılmış müalicə müəssisəsinin təsərrüfat briqadasında saxlanılan məhkumlar arasında bu əmrin 3.1; 3.2; 3.3; 3.4; 3.5; 4.1; 4.3; 4.4. və 4.5. bəndlərində müəyyən olunmuş qaydada İPT kursunun aparılması təmin edilsin (Nəhmət Rəhmanov).

  3. İPT kursunda istifadə olunan dərmanlara tələbatın proqnozu, onların satın alınması, müvafıq şəraitdə saxlanılması, paylaşdırılması və qeydiyyatın aparılması təmin edilsin (Rafıq Xudayev, Füzuli Hüseynov, Ariz Quliyev, Abbasəli Sadıqov, Elnur Məmmədov)

  4. Əmrin icrasına nəzarət Tibb baş idarəsinin rəis müavini Murad Süleymanova həvalə edilsin.

  5. Əmr aidiyyəti üzrə elan edilsin.

Tibb baş idarəsinin rəisi

tibb xidməti general-mayoru Rəfail Mehdiyev

Əlavə 1

Müəssisələr üzrə İİV-ə yoluxmuş şəxslərin bəlğəm nümunələrinin Xpert TB Rif üsulu ilə müayinəsi təhkim olunmuş laboratoriyalar

İMM-nin tibb xidməti laboratoriyası - CM-2, TM, CM-4, CM-9, CM-16, CM-17, İT-3 MM-nin tibb xidməti laboratoriyası - CM-1, CM-6, CM-11, CM-15

BİT-in laboratoriyası - CM-5, CM-7, CM-10, BİT, İT-2

CM-13-ün laboratoriyası - CM-8, CM-12, CM-13, CM-14, Həbsxana
Əlavə 2

İzoniazidlə Preventiv Terapiya (İPT) kursunun qəbulunun qeydiyyat vərəqəsi

İPT kursu təyin edilmiş şəxsin soyadı, adı, atasının adı. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

Təvəllüdü . . . . . . . . . . . . . . Qeydiyyat №-si . . . . . . . . . . . . . . . CM- . . . . . .

Gündəlik qəbul edilən dərmanlar və dozası: İzoniazid - 300 mq və Piridoksin - 50 mq



Müalicə başlanıb . . . . . . . . . . . . . . . . . . . . . . Müalicə başa çatıb . . . . . . . . . . . . . . . . . . . . . . Sayca neçənci müalicə кursudur . . . . .



Aylar


11

22

33

44

55

66

77

88

99

110

111

112

113

114

115

116

117

118

119

220

221

222

223

224

225

226

227

228

229

330

331

























































































































































































































































































































































































































































































































































































































































































TSH-nin rəisi . . . . . . . . . . . . . . . . . . / . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

imza adı və soyadı

İPT kursunu təyin etmiş məsul həkim . . . . . . . . . . . . . . . . . . / . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

imza adı və soyadı


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin