Əlavə 15: Müalicəni bitirmədən azadlığa buraxılan vərəmli xəstələrə dəstək layihəsinin iş prinsipləri Müalicəni bitirmədən azadlığa buraxılan vərəmli xəstələrin kurasiyası üzrə müqavilə
“TƏSDİQ EDİRƏM”
|
“TƏSDİQ EDİRƏM”
|
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin Milli Vərəmə
Nəzarət Proqramı adından
Viktor Qasımov
Səhiyyə Nazirliyinin Milli Vərəmə
Nəzarət Proqramının rəhbəri
|
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin
Tibb baş idarəsi adından
Rəfail Mehdiyev
Ədliyyə Nazirliyinin Tibb baş
idarəsinin rəisi
|
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu
və
Qlobal Fondun 9-cu Raund Vərəm Layihəsinin sub-resipiyenti
“Sağlamlığa Xidmət” İctimai Birliyi
arasında
müalicəsi başa çatmadan Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış müalicə müəssisəsindən azadlığa buraxılmış vərəmli xəstələrin Səhiyyə Nazirliyinin tabe vərəm əleyhi tibb müəssisələrində müalicələrinin sonadək izlənilməsi üzrə
ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ
I. Giriş
Müqavilənin məqsədi və əhatə dairəsi
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi penitensiar sistemdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dəstəklənən DOTS strategiyasına (Birbaşa Müşahidə Olunan Terapiya) əsaslanan Vərəmə nəzarət proqramı həyata keçirir. Bu istiqamətdə nəzərə çarpan nailiyyətlərin əldə olunmasına baxmayaraq, bəzi problemlər hələ də movcuddur. Həmin çətinliklərdən bəziləri azadlığa buraxıldıqdan sonra xəstələrin vərəm dispanserlərində qeydiyyata alınması, adekvat müalicə ilə təmin olunması, müalicə və müayinə proseduralarının ölkədə qəbul olunmuş kliniki prokollara uyğun aparılması, penitensiar və mülki sektor arasında vərəmli xəstələrin izlənilməsinə dair informasiya mübadiləsin zəif olması ilə əlaqədardır.
Vərəmli xəstələrin müalicəsinin, xüsusən də ikinci sıra vərəm əleyhinə dərmanlarla müalicəyə cəlb olunmuş xəstələrin uzun müddətli olmasını və azadlığa buraxılan keçmiş məhkum/vərəm xəstələrin əsasən natamam təhsilli olduğu, bir sıra hallarda aqressiv davranışlı, bir çoxunun narkotik vasitə və spirtli içki aludəçisi olduğu, tələb olunan qayda və qanunlara riayət etmək baxımından olduqca çətin əhali qrupu olduğunu nəzərə alaraq azadlığa buraxılmış vərəmli məhkumlar arasında müalicədən yayınma hallarının minumuma endirilməsi məqsədilə onlara dəstək göstərilməlidir. Müalicəni yarımçıq dayandırmış xəstə qısa müddət ərzində xəstəliyin daha kəskin formasına düçar ola bilər və onunla əlaqədə olanları vərəmə yoluxma riskinə məruz qoya bilər. Daha təhlükəlisi odur ki, müalicənin sonadək çatdırılmaması Dərmana Davamlı (DD), o cümlədən, Geniş sayda Dərmanlara Davamlı (GDD) vərəmin yaranmasına gətirib çıxarır.
Bu müqavilənin başlıca məqsədi müalicələrini tamamlamadan azadlığa buraxılmış bütün vərəmli xəstələrin: dərmana həssas vərəm (DH-vərəm) və DD-vərəmli xəstələrin mülki vərəm əleyhi tibb müəssisələrində və ya Milli Vərəmə Nəzarət Proqramının (MVNP) DOT məntəqələrində müalicələrini davam etdirmələrini təmin etməkdir. Xəstələr azadlığa buraxıldıqdan sonra onların müalicələrini davam etdirməkdə məqsəd vərəmdən əziyyət çəkən bütün xəstələrə eyni münasibət göstərməklə mülki əhali arasında vərəm ştammlarının ötürülməsini, DH-vərəm və DD-vərəmlə xəstələnmə və ölüm hallarını azaltmaq, rezistentliyin artmasının və GDD-Vərəm ştammlarının yaranmasının qarşısını almaq üçün penitensiar sektorda müalicəyə qoşulmuş bütün vərəm xəstələrin sonadək müalicəsini təmin etməkdir.
Bu Müqavilə xüsusi yüksək riskli əhali qrupunun, o cümlədən, azadlığa buraxılmış DD-Vərəmli şəxslərin spesifik sosial və iqtisadi problemlərinin mövcudluğu nəzərə alınaraq hazırlanmışdır və məqsədi Ədliyyə Nazirliyinin (ƏN) və Səhiyyə Nazirliyinin (SN) dəstəyi ilə Qlobal Fondun 9-cu Raund Vərəm Layihəsinin sub-resipiyenti “Sağlamlığa Xidmət” İctimai Birliyi qeyri-hökumət təşkilatı tərəfindən müalicəsi başa çatmadan azadlığa buraxılan vərəmli xəstələrin mülki vərəm əleyhinə müəssisələrdə müalicələrini davam etdirmələrinin təşkili, nəzarət və dəstəyi layihəsinin həyata keçirilməsindəki maneələri və çətinlikləri aradan qaldırmaqdan ibarətdir.
II. Cari müqaviləyə aid tərəflər
Bu Müqavilə məsələyə aidiyyəti olan aşağıda qeyd edilən tərəflər arasında bağlanır:
-
Azadlığa buraxıldıqdan sonra müalicə davam etdirilən mülki vərəm əleyhi tibb müəssisələrinin bu fəaliyyətini təşkil və nəzarət edən Səhiyyə Nazirliyinin məsul qurumu qismində Direktor cənab Elcan Məmmədbəyovun təmsil etdiyi Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu (SN ETACXİ)
-
Azadlığa buraxıldıqdan sonra xəstələrin müalicəyə sadiqliyinə və müalicənin sonadək çatdırılmasına nail olmaq məqsədilə sosial dəstəyi təmin edən qurum qismində Direktor cənab Elçin Muxtarlının təmsil etdiyi “Sağlamlığa Xidmət” İctimai Birliyi qeyri-hökumət təşkilatı, QF-un 9 cu Raund Vərəm Layihəsinin sub-resipiyenti (SX İB)
III. Tərəflərin öhdəlikləri
III. 1. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu (SN ETACXİ)
Bu Müqaviləni imzalamaqla SN ETACXİ:
-
Müalicəsi başa çatmadan azadlığa buraxılan vərəmli şəxslərin mülki vərəm əleyhi tibb müəssisələrində heç bir ayrı-seçkilik qoymadan qeydiyyata alınmasını və müalicənin müalicə sxeminə və fazasına uyğun olaraq DOT qaydalarına riayət etməklə davam etdirilməsini təmin edir;
-
Müalicəsi tamamlanmadan azadlığa buraxılmış vərəmli xəstələrin mülki vərəm əleyhi tibb müəssisələrində (DOT kabinetlərdə, vərəm dispanserində və s.) müalicələrinin davam etdirilməsi üçün gündəlik işləri yerinə yetirəcək məsul işçi təyin edir;
-
Xəstəni İMM-dən ona verilən epikriz və “TB 09” köçürülmə sənədinin əsasında vərəm əleyhi tibb müəssisəsində qeydiyyata alır və bu barədə məlumatı SX İB vasitəsilə yaxud birbaşa (məktub, faks, elektron poçt və.s.) İMM-yə (xəstənin gəldiyi tibb müəssisəsinə) ötürür;
-
Azadlığa buraxılmış xəstənin müalicəsinin davam etdirilməsi zamanı mülki vərəm əleyhi tibb müəssisələrində istifadə olunan bütün lazımi qeydiyyat formalarından (“TB 01” və s.) istifadə edir;
-
Azadlığa buraxılan 1-ci sıra dərmanlarla müalicə alan (DH-vərəm) vərəmli xəstələri müalicə başa çatana kimi bütün zəruri dərman preparatlarıilə təmin edir;
-
Azadlığa buraxılan 2-ci sıra dərmanlarla müalicə alan (DD-vərəm) vərəmli xəstələri müalicə başa çatana kimi vərəm əleyhi dərmanlar istisna olmaqla bütün digər zəruri dərman preparatları ilə təmin edir;
-
Azadlığa buraxılmış DD-vərəmli xəstələrdə 2-ci sıra dərmanların yanaşı təsirlərini aradan qaldırmaq məqsədilə DOT məntəqələrini lazımi dərmanlarla təmin edir;
-
Azadlığa buraxılan DD-vərəm xəstəsinə təyin edilmiş müalicə sxeminə uyğun olaraq QF 9-cu Raund Vərəm Layihəsi çərçivəsində əldə olunmuş 2-ci sıra dərmanların 1 aylıq ehtiyatının DOT məntəqələr tərəfindən SX İB-dan təhvil alnmasını təmin edir (bu prosedura sonrakı dövrdə hər xəstə üçün ayda bir dəfə olmaqla təkrarlanır və müalicə başa çatana kimi davam edir);
-
Azadlığa buraxılan DD-vərəm xəstəsinin müalicəsi üçün təhvil alınmış 2-ci sıra dərmanların sərfiyyatı barəsində məlumatı hər ay əvvəlki ay üçün SX İB-yə təqdim edir;
-
Azadlığa buraxılan vərəm xəstələrinin müalicəsi başa çatana kimi (DD-vərəm xəstəsindən hər ay, DH-vərəm xəstəsindən isə təyin olunmuş müvafiq dövrlərdə) bəlğəm nümunəsi götürülməsini və SX İB-nin əməkdaşı vasitəsilə laboratoyaya göndərilməsini təşkil edir;
-
Müalicə zamanı xəstəyə lazım olan rentgen və digər (EKQ, USM və s.) müayinələrin aparılmasını təmin edir;
-
Layihənin həyata keçirilməsi məqsədilə SX İB-ni əməkdaşlərı üçün zəruri şərait yaradır və cari müqavilə əsasında onlar tərəfindən irəli sürülən əsaslandırılmış məsələləri həll edir;
-
QF 9-cu Raund Vərəm Layihəsi çərçivəsində azadlığa buraxılan vərəmli xəstələr üçün sosial dəstək məqsədilə nəzərdə tutulmuş nəqliyyat xərci və digər həvəsləndiriciləri SX İB-dən təhvil alnmasını və tələb olunan qaydada onların gündəlik qeydiyyatının aparılmasını, sərfiyyatı barəsində məlumatı hər ay əvvəlki ay üçün SX İB-yə təqdim edilməsini təmin edir;
-
Müalicə kursunun sonunda, müalicə nəticələri də daxil olmaqla, laboratoriya və rentgen müayinələrinin nəticələrini vərəmli xəstələrin məlumat bazasına daxil edilməsi üçün SX İB vasitəsilə ƏN TBİ-nə göndərir;
-
Vərəm əleyhi dispanserlərə, periferik DOT məntəqələrinə və xəstələrə baş çəkmə səfərləri zamanı heç bir fərq qoyulmadan keçmiş məhkum xəstələrin müalicələri ilə maraqlanır və problemlərin həllinə çalışır;
-
Müalicə müddəti ərzində beynəlxalq standartlara uyğun infeksiyaya nəzarət tədbirlərini həyata keçirir;
-
DD-vərəmli xəstələrə psixoloji dəstək göstərir, məsləhətləşmələr aparır və əgər lazım gələrsə xəstələri psixiatrik xidmətlə təmin edir, eyni zamanda xəstə və onun ailə üzvləri arasında səhiyyə maarifi işi aparır;
-
Mülki vərəm əleyhi tibb müəssisələrinin məsul tibb işçisi, SX İB-nin masul əməkdaşı və azadlığa buraxılan vərəmli xəstə arasında üç tərəfli müqavilənin imzalanmasını təsdiqləyir.
III. 2. “Sağlamlığa Xidmət” İctimai Birliyi (SX İB)
Bu Müqaviləni imzalamaqla, SX İB:
-
Zəruri tibbi sənədləri ETACXİ-yə və ya mülki vərəm əleyhi tibb müəssisələrinə çatdırmaqla müalicəsi başa çatmadan azadlığa buraxılan vərəmli xəstələrin qeydiyyata götürülməsini təşkil edir, onların müalicəni davam etdirmələrinə nəzarət edir və dəstək göstərir;
-
Müalicəsi başa çatmadan azadlığa buraxılan vərəmli xəstə ilə ən azı bir ay əvvəl görüşür, onun müalicəsinin mülki sektorda davam etdirilməsinn təşkili üçün bütün lazımi məlumatları (onun ailəsi, yaxınları barəsində) əldə edir, zəruri məlumatları ETACXİ-yə və ya vərəm əleyhi tibb müəssisələrinə təqdim edir;
-
Müalicəsi başa çatmadan azadlığa buraxılan vərəmli xəstələr arasında müalicəyə sadiqliyi təmin etmək məqsədilə onlara psixo-sosial dəstək göstərir, müalicənin mülki sektorda davam etdirilməsinin və tam kurs müalicə almanın vacibliyinə dair onlar arasında maarifləndirmə işi aparır və sorğu anketi doldurur;
-
Müalicəsi başa çatmadan azadlığa buraxılan vərəmli xəstələrin müalicəsinin mülki vərəm əleyhi tibb müəssisələrində təşkili məqsədilə xəstə azdlığa buraxılmazdan əvvəl onun qeydiyyatda olduğu ünvan üzrə tibb müəssisəsi ilə əlaqə saxlayır və məlumat mübadiləsi aparır;
-
Azadlığa buraxılan vərəmli xəstənin müalicə və müayinələrinə dair sənədlərin və qeydiyyat vərəqələrinin surətini İMM-dən əldə edir və onları ETACXİ-yə və ya xəstənin müalicəsi aparılacaq tibb müəssisəsinə təqdim edir;
-
Azadlığa buraxılmasına azı 10 gün qalmış DD-vərəmli xəstəyə təyin edilmiş müalicə sxeminə uyğun olaraq QF 9-cu Raund Vərəm Layihəsi çərçivəsində əldə olunmuş 2-ci sıra vərəm əleyhinə dərmanların 1 aylıq ehtiyatını İMM-dən təhvil alır (bu prosedura sonrakı dövrdə hər xəstə üçün ayda bir dəfə olmaqla təkrarlanır və müalicə başa çatana kimi davam edir);
-
Azadlığa buraxılan DD-vərəmli xəstəyə təyin edilmiş müalicə sxeminə uyğun olaraq QF 9-cu Raund Vərəm Layihəsi çərçivəsində İMM-dən təhvil alınmış 2-ci sıra vərəm əleyhinə dərmanların 1 aylıq ehtiyatını xəstənin müalicəsi davam etdirilən tibb müəssisəsinə təhvil verir (bu prosedura sonrakı dövrdə hər xəstə üçün ayda bir dəfə olmaqla təkrarlanır və müalicə başa çatana kimi davam edir);
-
Azadlığa buraxılan vərəmli xəstələr üçün QF 9-cu Raund Vərəm Layihəsi çərçivəsində nəzərdə tutulmuş aylıq nəqliyyat xərci və digər həvəsləndiricilərin 1 aylıq ehtiyatını müalicə davam etdirilən tibb müəssisəsinə təhvil verir (bu prosedura sonrakı dövrdə hər xəstə üçün ayda bir dəfə olmaqla təkrarlanır və müalicə başa çatana kimi davam edir);
-
Azadlığa buraxılan vərəmli xəstələrin müalicəsinə məsul tibb işçisini xəstənin müalicəsi davam etdirildiyi müddət ərzində QF 9-cu Raund Vərəm Layihəsi çərçivəsində nəzərdə tutulmuş aylıq həvəsləndirici pul vəsaiti ilə təmin edir (bu prosedura sonrakı dövrdə hər tibb işçisi üçün ayda bir dəfə olmaqla təkrarlanır və müalicə başa çatana kimi davam edir);
-
Azadlığa buraxılan DD-vərəmli xəstənin uğurlu müalicəsi üçün müalicənin sonunda məsul tibb işçisini QF 9-cu Raund Vərəm Layihəsi çərçivəsində nəzərdə tutulmuş mükafatla (bonus) təmin edir;
-
Azadlığa buraxılan hər bir vərəmli xəstənin müalicə aldığı tibb müəssisəsinə monitorinq (baş çəkmə) səfəri həyata keçirir, müalicə prosesinin aparılmasına baxış keçirir, xəstələrin DOT qaydalarına əməl etməklə müalicə almalarına və qeydiyyat vərəqələrinin düzgün doldurulmasına nəzarət edir;
-
Mülki tibb müəssisələrində vərəm əleyhinə müalicəni davam etdirən keçmiş məhkumlarla hər ay görüşüb onların müalicəyə dair şikayət və tələblərini dinləyir, onlarla maarifləndirici söhbətlər aparır və müalicənin davam etdirilməsində onlara dəstək göstərilir;
-
Azadlığa buraxılan vərəmli xəstələrin müalicəsi başa çatana kimi (DD-vərəmli xəstədən hər ay, DH-vərəmli xəstədən isə təyin olunmuş müvafiq dövrlərdə) mülki tibb müəssisələrində tibb işçisi tərəfindən götürülmüş bəlğəm nümunələrini İMM-nin laboratoriyasına çatdırır;
-
Azadlığa buraxılan vərəmli xəstələrin bəlğəminin müalicə başa çatanadək dövri bakterioloji müayinələrinin (yaxma, əkmə və DHT) nəticələrini ETACXİ-yə və ya xəstənin müalicə aldığı vərəm əleyhi tibb müəssisəsinə təqdim edir;
-
Azadlığa buraxılan DD-vərəmli xəstələrin müalicə sxemlərinə korreksiyalar edilməsi və ya müalicənin dayandırılması üçün İMM-nin həkim konsilium komissiyasına təqdim edir;
-
Azadlığa buraxılan vərəmli xəstələrin müalicəsinin mülki tibb müəssisələrində aparılması və müalicə nəticələri barədə hesabatlar hazırlayır və aidiyəti qurumlara təqdim edir;
-
Azadlığa buraxılan vərəmli xəstələrin müalicəsinin effektliyini artırmaq və müalicənin daha səmərəli təşkili məqsədilə müalicə zamanı müşahidə olunmuş bütün çatışmazlıqları qeydə alır və sənədləşdirir, onları ümumiləşdirərək ildə 2 dəfədən az olmayaraq SN MVNP-na və ƏN TBİ-nə təqdim edir;
-
Mülki vərəm əleyhi tibb müəssisəsinin məsul tibb işçisi, SX İB-nin məsul əməkdaşı və azadlığa buraxılan vərəmli xəstə arasında üç tərəfli müqavilənin imzalanmasını təsdiqləyir.
IV. Hüquqi şərtlər
IV. 1. Başlanma tarixivə dayandırılması şərtləri
-
Bu Müqavilə imzalandığı vaxtdan qüvvəyə minir və 31 dekabr 2012-ci il tarixə kimi müddətə bağlanılır;
-
Bu Müqavilə müəyyən edilmiş müddətin bitməsinə 1 ay qalmış Vərəm Layihəsi davam edən müddətdə Tərəflər görüşərək əməkdaşlığın uzadılmasını müzakirə edəcəklər, bu halda yeni Müqavilə imzalana və ya bu Müqaviləyə uzadılma tətbiq oluna bilər;
-
Istənilən Tərəf digər Tərəfə Müqavilənin dayandırılması barədə 60 (altımış) gün əvvəl yazılı bildiriş göndərməklə, müddəti başa çatmadan Müqaviləyə xitam verilə bilər.
-
Yuxarıda qeyd olunmuş öhdəçiliklərin qismən və ya tam yerinə yetirilməməsi zamanı bu Müqavilə yazılı xəbərdarlıq ilə tərəflərin hər hansı biri tərəfindən ləğv edilə bilər.
-
Bu Müqavilə hər bir tərəf üçün bir nüsxədə tərtib edilərək imzalanır.
IV. 2. Maliyyə öhdəlikləri
Tərəflər bu Əməkdaşlıq Müqaviləsi çərçivəsində bir-birləri qarşısında heç bir maliyyə öhdəliyi daşımır. SX İB-nin Layihəsinin maliyyələşməsi QF-un 9-cu Raund Vərəm Layihəsi çərçivəsində ƏN TBİ ilə SX İB arasında bağlanmış Müqavilə əsasında aparılır.
IV. 3. Mübahisələrin həlli
Bu Müqavilənin müddəalarının tətbiqi ilə bağlı Tərəflər arasında yaranan bütün mübahisələr və fikir ayrılıqları danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir. Tərəflər mübahisələrin dostyana həllinə cəhd göstərməlidirlər.
IV. 4. Bildiriş
Hər hansı Tərəfin digər Tərəfə bildirişi və ya müraciəti yazılı şəkildə olmalı və şəxsən çatdırılarsa, yaxud faksla ötürülərsə, qeydiyyatlı poçt xidməti vasitəsilə digər Tərəfin ünvanına düzgün şəkildə çatdırılarsa, müaviq şəkildə verilmiş hesab olunur.
Müalicəni bitirmədən azadlığa buraxılan vərəmli xəstələrə dəstək layihəsinin standart əməliyyatlar prosedurları
Giriş:
-
Azadlığa buraxıldıqdan sonra müalicənin izlənilməsinin vacibliyi
Digər keçmiş Sovet ölkələrində olduğu kimi, vərəm əleyhi dərmanlara davamlılıq (DD) Azərbaycanda da vərəmlə effektli mübarizə aparılmasında ciddi maneələr yaradır.
2007-ci ilin aprel ayından başlayaraq Ədliyyə Nazirliyinin Tibb baş idarəsi (ƏN TBİ), İxtisaslaşdırılmış müalicə müəssisəsində (İMM) DD vərəmli xəstələrin ikinci sıra dərmanlarla (İSD) müalicəsini təmin edən DD-Vərəm layihəsinin tətbiqinə başlamışdır. Əvvəlcədən məlum idi ki, müalicə başa çatmadan azadlığa buraxılan və müvafiq nəzarət ilə müalicənin tamamlanması üçün mülki vərəm əleyhi dispanserlərə göndərilməli xəstələr olacaqdır. Onlar üçün müntəzəm laborator analizlər, müalicəyə nəzarət, əlavə təsirlərin idarə olunması və xəstəyə aid müfaviq məlumatların toplanması və hesabatı aparılmalı idi.
Azadlığa buraxıldıqdan sonra xəstələrin müalicəni sonadək davam etdirməsində məqsəd onları tam müalicə kursu ilə təmin etmək, mülki əhali arasında DD-vərəm ştammlarının ötürülməsinin, xəstələnmə və ölüm hallarını azaltmaq, DD-ın daha da genişlənməsinin və Geniş DD-Vərəm ştammlarının yaranmasının qarşısını almaqdır.
Bunları nəzərə alaraq 2009-cu ilin mart ayında ƏN TBİ, SN ETACXİ və BQXK arasında azadlığa buraxılan DD-vərəmli xəstələrin müalicəsinin izlənilməsinə dair üçtərəfli Anlaşma Memorandumu imzalandı. Üçtərəfli əməkdaşlıq çərçivəsində pilot layihə olaraq azadlığa buraxılan DD-vərəmli xəstələrin müalicələrinin mülki vərəm əleyhi tibb müəssisələrində davam etdirilməsinə dəstək göstərilməyə başlanıldı.
2010-cu ilin sonunda BQXK-nin “Həbsxanada Səhiyyə” proqramının başa çatması ilə əlaqədar olaraq bu fəaliyyət davam etdirilməsi üçün ƏN TBİ-nə təhvil verildi. 2011-ci ilin yanvar ayında ƏN TBİ trəfindən QF-un 9-cu Raund qrant layihəsi üzrə keçirdiyi tenderdə “Sağlamlığa Xidmət” İctimai birliyi (SX İB) qalib olmuşdur və azadlığa buraxılan bütün vərəmli xəstələrin müalicələrinin davam etdirilməsinə dəstək fəaliyyəti SX İB (Qeyri Hökumət Təşkilatı) tərəfindən davam etdirilməyə başlanılmışdır.
Azadlığa buraxılan vərəmli xəstələrin (ABVX) mülki sektorda müalicələrinin davam etdirilməsinə dair təlimatın məqsədi.
Bu təlimatın əsas məqsədi azadlığa buraxılan vərəmli xəstələrin müalicələrinin mülki vərəm əleyhi müəssisələrdə izlənilməsi işinin təşkilini, strukturunu, fəaliyyət prioritetlərini və icra mexanizmini təqdim etmək və layihənin icrası zamanı istinad ediləcək mənbə kimi istifadə olunmasından ibarətdir.
Azadlığa buraxılan xəstələr və onların statistikası
-
Keçmiş məhkum vərəmli xəstələrin səciyyəvi xüsusiyyətləri
Vərəm xəstəliyinə tutulan insanların bu xəstəliyə və müalicəyə qarşı münasibəti çox zaman eyni olmur. Bu da insanları fərqli bilik və təfəkkür səviyyələrinə malik olmalarından, şəxsi vərdiş və davranışlarından və onları səciyyələndirən digər xüsusiyyətlərdən asılı olur.
Dünya statistikasına əsasən, məhkum/vərəmli xəstələrin böyük əksəriyyəti orta yaxud natamam orta təhsilli, inyeksiyon narkotik istifadəçiləri (bunun nəticəsində hepatit C/B və QİÇS-ə yoluxmuş), spirtli içki düşkünü, aqressiv təbiətli, insanlara inamını itirmiş, istəyinə nail olmaq üçün yalan danışmağa meylli şəxslər təşkil edir. Bundan başqa, bir sıra hallarda məhkumlar azadlığa buraxıldıqdan sonra onların nə yaşamağa evi, nə onlara komək etmək istəyində olan yaxın adamı, nə də özünün və ailəsinin maddi ehtiyaclarını təmin etməyə pulu olur.
Bu səbəblərin bilavasitə təsirindən həmin şəxslər çox vaxt müalicəni davam etdirməkdən yayınır və nəticədə əhali arsında xəstəliyin daha çox yayılmasına səbəb olur. Azadlığa buraxılan keçmiş məhkumların 8-10%-i təkrar cinayət əməli törədərək cəzaçəkmə yerlərinə qayıdır. Bu qrupdan olan vərəmli xəstələrə daha çox diqqət ayrılmalı və vərəm xəstəliyindən sağalmaları üçün onlara köməklik göstərilməlidir.
-
İMM-dən azadlığa buraxılan vərəmli xəstələrin statistikası (2007-2010)
-
İl
|
İMM-də müalicəyə cəlb olunub
|
Azadlığa buraxılan xəstələr
|
“Yeni” xəstəlik halı
|
“Təkrari müalicə” xəstəlik halı
|
Cəmi
|
2007
|
778
|
63
|
56
|
119
|
2008
|
746
|
75
|
63
|
138
|
2009
|
793
|
61
|
48
|
109
|
2010
|
521
|
64
|
17
|
81
|
Cəmi
|
2838
|
263
|
184
|
453
|
Statistika göstərir ki, hər il müalicəyə cəlb olunan vərəmli xəstələrin təxminən 15-20%-i İxtisaslaşdırılmış müalicə müəssisəsindən müalicə başa çatmadan azadlığa buraxılır və çox vaxt onların müalicəni davam etdirməsi barədə sonradan heç bir məlumat əldə olunmur. Müalicəsi başa çatmadan ABVX müalicələrinin izlənilməməsi sağlam insanların bu xəstəliyə yoluxmasına gətirib çıxarır.
-
ABVX-nin müalicədən yayınmalarına səbəb olan amillər
-
Xəstəlik və müalicə barədə məlumatın az və ya yanlış məlumatın olması
-
Müalicə məntəqəsənin xəstənin yaşadığı yerdən uzaq məsafədə olması
-
Sosial dəstəyin olmaması
-
Müalicənin uzun müddətli olmasına xəstənin səbirsizliyi
-
Vərəm əleyhi dərmanların əlavə təsirlərinin mövcud olması
-
Bir müddət müalicə qəbul etdikdən sonra xəstənin özünü sağlam hiss etməsi, yaxud ümidsizliyə qapılması
-
Narkotik aludəçiliyi və içki düşkünü olması
-
Tibb işçisinin onun müalicəsinə adekvat yanaşmaması və tibb işçisinə inamsızlıq
-
Tibb işçisi tərəfindən xəstənin pulsuz müalicə alma hüququnun pozulması
-
Bürokratik maneələr və s.
-
İşsizlik və maddi imkansızlıq
SX İB tərəfdən layihənin icrası zamanı müalicəyə sadiqliyi təmin etmək məqsədilə bu amillər nəzərə alınmışdır.
Azərbaycanda vərəmə nəzarət proqramının təşkilatı strukturu
Mülki sektorda vərəmə nəzarət proqramı və onun təşkili
MVNP ÜST-nin tövsiyə etdiyi Birbaşa Müşahidə Olunan Terapiya (və ya DOT) strategiyasına müvafiq olaraq aparılır. Vərəmli xəstələrin müalicəsi DOT müalicə qaydalarına uyğun olaraq bütün şəhər, rayon, qəsəbə və kəndlərdə tibb müəssisələrində təşkil olunaraq aparılır. Xəstədə vərəm xəstəliyi aşkar olunarsa o, mütləq qaydada daimi yaşadığı ünvan üzrə vərəm əleyhinə tibb müəssisəsində qeydiyyata götürülür və müalicəsi onun yaşadığı ünvana yaxın DOT məntəqəsində təşkil olunur. Xəstə yaşayış ünvanını dəyişirsə o, “TB 09” göndəriş/köçürülmə sənədinin vasitəsilə bir vərəm əleyhi tibb müəssisindən digərinə köçürülür.
Penitensiar vərəmə nəzarət proqramı və onun təşkili.
PVNP mülki sektorda olduğu kimi DOT müalicə strategiyasına müvafiq olaraq aparılır. İstintaq təcridxanalarda və Cəzaçəkmə müəssisələrində aktiv və passiv yolla vərəmli xəstələr aşkar olunaraq İxtisaslaşdırılmış müalicə müəssisəsinə göndərilir və mərkəzləşdirilmiş qaydada müalicə ilə təmin olunurlar. Müalicəyə cəlb olunan vərəmli xəstə müalicəsi başa çatmadan azadlığa buraxılırsa, o zaman xəstə “Sağlamlığa Xidmət” İctimai birliyinin dəstəyi ilə VƏTM-nə köçürülür və müalicəsinin qalan hissəsi orada (DOT məntəqəsində) davam etdirilir.
LAYİHƏ
Layihənin məqsədi və onun tərkib hissələri
Layihənin məqsədi DH-vərəm və DD-vərəm xəstəliyi ilə mübarizəni genişləndirmək və DD-vərəm və o cümlədən GDD-vərəm hallarının artmasının qarşısının almaqla Azərbaycanda vərəm xəstəliyinin səviyyəsini aşağı salmaqdır. Layihə, əhalinin DH-vərəm və DD-vərəmin müayinə və müalicəsindən istifadə etməsinə yardım edəcəkdir. Layihənin məqsədi beynəlxalq tövsiyyələrə əsaslanaraq (ÜST-nin yenilənmiş Stop TB strategiyası və vərəmin qarşısının alınması üzrə Qlobal Plan 2006-2015) və Vərəmlə Mübarəzə üzrə Milli Proqramın ayrılmaz hissəsi kimi və QF-un 9-cu Raund “Penitensiar sistemdə vərəmə nəzarətin gücləndirilməsi” çərçivəsində azadlığa buraxılan vərəm xəstələrinin müalicələrinin sonadək davam etdirmələrinə nəzarət etmək və onlara sosial dəstək göstərməkdən ibarətdir.
Layihənin hədəfi hər il müalicəsi tamamlanmadan azadlığa buraxılan 140 vərəmli xəstənin (120 DH-vərəmli xəstə və 20 DD-vərəmli xəstə) VƏTM-də onların müayinə və müalicə ilə təmin olunmalarına şərait yaratmaq.
Layihənin həyata keçirilməsininə dair hüquqi sənədlər:
-
Azərbaycan Respublikası ƏN TBİ və SX İB arasında Qlobal Fondun 9-cu Raund “Azərbaycan penitensiar sistemində vərəmə nəzarətin gücləndirilməsi layihəsi çərçivəsində 'Adi' vərəm/ Dərmana Davamlı vərəm əleyhinə müalicəni başa çatdırmadan azadlığa buraxılan keçmiş məhbusların mülki sektorda müalicələrini davam etdirmələrinin təşkili, nəzarəti və dəstəyi” layihəsi üzrə 26 fevral 2011-ci il tarixli Əməkdaşlıq Müqaviləsi
-
Azərbaycan Respublikası SN ETACXİ və Qlobal Fondun 9-cu Raund Vərəm Layihəsinin sub-resipiyenti SX İB arasında müalicəsi başa çatmadan Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış müalicə müəssisəsindən azadlığa buraxılmış vərəmli xəstələrin SN-nin tabe vərəm əleyhi tibb müəssisələrində müalicələrinin sonadək izlənilməsi üzrə 10 May 2012-ci il tarixli Əməkdaşlıq Müqaviləsi.
-
Müalicəsi başa çatmadan Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış müalicə müəssisəsindən azadlığa buraxılmış vərəmli xəstələrin SN-nin tabeçiliyində olan vərəm əleyhi tibb müəssisələrində müalicələrinin davam etdirilməsinə məsul tibb işçisi, azadlığa buraxılmış vərəm xəstəsi və müalicələrinin sonadək izlənilməsinə sosial dəstək göstərən və nəzarət edən SX İB arasında Razılaşma sənədi.
Layihə dörd əsas tərkib hissədən ibarətdir:
-
Azadlığa buraxılmazdan əvvəl xəstələrin siyahısının dəqiqləşdirilməsi, onların maarifləndirilməsi və müalicələrinin MVƏM-də davam etdirməsinə hazırlıq, penitensiar vərəm müəssisəsi ilə mülki vərəm əleyhi müəssisələr arasında əlaqələndirmə və inteqrasiyanın təmini
-
Xəstələrin İMM-dən mülki vərəm əleyhi müəssisəyə köçürülməsi, daimi yaşayış yeri üzrə vərəm əleyhinə dispanserdə qeydiyyata götürülməsi və müalicənin davamının təşkili;
-
Xəstənin müalicəsi başa çatana kimi müalicənin gedişatını izləmək, xəstələrə sosial dəstək göstərmək, ABVX-nin müalicəsinə məsul tibb işçisinə maddi və mənəvi dəstək olmaq, xəstənin müalicəsi tamamlanana kimi aylıq dərman, əlavə ərzaq və digər həvəsləndiricilərlə DOT məntəqəsini təmin etmək və müalicə və müayinələrin aparılmasına nəzarət etmək;
-
Müalicə nəticələrinin elektron məlumat bazasına daxil edilməsini təmin etmək, müalicənin sonunda xəstələrin müalicə nəticələrini HKK-na təqdim etməklə müalicənin başa çatdırılması, qeydiyyat və hesabatların aparılması.
Azadlığa buraxılmazdan əvvəl fəaliyyətlər
Azad olacaq xəstələrin siyahısının hazırlanması
Xəstənin azadlığa buraxılmasına 3 ay qalmış onun barəsində dolğun məlumat: xəstənin adı, soyadı, atasının adı, DOTS müalicəsinə qoşulma tarixi, müalicə qeydiyyat nömrəsi, TDB nəticəsi, DHT nəticəsi, azad olma tarixi, göndərilmə ünvanı, diaqnozu və müalicəni bitirəcəyi tarix qeyd olunan siyahı İMM tərəfindən SN-nin Bakı baş səhiyyə idarəsinə, ETACXİ və SX İB-nə poçt yaxud kuryer vasitəsilə çatdırılır.
SX İB-nin müalicəyə sadiqliyi təmin edilməsi üzrə konsultantı İMM-nin tərtib etdiyi siyahıda adları qeyd olunan xəstələri aylar üzrə qruplaşdıraraq onların maarifləndirməsi və məlumatlandırılması üçün müalicə şöbələrini müəyyən edir.
Müalicəsi başa çatmadan azadlığa buraxılacaq xəstələrin siyahısı dəqiqləşdirilərək SX İB-nin elektron ünvanina göndərir.
Maarifləndirmə sessiyaları və məlumatlandırma.
Azadlığa buraxılacaq xəstələr üçün azad olmazdan üç ay əvvəl maarifləndirmə sessiyalarının aparılmasına başlanılır.
Sessiyalar, hər biri azı 45 dəqiqə və iştirakçıların sayı 1-5 nəfər olmaqla həftədə 2 dəfə SX İB-nin müalicəyə sadiqliyin təmin edilməsi üzrə konsultantı tərəfindən müvafiq müqavilə və vəzifə öhdəliklərinə əsasən aparılır.
Sessiyanın əsas məqsədi xəstələrin müalicəyə ara vermədən, imtina etmədən tam kurs müalicə almalarını təmin etmək və bu məqsədlə müalicənin tam sona çatdırılmasının vacibliyi, dərman qəbuluna fasilə verilərsə, yaxud müalicə yarımçıq dayandırılarsa onun xoşagələməz nəticələri barəsində xəstələr maarifləndirilir və eyni zamanda azadlığa buraxıldıqdan sonra müalicənin necə, harada və kimin dəstəyi və nəzarəti vasitəsilə davam etdiriləcəyi barədə müfəssəl məlumatlandırılırlar. Sessiyada iştirak edən xəstələrə vərəmin müalicəsinin davam etdirilməsinin vacibliyi barədə broşürlər paylanılır.
Maarifləndirmə işinin səmərəli və cəlbedici olması mqsədilə iştirakçılara məlumatlar dəqiq və düzgün olaraq, vacib məlumatlar təkrar-təkrar söylənilərək, dinləyicinin başa düşəcəyi və onu inanacağı tərz və üslubda, müxtəlif maarifləndirici vasitələrlə çatdırılır.
Sessiyalar zamanı aşağıdakı vasitələrdən istifadə olunur:
-
prezentasiyalar
-
diskusiya qruplar
-
fərdi və qrup brifinqlər
-
plakat broşürlər, flip poster
-
fakt vərəqələri
-
tamaşalar
-
video filmlər
-
video çarxlar və s.
Maarifləndirici sessiyada iştirak edən şəxslər, sessiyanın sonunda xüsusi tərtib olunmuş qeydiyyat vərəqində öz iştiraklarını imzaları ilə təsdiq edirlər. Xəstə imza etməkdən imtina etdikdə, qeydiyyat vərəqini şöbə həkimi imzalayır. Həmin sənəddə sesiyanın keçirildiyi tarix, başlandığı və sona çatdığı vaxt qeyd edilir.
SX İB-nin müalicəyə sadiqliyin təmin edilməsi üzrə konsultantı tərəfindən hər ay, həftədə 2 (iki) sessiya olmaqla, bir ayda 8 (səkkiz) sessiya keçirilməsi planlaşdırılır. Xəstələrin və sessiyaların sayı müvafiq tələbata əsasən ƏR ilə razılaşdırıldıqdan sonra artırıla bilər.
SX İB-nin müalicəyə sadiqliyin təmin edilməsi üzrə konsultantı hər ayın sonunda ay ərzində apardığı sessiyaların sayı göstərilməklə İMM-nin baş həkimi, İMM-nin müalicə şöbəsinin həkimi və SX İB-nin direktorunun iştirakı ilə akt tərtib edir və sessiya iştirakçılarının siyahıları ilə birgə SX İB-nin layihə rəhbərinə təqdim edir.
Xəstənin kimliyi və sosial vəziyyətinə dair sorğu vərəqəsinin doldurulması.
ABVX azadlığa buraxılmasına bir ay qalmış onunla müalicəyə sadiqliyin təmin edilməsi üzrə konsultant İMM-də ayrıca otaqda ayrılıqda görüşərək onunla bir daha maarifləndirici söhbət aparır və onun özü, ailəsi, yaxınları haqqında məlumatlar, onların əlaqə telefonları, onun azadlığa buraxıldıqdan sonrakı planları, sosial vəziyyəti, yaşayış ünvanı və yaşayış şəraiti barədə məlumatları əks etdirən sorğu anketi doldurur.
Xəstə ilə əlaqə saxlamaq üçün məlumatların əldə olunması
Xəstə azadlığa buraxıldıqdan sonra onun özü və yaxınları ilə əlaqə saxlanılması üçün onun bütün mümkün telefon əlaqələri; xəstənin özünün təqdim etdiyi, sorğu anketində qeyd olunan telefon nömrələri öyrənilir.
Əgər xəstə azadlığa buraxıldıqdan sonra əldə edilən telefon nömrələri vasitəsilə onunla əlaqə saxlamaq mümkün olmursa o zaman, xəstənin İMM-də olduğu müddətdə telefon danışıq otağından əlaqə saxladığı telefon nömrələri vasitəsilə o axtarılır və tapılaraq müalicəsinin davam etdirməməsinə səbəb olan amillər araşdırılaraq ona lazımi dəstək göstərilir və müalicəsinin davam etdirilməsinə çalışılır.
Müalicə və müayinələrinə dair sənədlərin toplanılması
ABVX-nin İMM-dən mülki vərəm əleyhi müəssisəyə köçürülməzdən əvvəl xəstənin müayinə və müalicəsinə dair aşağıda qeyd olunan tibbi sənədlərinin surəti çıxarılarılaraq toplanılır:
-
Müalicə (gündəlik dərman qəbulunun qeydiyyatı) vərəqinin surəti (TB 01 formada sənəd)
-
DD-vərəm xəstəsinin fərdi vərəqəsi
-
Dərmanların əlavə təsirlərinin qeydiyyat vərəqi (TB 02 formada sənəd)
-
Klinik və biokimyəvi analizlərin nəticələri
-
Xəstənin tibb kitabçasından çıxarış (epikriz)
-
Xəstənin İMM-dən MVƏM-yə köçürülməsi üçün göndəriş/köçürülmə sənədi “TB 09” formada sənəd.
-
Bütün yuxarıda qeyd olunan sənədlər SX İB-nin konsultantı və İMM-nin şöbə həkimləri tərəfindən toplanaraq İMM-dən SX İB-yə təqdim edilir. Sənədlərin təhvil-təslimi İMM tərəfindən tərtib olunmuş qeydiyyat jurnalına qeyd edilərək, İMM-nin və SX İB-nin məsul əməkdaşlarının imzaları ilə təsdiqlənir.
Xəstə azadlığa buraxılan zaman bir daha o müalicəsinin davam etdirilməsi barədə məlumatlandırılaraq ona məlumat zərfi verilir. Zərf, xəstənin tibb kitabçasından çıxarış (epikriz), “TB09” göndəriş/köçürülmə formada sənəd, MVƏM-nin ünvan və əlaqə telefonları, məlumatlandırıcı vərəqə və vərəmə dair maarifləndirici broşürlərdən ibarətdir.
Mülki sektorda müalicənin davam etdirilməsinin təşkili
Müalicənin DOT müalicə qaydalarına uyğun təşkili
ƏN İMM ilə mülki vərəm əleyhi müəssələr arasında mütəmadi olaraq məlumat mübadiləsi aparılır.
Xəstənin azadlığa buraxılmasına 1-2 həftə qalmış SX İB-nin koordinatoru İMM-dən xəstə barəsində əldə edilən məlumatları xəstə azadlığa çıxdıqdan sonra yaşadığı ərazi üzrə VƏD-in məsul həkiminə çatdırır və xəstənin azad olma tarixi barədə məlumat verir;
SX İB-nin əməkdaşı xəstənin daimi yaşayış ünvanında deyil, faktiki olaraq başqa ünvanda yaşayacağı gözlənildiyi halda, bu barədə ərazi üzrə VƏD məlumat verir və xəstə qeydiyyata götürüldükdən sonra onun müalicəsinin faktiki yaşayış ünvanına yaxın tibb məntəqəsində (DOT kabinetdə) təşkil olunmasını təmin edir;
MVƏM-də müalicəyə cəlb olunmuş xəstələrə məsul tibb işçilərinin eyni zamanda ABVX-nin müalicəsinin davam etdirməsində dublikasiyaya yol verməmək məqsədilə, xəstə azadlığa buraxılmazdan əvvəl onun hansı tibb məntəqəsində müalicə alacağı barəsində məlumatlar elektron poçt vasitəsilə MVNM-nə göndərilir.
SX İB, ABVX-nin müalicəsinin MVƏM-də davam etdirilməsinin təşkili üçün zəruri olan bütün tibbi və digər sənədləri xəstənin müalicəsi davam etdiriləcək VƏD-ə və DOT məntəqəsinə təqdim edir.
SX İB, xəstənin müalicəsinin davam etdirilməsi və müalicə müddətində qeydiyyatların aparılması məqsədilə hər xəstə üçün fərdi sənədlər qovluğu hazırlayaraq DOT məntəqəsində ABVX-nin müalicəsini aparan məsul tibb işçisinə təqdim edir.
Azadlığa buraxılan vərəm xəstəsinin MVƏM-yə qeydiyyata götürülməsi
DH-vərəmli xəstə azadlığa buraxıldıqdan sonra o, İMM-dən zərfin içərisində ona verilən epikriz və “TB09” formada göndəriş sənədini özü ilə götürərək qeydiyyatda olduğu ərazi üzrə VƏD-ə müraciət edir.
Xəstə VƏD getməzdən əvvəl SX İB-nin əməkdaşı tərəfindən onunla telefon əlaqəsi yaradılır və mümkün olduğu halda SX İB-nin həkim koordinatoru ilə birgə VƏD-ə gedir.
Xəstə İMM-dən ona verilən epikriz və “TB09” formada göndəriş sənədinin əsasında VƏD-ə qeydiyyata götürülür və göndəriş sənədinin talon hissəsi doldurularaq SX İB-nin əməkdaşı vasitəsilə xəstəni köçürən müəssisəyə, yəni İMM-yə göndərilir.
DD-vərəmli xəstə İMM-dən azadlığa buraxılan zaman İMM-nin baş həkimi tərəfindən təşkil olunmuş ambulans vasitəsilə ETACXİ çatdırılır və müvafiq təhvil-təslim sənədi imzalanaraq təhvil verilir. Xəstəni təhvil alan MVNP məsul həkimi onunla maarifləndirici və məlumatlandırıcı söhbət apararaq onu müalicəsini davam etdirməsi nəzərdə tutulan VƏD-ə ünvanlayır.
Xəstə VƏD-ə qeydiyyata götürüldükdən sonra o müalicəsini öz faktiki yaşadığı ünvana yaxın məsafədə yerləşən tibb məntəqəsində (DOT kabinet) davam etdirməyə başlayır.
Azadlığa buraxılan vərəm xəstəsinin müalicənin izlənilməsi və müalicəyə sadiqliyi təmin etmək
Müalicənin davam etdirilməsi
ABVX-nin müalicəsini davam etdirən mülki vərəm əleyhi müəssisənin tibb işçisi ilə SX İB arasında “Razılaşma” sənədi imzalanır. Tibb işçisi Razılaşmanı imzaladığı gündən, təyin olunmuş sxem üzrə xəstəyə vərəm əleyhinə preparatların DOT müalicə qaydalarına uyğun gündəlik verilməsini, birbaşa onun müşahidəsi altında qəbul olunmasını təmin edir və vərəm əleyhi dərman preparatlarını heç bir halda xəstə tərəfindən evə aparılmasına icazə vermir.
Xəstə ambulator şəraitdə dərmanlarını qəbul etmək üçün (DH-vərəmli xəstələr ən azı həftədə 3 dəfə, DD-vərəmli xəstələr həftədə 6 dəfə olaraq) tibb məntəqəsinə gəlir və tibb işçisinin nəzarəti altında dərmanlarını qəbul edir. Müalicə sxemində inyeksiya olan xəstələrə, tibb işçisi infeksiyaya nəzarət tədbirlərinə ciddi riayət edilməklə proseduranı yerinə yetirir. Vərəm əleyhi preparatların gündəlik qəbulu haqqında məlumat xəstənin TB 01 formada qeydiyyat vərəqinə və qeydiyyat jurnalına qeyd edilir. Xəstə öz müalicəsininin vacibliyini və ciddiliyini anlaması və müalicəni tam başa çatdırmasına dəstək məqsədilə müalicə müddətində tibb işçisi mütəmadi olaraq, onunla maarifləndirici və məlumatlandırıcı söhbətlər aparır.
BSD dövlət tərəfindən təmin edildiyi üçün mülki VƏD tərəfindən, İSD isə SX İB vasitəsilə ƏN İMM tərəfindən təmin edilir.
İSD yanaşı təsirlərinin idarəolunması üçün əlavə dərmanlar müvafiq sənəd əsasında SX İB vasitəsilə ƏN İMM tərəfindən təmin edilir.
Xəstələrə başçəkmə (monitorinq) səfərləri
SX İB-nin həkim koordinatoru tərəfindən azadlığa buraxılan hər bir vərəmli xəstənin müalicə aldığı tibb müəssisəsinə ayda bir dəfə olmaqla monitorinq (baş çəkmə) səfəri həyata keçiririlir. Səfərlərin, ay ərzində günlərə və coğrafi mövqeyə əsasən bölüşdürülməsi üçün aylıq monitorinq qrafiki tutulur.
Səfər zamanı SX İB-nin həkim koordinatoru aşağıdakı layihə fəaliyyətlərini yerinə yerir:
-
müalicə prosesinin aparılmasına baxış keçirir;
-
Xəstələr arasında maarifləndirici sessiya aparır;
-
Tibb işçisi ilə xəstənin müalicəsilə bağlı söhbət aparır;
-
Xəstənin DOT qaydalarına əməl etməklə müalicə almasına və qeydiyyat vərəqələrinin düzgün doldurulmasına nəzarət edir;
-
Xəstənin müalicə və müayinələrinə dair qeydiyyat sənədlərinə baxış keçirir;
-
Tibb işçisini müalicə və müayinə üçün qeydiyyat vərəqələri ilə təmin edir;
-
DD-vərəmli xəstəyə təyin edilmiş müalicə sxeminə uyğun olaraq QF 9-cu Raund Vərəm Layihəsi çərçivəsində İMM-dən təhvil alınmış 2-ci sıra vərəm əleyhinə dərmanların 1 aylıq ehtiyatını xəstənin müalicə aldığı tibb məntəqəsinə təhvil verir;
-
Xəstəyə tibb işçisi tərəfindən təyin olunmuş təyinat vərəqinə müvafiq olaraq yanaşı təsirlər əleyhinə dərmanları tibb məntəqəsinə təhvil verir;
-
Xəstənin gündəlik qəbul edilən bir aylıq ərzaqları tibb məntəqəsinə təhvil verir;
-
Aylıq əlavə ərzaq bağlaması müvafiq sənəd əsasında xəstənin özünə təhvil verir;
-
ABVX-nin müalicəsi başa çatana kimi (DD-vərəmli xəstədən hər ay, DH-vərəmli xəstədən isə təyin olunmuş müvafiq dövrlərdə) mülki tibb müəssisələrində tibb işçisi tərəfindən götürülmüş bəlğəm nümunələrini təhvil alır və İMM-nin laboratoriyasına çatdırır;
-
Başçəkmə zamanı SX İB-nin həkim koordinatoru tərəfindən yerinə yetirilən işlər barəsində qeydiyyat aparılır və bu barədə müvafiq sənəd imzalanır.
SX İB-nin həkim koordinatoru VƏTM məsul tibb işçisi, SX İB-nin məsul əməkdaşı və ABVX arasında üç tərəfli Razılaşma sənədinə müvafiq olaraq müalicənin izlənilməsi fəaliyyətlərini həyata keçirir.
Sosial dəstək fəaliyyətləri
ABVX-in azadlığa buraxıldıqdan sonra müalicənin sonadək davam etdirilməsini təmin etmək və DOT müalicə qaydalarına əməl etməklə müalicənin davam etdirilməsinə həvəsləndirmək və ruhlanmaq məqsədilə, xəstələr və onların müalicələrini davam etdirən (DOT müalicəsi aparan) məsul tibb işçisi SX İB tərəfindən zəruri sosial dəstək vasitələrilə təmin edilirlər.
Xəstələrə nəqliyyat xərci
-
DH-vərəm xəstələri
Mülki sektorun vərəm əleyhi müəssisələrində BSD ilə müalicəsini davam etdirən vərəmli xəstənin müalicəsi tamamlana kimi QF-un 9-cu raund vərəm layihəsi çərçivəsində SX İB tərəfindən xəstənin yaşadığı ünvandan DOT məntəqəsinə gəlməsi üçün gündəlik olaraq ona 1 (bir) manat nəqliyyat xərci verilir. Xəstənin DOT məntəqəsinə həftədə ən azı 3 dəfə gəlməsini təmin etmək üçün ona həftədə 3 (üç) manat olmaqla ayda 12 manat verilir. Əgər xəstə DOT məntəqəsinə gəlməkdə çətinlik çəkirsə, yaxud stiqma səbəbindən oraya gəlmək istəmirsə tibb işçisi dərmanları xəstənin ünvanına çatdırır və bu zaman nəqliyyat məsrəfi kimi verilən 1 manat tibb işçisinə ödənilir.
-
DD-vərəm xəstələri
Mülki sektorun vərəm əleyhi müəssisələrində İSD ilə müalicəsini davam etdirən vərəmli xəstənin müalicəsi tamamlana kimi QF-un 9-cu Raund vərəm layihəsi çərçivəsində SX İB tərəfindən xəstənin yaşadığı ünvandan DOT məntəqəsinə gəlməsi üçün gündəlik olaraq ona 1 (bir) manat nəqliyyat xərci verilir. Xəstənin DOT məntəqəsinə həftədə ən azı 6 dəfə gəlməsini təmin etmək etmək üçün ona həftədə 6 (altı) manat olmaqla ayda 26 manat verilir. Əgər xəstə DOT məntəqəsinə gəlməkdə çətinlik çəkirsə, yaxud stiqma səbəbindən o gəlmək istəmirsə tibb işçisi dərmanları xəstənin ünvanına çatdırır və bu zaman nəqliyyat məsrəfi kimi verilən 1 manat tibb işçisinə ödənilir. Ödəmələrin qeydiyyatı xüsusi ödəmə sənədində alan şəxsin imzası ilə təsdiqlənir.
Xəstələrin gündəlik olaraq 1 manat verərək onların tibb məntəqəsinə gəlməsinə həvəsləndirilməsini, (xəstə gəlmədiyi təqdirdə bu vəsaitin tibb içşisi tərəfindən istifadə edilərək xəstənin dərmanlarının çatdırılması), ABVX-in mülki sektorda müalicələrinin qısa (1-5 ay) olmasını, xəstələrin keçmiş məhkum olması ilə əlaqədar çox vaxt bank hesabının açılması üçün müvafiq sənədlərin olmaması və bu sənədlərin hazırlanmasına müəyyən vaxt tələb olunmasını və bank əməliyyatlarından istifadədə çətinliyi nəzərə alaraq nəqliyyat xərci onlara nəğd olaraq verilir.
Nəqliyyat xərci SX İB-nin əməkdaşı tərəfindən ayda bir dəfə olmaqla SX İB tərəfindən tərtib olunmuş müvafiq maliyyə sənədi əsasında xəstənin müalicəsinə məsul tibb işçisinə təhvil verilir. Sənəddə xəstənin müalicə aldığı tibb məntəqəsinin adı, xəstənin və ona məsul tibb işçisinin adı verilən məbləğ göstərilməklə tibb işçisi tərəfindən imzalanır. Sənəd hər təqvim ayı üçün ayrı doldurulur
Xəstələrə ərzağın verilməsi
-
DH-vərəm xəstələri
Mülki sektorun vərəm əleyhi müəssisələrində BSD ilə müalicəsini davam etdirən vərəmli xəstənin müalicəsi tamamlanana kimi İMM-də verildiyi qaydada QF-un 9-cu raund vərəm layihəsi çərçivəsində əldə olunmuş qida məhsulları (21 ədəd şokolad və 3 ədəd qatılaşdırılmış süd) İMM-dən müvafiq sənəd (iki nüsxədə tərtib olunmuş akt əsasında SX İB tərərəfindən təhvil götürülür. Hər xəstə üçün ayda bir dəfə xəstənin müalicəsi davam etdirilən tibb məntəqəsinə müvafiq sənəd əsasında verilir.
-
DD-vərəm xəstələri
Mülki sektorun vərəm əleyhi müəssisələrində BSD ilə müalicəsini davam etdirən vərəmli xəstənin müalicəsi tamamlana kimi İMM-də verildiyi qaydada QF-un 9-cu raund vərəm layihəsi çərçivəsində əldə olunmuş qida məhsulları (26 ədəd meyvə şirəsi, 26 ədəd yoqurt, 26 ədəd şokolad və 4 ədəd qatılaşdırılmış süd) İMM-dən müvafiq sənəd (iki nüsxədə tərtib olunmuş akt ilə əsasında SX İB tərərəfindən təhvil götürülür. Hər xəstə üçün ayda bir dəfə xəstənin müalicəsi davam etdirilən tibb məntəqəsinə müvafiq sənəd əsasında verilir.
Ərzağın verilməsi SX İB-nin əməkdaşı tərəfindən ayda bir dəfə olmaqla SX İB tərəfindən tərtib olunmuş müvafiq maaliyə sənədi əsasında xəstənin müalicəsinə məsul tibb işçisinə təhvil verilir. Sənəddə xəstənin müalicə aldığı tibb məntəqəsinin adı, xəstənin və ona məsul tibb işçisinin adı, verilən ərzaq və onun miqdarı göstərilməklə təhvil-təslim edilir.
Məsul tibb işçilərinə həvəsləndiricilər
-
DH-vərəm xəstələrin müalicəsinə məsul tibb işçisinə həvəsləndiricilər
Mülki sektorun vərəm əleyhi müəssisələrində BSD ilə müalicəsini davam etdirən vərəmli xəstənin müalicəsi tamamlana kimi QF-un 9-cu Raund vərəm layihəsi çərçivəsində SX İB tərəfindən xəstənin müalicəsinə məsul (DOT müalicəsi aparan) tibb işçilərinə həvəsləndiricilər verilir. Hər tibb işçisinə hər DH-vərəm xəstəsi üçün aylıq 15 manat olmaqla vəsait onun bank hesabına köçürülür.
-
DD-vərəm xəstələrin müalicəsinə məsul tibb işçisinə həvəsləndiricilər
Mülki sektorun vərəm əleyhi müəssisələrində İSD ilə müalicəsini davam etdirən vərəmli xəstənin müalicəsi tamamlana kimi QF-un 9-cu raund vərəm layihəsi çərçivəsində SX İB tərəfindən xəstənin müalicəsinə məsul (DOT müalicəsi aparan) tibb işçilərinə həvəsləndiricilər verilir. Hər tibb işçisinə hər DD-vərəm xəstəsi üçün aylıq 30 manat olmaqla vəsait onun bank hesabına köçürülür.
Həvəsləndiricilər SX İB-nin əməkdaşı tərəfindən ayda bir dəfə olmaqla SX İB tərəfindən tərtib olunmuş müvafiq maliyyə sənədi əsasında xəstənin müalicəsinə məsul tibb işçisinin şəxsi bank hesabına köçürülməklə ödənilir.
-
Tibb işçisinə mükafat (Bonus)
Mülki sektorun vərəm əleyhi müəssisələrində İSD ilə müalicəsini davam etdirən vərəmli xəstənin müalicəsi tamamlanana kimi QF-un 9-cu Raund vərəm layihəsi çərçivəsində SX İB tərəfindən xəstənin müalicəsinə məsul (DOT müalicəsi aparan) tibb işçisinə hər DD-vərəm xəstəsinin uğurlu müalicəsinin sonunda 20 manat məbləğində birdəfəlik mükafat ödənilir və tibb işçisinin bank hesabına köçürülür.
Xəstələrin müalicəsinə məsul tibb işçilərinə hər DD-vərəm xəstəsinin uğurlu müalicəsinin sonunda ödənilən mükafat HKK-nın qərarına müvafiq olaraq “uğurlu müalicə” nəticəsilə müalicəsi dayandırılan hər xəstəyə görə HKK-nın qərarını təsdiqləyən sənəd əsasında tibb işçisinin şəxsi bank hesabına köçürülməklə ödənilir.
Nəğdsiz ödəmələr
Layihə fəaliyyətlərinin icrası zamanı maliyyə hərəkətlərinin bank köçürmə yolu ilə həyata keçirilməsinə çalışılır. Xəstələrə ödənilən nəqliyyat xərci istisna olmaqla bürün ödəmələr Bank vasitəsilə həyata keçirilir. Xəstələrin gündəlik olaraq 1 manat verərək onların tibb məntəqəsinə gəlməsinə həvəsləndirilməsini, (xəstə gəlmədiyi təqdirdə bu vəsaitin tibb içşisi tərəfindən istifadə edilərək xəstənin dərmanlarının çatdırılması), ABVX-in mülki sektorda müalicələrinin qısa (əsasən 1-5 ay) olmasını, xəstələrin keçmiş məhkum olması ilə əlaqədar çox vaxt bank hesabının açılması üçün müvafiq sənədlərin olmaması və bu sənədlərin hazırlanmasına müəyyən vaxt tələb olunmasını və bank əməliyyatlarından istifadədə çətinliyi nəzərə alaraq nəqliyyat xərci onlara nəğd olaraq verilir.
Müalicə və laboratoriya xidmətləri
Dərman təchizatı
Azadlığa buraxılmasına azı 10 gün qalmış DD-vərəmli xəstəyə təyin edilmiş müalicə sxeminə uyğun olaraq QF 9-cu Raund Vərəm Layihəsi çərçivəsində əldə olunmuş 2-ci sıra vərəm əleyhinə dərmanların 1 aylıq ehtiyatı İMM tərəfindən SX İB-nə təhvil verilir (bu prosedura sonrakı dövrdə hər xəstə üçün ayda bir dəfə olmaqla təkrarlanır və müalicə başa çatana kimi davam edir). Dərmanlar, iki nüsxədə hazırlanmış tərəflərin imzası ilə təsdiqlənmiş akt əsasında İMM-dən SX İB-yə təhvil verilir.
İMM-dən DD-vərəmli xəstələr üçün təhvil götürülən vərəm əleyhi dərmanlar SX İB-nin anbarında yerləşdirilir və daxil olan zaman onların miqdarı “Anbar qeydiyyat jurnalına” daxil edilir.
Dərmanlar, SX İB-nin anbara məsul əməkdaşı tərəfindən qəbul edilir, qeydiyyatı aparılır və hər DD-vərəm xəstəsinin müalicə sxeminə uyğun olaraq yığılaraq qablaşdırılır. Soyuq şəraitdə saxlanılması vacib olan dərmanlar (PASK və s.) anbarın soyuducusunda saxlanılır.
Dərmanlar qablaşdırıldıqdan sonra, iki nüsxədə hazırlanmış akt əsasında mülki vərəm əleyhinə tibb müəsisəsində (DOT məntəqədə) ABVX-nin müalicəsinin davam etdirilməsinə məsul tibb işçisinə təhvil verilir. Akt bir tərəfdən SX İB-nin direktoru və həkim koordinatoru digər tərəfdən təhvil alan tibb işçisi tərəfindən imzalanır.
Əgər xəstənin dərmanları hər hansı səbəbdən (xəstə yenidən həbs olunarsa, müalicədən imtina edərsə, ölərsə və s.) istifadə olunmazsa, həmin dərman preparatları aktlaşdırılaraq MVƏM-dən geri götürülür və İMM-yə akt vasitəsilə təhvil verilir.
Xəstə müalicəsini davam etdirdiyi müddətdə 2-ci sıra vərəm əleyhi dərmanların səbəb olduğu əlavə təsirləri aradan qaldırmaq məqsədilə xəstənin həkimi tərəfindən təyin olunmuş tələbata uyğun olaraq dərman preparatlarının 3 (üç) aylıq ehtiyatı iki nüsxədə hazırlanmış, tərəflərin imzası ilə təsdiqlənmiş akt əsasında İMM-dən SX İB-yə təhvil verilir. Xəstələrdə müşahidə olunan əlavə təsirlərə müvafiq olaraq DD-vərəm xəstəsinə lazım gələn əlavə təsir dərmanları SX İB tərəfindən akt əsasında mülki vərəm əleyhi müəssisələrə çatdırılır.
Bəlğəm müayinəsi
ABVX müalicəsini mülki sektorda davam etdirən zaman laborator müayinələr əsasən ƏN PX İMM-nin laboratoriyasında aparılır. Xəstəyə başçəkmə səfəri zamanı məsul tibb işçisi tərəfindən ən azı iki bəlğəm nümunəsi (bir nümunə səhər, ikincisi isə günorta saatlarında SX İB-nin əməkdaşının nəzarəti altında) götürülərək SX IB-nin nəqliyyat vasitəsilə ƏN İMM-ə çatdırılır.
Bəlğəm nümunələri məsul tibb işçisindən təhvil alınarkən onun kimə məxsus olduğu bəlğəm konteynerinin üzərində (bəlğəm götürülməzdən əvvəl) yazılmış olmalıdır. SX İB-nin əməkdaşı bəlğəm nümunəsinin qeydiyyatını “Mikobakterioloji müayinə nəticələri” adlanan bəlğəm qeydiyyat vərəqində götürülmüş bəlğəm nümunələrinin kimə məxsus olduğunu (ad, soyad və ata adı), xəstənin müalicə qeydiyyat nömrəsi, müalicə ayı və s. qeyd edərək təhvil götürür. Bəlğəm nümunələrinin götürülməsi ÜST-nın tövsiyyələrinə uyğun olaraq aparılır.
ABVX-nin müalicəsi başa çatana kimi bəlğəm nümunələri DD-vərəmli xəstədən hər ay, DH-vərəmli xəstədən isə müalicənin müvafiq mərhələlərində (intensiv mərhələnin sonunda, uzadılmış mərhələnin sonunda, davamedici mərhələnin ortasında və müalicənin sonuncu ayında) mülki tibb müəssisələrində tibb işçisi tərəfindən götürülür. SX İB-nin əməkdaşı xəstənin müalicəsi davam etdirilən tibb müəssisəsinə səfər etməzdən bir gün əvvəl məsul tibb işçisinə səfərin tarixi və vaxtı barəsində məlumat verir və xəstədən bir bəlğəm nümunəsinin götürülməsini xahiş edir. Səfər zamanı xəstə ilə görüşülən vaxt SX İB-nin müşahidəsi altında xəstədən ikinci bəlğəm nümunəsi götürülür.
ABVX-dən götürülmüş bəlğəm nümunələri xüsusi konteynerlərdə mümkün qədər qısa müddətdə laboratoriyaya çatdırılır.
ABVX-in müalicə başa çatanadək dövri bakterioloji müayinələrinin (bəlğəminin yaxma, əkmə və DHT) nəticələri müvafiq göndərişlərə qeyd olunduqdan, SX İB-nin elektron məlumat bazasına və “Laborator nəticələrinin qeydiyyat jurnalına” daxil edildikdən sonra SX İB-nin əməkdaşı vasitəsilə xəstənin müalicə aldığı vərəm əleyhi tibb müəssisəsinə təqdim edilir.
Digər müayinələrin aparılması
Müalicənin müvafiq dövrlərində xəstəyə lazım olan rentgen və digər (EKQ, USM və s.) müayinələr xəstənin müalicə aldığı vərəm əleyhi tibb müəssisəsi tərəfindən aparılır;
Xəstənin müalicə nəticəsi
Azadlığa buraxılan DD-vərəmli xəstələrin müalicə sxemlərinə korreksiyalar edilməsi və ya müalicənin dayandırılması İMM-nin HKK qərarı ilə yerinə yetirilir.
DD-vərəmli xəstələrin müalicəsi HKK-nın qərarı ilə dayandırılan zaman, HKK-nın sədri, HKK-nın katibi və SX İB-nin imzaları ilə təsdiqlənmiş sənəd xəstənin müalicəsini davam etdirən MVTM-nə təqdim edilir
DH-vərəmli xəstələr müalicəsinin dayandırılması MVTM-nin məsul həkimi tərəfindən müalicə nəticələri qeyd edilməklə xususi sənəd doldurulur, imzalanıb möhürlənir və SX-nin təsdiqi ilə ƏN İMM-nə təqdim edilir.
Xəstələrin müalicə nəticələri barədə məlumatlar yuxarıda qeyd olunan sənədlər əsasında ƏN İMM-nin müvafiq qeydiyyat sənəd və jurnallarında qeyd edilərək elektron məlumat bazasına daxil edilir.
Dostları ilə paylaş: |